Kantrium.com
Finland
Sweden
vivaspb.com

Ən maraqlı kazuslar

Valideynlik hüququn bərpası (Kazus)

User Rating:  / 0

Aydın azyaşlı uşaqları ilə amansız davrandığına və psixi təzyiq altında saxladığına, onların tərbiyəsi ilə məşğul olmadığına görə valideynlik hüququndan məhrum edilmişdir. Onun azyaşlı uşaqları müəyyən olunmuş qaydada Həsən tərəfindən övladlığa götürülmüşdür. Lakin sonradan Aydının həyat tərzi, əxlaqı, uşaqlara münasibəti müsbət mənada dəyişmişdir. Bu halda onun valideynlik hüququ bərpa edilə bilərmi?

Yetkinlik yaşına çatmayan şəxsin həbsdə saxlanması (kazus)

User Rating:  / 0

Yetkinlik yaşına çatmayan Orxanın ağır cinayətdə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq aparılarkən onun həbsdə saxlama müddəti məhkəmə tərəfindən 9 ayadək müddətə uzadılır. Orxanın müdafiəçisi Orxanın həbsdə saxlanmasının son müddətinin 7 aydan artıq olmasına yol verilmədiyinə görə qərarı qanunsuz hesab edir və qətimkan tədbirinin dəyişdirilməsi barədə apellyasiya şikayəti verir. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmir. Bu məhkəmənin qərarı qanunidirmi?

Hakimin qərəzli mövqeyi (kazus)

User Rating:  / 0
Əvvəllər heç bir cinayət törətməmiş, qanunsuz odlu silah gəzdirdiyinə görə ittiham olunan şəxs barəsində Xaçmaz rayon məhkəməsində cinayət işinə baxılarkən, hakimin ona qarşı qərəzli mövqedə olduğunu əsas gətirərək, Fuad müdafiəçisi ilə birlikdə apellyasiya məhkəməsinə şikayət edərək hakimə etiraz edir. Apellyasiya məhkəməsinin sədri işə baxan hakimi iş otağına dəvət edərək, sonuncudan icraatında olan cinayət işi ilə bağlı izahat tələb edir. Apellyasiya məhkəməsinin sədrinin tələbi qanunidirmi?

...the INS (IMMIGRATION AND NATURALIZATION SERVICE) conceded that Karabakh is in fact a province of Azerbaijan

User Rating:  / 0

ANDRIASIAN v. IMMIGRATION AND NATURALIZATION SERVICE

Samvel ANDRIASIAN, Petitioner, v. IMMIGRATION AND NATURALIZATION SERVICE, Respondent.

No. 97-70894.

Argued and Submitted Dec. 9, 1998. -- June 11, 1999

Before:  FARRIS, REINHARDT, and HAWKINS, Circuit Judges. 

Steven A. Hirsch,Keker & Van Nest, San Francisco, California, for petitioner.Michelle Gluck, Office of Immigration Litigation, United States Department of Justice, Washington, D.C., for respondent.

Before 1988, Samvel Andriasian's family had lived relatively peacefully in Azerbaijan for seven generations.   In 1988, however, a territorial dispute broke out between Azerbaijan and Armenia.   The resultant inflammation of ethnic tensions and escalation of violence abruptly ended the Andriasian family's prospects for peaceful existence as ethnic Armenians living in Azerbaijan.   Samvel Andriasian, his wife, and his daughters soon found themselves facing discrimination, hostility, harassment, and physical violence from their neighbors and coworkers wherever they went.   The Azeris initiated an ethnic cleansing campaign that ultimately resulted in hundreds of thousands of individuals becoming refugees.   Brutally attacked by their countrymen, the Andriasian family fled its homeland and ultimately arrived in Armenia.   The Andriasians may have hoped that, since the Azeris had persecuted them for their Armenian origins, they would be more welcome in Armenia itself.   But they soon made the unfortunate discovery that their new neighbors were also suspicious and hostile-because of the Andriasians' religion, their former residence in Azerbaijan, and their noticeable accents.   In an effort to avoid further persecution, the family began a nomadic life, moving back and forth among three countries, the Ukraine, Russia, and Armenia.

Read more...

Məhkumun vərəsələri (kazus)

User Rating:  / 0
İsmayıl ağır cinayət törətdiyinə görə məhkəmə tərəfindən təqsirli bilinib, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hökm qanuni qüvvəyə minənədək o, ürək xəstəliyindən istintaq təcridxanasında ölür. Məhkəmə onun vərəsələrinə məhkəmə məsrəfləri ilə əlaqədar öhdəliklərə cavabdehlik daşıdıqlarını bildirmişdir. Məhkəmə haqlıdırmı?

Əmək münasibətləri - ziyanı tam həcmdə ödəmə (Kazus)

User Rating:  / 0
Soltan işə qəbul edilərkən müəssisənin rəhbərliyi ilə bağladığı əmək müqaviləsində tam maddi məsuliyyət daşıması nəzərdə tutulmamışdır. O, işlədiyi dəzgahı təyinatına uyğun istifadə etmədiyinə görə təsadüfən dəzgah yararsız hala düşmüş və nəticədə müəssisəyə 1250 manat məbləğində ziyan dəymişdir. Onun əməlində cinayət tərkibi olan təqsirli hərəkətlər istisna olunduğuna görə, müəssisə rəhbərliyi ondan həmin ziyanı tam həcmdə ödəməyi tələb etmişdir. Sonuncunun tələbi haqlıdırmı?

Təqsir var yoxsa yox? (Kazus)

User Rating:  / 0
Müstəntiq, ilk dəfə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Zoyanın insan immunçatışmazlığı virusu ilə yoluxmasına səbəb olan cinayət törətdiyinə görə təqsirli bilinən Nizaminin cinayəti ilk dəfə törətdiyini əsas tutaraq, onun razılığı olmadan barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verir. Belə halda təqsirləndirilən şəxsin müdafiəçisi müdafiə etdiyi şəxsin təqsiri olmadığını bildirərək, cinayət təqibinin davam etdirilməsi barədə prokuror qarşısında vəsatət qaldırsa da onun vəsatəti təmin olunmur. Müdafiəçinin vəsatəti əsaslıdırmı?

Zorlama. Həbsin uzadılması (kazus)

User Rating:  / 1

Şamil sərxoş halda Zəhranı zorladığına görə barəsində CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanılmış və o, təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Qanunla müəyyən edilmiş həbsdə saxlama müddəti başa çatdığı Üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Şamilin həbsdə saxlama müddətinin daha 2 aya qədər uzadılması barədə məhkəməyə təqdimat göndərir. Məhkəmə isə Şamilin həbsdə saxlama müddətinin uzadılmasından imtina edir və bu barədə müvafiq qərar çıxarır. Məhkəmənin bu qərarından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror protest verir. Prokurorun qərarı qanunidirmi?

Hansı məhkəmədə baxılmalıdır (kazus)

User Rating:  / 0
Sərxoş vəziyyətdə odlu silahla üç nəfər şəxsi qəsdən öldürməkdə təqsirləndirilən şəxs olan A.Ostunbayev barəsində cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək cinayət işi aidiyyəti Üzrə baxılması üçün Nizami rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə cinayət prosessual qanununun düzgün tətbiq edilmədiyini əsas gətirərək həmin cinayət işini sonradan Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinə göndərmişdir. Hakimin qərarı qanunidirmi

Atanın əleyhinə ifadə alınması (kazus)

User Rating:  / 0
Səməd arvadmı öldürməyə görə cinayət məsuliyyətinə alındıqdan sonra, oğlu Orucun onu dindirmək barədə ərizəsinə əsasən müstəntiq tərəfindən dindirilir. Məhkəmədə Səmədin müdafiəçisi Orucun yaxın qohum olmasına baxmayaraq, ondan atası əleyhinə ifadə alınmasının qanun pozuntusu olmasını göstərərək, onun ifadəsini sübut kimi qiymətləndirməməyi xahiş edir. Vəkilin tələbi qanunidirmi?

Seçkilərdə düzgünlük (kazus)

User Rating:  / 0
Bələdiyyələrə seçkilər zamanı saxtakarlıqlara yol vermə taktına görə təqsirləndirilən şəxs dairə seçki komissiyasının üzvü Xəqani cinayət işinin istintaqı gedişində müstəntiq tərəfindən ifadə verməyə və seçkilərin nəticələri barədə saxtalaşdırılmış yekun bülletenlərin əsillərini və sair materialları təqdim etməyə məcbur edilir. Müstəntiqin hərəkəti qanunidirmi?

Zorladıqdan sonra evlənərsə (kazus)

User Rating:  / 0
Samirənin köməksiz vəziyyətindən istifadə edərək, onu zorlayan Tələtin barəsində zərərçəkmiş şəxsin ərizəsinə əsasən cinayət işi başlanır və onun barəsində həbs qətimkan tədbiri seçilir. İşə məhkəmədə baxılarkən müdafiəçisinin köməyi ilə Samirə ilə nikahlarını qeydə aldırır. Tələtin təqsiri kifayət qədər sübuta yetirilsə də, evləndikləri üçün Samirə cinayət işinin icraatına xitam verilməsini tələb edir. Samirənin tələbi haqlıdırmı?

Vəkil ilə təmin edilmədikdə (Kazus)

User Rating:  / 0
İkinci qrup əlil Əmrah Vicdanov qəsdən adam öldürməkdə şübhələndirildiyinə görə tuturlar. O, dindirilərkən müstəntiqə hüquqlarını özü müdafiə edə bilməyəcəyini və müdafiəçinin xidmətinə ehtiyacı olduğunu bildirir. Müstəntiq ona tutulduğu andan deyil, yalnız о ittiham elan olunduğu andan müdafiəçinin xidmətindən istifadə etmə hüququna malik olmasını əsas gətirərək, müdafiəçinin iştirakı olmadan ifadə alır. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Əmrahın müdafiə hüquqlarının pozulduğunu əsas gətirərək, dərhal müstəntiqdən şübhəli şəxsin pozulmuş hüquqlarının bərpa edilməsinə dair göstəriş verir. Əmrahın müdafiə hüquqları pozulmuşdurmu?

Röşvətxor həbsdən azad olunmasını tələb etdikdə (kazus)

User Rating:  / 0
Eyvaz külli miqdarda rüşvət aldığı üçün CM-nin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilir və barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilir. Müstəntiq ibtidai istintaqı 2 (iki) ay müddətində başa çatdıraraq, onun qurtarması barədə təqsirləndirilən şəxs və onun müdafiəçisinə elan etdikdən sonra, sonuncular cinayət işinin materialları ilə tanış olmağa başlayırlar. Bir müddət sonra müdafiəçi onların cinayət işinin materialları ilə tanış olma müddətinin Eyvazın həbsdə saxlama müddətinə daxil olduğunu və artıq sonuncunun həbsdə saxlama müddəti başa çatmasını əsas gətirərək, dərhal onun həbsdən azad olunmasını tələb edir. Müdafiəçinin bu tələbi əsaslıdırmı?{jcomments on}

Qısqanclıq. Biçaqlanma. Xəsarət. Məsuliyyət (Kazus)

User Rating:  / 0
Qısqanclıq niyyəti ilə arvadı Aynur Mamalıyevanın qarın nahiyəsinə yetirdiyi üçün qəsdən sağlamlığına ağır zərər vurmaya görə təqsirləndirilən Ərşad Mamalıyevin işinə baxılarkən müəyyən olunur ki, qonşusunun işə qarışması nəticəsində Ərşad cinayət əməlini başa çatdıra bilməmiş, yalnız vaxtında xəstəxanaya çatdırıldığı üçün Aynurun həyatını xilas etmək mümkün olmuşdur. Təqsirləndirilən şəxsə qarşı daha ağır ittiham irəli sürülməsi üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə dövlət ittihamçısının vəsatətinə etiraz edən təqsirləndirilən şəxsin müdafiəçisi öz mövqeyini xəsarətin həyat üçün təhlükəli olmaması ilə əsaslandırır. Məhkəmə nə etməlidir?

Yetkinlik yaşına çatmayan qızın zorlanması və prosessual məsələlər (Kazus)

User Rating:  / 0
S.Zornalıyev 14 yaşına çatmamış Səbinə Məktubovanın razılığı ilə uzun müddət sonuncuya qarşı əxlaqsız hərəkətlər etdikdən sonra Səbinəni zorladığına görə ona qarşı CM-nin müvafiq maddəsi ilə ittiham irəli sürülmüşdür. Cinayət işinə məhkəmədə baxılarkən, zərər çəkmiş şəxsin valideynləri iş materiallarına onların ailə sirlərini açıqlayan sübutları əks etdirən sənədlərin əlavə olunduğunu əsas gətirərək, həmin sənədləri qapalı məhkəmə iclasında tədqiq edilməsini hakimdən xahiş etməsinə baxmayaraq, vəsatəti təqsirləndirilən şəxs və onun müdafiəçisi rədd edilməsini təklif edirlər. Hakim onların xahişini təmin etmir. Hakimin qərarı qanunidirmi?{jcomments on}

Dəli olanda azadlığa buraxırlar (Kazus)

User Rating:  / 0
Vasif ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunur və cəzasını çəkdiyi vaxt psixi xəstəliyə tutulur və bunun nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini dərk etməkdən məhrum olur. Müdafiəçi həmin halı əsas gətirərək, onun cəzasının qalan hissəsini çəkməkdən azad olunması barədə məhkəməyə müraciət edir. Məhkəmə həmin müraciəti təmin edə bilərmi?

Həkimin etinasızlığı (Kazus)

User Rating:  / 0

Özəl tibbi mərkəzinin növbətçi həkimi Q.Qurumsulov xəstə B.Yaziqovanı  xəstəxanaya yerləşdirməkdən imtina etdi və onunla əsaslandırdı ki, onun tibbi sığortası yoxdur, həmin rayon xəstəxana üzrə qeydiyyata alınmayıb və əməliyyat haqqının ödənilməsini tələb etdi.

Tibbi yardımı vaxtında almadığı üçün B.Yaziqova peritonitdən (qarın pərdəsinin iltihabı) vəfat etdi. Tövsif edin.

Məhkəmənin qərarı qanunidirmi? (kazus)

User Rating:  / 0

Rəşad Cinayət Məcəlləsinin Xüsusi hissəsinin sanksiyasının yuxarı həddində 15 il müddətinə azadlıqdan
məhrum etmə cəzası nəzərdə tutulan cinayəti və başqa az ağır cinayəti törədir. Məhkəmə onu cinayətlərin
məcmusu üzrə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edərək, cəzanın ümumi rejimli
cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən edir.
Məhkəmənin qərarı qanunidirmi?

Şvabradan ölüm (kazus)

User Rating:  / 0

B.İntizarov uzun müddət X.Mamlımatanova ilə intim münasibətlərdə olmuş və dəfələrlə ona evlənmək təklif etmişdir. Lakın X.Mamlımatanova hər zaman imtina cavab verirdi və onunla əsaslandırırdı ki, ağır xəstə olan ərini tək qoyub atıb gedə bilməz. Buna görə də B.İntizarov X.Mamlımatanovanın ərini öldürmək qərarına gəldi. Bu məqsədlə, qadının əri axşam evdə tək olarkən onun yanına gəlib X.Mamlımatanovadan əl çəkməyi tələb etdi. İmtina cavabı aldıqdan sonra B.İntizarov evdə olan lif süpürgəni (şvabranı) götürüb Mamlımatanovanın ərinin başına on beş zərbə endirdi. Vurulmuş zərbələrin nəticəsində qadının xəstə əri dünyasını dəyişdirdi. Tövsif edin.

Zorlama yoxsa?

User Rating:  / 0

Aynur Sürüşkənova Yeni İl münasibətilə qonaq kimi tanışları  ilə birlikdə bayram keçirdirdi. İçdiyi şərabdan özünü pis hiss etmiş divana uzanıb yatmışdır. Ramin Yumurtayev A.Sürüşkənovanı onunla cinsi əlaqəyə girməyə təklif etdi və qızın razılığını aldı. İki gündən sonra Sürüşkənovanın valideynləri hadisə barədə məlumat aldılar və prokurora ərizə ilə müraciət etdilər. Öz müraciətlərində  Yumurtayevi cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirdilər. Tövsif edin.{jcomments on}

Ömürlük azadlıqdan məhrumetmə yoxsa yox

User Rating:  / 0

Bəlalıyev  17 yaşında ağırlaşdırıcı hallarda qəsdən adam öldürərək, qaçıb gizlənir, 26 yaşa çalanda özünü cinayət təqibi orqanına könüllü təqdim edir. Ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilərmi?

Məntiq və hüquq arılmazdı

User Rating:  / 0

Sirr deyil ki, hüququ öyrənənlər məntiqi də yaxşı bilməlidir. Əks təqdirdə məsələlərin araşdırmasında və düzgün təhlildə bir çox problemlər yaşana bilər. Hüquqşünasın işində isə bu hal (məntiqə az diqqət yetirmə) digər insanlar üçün hətta təhlükəli ola bilər.

Bunun üçün aşağıdakı şəkilə baxın və cavab verin. Xahiş olunur yalnız öz məntiqinizə arxalanasınız və axtarış vasitələrindən istifadə etməyəsiniz (google, yandex və s.). Çünki sonra vicdan əzabı çəkəcəsiniz :).

Burda aldatmaq asandır, çalışın özünüzə qarşı yalançı olmayın!

Əyri borudan çıxıb uçan kürəcik hansı trayektoriya ilə hərəkətini davam edəcək?


 

Donmaqdan əvvəl zorlama

User Rating:  / 0

Qışda, gecə vaxtı evə qayıdarkən D. Yapıncaklı və U.Mürdəşirov evin blokunun pilləkənlərinin altında orda uzanan N.Davalkinanı aşkar etmişdirlər və onu zorlamaq fikrinə gəldilər. Onlar N.Davalkinanı həyətə apardılar, qardan təmizlənmiş yerə uzatdılar, soyundurdular və hər ikisi zorladılar. Zərər çəkmişi bərk sərxoş vəziyyətdə soyuqda qoyub qaçdılar.  N.Davalkina donma nəticəsində öldü.

Tövsif edin.

Proqram vasitəsilə qisas

User Rating:  / 0

“Micro-DN-ULTROS” şirkətinin proqrammisti Bicbala Yekəgözov direktorundan qisas almaq üçün işdən çıxmaqdan əvvəl şirkətin kompüter şəbəkəsinə zərərverici proqram daxil etmişdir. Bu proqram müştərilərlə bağlı hesablaşmalar haqqında məlumatın çox hissəsini ləğv etmişdir. Məhv edilmiş məlumatı bərpa etmək üçün böyük görülmüşdür və bu işlərin görülməsi üçün 40 000 manat xərclənmişdir. Tövsif edin.

Zorlama və ölüm

User Rating:  / 0

V.Bıbıxlı spirtli içkiləri qəbul etdikdən sonra zorlamaq məqsədilə içkili vəziyyətdə olan Ç.Şürüşkənovanı yeni tikilən binanın blokuna aparır. Ç.Şürüşkənovanadan cinsi əlaqəyə girməkdən imtina cavabı aldıqda ona altı dəfə sifətinə yumruqla güclü zərbə vurdu, və məcburi cinsi əlaqəyə girməyə çalışdı. Ç.Şürüşkənovanı soyundurdu, daha sonra özü soyundu, lakın zərərçəkmiş qadın müqavimət göstərdi. Müqaviməti dəf etmək üçün V.Bıbıxlı qadını döyməyə başladı və bədəninin müxtəlif nahiyələrindən on beşə yaxın ağır zərbə endirdi (o cümlədən, başına on zərbə). Və bu kəllə-beyin və digər travmaları ilə nəticələnmişdir, hansılar ki, Ç.Şürüşkənovanın ölümünə səbəb olmuşdur. Tövsif edin.

Mütəşəkkil cinayət dəstənin qeyri-adi üzvü

User Rating:  / 0

Mütəşəkkil cinayət dəstənin tərkibində 10 nəfər şəxs uzun müddət ərzində quldurluq və soyğunçuluqla məşğul olduqlarına görə  cinayət məsuliyyətinə cəlb edilirlər. Dəstə üzvlərindən biri hərbi qulluqçu olur. Onun müdafiəçisi vəsatət verir ki, bütövlükdə iş üzrə ibtidai istintaqın aparılması hərbi prokurorluğa tapşırılsın. Rayon prokuroru vəsatəti rədd edir və müstəntiqə istintaqın davam etdirilməsi barədə göstəriş verir. Prokurorun qərarı qanunidirmi?

Öləndən sonra borcunu kim qaytaracaq

User Rating:  / 0

Əli şəxsən özünə bankdan təminatsız 50.000.000 manat borc alıb. Borcun ödəmə müddəti müqaviləyə əsasən 3 ildir, lakin borcu alandan 2 il sonra o, vəfat edir. Ölümündən sonra o, heç bir miras qoymur və bank onun iki oğluna qarşı məhkəmədə iddia qaldırır ki, onlar atalarının banka olan borcunu ödəmək haqqında öhdəliyi öz üzərilərinə götürsünlər. Məhkəmə hansı qərar qəbul etməlidir?

Kazus: ölünü öldürəndə

User Rating:  / 0

Qulamqulamov öz kabinetində Bəxtidudulayev tərəfindən öldürülmüşdür. Müəyyən müddətdən sonra Qulamqulamovu öldürmək məqsədilə onun kabinetinə Dimdikzadə daxil olur, və xəbəri yoxdur ki, Qulamqulamov artıq ölüb. Dimdikzadə artıq ölmüş Qulamqulamovun boynuna biçaq soxur və cinayət yerindən qaçır. Və Dimdikzadə fikirləşir ki, Qulamqulamovu o öldürüb. 

? – cinayət tərkibi varmı, kim məsuliyyətə cəlb olunacaq.{jcomments on}

Maşın, kofe və küt sürücü

User Rating:  / 0
2000-ci ilin noyabrında Oklaxoma sitidən olan cənab Merv Qrajinskiy özünə bir "Vinnebaqo" aldı. Bu 10-metrli avtonəqliyyat - təkər üstə evə daha çox oxşayırdı. Bu maşını alan kimi səyahətə çıxdı. Maşın sürərkən kofe istədi və 115 km/saatda sürətlə "avtomata" qoydu, sonra rahatcana getdi salona kofe süzməyə. Lakın heç 2 saniyə keçməmiş avtonəqliyyat trassadan çıxdı dombalaq aşıb ağaca dəydi. Cənab Qrajinskiy əsəbindən partlayırdı.

Read more...

Stella Libek adına mükafat

User Rating:  / 0
ABŞ-da ən cəfəng məhkəmə qərarına görə hər il Stella Libek adlı bir mükafat verilir. Bir vaxt həmin 81 yaşlı xanım Stella Libek "MakDonalds"da bir stəkan kofe götürmüşdür, lakın barmaqlar 60 il əvvəl olan, o barmaqlar deyildi və isti kofe dərhal töküldü. Bütün bunlar məşhur fast-fud şirkətinə 2,9 mln. ABŞ dollara gəldi.{jcomments on}

Kazus-tapmaca 2: Günahkar şəxsi azadlığa buraxma

User Rating:  / 0
İki nəfəri adam öldürməyə görə mühakimə edirlər. Andlılar müttəhimlərin birini təqsirli bilib, o birisini isə təqsirsiz bilirlər. Hakim təqsirli bilinən şəxsə müraciət edib deyir: "Bütün mənim işlərimdən bu ən qəribəsidir. Baxmayaraq ki, sizin təqsiriniz tamamilə sübuta yetirilib mən sizi azadlığa buraxmalıyam".
Hakim niyə belə dedi?{jcomments on}

Kazus-sual 1: Qaçma

User Rating:  / 0
Misal üçün, şəxsi azadlıqdan məhrum edirlər və yaxud həbs edirlər. O, təqsirsizdir. İş belə alınır ki, o həbsxanadan qaçır. Sonradan istintaq davam edir və cinayətdə günahkar olan əsl cinayətkar tapılır. Cİnayətkarı təqsirli bilirlər və məhkum edirlər. O həbsxanadan qaçan ilə bəs necə olacaq, yenidən həbs ediləcək? {jcomments on}

Ərinin kabusundan hamilə

User Rating:  / 0

Fransız zadəganı Jerom Oqüst de Monleon dörd il ərzində öz ata-baba qəsrindən kənarda yaşayırdı və qürbətdə vəfat etmişdir. 1636-cı ildə onun ölümündən bir az sonra Jeromun dul arvadı bəyan etdi ki, yuxuda öz ərindən hamilə olub. Məhkəmənin birinci instansiyası bu cür şəraitdə doğulan oğlunın vərəsəlik hüququnu tanımadı, və zadəganın mülkiyyəti ona keçməsinə yol vermədi.

Read more...

Öldürülmüş məşuq, tapanca və vəkilin barmağı

User Rating:  / 0

 

 

1932-ci ildə Maykl adlı məşuqunun qətlində təqsirləndirilən kübar dairələrinə mənsub gözəlçə 26 yaşlı Elvira Barni Londonun Old Beyli məhkəməsinin qarşısında durdu. Müdafiənin tərəfi Patrik Qastinqs şəxsində müttəhimi dindirildikdən sonra bədbəxt hadisə versiyasını irəli sürdü. Guya ki, o öz məşuqunu qısqanırdı və ona xox gəlmək üçün intihar edəcəyini bildirdi. Maykl ondan tapançanı almaq istəyəndə mübarizə baş verdi və - atəş səsi!!!

Read more...

 

  • Memarlıq və dizayn;
  • Landşaft dizaynı və layihələndirilməsi;
  • Texniki-mühəndis layihələndirmə;
  • 3D layihələr;
  • layihələrin təsdiqlənməsi.
Əlaqə:
Mob: +994-051-9406575