Erare humanum est, stultum est in errore perseverare (Səhv etmək insanın xüsusiyyətidir, səhvdə inadkar olmaq - axmaqlıqdır).
Yönəldici Məsləhətxana
Mesaj
  • Cache cleaned
On-layn (canlı) hüquq məsləhətxanası
SM FAQ - Компонент вопрос-ответ для Joomla http://joomla.forsite.org

SUALLARIN VERİLMƏSİ ARTIQ DAYANDIRILIB.

BU BÖLMƏ MAARİFLƏNDİRMƏ MƏQSƏDİLƏ İSTİFADƏÇİLƏR ÜÇÜN AÇIQDIQ.

Xahiş edirik nəzərə alasınız:
1. Sualı vermək üçün aşağıda "Sualı əlavə et" düyməsini sıxmaq lazımdır.
2. Hüquq məsləhəti almaq üçün göndərilən sorğular "Əlaqə" bölməsindən göndərilə bilməz.
3. Bir məsələyə aid bir dəfə sual verilməlidir. Cavablandırma 2 günə qədər uzadıla bilər.
4. Təkrarlanan suallar ləğv olunur.
5. Həftə ərzində bir istifadəçi yalnız 3 sual verə bilər.


Göstərmək    Sualların cəmi - 1766
711 - Ramin (23-11-2010). Salam! Mən 2001-ci ildən Bakı şəhərindən ev almışam. Evi aldığım adam hələdə uçotdan çıxamayıb. Xahiş edirəm bu məsələ ilə bağlı mənə yol göstərəsiniz,

Salam.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 9-cu maddəsinə əsasən şəxs aşağıdakı hallarda qeydiyyatdan çıxarıla bilər:

1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;

2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;

3) azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında;

4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında;

5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;

6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında.

Həmin şəxslə əlaqə yaradın, əgər o, öz xoşu ilə qeydiyyatdan çıxmırsa məhkəmə qaydasında qeydiyyatdan çıxara bilərsiniz

 Sualınıza görə təşəkkür edirik.

2010-11-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
710 - Nurlan (23-11-2010). Doğum haqqinda şəhadətnamə itdikdə....şəxsiyyət vəsiqəsi düzəldiləndə şəhadətnamənin əsli lazim olur yoxsa özü xahiş edirəm bu haqqda məni məlumatlandirasiniz....

Salam.

Əgər şəxsiyyət vəsiqəsi ilk dəfə verilirsə doğum haqqında şəhadətnamənin verilməsi mütləqdir (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun 4-cü maddəsi). Əgər itirilibsə bu barədə DİN-orqanlarına məlumat verməlisiniz və şəhadətnamə aldığınız yer üzrə dublikatın verilməsi ilə bağlı müraciət etməlisiniz.

Sualınıza görə tşəkkür edirik.

2010-11-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
709 - Ceyran (23-11-2010). Ananın oğlundan məhkəmə yolu ilə alacağı alimentin maksimum məbləğı nə qədər olmalıdır.

Salam.

Ailə Məcəlləsinin 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.

Sualınıza görə təşəkkür edirik.

2010-11-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
708 - Tural (23-11-2010). Salam. Bize QIS-den gelib debitor borc yaziblar. Guye ki 2010-cu ilin evvel aylarini qaz pulunu kecirmemiwik. Teessuf ki hemen aylarin da ceklerini itirmiwik. Bilmek isteyirem ki qanunda varmi ki, cekleri ev sahibi saxlamalidir? Xahiw edirem etrafli komeklik edesiniz?

Salam.

Təbii ki, siz qəbzləri saxlamalısınız, çünki sizə qarşı iddialar irəli sürüləndə qəbzlər sizdə sübut olacaq ki, siz müvafiq qaydada ödənişlər keçirmisiniz. Əgər mübahisə yaransa və iş məhkəmə qaydasında baxılsa, onda məhkəmə yalnız işdə mövcud olan sübutları rəhbər tutacaq. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
707 - Rufat (23-11-2010). Salam. Bir fiziki sexs mulkiyyet huququ ona aid olan yasayis yerini bir huquqi sexse (MMC-ye) huquqi unvan kimi qeydiyyatdan kecmesine icaze vermek isteyir. Bu halda fiziki sexs hansi tehlike ile uzlese biler? Evvelceden minnetdarligimi bildirirem.

Salam.

Bu formal prosedurdur. Və özü-özlüyündə heç bir təhlükə yaratmır. Çünki sizin yaşayış yerinizi hüquqi ünvan kimi göstərilməsi hüquqi şəxsə heç bir mülkiyyət və ya istifadə hüququ vermir.

Hansı bir daşınmaz əmlaka dair müəyyən hüquqları (mülkiyyət və s.) əldə etmək üçün həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2010-11-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
706 - Emin (22-11-2010). Salam. Sizlera 2 Sualim var: Sual 1. 2006-ci ilden Yeni tikilide yasayiram. Hazirda MTK-dan menzilin komunal haqqlara borcunun olub olmamasi haqda maliyye arayisi isteyirem MTK bu arayisi mene vermir. Sebeb kimi bina tikilerken 500 AZN sayqaca (isiq sayqacina) pul vermeli olduqumu esas getirerek mene borc kimi bildirir ve arayis teqdim etmir. Menzillierde yeni tikililerde daxil olmaqla sayqaclasma MTK terefinden aparilmalidirmi? Qeyd edim ki bu haqda o zaman ne de sonralar menimle MTK arasinda hec bir muqavile olmayib. Mtk arayisi teqdim etmekden boyun qacira bilermi?

Salam.

Əgər müqavilə ilə nəzərdə tutulmayıbsa onda həmin tələbi irəli sürmək haqlısınız. Və bununla bağlı məhkəmə qaydasında iddia qaldıra bilərsiniz və hüquqlarınızı bərpa edə bilərsiniz. Təbii ki, müvafiq qaydada sübutları toplamalısınız. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
705 - Sevinc (22-11-2010). Qardashim rusiya vetendashidir. Indi ise gelib, gelmesinden bir ay kecmesine baxmayaraq qeydiyyata dushmeyib, o ne qeder cerime vermelidir. O bir illik muveqqeti qeydiyyata dushmek isteyir amma deyirler olmaz muveqqeti qeydiyyat uch ayliqdir. uch aydan bir gerek serhed deyishe. O rusiyaya deyi basqa olkelere gedib geldikce bu muddeti atrirmaq olar yeni vetendashliqi olan rusiyaya deyil bashqa olkelere. Xahish edirem bu haqqda melumat verin o nece ede biler? evvelceden teshekkurumu bildirirem.

Salam.

İnzibati Xətalar Məcəlləsinin 330-cü maddəsinə əsasən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində qeydiyyatsız yaşamasına və ya beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, rəsmiləşdirilmiş icazə (viza) olmadan qalmasına görə
—   əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir.
Əgər əxs üç ayadək müddətində Azərbaycanda qalırsa DİN-nin paspost-qeydiyyat şöbəsində qeydiyyata durmalıdır. Əgər daha çox müddətdə qalmaq firki varsa müvafiq qaydada Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.
Sualınıza görə təşəkkür edirik.
2010-11-23
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
704 - Məhəmməd (21-11-2010). Salam, əvəllcədən təşəkkür edirem. Mecburi köçkünlərin qanunsuz işdən çıxarılması hansı qanunıla qorunur,

Salam.

Düzdür məcburi köçkünlər üçün Əmək Məcəlləsində müəyyən güzəştlər nəzərdə tutulub. Amma əgər qanun pozulubsa fəqri yoxdur, siz məcburi köçkünsünüz ya yox. Buna görə işəgötürən məsuliyyət daşımalıdır. Əgər hesab edirsinizsə hüquqlarınız pozulub yazılı şəkildə Əmək Müfəttişliyinə müraciət edin. Həmçinin məhkəməyə də müraciət edə bilərsiniz.

Sualınıza görə tşəkkür edirik.

2010-11-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
703 - Qaqash (21-11-2010). Salam: "korparativ mallar: deyende hansi mallari basha dushmek olar? sual 2. "kommersiya mallari" ne demekdir ?

Salam.

Bu biznes terminlərdir və anlayış kimi, qanunvericilikdə göstərilməyib. Korporativ mallar adətən hansı bir korporasiyaya (şirkətə) məxsus mallardır. Və həmin şirkətdə işləyərkən onun malları əldə edərkən siz korporativ malları əldə edirsiniz. Kommersiya malları - satış və gəlir əldə etmək üçün nəzərdə tutulan mallardır.

Sualınıza görə təşəkkür edirik.

2010-11-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
702 - Azer (21-11-2010). Salam .. Men oz shexsi avtomobilimde video kamera yerleshdirmishem, ve isterdim bilim yol dovlet polis emekdashi meni saxlayib senedlerimi yoxlayarken onun icazesi var ki menim shexsi avtomobilimdeki video kameranin ceklishine etiraz etsin ve mudaxile etsin guc gorsetsin kamerani musadire etsin? Yoxsa mene qanun icaze verir oz shexsi avtomobilimde cekilish aparim??

Salam.

İş ondadır ki, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyalara aiddir.

Əgər Siz öz hüquqlarınızı müdafiə etmək məqsədilə həmin videoçəkilişi açıq aparırsınızsa, səlahiyyətli şəxs sizə maneə yaratmamalıdır (əgər o, qanuna uyğun hərəkətlər edirsə onda bundan qorxamamalıdır). Əgər maneə yaratsa siz müvafiq qaydada hüquqmühazizə orqanlarına şikayət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-11-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
701 - Anar (21-11-2010). Salam. men 1998 ci ilde DIN-nin BYTM (yeni yangin sondurme texnikomuna )daxil oldum 2000 ci ilde bitirdim ve yanginsondurme reisi vezifesinde 8 il bash leytinat rutbesinde ishledim. 2008 ci ilde mueyyen sebebden sehetimle elaqeder olaraq ishe 1 ay getmedim ve arada yaranan boshluga gore meni ishden azad etdiler. 8 il men zabit olmusham. indi bilmek isterdim ki mene herbi bilet verilmelidir ? zabit bileti yoxsa sravi ? hemde 4 ushaq atasiyam. meni esger aparmaqlari hasi derecede ve hasi qanuna esasendir? men oxudugum 2 il erzinde xidmet etmishem ve and icmede olub. DIN-NIN TERKIBINDE OLANA MEKTEB ONDA HERBI BILET VERILIRDI INDI ISE 2005 CI ILDEN FHN-nin terkibine qatildi mekteb ve herbi biletleri legv etdi. bu ne derecede duzdur?????? ZEHMET OLMASA QANUNLARI MADDELERI ILE YAZIN KI ELIMDE ESAS OLSUN KAMISARLIGA GEDENDE

Salam.

Mübahisəli məsələdir. İlk növbədə keçmiş işlədiyiniz yer üzrə və ya hazırkı hüququ varisliyi keçən təşkilata müraciət etməlisiniz. Daha sonra əgər müsbət həll olunmasa məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-11-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
700 - Sanan (20-11-2010). Salam, Xahis edirem mene 30.12.1999-cu il tarixli "Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu qaydaları" haqqinda qanunu tapmaqda komeklik edesiniz. Tesekkur edirem.

Salam.

Bu da Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları.

Təşəkkür edirik.

2010-11-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
699 - Bəhruz (20-11-2010) Salam. Bilmək istəyirəm gömrük orqanlarına işə qəbul ilə bağlı imtahan nə vaxt keçiriləcək? 2-ci sual. 12 noyabr Prezidentin fərmanı ilə təsdiq edilmiş əsasnamənin əvvəlki ilə arasında nə fərq var. məs: Gömrük Komitəsi imtahanı özü keçirir. indi necə olacaq? tələbə qəbulu yoxsa əvvəlki kimi?

Salam.

Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqəninkeçirilməsi Qaydasının 1.3-cü bəndinə əsasən gömrük orqanlarında müvafiq vakant ştat vahidləri olduqda, xidmətə qəbul ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin internet informasiya ehtiyatında (http://www.customs.gov.az) və digər kütləvi informasiya vasitələrində elan verilir.

Həmin qaydaların 2.1-ci bəndinə uyğun olaraq müsabiqənin keçirilməsi üçün müsabiqə komissiyası yaradılır. Komissiyanın tərkibi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri tərəfindən təsdiq olunur. TDQK-nın iştirakı nəzərdə tutulmayıb.

Sualınıza görə təşəkkür edirik.

2010-11-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
698 - Leyla (20-11-2010). Salam. Men 5 ildir aileliyem. Heyat yoldasim meni vehsicesine doyur,tehqir edir. Defelerle intihara cehd etmisem. Ne ailem, ne yoldasim bosnmagima razi deyil. Cixis yolu tapa bilmirem. Hara muraciet edeceyimi de bilmirem. XAHIS EDIREM mene meslehet verin. Nigaha girdiyim rayonda bosanma erizesi vere bilmiremse, baska yerde meselen Bakida erize vere bileremmi?

Salam.

Biz sizə məsləhət görərdik ki, Azərbaycan Qender İnformasiya Mərkəzi (AQİM)ABA CEELI (Amerika Hüquqşünaslar Assosiasiyası)Hüquqşünas Qadınlar Assosiyasiyası kimi təşkilatlara müraciət edəsiniz.

Bundan başqa boşanma məsələsilə bağlı rayon üzrə məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-11-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
697 - Lala (19-11-2010). Salam. ataliq hwququndan ne vaxt mehrum edilir? ve yetkinlik yaşinа çatmış uşaq istediyi vaxt atasından imtina ede bilərmi?

Salam.

Bu məsələ ilə bağlı Məsləhətxananın 622-ci sualında öz mövqeyimizi göstərmişik. 

Təkrar olaraq:

Valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər (Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən):

  • öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
  • alimenti qəsdən ödəmədikdə;
  • heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;
  • valideynlik hüquqlarından sui-istifadə etdikdə;
  • uşaqlarla amansız davrandıqda, onları fiziki və psixi təzyiq altında saxladıqda;
  • xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
  • uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.
Sualınıza görə tşəkkür edirik.
2010-11-22
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
696 - Orxan (19-11-2010). Masazir gesebesinde torpag almisam. ev tikmeye basladigda belediyye ve icra hakimiyyeti numayendeleri gelib tikintini deyandirirlar, goymular. teleb ediler ki evin tikintisine icaze olsun. Sual: 1.Belediyyenin selahiyyeti var ki tikintini deyandirsin. 2. evin tikilmesine kim icaze verir beled. yoxsa icra h.? 3. torpagda evin tikilmesini hansi normalar tenzimleyir? 4. prosedur necedir? Cavaba gore sagolun.

Salam.

Hər bir sualınıza ayrı bir mövzu həsr etmək olar. Ayrı-ayrılıqda bu sualları Məsləhətxanada cavablandırmışıq. Xahiş edirik Məsləhətxananın 1, 5, 18, 23,  27, 40, 240,  saylı suallara nəzər yetirəsiniz. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-22

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
695 - Elshan (19-11-2010). Salam. Bilmək istəyirəm alqı-satqı müqaviləsində daşınmaz əmlakın qiymətini kim müəyyənləşdirir? Alıcı və satıcının razılığı ilə istədiyimiz qiyməti qoymaq olarmı?

Salam.

Təbii ki, qiymət tərəflərin razılığı ilə müəyyən edilməlidir, lakın daşınmaz əmlakın ağlabatan qiyməti olmalıdır. Və bir çox amillər nəzərə alınmalıdır (misal üçün: daşınmaz əmlakın yerləşməsi, təmiri, şəraiti,  mövcud olan bazar qiymətləri və s.), Bu cür amillər həmin daşınmaz əmlakın qiymətini formalaşdırır. Əgər lap aşağı qiymət göstərilərsə onda vergidən yanınma kimi qəbul oluna bilər və notariat kontoru bu cür müqavilələri təsdiqlənməməkdə haqlıdır. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-22

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
694 - Araz (19-11-2010). Salam. Beh müqaviləsi baglayarkən notariatda mən nə qədər pul verməliyəm? Dövlət rüsumu nə qədərdir? Rüsumdan əlavə pul verməliyəm?

Salam.

Dövlət rüsumu haqqında Qanunun 10.5.3-cü maddəsinə əsasən qiymətləndirilən başqa müqavilələrin təsdiqi üçün (yaxın qohumlarla və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxslərlə bağlanılan müqavilələr istisna olmaqla) 61 manat dövlət rüsumu ödənilməlidir.

Sualınıza görə təşəkkür edirik.

2010-11-22

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
693 - Kamran (19-11-2010). Salam. Men heyat yoldashimla 2009-cu ilin avqust ayinda aile heyati qurmusham. 2005-ci ilde atamin oz adina aldigi eve kocub bu gune qeder orda yashamishiq. birge nigahdan bir qiz ovladimiz var. Nigah dovrunde birge emlak elde etmemishik.Bilmek isterdimki boshanma zamani heyat yoldashim yashadigimiz eve ne iddia ede biler? Etrafli cavab vermeyinizi xahish edirem. Evvelceden teshekkur edirem.

Salam.

Əgər daşınmaz əmlak valideynizin mülkiyyətindədirsə onda həmin əmlaka iddia edə bilməz. Yalnız nikah dövrendə əldə edilən əmlaka iddia edə bilər (avtomobil, mebel, zinət əşyaları və s.). Əgər həyat yoldaşınızla notariat qaydada təsdiq edilmiş yaşayış sahəsindən istifadə  barədə müqavilə varsa onda qeydiyyatdan çıxarılarkən müvafiq qaydada kompensasiya ala bilər. Əgər yoxdursa onda belə hüquq yoxdur.

Lakın son zamanlar məhkəmə praktikasında "köçürülmə" təcrübəsi əmələ gəlib. Və həyat yoldaşınız həmin yaşayış sahəsinə köçürülə bilər (boşanma zamanı). Hələ ki, mülkiyyət hüququ o qədərdə qorunmur. Ola bilsin ki, gələcəkdə bu praktika dəyişildi.

Sualınıza görə təşəkkür edirik.

2010-11-20

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
692 - Seymur (19-11-2010). Debbe pulunun hesablanması qaydası ve iddia ərizesi barədə məlumat vermeyinizi xahiş edirem

Salam.

Ərizələr və şikayətlər bölməsində müxtəlif ərizə nümunələri göstərilib. Digər xidmətlər pulludur.

Bundan başqa Mülki Məcəllənin 439.3-cü maddəsnə nəzər yetirin. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-19

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
691 - Niki (19-11-2010). Salam! Geyim etiketlerinin Azərbaycana idxalı qeyri qanununi sayılır. Bu barədə hər hansı normativ akt varmı? Əgər mən öz logom ilə xaricdə etiket istehsal elətdirirəmsə bunun neyi qeyri qanunidir? Mümkünsə bu vəziyyətə aydınlıq gətirin!

Salam.

Qadağan olunmayıb. Sadəcə bu sahədə fəaliyyət göstərmək üçün müvafiq icazələr olmalıdır. Əgər mal xaricdə istehsal olunursa müvafiq mənşə sertifikatı olmalıdır. Əgər sizin şirkətinizdirsə müvafiq təsdiqedici sənədlər olmalıdır (başqa şirkətdirsə distribyudor müqaviləsi və s).

Bu barədə ətraflı məlumat almaq üçün gömrük qanunvericiliyi ilə daha dərin tanış olmalısınız.

Sualınıza görə təşəkkür edirik.

2010-11-19

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
689 - Ruflan (18-11-2010). Hörmətli Hüquqşünas. Oglum Musazadə N.R. 18 yaşina çatmamasına görə xaricdə oxumasi ilə əlaqədar Təhsil Nazirliyindən Qərb reqional şöbəsinə məktub təqdim etmişəm ki, həqiqətən xaricdə təhsil alır. 41 manat Dövlət rüsumu keçirdmişəm və 08.11.2010-ci ildə təqdim etmişəm. lakin şöbədən mənə deyirlər ki, bir ay müddətinə veriləcək. Ölkəyə getmək, gəlmək haqqında Azərbaycan Respublikası Qanunun 3–cü 4-cü 8-ci maddələrinə əsasən təhsil müstəsna hal oldugu üçün 48 saat keçənədək baxilir və “Dövlət rüsumu “haqqında Azərbaycan Respublikası qanunun 14 maddəsinin 14.1.2 bəndinə görə müstəsna hallar oldugu üçün 40 manat Dövlət rüsumu ödənilir. Şöbədən mənə bildirirlər ki, sən “Dövlət rüsumu “haqqında qanunun 14.1.1 bəndi şamil olunur yəni 120 manat ödədikdə beş iş günü müddətinə veriləcək təhsillə baglı müstəsna hal yoxdu. Sizdən xahiş edirəm təhsilnən baglı qanunda müstəsna halın olub olmaması və qanunun 14.1.2 bəndinin ogluma şamil olub olmamasi barədə sorguma rəsmi cavab verəsiniz. Əvvəlcədən təşəkkür edirəm. Hörmətlə Ruflan Musayev

Salam.

Əgər pasport barədə məsələdirsə, onda Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Qanunun 4 və 9-cu maddəsinə bir daha nəzər yetirin.

Belə ki, həmin Qanunun 4-cü maddəsinə uyğun olaraq ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra bir ay müddətində, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda beş iş günü müddətində, müstəsna hallarda isə (Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallar) iki iş günü müddətində onun ərizəsi, şəxsiyyət vəsiqəsi, fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında yaşadığı yerin daxili işlər orqanı tərəfindən verilir.

Qeyd etdiyniz hallar qanunvericilikdə müstəsna hal kimi göstərilmir.

Dövlət rüsumu haqqında Qanunun 14.1.1-ci maddəsinə əsasən əgər beş iş günü müddətində ümumvətəndaş pasportu almaq niyyətindəsinizsə 120 manat dövlət rüsumu ödəməlisiniz. Əks təqdirdə 1 ay müddətində həmin sənədi alacaqsınız.

Sualınıza görə təşəkkür edirik.

2010-11-19

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
688 - Vuqar (18-11-2010). Salam. Bilmaek isterdim suruculuk huququndan muveqqeti mehrum olan shexsler yeniden suruculuk vesiqesi alarken imtahan vermelidirmi? Inzibati Xetalar mecellesine gore yox. Amma Polis haqqinda qanunda DYP'lerin dediklerine gore verilmelidir, normalda Son cixan qerara gore bu heyata kecirilmelidirki buda inzibati xetalar haqqinda qanundur, bele halla rastlashsaq ne etmeliyik ,xahish edirem etrafli melumat veresiniz, onceden teshekkur edirem

Salam.

Oxşar sualları artıq bir neçə dəfə cavablandırmışıq. Məsləhətxananın  655 və 480  suallarına nəzər yetirin. 

Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsiNəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsiqaydaları haqqında Əsasnamənin 2.13-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmə hüququ müvəqqəti məhdudlaşdırılan şəxslərə sürücülük vəsiqələri, bu müddət başa çatdıqdan sonra tibbi müayinədən keçdikdən və onların bilik səviyyəsi, sürmə vərdişləri yoxlanıldıqdan sonra qaytarılır.

Sualınıza görə təşəkkür edirik.

2010-11-19

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
687 - Emil (18-11-2010). 01.01.1997-31.12.1997-ci il erzinde Nerimanov r-da 11 kv.m dovlet emlakini icare muqavilesi ile emlak komitesinden icareye goturmusdum. Muqavileye esasen odemeleri etmisem. Hal-hazirda emlak komitesinden mektub gelerek 119 manat borcum oldugu gosterilir. Sual: Odeme qebzleri nece il saxlanilmalidir? 1997-ci ilde 1 kv-m icare haqqi ne qeder olub? Ve men bu borcu odemeliyemmi?

Salam.

Ödəmə qəbzləri sübut kimi sizə lazım ola bilər, ona görə də mümkün qədər uzun müddət saxlayın (iddia müddəti bəzi hallarda 10 ilədək ola bilər). Bu məsələni həmin dövlət qurumu ilə aydınlaşdırın. 

Hər bir halda fikirləşirik ki, iddia müddəti keçib. Çünki Mülki Məcəllənin 373-cü maddəsinə əsasən daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 (altı) ildir. Ümumi iddia müddəti isə 10 (on) ildir.

Müddət ötdüyünə görə iddiaları əsassızdır. Bu barədə onların nəzərinə çatdırın, mübahisə yarandığı təqdirdə məsələni məhkəmə qaydasında həll edə bilərsiniz. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-19

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
685 - Gulshen (17-11-2010). Salam? subsidiya, subvensiya ,dotasiya ne demekdir?

Salam.

Bu anlayışlar Azərbaycan qanunvericiliyində əks olunub. Lakın bu anlayışların daha geniş mənası da ola bilər.

Belə ki, Büdcə sistemi haqqında Qanuna uyğun olaraq:

Dotasiya - dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsədi  ilə əvəzsiz verilən maliyyə vəsaiti.

Subvensiya - məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaiti.

Subsidiya - dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaiti.

Daha geniş məna əldə etmək üçün bu anlayışlardan Naxçıvan, yerli büdcələri və onlarla bağlı sözləri yığışdırmaq lazımdır (subyektlər və təşkilatlara əvəz etmək olar).

Sualınıza görə təşəkkür edirik.

2010-11-19

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
684 - Gulshen (17-11-2010). Salam, serti maliyye vahidi dedikde ne nezerde tutulur?

Salam.

Belə bir Qanun var Şərti maliyyə vahidi haqqında. Həmin Qanuna əsasən Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında aylıq əmək haqqının minimum məbləği əsasında hesablanan əmək haqları, dövlət rüsumları, cərimələr, maliyyə sanksiyaları və digər ödənişlər, əgər mütləq rəqəmlərlə müəyyən edilmirsə, şərti maliyyə vahidi ilə hesablanır (əvvələr "minimum əmək haqqı" olmuşdur). Şərti maliyyə vahidi 1 manat 10 qəpik məbləğində müəyyən edilir.

Lakın, Şərti maliyyə vahidi məbləğlərinin mütləq rəqəmlərlə əvəz olunması məqsədilə Azərbaycan Respublikasının bəzi Qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə Qanuna əsasən bu qanun öz əhəmiyyətini itirir və vaxt keçdikcə tamamilə öz qüvvəsini itirəcək. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-19

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
683 - Gulshen (17-11-2010). Salam dovletin nezaret sehm zerfine sahib oldugu teserufat subyekleri deyilende ne nezerde tutulur?

Salam.

Dövlət əmlakının özəlləşdirilməsi haqqında Qanunun 7.2-ci maddəsinə və Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət mülkiyyətində olan müəssisələrin səhmlərin nəzarət zərfi dedikdə səhmlərin 51%-nin dövlət mülkiyyətində olması nəzərdə tutulur. Subyektlər də müvafiq olaraq həmin səhmlərin nəzarət zərfi olan dövlət qurumlarıdır.

Sualınıza görə təşəkkür edirik.

2010-11-19

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
682 - Emin (17-11-2010). Ilk once Qurban bayraminiz mubarak!!! Sualim beledir: 2010-cu ilin aprel ayinda Bakida menzil almisam.Hemin menzilde kabel televiziyasi olub ve kohne ev sahibi qonsuda yasayan anasi gilede hemin televiziya kabelinde istifade ucun verib. Kabel Televiziya Sirketi bunu askar etdikde men yani yeni evin sahibi kimi qonsunun bu kabel televiziyasina kenar qosularaq istifade etmeside her hansi mesuliyyet daiyirammmi? Qeyd edim ki kabel tel. uzvuluk men aldiiqim ev sahibinin adina olmus ve hazirda onun adinadir. Sadece ayliq odenisi men edirem aprel ayindan hemin sexsin adina.

Salam.

Sizinlə bahəm.

Əgər sizlə hansı bir müqavilə bağlanmayıbsa sizi məsuliyyətə cəlb olunmamalısınız. Bu barədə həmin təşkilatı xəbərdar edin. Və əgər onların xidmətindən istifadə etmək istəyirsinizsə ayrı müqavilə bağlamağını tələb edin. Əgər sizə qarşı iddia qaldırılıbsa əsl olmayan tərəf olduğunu bildirin və Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə (Əsl olmayan tərəfin əvəz edilməsi) istinad edin.

Sualınıza görə təşəkkür edirik.

2010-11-18

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
681 - Araz (17-11-2010). Daşınmaz əmlak üçün etibarnamə vermək olarmı? Olarsa hansı hallarda olar və etibarnamə verən və alanın hansı hüquqları olur bu mülkiyyət uzərində? Tesekkurler.

Salam.

Bəli belə etibarnamə vermək olar. Və əmlak üzrə bütün mümkün olan hüquqları həvalə etmək olar. Bu artıq etibar edənin iradəsindən və niyyətindən  asılıdır. Lakın etibarnamə birtərəfli əqd hesab olunur və ona görə də etibarnaməni vermiş şəxs hər zaman etibarnaməni birtərəfli ləğv edə bilər.

Sualınıza görə təşəkkür edirik.

2010-11-18

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
680 - Elshan (17-11-2010). Salam. Cavablarınız mənə kömək olur. Amma siz nədənsə həmişə mənim sualımın bir hissəsinə cavab verirsiniz. 50 000 manata alacağım evi satıcı ilə razılaşdırılmaqla məbləğin yarısını indi, yarısını iki ay müddətinə ödəmək şərti ilə məhz ALQI - SATQI MÜQAVİLƏSİ bağlamaq olar?

Salam.

Mülki Məcəllənin 561-ci maddəsinə (Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə,  nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər alğı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər.) uyğun olaraq bu cür müqaviləsinin bağlanılması mümkündür.

Sadəcə müddətlə bağlı müqavilədə müvafiq müddəalar əks olunmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2010-11-18

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
679 - Aga (17-11-2010). Salam. 1-ci sual- Daşınmaz əmlakın (yaşayın evinin) alqı-satqısında qeydiyyat vəsiqəsi ilə cıxarış arasında hansı fərqlər vardır? 2-ci Bu fərq hansı qanunla tənzimlənir?

Salam.

Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsinə (8.0.4) əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

Yəni adıçəkilən Çıxarış daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarını təsdiq edir və qeyd etdiyiniz şəhadətnamələr sadəcə bu hüquqların əmələ gəlməsi üçün əsasdır.

Sualınıza görə təşəkkür edirik.

2010-11-18

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
678 - Aydın (17-11-2010) Çıxarış olmadan (yaşayış evi) qeydiyyat vəsiqəsinə əsasən notariat qaydada aparılan alqı-satqı Etibarlı hesab oluna bilərmi?

Salam.

Əgər notariat qaydada təsdiq olunubsa təbii ki, etibarlı hesab olunur (əks-təqdirdə notariat orqanı məsuliyyətə cəlb oluna bilər).

Sualınıza görə təşəkkür edirik.

 2010-11-18

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
677 - Aydın (17-11-2010) Salam.Yaşayış evinin alqı-satqısıyla əlaqədar beh müqaviləsi bağlanmışdır.Beh müqaviləsindən təxminən 2-3 ay sonra həmin evin torpaq sahəsinin alqı-satqısıyla bağlı ikinci dəfə beh müqaviləsi bağlanmışdır. Beh müqaviləsinin tələbinə əsasən satıcı müəyyən edilən vaxt ərzində alqı-satqı müqaviləsini bağlamaq üçün lazımi sənədləri dövlət notariat kontoruna təqdim edə bilməmişdir. Belə ki, satıcı notariat kontoruna ancaq evin qeydiyyat vəsiqəsini, evin texpasportunu və torpaq haqqında kadastrı təqdim etmişdir. Bu sənədlər arasında da fərqlər olduğu üçün və alqı-satqıya çıxarış təqdim edilmədiyi üçün beh verən bağlanmış beh müqaviləsini pozmaq istəmişdir. Belə olan halda tərəflərdən kim haqlıdır və məsələ necə həll olunmalıdır?

Salam.

Bu artıq beh müqaviləsinin şərtlərindən asılıdır və mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həll olunur. Bununla bağlı bizə bir neçə dəfə müraciət edilmişdir və ətraflı cavablandırmışdıq (Məsləhətxananın 572, 540, 525).

Sualınıza görə təşəkkür edirik.

2010-11-18

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
676 - Aydın (17-11-2010). Hörmətli Ramil müəllim və Dejure əməkdaşları!!! Pullu xidmətə keçməyinizə görə cox təəssüflənirik. Çünki Azərbaycanda pulsuz heç nə yoxdur deyəndə ən azından sizləri, sizin portalınızı misal gətirə bilirdik kimlərəsə.Burda imkansız,hüquqi yardım almağa imkanı olmayan şəxslər var.Ümid edirəm ki gələcəkdə onları nəzərə alarsız. AMİN. Sizə işinizdə daima uğurlar arzu edirəm. Sizə iki sual göndərirəm.Çox xahiş edirəm ətraflı və dolğun cavab verəsiniz. Əvvəlcədən Təşəkkürlər!!!

Salam.

Biz doğrudandan istəyərdik ki, insanlara pulsuz hüquqi xidmət göstərməyi davam etdirək, lakın maliyyə mənbəyi olmadığından bu addımı atmağa məcburuq. Əgər gələcəkdə portalın xərclərini ödəmək mümkün olsa biz sualların bir hissəsini pulsuz etməyə çalışacayıq.

Diqqətinizə görə təşəkkür edirik.

2010-11-17

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
675 - Alik (17-11-2010) suala cavablandirmaginizi xahis ediram...ve onceden tesekkur ediram !!! men 1 nefere ÜMUMİ ETİBARNAMƏ vermisam ..bilmak istayirdim ki , o nefer texniki pasportu menim adima olan avtomobili idare etmak huququ var?? .ve yaxud o neferin avtomobilde oldugu halda diger bir nefer avtomobili idare elaya biler ..( как жив.. доверенность)her iki halda suruculuk vesiqeleri var ve yashlari 18 den yuxaridi ...

Salam.

Verdiyiniz Etibarnamənin şərtlərindən asılıdır. Amma adətən, əgər etibarnamə ümumidirsə qeyd edilən hərəkətlərə qadağa qoyulmur.

Sualınıza görə təşəkkür edirik.

2010-11-17

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
674 - Elshan (17-11-2010) Sualıma lazımi cavabı ala bilmədiyim üçün daha dəqiq sual verim. Bilmək istəyirəm 50 000 manata alacağım evi satıcı ilə razılaşdırılmış şəkildə məbləğin yarısını indi, yarısını iki ay müddətinə ödəmək şərti ilə alqı-satqı müqaviləsi bağlamaq olmaz ? Və bu halda müqavilə bağlandığı andan ev mənim mülkiyətimə keçirmi ?

Salam.

Sual 669.

Daşınmaz əmlak üzrə tam mülkiyyət hüququnu əldə etmək üçün alqı-satqı müqaviləsi üzrə öhdəliklərinizi tam yerinə yetirməlisiniz. Yəni razılaşdırılmış məbləği tam ödədikdən sonra mülkiyyət hüququnu əldə edirsiniz.

Bu qədər.

2010-11-17

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
672 - Alik (17-11-2010) xahis ediram . sualimi cavablandirasiniz, ve onceden tesekkur ediram .!!! sualim sexsiyyet vesiqesi ile elaqelidi .. Sexsiyyet vesiqemin etibarlilig muddetinden 8 ay kecib ve itib, yenisini almaq ucun hansi senedler ve ne qeder rusum. odamaliyam ..?

Salam.

İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən şəxsiyyət vəsiqəsinin, pasportun,  itirilməsinə və ya qəsdən korlanmasına görə - on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir.

Bu cəriməni ödədikdən sonra ümumi qaydada şəxsiyyət vəsiqəni ala bilərsiniz (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun 4-cü maddəsi - Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir).

Sualınıza görə təşəkkür edirik.

2010-11-17

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
670 - Seymur (16-11-2010). Salam. Menim yoldasim nigahin pozulmasi ucun mehkemeye muraciet edib.Bizim de 15 ayliq bir ovladimiz var.Menden telebi ovladimin onda qalmasi ve alimentin odenilmesidir.Men de ki bosanmaq istemmirem.Bizim bir hazirliq mehkememiz olub ve men orda bildirmisem. Men nece ede bilerem ki hakim bizi bosamasin.Evvelceden tesekkur edirem.

Salam.

Əgər həyat yoldaşınızın belə niyyəti varsa və öz qərarında israrlıdırsa, siz bunun qarşısını ala bilməyəcəksiniz. Sadəcə prosesi uzada bilərsiniz. Çalışıın yoldaşınızla məhkəmədən qabaq dil tapın və mövcud problemləri aradan qaldırın. Əgər ailənin dağılmasını istəmirsinizsə deməli siz birinci güzəştlərə getməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-11-17

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
669 - Elshan (16-11-2010). Salam. Men 50 000 manata ev almaq istəyirəm. Satıcı ilə belə razılaşmışıq ki, 20 000 manat indi verirəm, qalan 30 000 manatı 2-3 aydan sonra verəcəm. Bilmək istəyirəm 20 000 manatı verəndən sonra ev kimin adında qalır? Umumiyyətlə bunu qanuni rəsmi yolla həll edərkən nə necə olur ?

Salam.

Bunun üçün kredit və ipoteka müqaviləsini bağlaya bilərsiniz və həmin müqavilələri notariat qaydada təsdiq etməlisiniz. Daha sonra daşınmaz əmlakı daşınmaz əmlakın dövlət reyestr xidməti vasitəsilə yülkü edə bilərsiniz (Çıxarışda əks olunur). 

Sualınıza görə təşəkkür edirik.

2010-11-17

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
668 - Turqay (15-11-2010). Zehmet olmasa qht qeydiyyati ucun lazim olan senedleri deqiqlikle yazardiz. Mumkunse numunelerini saytda yerleshdirerdiz. Evvelceden cox sagolun

Salam.

Tələb olunan sənədlər:

  1. "............................" İctimai Birliyinin Nizamnaməsi -2 nüsxə;
  2. Təsis yığıncağın protokolu – 2 nüsxə;
  3. Hüquqi ünvana aid sənədlər;
  4. Dövlət rüsumunun ödənilməsi barədə qəbz;
  5. Təsisçilərin şəxsiyyət vəsiqələrin surətləri;
  6. Təsisçilərin tərcümeyi-halı 
  7. təsis müqaviləsi
Sənədlərin nümunələrindən Nizamnaməni təqdim edə bilərik. Və ümumilikdə Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında və Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunlarla tanış olmağınız məsləhətdir. 
Sualınıza görə təşəkkür edirik.
2010-11-17
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
667 - Elnur (15-11-2010). Salamlar. Bizim evle bagli problemimiz var .Ailenin 1 uzvu oz payini alib getmek isteyir amma ailenin bir uzvu de Rusiyada oldugu ucun ve oranin vetendashligini hele ala bilmediyi ucun ve imkani olmadigi ucun Azerbaycana gele bilmir hemde pasportu olmadigi ucun raziliq haqqinda faksda gondere bilmir.Ev babamin adinadir lakin o rehmete gedib.Indi ailenin bir uzvunun payini nece verib onun tamamile qeydiyyatdan cixarmaq olar.Zehmetolmasa sualimizi cavablayardiniz.Evvelceden Teshekkurler.

Salam.

Hər bir halda öz niyyətini bildirmək üçün təsdiqedici sənəd olmalıdır. Əgər gəlmək imkanı yoxdursa notariusda təsdiq edilmiş etibarnaməni tərcümə edib göndərə bilər (Baş etibarnamə). Həmin etibarnamə əsasında müvafiq hərəkətlər etməyə hüququnuz olacaq.

Sualınıza görə təşəkkür edirik.

2010-11-17

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
666 - Anar (14-11-2010). 4 ushaq atasiyam herbi xidmetde olmamisham 29 yashim var herbi bilet almaq isteyirem meni esger apara bilerler qanunla?

Salam.

Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında Qanunun 17-ci maddəsinə əsasən hərbi xidmətə çağırılanadək doğulmuş üç və daha çox uşağı olan şəxslərə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.

Ona görə də möhlət almaq hüququnuz var.

Sualınıza görə təşəkkür edirik.

2010-11-16

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
665 - Koceri (14-11-2010). Men neyat yoldasimdan ayrilmisam birge nigah dovrunde bizim bir ovladimiz olub ve biz ayrilandan sonra ovladim anasi ile qalir.Usagin saxlanilmasi ucun men 25% aliment odeyirem.Usagin 18 yasi 22 fevral 2011-ci ilde tamam olur.Usaq saglamdir. Men bilmek isteyirem men ne vaxt mehkemeye alimentin dayandirilmasi ucun muraciyet etmeliyem? muraciyet vaxti hansi senedleri mehkemeye teqdim etmeliyem. Xahis edirem alimentin dayandirilmasi ucun iddia erizesi formasi lazimdirsa komeklik edesiniz. Evvelceden tesekkur edirem.

Salam.

Ailə Məcəlləsinin 113.2.1-ci maddəsinə əsasən uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir.

Sualınıza görə təşəkkür edirik.

14-11-2010

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
664 - Hafiz (14-11-2010). Salam cox sagolun ki mene cavab verdiz sizin cavabinizda bele basa dusdum ki Mehkemeye muraciet edim? yeni ki yerli mehkemeye olar da?

Salam.

Bəli. 1-ci instansiya məhkəməsinə (adətən rayon və ya şəhər məhkəməsinə) iddia ərizəsi ilə müraciət etməlisiniz.

Bu qədər.

2010-11-16

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
663 - Neftcala camahati (14-11-2010). Men bu suali QEDIMKEN QARAMANLI ESSANNI ve diger qaz olmayan kend sakinlerinin adindan yaziram Neftcala rayonunun bu kendlerine ve digerlerine artiq nece ildir ki qaz verilmir camaat qisda zulum qalmir cekir sualim budu ki bu kendlere ne vaxtsa qaz verilecek bu camaat ne vaxtsa qaz uzu gorecek???

Salam.

Baxmayaraq ki, bu məsələni həll etmək səlahiyyətləmiz yoxdur, amma yenə də bu sualı yerləşdiririk. Bəlkə saytın istifadəçiləri olan dövlət məmurları müəyyən tədbirlər görməyə başladılar.

Buna baxmayaraq məsləhət görərdik ki, aidiyyəti dövlət qurumlarına mürciət edəsiniz. Bütün qeyd olunan kəndlərin sakinlərinin imzası (o cümlədən ad, soyad) ilə təsdiq olunmuş  müraciətləriniz Prezidentə, Milli Məclisə, Nazirlər Kabinetinə, "Azəriqaz" QSC-yə göndərilməlidir. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-16

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
662 - Azer (13-11-2010) Salam. 1-ci sual- Daşınmaz əmlakın (yaşayış evinin) alqı-satqısı üçün hansı sənədlər tələb olunur və tələb olunan sənədlərin hər birinin hüquqi əhəmiyyəti nədən ibarətdir? 2-ci sual Daşınmaz əmlak hesab edilən evin alqı-satqısı üçün çıxarış adlanan sənədin mütləq olması zəruridirmi? bu sənədin hüquqi əhəmiyyəti nədən ibarətdir?

Salam.

Həmin hüquqi sənədin (Çıxarış) əhəmiyyəti ondan ibarətdir ki, daşınmaz əmlaka mülkiyyət hüququn əmələ gəlməsini və dövlət tərəfindən tanınmasını təsdiq edir. 

Əgər daha dəqiq desək, Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 2-ci maddəsi).

Əgər istəyirsinizsə sizin mülkiyyət hüquqlarınız tanınsın, zəruridir. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-15

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
661 - Vasif (13-11-2010). Salam. Dükanda işləyirəm.Hər ay dövlət sosial müdafiə fonduna 26.50 Azn pul ödəyirəm.Bilmək istəyirəm ki,men hər ay dövlətə keçirdiyim pulu təqaudə çıxarkən ala biləcəmmi? Əgər alacağamsa neçə yaşından almağa başlayacağam?

Salam.

Əlbəttə ki, ala bilərsiniz. Onda bütün qanunvericilik əhəmiyyətsiz olardı. 

Əmək pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır.

Yəni, 2012-ci ildən sonra pensiyaya çıxsanız yalnız 64 yaşınızda  pensiya almaq hüququnuz yaranacaq (əgər o vaxta kimi, qanunvericilik dəyişilməsə).

Sualınıza görə təşəkkür edirik.

2010-11-15

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
660 - Mehman (13-11-2010). Atam 30 il bir rayonda mudir vezifesinde isleyib ve 30 illik is muddetinde 25 il hec illik otpuskaya cixmayib.indi insult kecirdib ve invalid pensiyasi alir.o 25 illik otpuskasiz islediyine gore hokumet ona kompensasiya vermelidimi? Buna gore hara muracaet etmeliyik?evvelceden tesekkur edirem.

Salam.

Sözün düzü  bu cür hal ilə birinci dəfədir rastlaşırıq. Və əlbəttə ki, bu əmək qanunvericiliyinin kobud pozuntusudur. Fikirləşirik ki, məzuniyyət hüququnun bərpası mümkündür və bununla bağlı həmin təşkilata (daha sonra əgər tələbiniz təmin olunmasa məhkəməyə) müraciət edə bilərsiniz. Lakın müəyyən bir problem var. Əgər həmin şəxs müdir vəzifəsində çalışıbsa onun məzuniyyət haqqında əmrini kim imzalayırdı? 

Sualınıza görə təşəkkür edirik.

2010-11-15

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
659 - İlahə (13-11-2010) Eger men rayonda propiskadayamsa bakida oz adima mulk ala bileremmi?

Salam.

Təbii ki, ala bilərsiniz. Yaşayış yeri üzrə qeydiyyat və mülkiyyətin sayı bir bir ilə bağlı olmayan məsələlərdir.

Sualınıza görə təşəkkür edirik.

2010-11-15

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
658 - Guler (13-11-2010) Ozellesdirmeye lazim olan senedlerin siyahisini isterdim. cox saq olun

Salam.

Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci və 10-cu maddələrində bu siyahı göstərilib.

Siz də sağ olun.

2010-11-15
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
657 - Turqay (13-11-2010). Men oz qht mi qeydiyyatdan kecire bilmirem. Her defe eyni cavabla geri qaytarirlar. Adi fealiyyet xarakterli deyil. Men ne etmeliyem?mene komek ede bilersiz?

Salam.

Qeyri-hokümət təşkilatlarının qeydiyyatı ümumiyyətlə mürəkkəbdir, cünki Ədliyyə Nazirliyi (xüsusilə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş idarəsi) bu sahədə çoxlu sayda süründürməçilik hallarına yol verir. Bu cür hallarla çox rastlaşırıq, hətta qeyri-adi sahələr olmadıqda belə. 

Məsləhət görürük ki, onların rəsmi cavabını aldıqdan sonra məhkəməyə şikayətə edəsiniz. Lakın bu yolda da sizi maneələr gözləyir (çünki məhkəmə və ədliyyə orqanlarının sıx bağlılığı var, misal üçün Məhkəmə-Hüquq Şurasının sədri eyni zamanda Ədliyyə Naziridir).

Buna baxmayaraq iddialı olun.

 2010-11-15

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
656 - Aynur (13-11-2010). Salam. Başqa bir öhdəlik üzrə girov qoyulmuş daşınmaz əmlak eyni Borcalan qarşısında yeni öhdəlik üzrə yenidən girov qoyularkən əgər əvvəlki öhdəlik hələ də qüvvədədirsə, yeni girov (ipoteka) müqaviləsinin dövlət qeydiyyatı hansı qaydada həyata keçirilir? Bu zaman Daşınmaz əmlakın dövlət reyestri yeni girov müqaviləsini təkrar qeydiyyata almaqla dövlət reyestrindən çıxarış verməlidirmi?

Salam.

Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 6.1.4-cü maddəsində  ipotekanın təkrar və əlavə qeydiyyatı, girovun əlavə qeydiyyata alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi nəzərdə tutulub. 
Müvafiq qurumlara müraciət edərkən qanunvericiliyin bu müddəasını rəhbər tuta bilərsiniz.
Sualınıza görə təşəkkür edirik.
2010-11-15
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
655 - Yalçın (13-11-2010). Sürücülük hüququ 3 ay ərzində məhdudlaşdırılan şəxslərin sürücülük vəsiqələri hansı qaydada sahibinə qaytarılır. Bunun üçün imtahan verilməlidirmi?

Salam.

Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında Nazirlər Kabinetinin Qərarının 4-cü bəndinə əsasən sürücülük hüququndan müvəqqəti məhrum edilmiş şəxslərin cərimə balları silinir və bu şəxslər məhrum edilmə müddətində yol verdikləri qayda pozmaya görə məsuliyyətə idarə etmə hüququ olmayan şəxs kimi cəlb edilirlər.  Sürücülük hüququ məhdudlaşdırılan şəxslərin sürücülük vəsiqələri saxlanılması üçün ərazi üzrə DYP-nin qeydiyyat-imtahan bölməsinə göndərilir və bu müddət başa çatdıqdan sonra müəyyən qaydada sahibinə qaytarılır.

Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsiNəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsiqaydaları haqqında Əsasnamənin 2.13-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmə hüququ müvəqqəti məhdudlaşdırılan şəxslərə sürücülük vəsiqələri, bu müddət başa çatdıqdan sonra tibbi müayinədən keçdikdən və onların bilik səviyyəsi, sürmə vərdişləri yoxlanıldıqdan sonra qaytarılır.

Sualınıza görə təşəkkür edirik.

2010-11-15

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
654 - Elnur (13-11-2010). SALAM. MƏN 17 MAY 2010-CU İL TARİXİNİNƏDƏK ORTA MƏKTƏBDƏ MÜƏLLİM İŞLƏYİRDİM.HƏMİN TARİXDƏN ETİBARƏN DÖVLƏT QULLUĞUNA QƏBUL EDİLMİŞƏM.BİLMƏK İSTƏYİRƏM Kİ, MƏNƏ YENİ İŞ YERİMDƏN BU İL ÜÇÜN HAQQI ÖDƏNİLƏN ƏSAS MƏZUNİYYƏT VERİLMƏLİDİRMİ?

Salam.

Əmək Məcəlləsinin 131-ci maddəsinə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən 6 (altı) ay işlədikdən sonra əmələ gəlir. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. Əgər 17 may 2010-cu il tarixində işə qəbul olunmusunuzsa məzuniyyət hüququnuz 17 oktyabr 2010-cu il tarixində yaranır. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-15

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
653 - Konul (13-11-2010). Salam, eger sualim tekrardisa uzr isteyirem,ama men tapa bilmedim,zehmet olmasa cavablandirin,xarici passport almaq uchun hansi senedler lazimdi, birde heftenin nechenci gunleri muraciet etmek olar?onceden oz teshekkurlerimi bildirirem!

Salam.

Bəli cavablandırmışıq. Həm də ki, bir-neçə dəfə. Sadəcə axtarıb tapmaqda yəqin çətinlik çəkdiz (Məsləhətxananın 574, 334, 239, 226).

Ölkədən getmək, ölkəyə gəlmək  və pasporlar haqqında Qanununun tətbiqi haqqında Əsasnamənin tələblərinə uyğun olaraq vətəndaş ümumvətəndaş pasportu verilməsi üçün xüsusi formalı ərizə-anketi , 2 ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkili, şəxsiyyət vəsiqəsinin surətini və dövlət rüsumununun ödənilməsi barədə qəbzi növbə qaydasında Pasport şöbəsinə təqdim etməlidir.
“Dövlət rüsumu haqqında” Azərbaydan Respublikasının 28 noyabr 2006-cı il tarixli Qanunu ilə Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportunun verilməsinə və dəyişdirilməsinə görə-5 (beş) iş günü müddətində-120 manat, beş iş günündən sonrakı müddətdə verildikdə yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda 2 (iki) gün müddətində verildikdə - 40 manat müəyyən edilmişdir.
Göstərilən rüsum formalarının tətbiqi ilə cari ilin mart ayının 15-dən etibarən ümumvətəndaş pasportunun 10 (on) illik müddətə verilməsi nəzərdə tutulmuşdur.
Ümumvətəndaş pasportunun verilməsi hazırda respublika üzrə fəaliyyət göstərən 6 (altı) regional mərkəz (hər biri 10-15 şəhər-rayonu əhatə etməklə) vasitəsilə həyata keçirilir. Ümumvətəndaş pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi beş mislinədək cərimə nəzərdə tutulur.
Müddəti qurtarmış pasportu mütləq dövlət qurumuna qaytarmaq lazımdır. 
Sualınıza görə təşəkkür edirik və çalışın diqqətli olun.
2010-11-15

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
652 - Yusif (13-11-2010). Salam! Zəhmət olmasa mənə deyin əgər şəxs xarici ölkədə yaşayan Azərbaycan Respublikasının vətəndaşını etibarnamə əsasında təmsil edirsə, onun tərəfindən idarələrə hər hansı bir məsələ ilə əlaqədar müraciət olunduqda təmsil edəndən təmsil olunanın şəxsiyyət vəsiqəsi və ya onun surəti tələb olunmalıdırmı? Yoxsa etibarnamə ilə təmsil edənin Ş/V-i yetərlidir? Buna dair hansı qanun mövcuddur?

Salam.

Təbii ki, şəxsiyyət vəsiqəsi tələb olunmalıdır. Ən azı etibarnamədə göstərilən məlumatı şəxsiyyət vəsiqəsində olan məlumatla tutuşdurmaq üçün (etibarnamə ilə yanaşı Ş/V-nin surətinin təqdim etməsi tamlıq təşkil edir). Bunun üçün hansı bir qanuna istinad etmək də ehtiyac yoxdur, bu sadə məntiqdir. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-15

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
650 - Yusif (13-11-2010). Salam! Bir müddət öncə su satışı idarəsinə təqdim etmək üçün jek(MKİS)-ə mənzildə daimi qeydiyyatda neçə nəfərin olduğunu bildirən arayış almaq üçün müraciət etdim.Burada isə məndən evin qeydiyyat vəsiqəsini,şəxsiyyət vəsiqəsini və evin texniki pasportunu tələb etdilər.Bilmək istərdim ki,ümumiyyətlə vətəndaşdan jek adi arayış üçün hansı sənədləri tələb edə bilər və bu sənədlərin siyahısı konkret olaraq hansı sənəddə oz əksini tapır?

Salam.

Təəssüflər olsun ki, hansı sənədlərin tələb edilməsi qanunvericilikdə göstərilməyib. Lakın Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 36-cı maddəsinə əsasən rayon icra hakimiyyəti başçılarının nümayəndəlikləri qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparır, notariat işlərini görür, vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən  arayışlar və qanunvericiliklə nəzərdə tutulmuş digər arayışlar verir. 

Həmçinin dövlət mülkiyyətində olan mənzil fondunun, kommunal və yol təsərrüfatının istismarını və müvafiq surətdə idarə olunmasını təşkil etmək, müvafiq sahədə fəaliyyət göstərən müəssisələrin fəaliyyətinə nəzarəti həyata keçirmək icra hakimiyyəti başçısının səlahiyyətinə daxildir.  Ola bilsin ki, həmin münasibətlər həmin yerli icra hakimiyyətin normativ aktları ilə tənzimlənir.

Sualınıza görə təşəkkür edirik.

2010-11-17

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
649 - Qürbet (13-11-2010). Salam.Köhne suruculuk vesiqesinin deyişdirilmesi üçün neqeder dovlet rüsumu odemeliyem

Salam.

Dövlət rüsumu haqqında Qanunun 18.65.5-ci maddəsinə əsasən sürücülük vəsiqəsinin verilməsi - 15 manat təşkil edir.

Sualınıza görə təşəkkür edirik.

2010-11-13
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
648 - Xeyal (13-11-2010). 2004-2008 ci iller regionlarin sosial iqtisadi inkisaf proqraminin praktik ehemiyyeti?

Salam.

Yaxşı sualdır. Amma düzgün ünvanlanmayıb. Bu sual həmin proqramın icraçıraına ünvanlanmalıdır. Və aidiyyəti qurumlar Proqramın icrası ilə əlaqədar hesabatlar təqdim etməlidir. Biz yalnız Proqramın (Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli  24 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)) məqsədini göstərə bilərik:

Azərbaycan Respublikasında regionların sərvətlərindən və təbii şəraitindən səmərəli istifadə etməklə kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, qeyri-neft sənaye sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərin, turizmin inkişafını təmin etmək, məşğulluğun səviyyəsini yüksəltmək və əhalinin güzəranını daha da yaxşılaşdırmaq.

Sualınıza görə təşəkkür edirik.

2010-11-14

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
647 - Xeyal (13-11-2010). Huquqi sexs anlayisini acin ve novlerini acin

Salam.

Hüquqi şəxsin anlayışı Mülki Məcəllənin 43-cü maddəsində ətraflı açılıb. Diqət yetirin.

Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2010-11-13

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
646 - Hafiz (13-11-2010). Men uc il 1992-1995 in may ayina kimi orduda olmusam bezi bolgelerde doyuslerde istirak etmisem hernbi biletimdede qeyd olunub lakin 1996 da hebs olunmusam 2000 de prizidentimiz terefinden efv olmusam 2003 de mene Qarabaq muharibesi veterani adi verilib arxiv arayisi esasinda 2006 da nazirler kobinetinin qerari ile muveqeti deyendirilib sebeb ise texris olmaq haqqda mohur vurmayiblar men ede bilerem mene istiqamet verin

Salam.

Çox qarışıq yazmısınız.

Qeyd etdiyniz 10 noyabr 2006-cı il tarixli 240 №-li Nazirlər Kabinetinin qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin onuncu və on birinci abzaslarında müəyyən edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin, habelə bu döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısına uyğun olaraq müharibə veteranı olan şəxslərin yenidən qeydiyyata alınması üçün müvafiq tədbirlər görsünlər.

Həmin Əsasnamənin 1-ci bəndin 10 və 11-ci abzasları aşağıdakılardır:

Qeyd. Bu qayda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

"Müharibə veteranı" adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən:

  • Ədliyyə Nazirliyi və digər qurumların əməkdaşlarına həmin nazirlikdə yaradılan komissiyanın rəyinə əsasən Daxili İşlər Nazirliyi tərəfindən;
  • respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
Buna görə də əgər siz 1 sentyabr 2000-ci tarixədək cəzadan azad edilmisinizsə müvafiq qaydada yenidən qeydiyyatdan keçməlisiniz.
Əgər salahiyyətli dövlət orqanı qanunvericiliyin tələblərinə riayət etmirsə müvafiq qaydada yuxarı instansiyalara və ya məhkəməyə müraciət edə bilərsiniz.
Sualınıza görə təşəkkür edirik.
2010-11-14

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
645 - Namiq (12-11-2010). Salam. Xahiş edirəm mənə aşağıda yazdığım məsələ ilə bağlı yardım edəsiniz. Telefon ATS-indən zəng edib söyləyirlərki, ev kimin adinadirsa telefon da onun adına olmalıdır. Ev mənim adımadır,telefon isə atamın adınadır. Telefonu oz adima keçirmədiyim təqdirdə telefonu kəsəcəkləri barədə ATS-dən xəbərdarlıq ediblər. Ev bu yaxınlarda mənim adıma keçib. Bu barədə məlumat verməyinizi xahiş edirəm. Əvvəlcədən sizə təşəkkur edirəm.

Salam.

Telefon rabitəsindən istifadə Qaydalarını 2.2-ci bəndinə uyğun olaraq həm fərdi, həm də kommunal mənzillərə telefon çəkilməsi üçün müraciət həmin mənzildə yaşayanlardan birinin və ya hamısının tərəfindən verilir.

Həmin aydaların 4-cü Əlavəsinin 3-cü bəndinə əsasən 

Növbəlik sənədinin həmin ünvanda daimi qeydiyyatda olan ailə üzvlərindən birinin adına keçirilməsi mümkündür və aşağıdakılar tələb olunur:

  • -    müraciət;
  • -    növbədə durmuş şəxsin razılığı və ya qeydiyyatdan çıxması haqqında arayış;
  • -    qeydiyyatda olması barədə pasport və ya arayış.
Hesab edirik ki, ATS-in yanaşması hüquqa ziddir.
Sualınıza görə təşəkkür edirik.
2010-11-13

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
644 - Tural (12-11-2010). Salam. İnzibati Xətalar Məcəlləsinin 155.2.4: nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə.... Sual: Ban şüşələr dedikdə hansı şüşələr nəzərdə tutulur?

Salam.

Gözləmirdik ki, bunu da qeyd etməli olacayıq. Ban (rusca. кузов - bəlkə belə daha aydın oldu) - sərnişinlərin və ya yükün yerləşdirilməsi üçün nəzərdə tutulmuş  avtomobilin (nəqliyyat vasitəsinin) hissəsidir. Ban şüşələri də müvafiq olaraq avtomobilin banında qurulmuş şüsələrdir. 

Bu qədər.

2010-11-13

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
643 - Sanan (12-11-2010). Salam, Xahis edirem mene 1-ci instansiya mehkemeye erize yazmaq qaydasina komek edin. Bu erizeni yazmaga menden 100 manat isteyirler. Bunu vermeye imkanim yoxdur. Yaxud Bakida bu isde vetendaslara pulsuz yardim eden QHT ve ya her hansi teskilat unvani yazin. Tesekkur edirem...

Salam.

Artıq bu cür xidmətlər təmənnasız deyil. Çünki çoxlu saylı müraciətlər var və artıq bu mümkünsüzdür. Lakın Ərizələr və şikayətlər bölməsinə baxıb özünüz bu ərizəni tərtib etməyə cəhd edə bilərsiniz. Bundan başqa ABA-CEELİ, Azərbaycan Hüquqşünaslar Assosiasiyasına, Gənc Hüquqşünaslar birliyinə müraciət edə bilərsiniz (onlarla əlaqə burda). Ola bilsin ki, kömək edə bildirlər.

Bu qədər.

2010-11-13

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
641 - EMIN (12-11-2010) Salam. AzƏrbaycan Respublikasında qəstən törədilmoş cinayət dedikdə hansi cinayətlər nəzərdə tutulur. Az. Res. Cinayət Məcəlləsinin 222-2.1 və 315.2-ci maddələri qəsdən törədilmiş cinayət sayılırmı.

Salam.

Bunun üçün ilk öncə Cinayət Məcəlləsinin 25-ci maddəsi ilə tanış olmalısınız.

Maddə 25. Cinayətin qəsdən törədilməsi

25.1. Birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır.
25.2. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur.
25.3. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur.

Qeyd etdiyiniz 222-2.1-ci maddəsinin dispozisiyasında aşağıdakılar göstərilir:  Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma.

Əgər məhkəmədə sübut olunsa ki, həmin şəxs bilirdi ki, bu işlər yalnız icazə olduqda həyata keçirə bilər və bu hərəkətlər cinayət hesab olunması barədə məlumatı var idi onda onlar qəsdən törədilmiş hesab edilə bilər.

Eyni yanaşma 315.2-ci maddəyə (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) də olmalıdır. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-12

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
640 - Natik (12-11-2010). 221.2 maddesine hansi ceza verilir?

Salam.

Əgər Cinayət Məcəlləsini nəzərdə tutursunuzsa onda aşağıdakılara diqqət yetirin:

Maddə 221. Xuliqanlıq

221.1. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər

yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

221.2. Eyni əməllər:

221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; 

221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə—

iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sualınıza görə təşəkkür edirik.

2010-11-12

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
639 - Sanan (11-11-2010). Salam, Cenab prezidentin 2007-ci ilde tikinti sahesinde nezaretin guclendirilmesine aid serencemi var. Men onu haradan tapa bilerem? Tesekkur edirem...

Salam.

Bu da ki, Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında Fərmanı.

Sualınıza görə təşəkkür edirik.

2010-11-11

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
638 - Gulshen (11-11-2010)/ Salam. men aile heyati quranda heyat yoldashimin valideyinleri ile birlikde yashayirdim ve eyni zamanda qaynanamin adina olan yashadigimiz evde qeydiyyata dushdum. 6 ilden sonra men heyat yoldashim ve bir ushaqla kireye chixdiq. 2 ildirki kirede qaliriq. qaynanam meni hal hazirda mecburi olaraq qeydiyyatdan cixarmaq isteyir.oz evimiz yoxdur. qaynanamin evinden qeydiyyatdan chixmaq istemirem. bir yerde yashamagimizda mumkun deyil. istemediyim halda meni qeydiyyatdan cixara bilerlermi? bu ne derecede qanunamuvafikdir?

Salam.

Mübahisəli məsələdir.   Və məhkəmədə mübahisə edilə bilər.

Sualınıza görə təşəkkür edirik.

2010-11-11

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
637 - Aygun (11-11-2010). Salam. Qismen odenishli sosial mezuniyyetde olan ishciye bayramlarla baghli verilen mukafat odenilmelidirmi?

Salam.

Əmək Məcəlləsinin 157.6-cı maddəsinə əsasən mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Qeyd olunan məələlər bir biri ilə bağlı deyil  işəgöterəndən və işinizin keyfiyyətindən asılıdır.

Sualınıa görə təşəkkür edirik.

11-11-2010

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
636 - Nermin (10-11-2010). Salam.Men Eminova Nermin Balaken Rayonunda qeydiyyatdayam.Hal hazirda baki seherinde qeydiyyatda olan sexsle aile qurmusam.Nigah haqqinda sehadetnamem de var.Indi Bakida menzile qeydiyyata dusmek ucun qeydiyyat sobesine muraciet etdik,ordan deyiller vesiqeni apar Balakene orda deyis evli yazdir birde erinin soyadini al Balakende ise deyiller bizde ele birsey yoxdu get bakida deyis.Zehmet olmasa mene duzgun meslehet verin.

Salam.

Nİgaha daxil olduqadan sonra müvafiq şəhadətnamə almalısınız. Həmin şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsində dəyişikliklər edilməlidir. Əgər dövlət qurumları süründürməçiliyə yol verirsə  Daxili İşlər Nazirliyinə müraciət etməyiniz məqsədəuyğundur. 

Sualınıza görə təşəkkür edirik,

2010-11-11

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
635 - İlahe (10-11-2010). yoldasim rusiya vetendasidi.azerbaycan vetendasligi almaq ucun hara muraciet etmelidi.evvelce uzunmuddetli muveqqeti qeydiyata dusmelidimi.men azerbaycan vetendasiyam.menim yasadigim yeremi yqeydiyyata dusmelidi?mumkunse butun prosesi mene yazardiz?evvelceden tesekkur edirem.

Salam.

Bu uzun müddətli və mürəkkəb prosesdir. İlk növbədə. Dövlət Miqrsiya Xidmətinə müraciət etməlisiniz. Əgər həyat yoldaşınız Azərbaycanda işləyəcəksə ildə 1000 manat dövlət rüsumu ödəməlidir və müvəqqəti qalma üçün 120 manat. Azərbaycanda daimi 5  (beş) il müddəindən sonra vətəndaşlıq əldə etmək hüququ yaranır.

Ona görə də çalışın qanunvericiliklə tanış olduqdan sonra ünvanlı suallar verəsiniz.

 2010-11-11

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
634 - Murad (10-11-2010). Teqaudcu ata (77 yawinda) rehmete getdikden sonra onun teqaudu 2-ci qrup elil qizina odenilirmi? Ana yoxdur, qardaw hepsdedir.xahiw olunur etrafli melumat veresiniz.

Salam.

Oxşar suala Məsləhətxananın 322-ci sualında cavablandırmışdır. Xahiş edirik diqqət yetirəsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-11-11

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
633 - Gunay (10-11-2010). Salam men Ali təhsilliyəm ama hec cure is tapa bilmirem. Hec olmasa sosial yardim almaq isteyirem cunki aili imkanimiz bir o qeder yaxsi deyil bunun ucun hansi senedleri toplamaliyam ve nece muraciet etmeliyem. Evvelceden tesekkurler

Salam.

Başa düşürük. Azərbaycanda problem var. Amma özünüzə inanın və sahəniz üzrə təcrübə toplayın, öyrənin. http://www.jobsearch.azhttp://boss.azhttp://dqmk.az/aze saytlarına diqqət yetirin. Əgər heç kimə etibar yoxdursa ancaq özünüzə arxayın ola bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-11-11

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
632 - Elçin (10-11-2010). Bilmək istəyirəm ki, şirkətin bir işçisini başqa vəzifəyə keçirdərkən bu məsələ ilə bağlı veriləcək qərar yalnız "əmr" şəklində olmalıdır ya bu haqda "qərar" da verilməsi mümkündürmü. Məsələn: Şirkətin əməkdaşı Elçin (...) menecer vəzifəsindən icraçı direktor vəzifəsinə keçirilməsinə qərar verilmişdir.

Salam.

Əgər həmin şəxs şirkəti idarə edən şəxsdirsə,  işə qəbul etmək, maliyyə və əsas hüquqi sənədləri imzalamaq, şirkəti etibanaməsiz təmsil etmək səlahiyyətləri verilibsə onda bununl bağlı şirkətin təsisçilərin protokolu olmalıdır və Əmr təsisçi tərəfindən qəbul olunmalıdır (Çünki həmin şəxslərin işəgötürəni təsisçilər olurlar). Bundan başqa əgər şirkətin Nizamnaməsində başqa şərtlər göstərilibsə onlar da rəhbər tutulmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2010-11-10

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
631 - Aygün (09-11-2010) Salam. men bilmek isterdimki cixarishla adima olan ferdi yashayish sahesinin dash hasarinin yenilenmesi ucun kimden icaze almaliyam?elimde katastor planim, texniki posportumda var.lakin cox kohnelmish demirlerle ehateye alinmish hasari yenilemeye mene icaze vermirler.bu ne derecede qanunidir?

Salam.

Bunun üçün Mənzil Məcəlləsinin 24-cü maddəsinə nəzər yetiməyiniz gərəkdir:

Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir:

  •  yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə;
  • . yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri);
  • yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi;
  • yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu;
  • yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsi və ya onun yerləşdiyi bina (ev) memarlıq, tarix və mədəniyyət abidəsi olduqda, həmin yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılmasının mümkünlüyü barədə müvafiq icra hakimiyyəti orqanının rəyi.

Razılaşdırmanı həyata keçirən orqan bu Məcəllə ilə müəyyən edilən sənədlərdən başqa digər sənədlərin təqdim edilməsini tələb edə bilməz. Ərizəçiyə sənədlərin siyahısı və razılaşdırmanı həyata keçirən orqan tərəfindən qəbuletmə tarixi göstərilməklə qəbz verilir.

Razılaşdırma və ya razılaşdırmadan imtina haqqında qərar razılaşdırmanı həyata keçirən orqan tərəfindən bu Məcəlləyə  uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir.

Razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Yekunda Razılaşdırmanı həyata keçirən orqanın blankı Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının razılaşdırılması haqqında Qərar Sizə təqdim edilməlidir.

Sualınıza görə təşəkkür edirik.

2010-11-10

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
630 - Emin (09-11-2010) Salam. Yaxin bi adamim aile heyati qurub. Aile qurduqdan 3ay sonra oglanin narkoman oldugu ucun tutulur. qiz gedende oglanin narkaman oldugunu bilmir. Oglana 7 il is kesilib. Hal-hazirda qizin 4 yasinda korpesi var. Oglanin atasi onu qeydiyyata almir. Deyir evi qizima verecem. Bu xanim qeydiyyata duse bilermi? Duse bilerse nece? Onuda nezerinize catdirim ki, ata evinden buna gelecekde hec cure pay dusmur ve qiz hal-hazirda er evinde qalir eger eri olse qizi bayira atacaqlar. Qiz ne ede biler?

Salam.

Qarışıq məsələdir. Həmin qız (xanım) yalnız həyat yoldaşının mülkiyyətinə iddia edə bilər (əgər rəsmi nikaha daxil olublarsa). Mübahisə olduğu təqdirdə məsələ  məhkəmə tərəfindən baxıla bilər.

Sualınıza görə təşəkkür edirik.

2010-11-10

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
629 - Mehriban (09-11-2010) Hormetli vekil. Men 20 ildirki orta mekdebde rus dili muellimesi isleyirem.Direktor 2010-cu ilin sentyabr ayinin 15-den meni Azerbaycan Respublikasi emek mecellesinin 70-ci maddesinin b-bendine esasen isden azad edib. Bu ne derecede duzgundur? Bu mecelle mekteb muellimlerine aiddirmi? Xais edirem etrafli izah edesiniz.

Salam.

İş ondadır ki, qanunvericilik İşəgötürə bu hüququ verir. Lakın işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görməlidir.

Belə ki, Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir.

Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:

  • şəhid ailəsinin üzvlərinə;
  • müharibə iştirakçılarına;
  • əsgər və zabitlərin arvadına (ərinə);
  • öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;
  • həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara;
  • xüsusi məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; 
  • kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə
Sualınıza görə təşəkkür edirik.
2010-11-10

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
628 - Elsad (09-11-2010) 3-il stabil olaraq bir mesqci-muellimde meshqul olan sahmatci usaq 5-aydir ki basqa muellimde calisir. Evveller de sonra da yuksek neticeler gosteren bu usaqin neticeleri kime yazilir? evvelceden tesekkurumu bildirirem.

Salam.

Çox vaxt elə olur ki, bizə aidiyyəti olmayan suallar verilir. Biz çalışırıq həmin şəxsləri istiqamətləndirək.

Belə ki, bu sual ilə Azərbaycan Şahmat Federasiyasına müraciət etməyiniz məqsədəuyğundur.

Bu qədər.

2010-11-10

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
627 - Yusif (09-11-2010). Salam! Bilmək istərdim ki,müxtəlif fənləri tədris edən (məs: dövlət qulluğuna qəbul imtahanlarına hazırlıq, magistraturaya qəbul imtahanlarına hazırlıq və s.)kursları açmaq üçün hər hansı bir dövlət qurumundan rəsmi icazə almaq lazımdırmı? Ümumiyyətlə qanunvericilikdə bununla bağlı hər hansı bir müddəa nəzərdə tutulubmu?
Salam.

Təhsil sahəsində aşağıdakı fəaliyyət növləri lisenziyalaşdırılır (Prezidentin 782-ci Fərmanına əsasən):

1.     məktəbəqədər tərbiyə
2.     ümumi təhsil (ibtidai, əsas, orta)
3.     texniki-peşə təhsili
4.     orta ixtisas təhsili
5.     ali təhsil
6.     mühafizəçilərin hazırlanması

Yalnız müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə müəyyən nəzərat var (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi).

Belə ki, bu cür kursların bitirməsi barədə sənədlər Azərbaycan ərazisində və kənarda heç bir qüvvəsi yoxdur (qanunvericilik baxımından) və dövlət qulluğuna imtahan verilərkən güzəşt kimi qəbul olunmur, nə orta, nə orta-ixtisas, nə də ki,  ali təhsilin əldə olunmasını təsdiq etmir. Ona görə də əsas vergi qanunvericiliyinə diqqət yetirməyiniz kifayyətdir.

Sualınıza görə təşəkkür edirik.

2010-11-10

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
626 - Farida (09-11-2010). Salam. shikayet erizesi hansi formada yazilir?

Salam.

Misal üçün burda APELLYASİYA ŞİKAYƏTİnin forması göstərilib.

Bu qədər.

2010-11-09

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
625 - Gulshen (09-11-2010). Salam, bagislayin narahat edirem, 597 ci sualda menim sualim basqa curdur siz yazdiqlariniz dovlet qullugu haqqinda qanunda var sadece meni maraqlandiran muvafiq icra orqanlari deyende hansilar nezerde tutulur siz basdan bir necesini yazmisiz amma mene her bende yazilan icra hakimiyyetinin hansi oldugu lazimdi onu bilmek ucun hara baxmaliyam?

Salam.

Bunları bənd-bənd izah etmək çox həcmli olacaq. Lakın aydınlaşdırmaq istəyirsinizsə Konstitusiyaya diqqət yetirin. O cümlədən Prezidentin və Nazirlər Kabinetinin normativ aktları ilə yaradılan orqanlarda bura daxildir. Həmin normativ aktlara da nəzər yetirin.

Sualınıza görə təşəkkür edirik.

2010-11-09

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
624 - Gulshen (09-11-2010). Salam,issizlik statusunun alinmasi qaydalari haqqinda Nazirler kabinetinin qerarinda gosterilirir ki, issizlik statusunun alinmasi ucun teqdim olunmali senedlerden biri de 18 yasina qeder olan usaqlarin sehadetnamesidir, bes eger bir sexsin 18 yasina qeder usagi yoxdur bes onda o issizlik statusu ala bilmeyecek?

Salam.

Məşğulluq haqqında Qanunun 4-cü maddəsinə əsasən işsiz statusu almaq hüququ olmayan vətəndaşlar aşağıdakılardır:

  • 15 yaşına çatmayanlar;
  • pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiyalar istisna olmaqla) hüququ qazanmış vətəndaşlar ;
  • qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədi ilə üzürsüz səbəbdən müvafiq icra hakimiyyəti orqanına gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlər (vətəndaşa eyni iş təkrarən təklif oluna bilməz);
  • ilk dəfə işaxtaranlar;
  • azadlıqdan məhrum etmə cəzasını çəkənlər.
Başqa hallar nəzərdə tutulmayıb.

İşaxtarana müəyyən olunmuş qaydada işsiz statusu verilmədiyi halda, onun bir aydan sonra təkrarən işsiz statusu almaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ vardır.

İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydalarının 2.7-ci bəndinə uyğun olaraq işsizin himayəsində 18 yaşa çatmamış uşağı olduqda, işsizlik müavinətinin məbləği hər bir uşaq üçün müavinətin 10 faizi məbləğində, lakin müavinətin 50 faizindən artıq olmamaq şərti ilə artırılır. Ailədə valideynlərdən hər ikisinə işsizlik müavinəti təyin edildikdə, müavinətin himayədə olan hər uşaq üçün 10 faiz artırılması yalnız valideynlәrdәn birinə şamil edilir.

Buna görə  bu sənədlər də təqdim oluna bilər.

Sualınıza görə təşəkkür edirik. Xahiş olunur sual verərkən Nazirlər Kabinetinin qərarının tarixi və nömrəsini göstərməyi unutmayın.

2010-11-09

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
623 - Faxri (09-11-2010). Salam! Texniki təhlükəsizlik qaydalarının sənədləşdirilməsi ilə əlaqədar çətinliklərimiz var. Bu barədə geniş təlimat necə əldə edə bilərik?

Salam.

Bundan başqa fikirləşirik ki, bu sahədə təlimlərin keçirilməsi Fövqaladə Hallar Nazirliyinin birbaşa vəzifəsidir, buna  görə də onlara müraciət etmək məqsədəuyğundur.
Sualınıza görə təşəkkür edirik.
2010-11-09
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
622 - Ruqiyə (09-11-2010). Məhkəmənin qərarına əsasən babaya uşaqla görüşməsinə icazə verilmişdi.ailenin digər üzvləri iddia qaldırmadıqları üçün onlara imtina olunmuşdu.bu hal da baba uşağı ailənin diger üzvləri ilə görüşdurə bilərmi və bele bir səlahiyyətə malikdirmi? Ata könüllü olaraq öz atalıq hüquqlarından imtina ede bilərmi,imtina ede bilərsə bu hansı halda mümkündü?

Salam.

Könüllü valideynlik hüquqlarından imtina etmək qanunvericilikdə nəzərdə tutulmayıb.

Valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər (Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən):

  •  öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
  • alimenti qəsdən ödəmədikdə;
  • heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;
  • valideynlik hüquqlarından sui-istifadə etdikdə;
  • uşaqlarla amansız davrandıqda, onları fiziki və psixi təzyiq altında saxladıqda;
  •  xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
  • uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.
Lakın valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər (66-cı maddə).
Sualınıza görə təşəkkür edirik.
2010-11-09

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
620 - Sahibe (2010-11-09). Sizden bir meslehet isteyirem... ovaladliqa usaq goturmek ucun AZERBAYCAN qanunvericiliyinde esas sertleri bilmek isteyirem. Hara muraciet etmek ,novbeye yazilmaq lazimdi?sizce bu prosess hansi muddetde hell olunur?

Salam.

Bunun üçün Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına müraciət etməlsiniz. Oxşar sual Məsləhətxananın 617-ci sualında cavablandırılmışdır. Xahiş edirik nəzər yetirəsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-11-09

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
619 - CAMAL (08-11-2010). SALAM! SIZIN XEYIRXAHLIĞINIZDAN İSTİFADƏ EDİB SİZƏ TƏŞƏKKÜR EDİRƏM. BİLDİRİRƏM Kİ, QAYNATAM BİRİNCİ QURUP ƏLİLDİR, şəkər-diabet XƏSTƏSİDİR VƏ HƏR İKİ AYAQDAN AMPUTASİYA OLUNUB. PENSİYASI 150 MANATDIR , HƏYAT YOLDAŞI BAXICILIQ PULU ALA BİLMİR Ə.V.Ə.S.M.F.-NA MÜRACİƏT ETMİŞƏM ONLAR DEYİR SOS.MÜD.FONDU VERMƏLİDİR, SOSFOND DEYİR Kİ,ONLAR VERMƏLİDİR. MƏN ÇAŞ-BAŞ DÜŞMÜŞƏM MƏN HARA MÜRACİƏT ETMƏLİYƏM VƏ BÜROKRATİK ƏNGƏLLƏRDƏN HARA ŞİKAYƏT ETMƏLİYƏM. PREZİDENTƏ MƏKTUB YAZMIŞAM YARDIMA GÖRƏ HƏLƏ ONA YARDIM OLUNMAYIB.

Salam.

Bu bürokratiyadan çıxışının ən etibarlı üsulu belədir. Rəsmi (yazılı) müraciət edərkən bir neçə ünvana göndərin amma eyni məzmunlu məktubu. Ən yuxarıda yazın Azərbaycan Respublikasının Prezidentinə, daha aşağıda surətləri: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə; Dövlət Sosial Müdafiə Fonduna. Məktubları çalışın xəbərnamə ilə göndərin.
Sualınıza görə təşəkkür edirik.
2010-11-08
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
618 - Vasif (08-11-2010). Salam. Mənim gözüm zəif görür yəni eynəksiz heç bir şey ede bilmerem.Loru dildə desək gözüm "-5" görür.Bilmək istəyirəm ki, mene pensiya düşürmü?

Salam.

Bununla bağlı siz müvafiq orqana müraciət etməlisiniz və sizin əlilliyiniz müvafiq qaydada təsdiq olunmalıdır. Bunun üçün siz Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə ilə tanış olmalısınız. Xüsusilə bu Əsasnamənin 2.1.10,  2.2.13,  2.3.18,  3.1.10  və  3.2.3.28 bəndlərilə.
Sualınıza görə təşəkkür edirik.
2010-11-08
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
617 - Samire (08-11-2010). Salam, sizden xahiw edirem mene duzgun evladliqa uwag goturmey baresinde melumat veresiniz.cox sag olun

Salam.

Övladlığa götürmə ilə bağlı məlumatın alınması üçün Ailə Məcəlləsinin 19-cu fəsli ilə və Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 4-cü paraqrafı ilə tanış olmaq məqsədəuyğundur.

Həmin qaydalardan çıxarış:

4.1. Övladlığa götürənlər övladlığa götürmə haqqında məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən ən geci bir ya ərzində övladlığa götürmənin qeydə alınması məqsədilə Qeydiyyat şöbəsi və konsulluq idarəsinə müraciət etməlidirlər.

4.2. Övladlığa götürmənin dövlət qeydiyyatı övladlığa götürənlərin birgə ərizəsi və ya onlardan birinin ərizəsi ilə övladlığa götürmə haqqında məhkəmə qətnaməsinə əsasən qətnamənin çıxarıldığı yer üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparılır.

4.3. Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən övladlığa götürmə haqqında akt qeydi məhkəmə qətnaməsində və övladlığa götürənlərin və övladlığa götürülənin şəxsiyyətini təsdiq edən sənədlərdə göstərilən məlumatlar əsasında tərtib edilir.

4.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən övladlığa götürmə haqqında akt qeydi tərtib olunarkən övladlığa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi, övladlığa götürülmüş uşağın doğulduğu yerin və ya tarixin dəyişdirilməsi, övladlığa götürənlərin valideyn kimi yazılması zəruriliyi övladlığa götürmə haqqında məhkəmə qətnaməsinə əsasən müəyyən edilir.

4.5. Övladlığa götürülmüş uşağa övladlığa götürənin adı ilə ata adı və soyadı verilərsə, habelə övladlığa götürülənin adı dəyişdirilərsə və ya övladlığa götürənlər övladlığa götürülənin valideynləri kimi yazılarsa, eləcə də övladlığa götürülənin doğulduğu yer dəyişdirilərsə, övladlığa götürülmüş uşağın doğum haqqında akt qeydinə Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən dəyişikliklər edilir və bu dəyişikliklər nəzərə alınmaqla doğum haqqında ilkin şəhadətnamə verilir.

4.6. Əgər övladlığa götürülənin doğumu başqa yerdə qeyd olunubsa, övladlığa götürülənin doğumu haqqında akt qeydinə müvafiq dəyişikliklərin edilməsi məqsədilə akt qeydinin birinci nüsxəsinin olduğu yerdəki Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə bildiriş göndərilir. Həmin orqan doğum haqqında akt qeydində dəyişiklik edib doğum haqqında yeni şəhadətnamə göndərir və övladlığa götürülənin doğumu barədə akt qeydinin ikinci nüsxəsində eyni dəyişiklikləri etmək üçün bildirişi Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə göndərir.

4.7. Məhkəmə övladlığa götürməni etibarsız hesab etdikdə Qeydiyyat şöbəsi və konsulluq idarəsi övladlığa götürmə haqqında qeydi ləğv edir, övladlığa götürmə məhkəmə tərəfindən ləğv edildikdə isə övladlığa götürmə haqqında qeydlərdə övladlığa götürmənin ləğvi haqqında qeydlər aparır. Belə hallarda məhkəmənin övladlığa götürməni ləğv etmək haqqında qətnaməsi qanuni qüvvəyə mindikdən sonra övladlığa götürülənin doğumu haqqında akt qeydində övladlığa götürmədən əvvəl olmuş bütün ilkin məlumat bərpa edilir. Bu haqda Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə bildiriş göndərilir.

4.8. övladlığa götürənlərə övladlığa götürmə haqqında şəhadətnamə verilir.

4.9. övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və himayə orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından övladlığa götürənlərin övladlığa götürülənin doğma valideynləri olmadığını göstərən çıxarışlar vermək qadağandır.

4.10. Övladlığa götürmənin sirri qanunla mühafizə olunur.

Sualınıza görə təşəkkür edirik.

2010-11-08

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
616 - Ceyran (08-11-2010). Salam, mənim sualim şəxsiyyət vəsiqəsi ilə əlaqədardır, mən Agdam rayonun -da qeydiyyatdayam və ilk ş/v-ni oradan almisam, indi ailə qurdugum uçün vəsiqəmi dəyişdirmək istəyirəm bununla baglı sənədi ilk aldigim DİN nümayəndəliyinə müraciət etməliymişəm, lakin işlə bağlı rayona gedə bilmirəm, xatirladım ki müvəqqəti olaraq Bakıda qeydiyyatdayam, bakı şəhərindən Ş/Vəsiqə-si ala bilərrəmmi? xahis edirəm bugun cavablandirasiniz, oncədən təsəkkur edirəm.

Salam.

Əgər yaşayış yerini dəyişdirmisinizsə, həmin yaşayış yeri üzrə DİN-nin pasport-qeydiyyat şöbəsinə müraciət edib Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqınd Qanunun 5-ci maddəsinə uyğun olaraq ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlisiniz:

1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;

2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

Sualınıza görə təşəkkür edirik.

2010-11-08

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
615 - Yusif (08-11-2010). Dovlet qulluqcusunun sınaq muddeti bitdikden sonra onun numunevi fealiyyetini nezere alaraq rehberlik terefinden 2-ci derece dovlet qulluqcusu ixtisas derecesi verile bilermi?

Salam.

Dövlət qulluğu haqqında Qanunun 16-cı və 17-ci maddələrinə diqqət yetirməyə vacib sayırıq. İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir (yəni 6 ay sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlanılır). Daha sonra, səbrli olsanız illər keçdikcə dərəcələrin sahibi olacaqsınız. Əgər bu sizin üçün doğrudan da vacibdirsə.

Sualınıza görə təşəkkür edirik.

2010-11-08

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
614 - Aysel (08-11-2010). Salam. Ushaqlarla unsiyyet huququnun berpasi. valideynler may ayinda boshanib, mehkeme sentyabrin 20-de atanin ushaqlarlarla gorushmesi haqqinda qerarini cixarib. Bu qerar ne zamandan sonra quvveye minir??? Sentyabirin 20 cixan qerar maximum ne zaman quvveye minmelidir. noyabr ayidir helede surundururler. yeni ushagi ne zamandan gormek olar?? cox teshekkur edirem. cox onemlidir bizim ucun.

Salam.

Qeyd olunmalıdır ki, digər tərəfin (və ya onun nümayəndəsinin) hüquqi təcrübəsindən asılı olaraq məsələ uzadıla da bilər. Belə ki, Mülki Prossesual Məcəlləsinin 172-ci maddəsinə uyğun olaraq ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayan müddətdə işə baxılmalıdır və qətnamə çıxarmalıdır (və ya qərardad). Əgər həmin məhkəmə aktına 1 ay ərzində şikayət olunmasa bu məhkəmə aktı qüvvəyə minir və artıq icra olunmalıdır. Şikayət verilərsə Apellyasiya məhkəməsi 3 ay ərzində bu işə baxır və qətnamə qəbul edir. Daha sonra 2 ay keçməlidir ki, bu qətnamə qüvvəyə minsin. Hələ bundan sonra kassasiya da var.

Ümumiyyətlə bu məsələ əgər tərəflərin razılığı olmasa çox uzana bilər bir-iki il çəkə bilər. Hazırkı prosessual qanunvericilik süründürməçilik üçün geniş imkanlar yaradır, təəssüflər olsun ki.

Sualınıza görə təşəkkür edirik.

08-11-2010

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
613 - Rasad (07-11-2010). Xahis ediram dovlat qulluqcusunun dovlat tarafindan mudafiasi va huququ haqqinda.Maddalar gostarmak sartila. Cox sag olun. Atrafli

Salam.

Dövlət qulluğu haqqında Qanunun 21-ci maddəsində dövlət qulluqçuları üçün təminatlar göstərilib:

  • dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər;
  • lazımi qulluq şəraiti;
  • haqqı ödənilən məzuniyyət;
  • dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası;
  • təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçmə;
  • dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük;
  • pensiya təminatı və dövlət sosial sığortası;
  • qulluq vəzifələrinin icrası ilə əlaqədar olaraq qanunla müəyyən edilmiş qaydada sığorta;
  • icra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla xidməti nəqliyyat və ya müvafiq kompensasiya almaq;
  • dövlət qulluqçusunun vəzifə öhdəliklərinin icrası ilə əlaqədar olaraq ona və onun ailə üzvlərinə qarşı törədilən zorakılıqdan,  hədələrdən və təhqirlərdən dövlət qulluqçusunun və onun ailə üzvlərinin müdafiəsi.

Dövlət qulluqçusu bu Qanunda nəzərdə tutulmuş hallardan başqa yalnız öz razılığı ilə aşağı maaşlı vəzifəyə keçirilə  bilər.

Dövlət hakimiyyəti orqanlarının, habelə dövlət orqanları rəhbərliyinin tərkibinin dəyişməsi dövlət qulluğuna xitam verilməsi üçün əsas  deyildir.

Sualınıza görə təşəkkür edirik.

2010-11-08

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
612 - Qurban (07-11-2010). Salam. Men mini opera ile size suali belke 10 defe yolladim,mene ele gelir ki,sual size catmir deye cavablamadiz.Mecbur olub kamputerle yollayiram.SUALIMIN ARDI:Atam,anam rehmete gedib,atamin yegane evinde de ogey anam ve 2 usaqi yasayir.(ata bir,ana ayriyiq)Mal-qarani,ekin- bicini ozleri becerib,ozleri de satirlar.(cuzi qazanc nezerde tuturam)Hem de ogey anam gil kasib olduqlari ucun onlardan hec bir maddi yardim teleb etmirem.Ozum de bildiyiniz kimi xesteliyib sebebinden dayimin evinde qaliram.60 manat pensiyeden basqa hec bir qazancim yoxdu.Eger bu veziyyetimle sosial yardim ala bilmesem,onda men nece edim,neyniyim ki,ata mulku mene hec bir problem toretmesin? Yani qeydiyatdan ciximmi,yoxsa payimi goturub ayrilimmi bilmirem.Nece ede bilerem axi. Hem de siz deyirsiz ki,eger dovlet unvanli sosial yardim vermirse,dovletin qerarini insafsiz,edaletsiz sayirsizsa yuxari istansiyalara muraciyet edin.Yuxari istansiya haradi? 1.SHexsen siz menim bu veziyyetime gore dovleti edaletsiz sayirsinizmi? 2.Yani,mene sosial yardim dusmemeyi barede.3.Men atamin neki ev,esik,torpaq,malqarasi varsa hamisini hesablayib size yazsam mene deye bilersinizmi ki,sosial yardim dusur ya yox? Bir de ki,siz Ramil Qacayevsinizmi? Sizi cox cetine saldiqimi da bilirem amma inanin ki,tek umudum sizedi. SIZ MENI KICIK QARDASINIZ BILIN,MENE COX KOMEYINIZ DEYIR.COX TESEKKUR EDIREM,xais edirem butun suallari etrafli cavablayin

Salam.

Qeyd etməliyik ki, çox sual verdiniz. Lakın çalışarıq mümkün qədər qısa və mahiyyəti üzrə cavablandıraq. 

1. Düzdür sualları cavablandıran hüquqşünas Qaçayev Ramildir. Mülkiyyətinizinin dəyərini hesablamaq və bizə göndərmək zərurəti yoxdur. Bunun üçün səlahiyyətli orqanlar var - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi  və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri. Bütün lazım olan məlumatı onlara təqdim etməlisiniz.  (sual 3).

2.  Yuxarı instansiya dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, daha sonra Prezident, Milli Məclis, o cümlədən məhkəməni nəzərdə tuturuq. Şəxsən sizə aid dövlətin ədalətli olub-olmamasını birmənalı israr edə bilmərik, çünki bunun üçün sübutlarımız yoxdur. Amma əgər bütün yazılanlar həqiqətə uyğundursa, əlbəttə ki, ədalətsizdir. Və biz bu ədalətsizliklə gündə üzləşirik, ona görə də o qədər təəccüblənmirik və çalışırıq insanlara imkanımız çərçivəsində məsləhət verək  (suallar  1 və 2).

Həmiçinin biz siz məsləhət görərdik ki, qanunvericliklə özünüz tanış olasınız və dövlət qurumlarına müraciət edərkən həmin aktların çap versiyaları sizdə olsun ki, öz hüquqlarınızı qoruya biləsiniz. Aşağıdakı normativ aktlara diqqət yetirin:

Suallarınıza görə təşəkkür edirik. 
2010-11-08

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
611 - Ceyhun (07-11-2010). Salam hormetli vekiller. Xais edirem menim bu sualimi cavabsiz qoymayasiniz. 3 ay once aile qurmusam. Zaqsa dusmemisem. Toydan sonra qaynanam teleb etmeye basladi ki, sen anangilden ayril ve qizim ayri olsun. Qaynanamgil hedden artiq kasib bir ailedendiler ve onlarin fikri budur ki, men ayrilam ve sonra oz qazancimla onlarida saxlayam. Cunki toydan hec bir hefte kecmemis, basladilar menden pul istemeye. 3 ay onlarin ailesine men baxmisam. Anam bilenden sonra cox etiraz eledi ve mende mecbur olub onlara bir daha pul vermedim. Qaynanamgili yalniz menim qazancim dusundurur. Men evde olmayanda, yoldasimi goturub apardi. Sertide budur ki, men ayrilmaliyam ve onun qizina ayri baxmaliyam. Men ise hec vaxt anamdan kecmerem. Derd burasidir ki, qaynanam toyda aldiqim butun qizillarida goturub apardi. 12 min manat pul vermisem qizillara. Xais edirem mene deyesiniz ki, men mehkeme yolu ile aldiqim qizillari geri qaytara bileremmi. Qaynanam qizillari qaytarmir ve deyir ki, toyda almisan deye hamisi bizimdir. Artiq qizildan satib ve ozlerine masin aliblar. Hormetle Ceyhun Mamedov

Salam.

Əgər məhkəmə vasitəsilə məsələni həll etmək istəyirsənizsə onda bütün yazılan halları sübut etməyə borclusunuz. Aldığınız qiymətli əşyaların siyahısı onların qəbzi və s. "Zaqsa duşməmişəm" dedikdə siz nikahınızın rəsmi qaydada qeydə alınmamasını göstərirsiniz. Bununla da qanunvericiliyə uyğun olaraq sizin nikahınız tanınmır. Buna görə dəözgəsinin qanunsuz sahibliyindən öz əmlakınızı geri tələb etməkdə haqlısınız (Mülki Məcəlləsinin 157-ci maddəsi). 

Sualınıza görə təşəkkür edirik.

2010-11-08

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
610 - Сeyhun (06-11-2010). YUPIAR nedir?

Salam.

UPR (Universal Periodic Review) tərcümədə (ing.) Universal Dövri İcmal  (UDİ) deməkdir. Bu BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) üzv-dövlətlərində insan hüquqların qorunmasına və bu sahədə şəraitin yaxşılaşdırılmasına yönəldilmiş yeni bir mexanizmidir. Belə ki, dövlətlər digər dövlətlə nəzarət edir (insan hüquqları sahəsində); hər il UPR-ın 3 sessiyasında 48 ölkəyə baxılır. Və bu baxılma nəticəsində  raport (hansında müvafiq tövsiyələr var) qəbul edilir (hansı ki, dövlətlərə insan hüquqların inkişafına səbəb ola ola biləcək).

Sualınıza görə təşəkkür edirik.

 2010-11-06

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
609 - Nizami (05-11-2010). Daimi yaşayan vətəndaşlığı olmayan şəxsin qeydiyyat vaxtı 5 ay keçərsə alınmamış pensiyanın bərbası mümükündürmü

Salam.

Əmək pensiyaları haqqında Qanunun 3.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin  Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır.

Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.

Sualınıza görə təşəkkür edirik.

2010-11-06

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
608 - CAMAL (04-11-2010). Salam! Təhsil şöbəsinin müdiri Məktəblərdə qızların baş örtüklərinə(Hicab) qarşı qadağa qoymuşdur.Mən Təhsil şöbəsinin müdirinin qəbuluna gedib belə bir qanunun olub-olmamasını öyrənməyə. O MƏNƏ QARŞI kobudçuluq edərək (Bu İcra Başçısının əmridir Polis Rəisi və Prokuror mənim arxamda dayanaraq bu əmri icra etməliyəm)deyib məni otağından qovdu.Bu hadisənin üstündən bir həftə keçəndən sonra Təhsil şöbəsinin Müdri Polis şöbəsinə şikayət edərək, guya mən onun Şərəf və Ləyaqətini təhqir etmişəm. O buna yalançı şahidlər də göstərmişdir.Mən isə öz izahatımda onu təhqir etmədiyimi və əksinə o məni təhqir edib və məni otağından qovduğunu yazmışam. Bilmək istəyirəm ki, bu nə dərəcədə doğrudur? Bu böhtanların qarşısında mən özümü necə müdafiə edə bilərəm? Vəzifədə olan hər bir şəxs kimə istəsə böhtan atıb və buna şahid göstərə bilirsə hansı qanun və ədalətdən danışmaq olar? Belə ki, qanun zəif təbəqə üçündür, bəs Müdürlər qanuna tabe deyillərmi? SAĞ OLUN !!!

Salam.

Hər kəs qanuna tabedir, o cümlədən müdirlər də. 

Konstitusiyanın 12.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Eyni zamanda Konstitusiyanın 18.3-cü maddəsinə əsasən dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.

Hər bir halda bu cür məsələlər hansı bir yerli icra hakimiyyəti başçısının aktı ilə tənzimlənmir və onun belə səlahiyyətləri yoxdur (hicabın geyinib və ya geyinməməsi bağlı qanunvericiliklə tənzimlənmir).  Amma təhsilimiz dünyavi xarakter daşıdığı üçün bununla bağlı  müəyyən məhdudiyyətlər qoyula bilər.

Təhqirlə bağlı isə həm məmur, həm siz bunu məhkəmədə sübut etməlisiniz (şahidlər, video və audio yazılar). Yalnız sübut olunduğu təqdirdə hansı bir tədbirlər görülə bilər (o cümlədən məsuliyyətə cəlb olunma).

Sualınıza görə təşəkkür edirik.

2010-11-06

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
607 - Emin (04-11-2010) Hormetli redaksiya 2009-2010-cu il uzre 32 mezuniyyet gunlerimden yalniz 14 teqvim gunu istifade etmisem. 2011-CI ILDE ISDEN CIXARKAN VE YA MEZUNIYYETE CIXDIQDA hemin dovr ucun qalan mezuniyyet gunlerinden istifade ede bileremmi

Salam.

Əmək Məcəlləsinin 137.1-ci maddəsinə əsasən əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüşhissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir.

Həmin Məcəllənin 135.2-ci maddəsinə uyğun olaraq İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

Sualınıza görə təşəkkür edirik.

2010-11-06

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
606 - Shelale (04-11-2010). Salam. Avtomobil qezasi neticesinde atam birisinin sigortalanmis avtomobiline maddi ziyan vurmusdur.Sigorta sirketi deymis ziyanin 50%-in atamim odemesini isteyir (5000 man).(deymis zererin qiymetlendirilmesinde atam istirak etmemisdi). Bu dogrudurmu?. Atam pensiyacidir,sigorta sirketi mehkemeye vererse, qanunla bu meblegi ne sekilde odemeliyik.Teqaudun de hisse-hisse tutularaqmi? Tesekkur edirem

Salam.

Əgər işiniz məhkəmədə baxılıbsa (və ya baxılacaqsa) Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən məhkəmədən qətnaməni hissə-hissə icra etdirməyə xahiş edə bilərsiniz (bununla bağlı ərizə ilə müraciət edə bilərsiniz). O cümlədən, məhkəmədən ekspertizanın keçirilməsini tələb edə bilərsiniz və vurulmuş ziyanın dəyərini müəyyən etməsini (qiymətləndirmə) tələb edə bilərsiniz. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-04

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
605 - Fuad (04-11-2010). Hörmətli Dejure bundan əvvəl Sizə sual ünvanlamışam (582). Sualımı cavablandırdığınız üçün təşəkkür edirəm. Mənim qanunla nəzərdə tutulmuş bütün sənədləri olan evim uçub. Evimin torpaq səviyyəsi aşağı olduğundan yağış və qurunt suları nəticəsində uçduqda aidiyyatı dövlət orqanlarına müraciət eləmişəm ki, məlumat verəm.Eləcə də həmin orqanlarda müvafiq şəxslərin qəbulunda olmuşam. Mən vəziyyətin ağır olduğunu, evimin uçduğunu, ozümün isə qalmağa yerim olamdığını onlara söyləmişəm və xahiş eləmişəm ki, qısa müddətdə sənədləşmə aparılsın və qanuna müvafiq tədbir görsünlər. Onlar isə məsələni daha operativ həll etmək əvəzinə məni aylarla get-gələ salıb süründürüblər. Zəruri hallarda vətandaşlar dərhal qəbul olunduğu halda mən get-gələ düşmüşəm. Adi bir aktı ala bilməmişəm. Akt bağlnamır və uçan evin tikintisinə maneələr olur(gəlib uçurmaq istəyirlər), yaşamaq üçün yer verilmirsə onda mən neyləməliyəm? Mən cıxıb küçədə yata bilmərəm. Hər kəsin bu həyatda yaşamaq hüququ var.

Salam.

Başa düşürük ki, çətin vəziyyətə düşmüsünüz. Lakın təəssüflər olsun ki, dövlət qurumlarına təsir qüvvəmiz yoxdur. Sadəcə, müraciətinizə portal vasitəsilə dövlət məmurlarının diqqətini cəlb etməyə çalışarıq. Məsələ ilə əlaqədar yuxarı instansiyalara (o cümlədən, Prezident, Nazirlər Kabineti, Fövqaladə Hallar Nazirliyinə) müraciət etməyə məqsədəuyğundur. Ola bilsin ki, yardımçı ola bildilər.

Bu qədər.

2010-11-04

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
<< Birinci < Əvvəlki 11 12 13 14 15 16 17 18 Sonrakı > Axırıncı >>
Səhifə 12 dən(dan) 18:

  • Memarlıq və dizayn;
  • Landşaft dizaynı və layihələndirilməsi;
  • Texniki-mühəndis layihələndirmə;
  • 3D layihələr;
  • layihələrin təsdiqlənməsi.

Əlaqə:
Mob: +994-051-9406575

Təşkilatlar

QHT-lərAli məktəblər

Hüquqi məsləhətxana (qeydiyyatdan keçənlər üçün)

Axtaran tapar