Dulce et decorum est pro patria mori - Vətən uğrunda ölmək fərəhli və şöhrətlidir
Yönəldici Məsləhətxana
Mesaj
  • Cache cleaned
On-layn (canlı) hüquq məsləhətxanası
SM FAQ - Компонент вопрос-ответ для Joomla http://joomla.forsite.org

SUALLARIN VERİLMƏSİ ARTIQ DAYANDIRILIB.

BU BÖLMƏ MAARİFLƏNDİRMƏ MƏQSƏDİLƏ İSTİFADƏÇİLƏR ÜÇÜN AÇIQDIQ.

Xahiş edirik nəzərə alasınız:
1. Sualı vermək üçün aşağıda "Sualı əlavə et" düyməsini sıxmaq lazımdır.
2. Hüquq məsləhəti almaq üçün göndərilən sorğular "Əlaqə" bölməsindən göndərilə bilməz.
3. Bir məsələyə aid bir dəfə sual verilməlidir. Cavablandırma 2 günə qədər uzadıla bilər.
4. Təkrarlanan suallar ləğv olunur.
5. Həftə ərzində bir istifadəçi yalnız 3 sual verə bilər.


Göstərmək    Sualların cəmi - 1766
391 - Nizam (23-09-2010). Salam, yeni dogulmus usag qeydiyyata dusmelidir,yoxsa nece olmalidir?
Salam.
Bəli. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir.

Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir.

Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 3 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir.

Sualınıza görə təşəkkür edirik.

2010-09-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
390 - Elçin (22-09-2010). Salam. Haminizi salamlayiram. Baki seherinde her hansi bir istiqamete marsurut xettini almaq ucun ve ya yeni xett acmaq ucun hansi orqana hansi senedlerle muraciet etmek lazimdir. Cox sag olun...
Salam.
Şəhərdaxili (rayondaxili) sərnişin daşımaları üçün lisenziyanın alınması - 150 manatdır (Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının 35.1-ci maddəsi). Lisenziya Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən verilir. 
LHəmin qaydalara uyğun olaraq lisenziya almaq üçün ərizəçi lisenziya verən dövlət orqanına aşağıdakıları təqdim edir:
  • lisenziya almaq üçün ərizə. Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:
  • hüquqi şəxslər üçün - adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü;
  • fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü;
  •  hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
  • ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;
  • ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;
  •  bu Qaydaların 2.9-cu bəndinə uyğun olaraq lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;
  •  fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əlavə şərtləri əks etdirən sənədlər.
Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır. 

Lisenziya verən dövlət orqanı tərəfindən rəy alınması üçün aidiyyəti dövlət orqanına göndərilmiş müraciətə 5 gün müddətində baxılaraq rəy verilir.
Lisenziya almaq üçün təqdim edilən sənədlər lisenziya verən dövlət orqanı tərəfindən qəbul edilir, xüsusi kitabda qeydə alınır, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmayaraq lisenziya verilməsi haqqında qərar qəbul edilir.
Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.
Sualınıza görə təşəkkür edirik.
2010-09-22
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
389 - Nana (22-09-2010). Salam. Bosandiqdan sonra alimentden elave usaq ucun usaqin saxlanmasi ucun elave xerc teleb ede bileremmi???? Meselen musiqi reqs ve idmana getdiyi ucun. Mene dediler ki Aile mecellesine esasen bu ola biler mene xahis edirem etrafli yazin
Salam.
Ailə Məcəlləsinin 78-ci maddəsinə əaasən uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Ailə Məcəllənin 76-cı maddəsinə (1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.) uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 
Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
Sualınıza görə təşəkkür edirik.
2010-09-22
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
388 - Firdovsi (22-09-2010). Salam əgər məhkəma qərari verməyibsə vəya geç verisə verilə muddəti 10gün bitibsə apelasiya məhkəməsinə qərarin qərəzli olması ilə baglı şikayyət edə blərəmmi?
Salam.
Əgər hakim qanunvericilikdə nəzərdə tutulan prosessual müddətləri pozubsa siz Məhkəmə-Hüquq Şürasına müraciət edə bilərsiniz. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 111-ci maddəsinə uyğun olaraq fiziki və hüquqi şəxslərin şikayətləri hakimlər barəsində intizam icraatının başlanılmasına dair müraciət üçün səbəblər kimi göstərilir. Həmin Qanunun 111-1-ci maddəsinə əsasən işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə və ya kobudcasına pozduqda və hakim etikasını pozduqda hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsaslardır.
Sualınıza görə təşəkkür edirik.
2010-09-22
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
387 - Zaur (22-09-2010). Salam. Bu perde plyonka meselesini here bir cur deyir. Mene maraqlidi nazirin sozu yox Milli Meclisin qebul etdiyi qanun. Masinin hansi hissesine nece halda , hansi halda qanun perde ve ya ployonkaya icaze varir.
Salam.
Biz bu sualı dəfələrlə cavablandırmışıq. Ətraflı Məsləhətxananın 377, 204, 158-ci suallarında cavablandırılıb. 
Sualınıza görə təşəkkür edirik.
2010-09-22
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
386 - Anar (22-09-2010). Salam,zehmet olmasa ,Azerbaycana yeni getirilmiw avtomobilin dovlet qeydiyyat niwaninin alinmasi ucun odenilmesi olan dovlet rusumunun ne qeder olmasi barede komeklik ederdiniz.Tewekkurler
Salam.
Dövlət rüsumu haqqında Qanunun 18.65.6-cı maddəsinə əsasən dövlət qeydiyyat nişanlarının verilməsi üçün dövlət rüsumu 18 manatdır.
Sualınıza görə təşəkkür edirik.
2010-09-22
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
385 - Elvin (21-09-2010). Əmək haqqından bütün tutulmaların ən yüksək həddi neçə faizindən yuxarı ola bilməz. XAhiş edirəm o qanunu adını deyəziniz
Salam.
Əmək Məcəlləsinin 186-cı maddəsinin (c) bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə edə bilər. 
Sualınıza görə təşəkkür edirik.
2010-09-22
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
384 - Samir (21-09-2010). salam men 2 evvel oyrendimki men evladliga goturulmusem daha dogrusu senedleri gordum evde.Menim 20 yasim var telebeyem.men bu senedin dogru olub olmadigini nece oyrene bilerem.qeyd edimki men yasadigim ailemle cox xosbextem ve onlari ne olursa olsun cox sevirem.ailemden sorusum onlarin konlunu bulandirmqa istemirem sadece bilmek isteyirem men kime muraciet edim bu barede.
Salam.
Əgər sənədləri görmüsünüzsə onda həmin sənədləri verən orqana müraciət edin (yazılı) və həmin sənədlərin surətlərini bu müraciətə (ərizəyə) əlavə edin.
Sualınıza görə təşəkkür edirəm.
2010-09-22
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
383 - Aysel (21-09-2010). nisanlim isde reisi ile dalasib ve el qaldirib ona, sebeb sexsiyyet ve leyaqet haqda artiq eskik danismaq..o da oz novbesin iddia erizesi qaldirib el qaldirmaq ustunde...bilmek isterdim nisanlim oz novbesinde hansi erize ile mehkemeye muraciet ede biler?tesekkurler
Salam.
Mülki Məcəllənin 23-cü maddəsinə əsasən (Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi).məhkəmədə mənəvi zərərin ödənilməsi tələbi ilə çıxış edə bilər. Əgər kütləvi çıxışda təhqir edibsə onda cinayət məsuliyyətinə cəlb olunmaı ilə bağlı prokurorluğa müraciət edə bilər (Cinayət Məcəlləsi maddə 148. Təhqir). Əl qaldırmaq məsələsi özü-özlüyündə sübut olunmalıdır.

Sualınıza görə təşəkkür edirik.


2010-09-21

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
382 - Ceyran (21-09-2010). salam, menim nisanlimin vesiqesinin muddeti avqust ayinin 19-u bitib bizim oktyabr-in 17-da toyumuzdu bizim zaqsla bagli problemimiz yarana biler o isteyir ki evlenenden sonra deyishsin yeni birdefelik, xahis edirem bu barede meni melumatlandirasiniz...cox sagolun...
Salam.
Şşəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitirsə problemlər yarana bilər. Pasport-qeydiyyat şöbəsinə müraciət etsəniz və əsaslandırsanız daha tez müddətə ş/v dəyişdirməsinə nail ola bilərsiniz. 
Sualınıza görə təşəkkür edirik.
2010-09-21
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
381 - Ceyran (21-09-2010). salam men agdamliyam, qacqin oldugum ucun muveqqeti bakida qeydiyyata dusmusem, nisanlim ise astarada qeydiyyatdadi biz erizemizi bakidan vere bilerikmi, ve eger vaxt 1 aydan az qalibsa ne qeder rusum odemeliyik? cox sagolun...
Salam.
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 3.1-ci maddəsinə əsasən  nikahın qeydə alınması nikaha daxil olanlardan  seçdiyi hər hansı bir Qeydiyyat şöbəsi (VVAQ) tərəfindən həyata keçirilir. Yəni sizin arzunuzdan asılıdır.
Nikahın qeydə alınması üçün dövlət rüsumu - 5 manatdır (Dövlət rüsumu haqqında Qanunun 12.1-ci maddəsi).
Ailə Məcəlləsinin 9.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər (maddə 9.3.).
Sualınıza görə təşəkkür edirik.
2010-09-21
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
380 - Rufat (21-09-2010). Salam. Selahiyyetli olan vezifeli sexs yoxlama zamani akt tertib edir ve bu akti yoxlama kecirdiyi obyektin mesul sexsine gostermeden qeyd edir ki, "Akti imzalamaqdan imtina etdi" ve protokolda da qeyd edirki "Protoklla tanis olmaqdan imtina etdi". Buna qarsi nece mubarize aparmaq mumkundur? Evvelceden minnetdarligimi bildirirem.
Salam.
Bu cür hadisələr də baş verir. Bunlarla rastlaşanda çalışın bütün başverənləri video cihazların vasitəsilə çəkin (adətən bir çox mobil telefonların bu cür imkanları var). Hər bir halda səlahiyyətli şəxs bunu edərkən şahidləri cəlb etməlidir və onların ifadələrini almalıdır, yoxsa həmin aktın qüvvəsi olmayacaq və məhkəmə tərəfindən qəbul olunmayacaq.
Sualınıza görə təşəkkür edirik.
2010-09-21
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
379 - Eldar (21-09-2010). Hormetli DeJure.az, Bundan onceki verdiyimin suallari cavablandirdiqiniza gore size minnetdaram.Heqiqeten de onlar mene dushduyum veziyyetde huquqlarimi qorumaqa komek olur.Xatirlayirsinizsa son sualim cmenim kechmish heyat yoldashimin menim yashadiqim ve oz adima olar eve iddia ede bilib bilmemesi ile baghli idi.Bildirdiniz ki, iddia ede biler ancaq yashamaq uchun. Menim bu yaxinlarda qaynamla danishdim,ve o mene shifahi bildirdi ki,evde olan eshyalari isteyir qalan hech bir sheye iddiasi yoxdur.Yadimdadi siz de bildirmishdiz ki, bu heyat yoldashimin bir nov evlilikden evvel aldighi eshyalar oldughuna gore onun ozununkudur. Sualim ise beledir. Men aramizda olan bu shifahi danishiqi (ya razilashmani) necur bir qanunileshdire bilerem ki, bir muddet kecenden sonra meni mulkiyyet meselesi ile baghli mehkemeye celb etmesin??? Sualim bir az uzun oldu, amma chalishdim konkret olum. Diqqetinize gore minnetdaram.
Salam.
Ən yaxşısı təhvil-təslim aktını tərtib edin və bütün verilən-götürülən əmlakı rəsmiləşdirin (hətta notariusun iştirakı da mümkündür). Həmin aktın sonunda da "heç bir tələbin irəli sürülməməsi barədə öhdəliyini" əlavə edin. 
Sualınıza görə təşəkkür edirik.
2010-09-21
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
377 - Hesen (20-09-2010). Yan suseye perde vurduqda? Onun cerimesi ne qederdi
Salam.
Yol hərəkəti haqqında Qanuna 1 saylı Əlavəsinin 7-ci bəndinə əsasən sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkildikdə konstruksiyanın digər ünsürləri sayılır.
Qeyd: Avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu iləhazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.
Gördüyünüz kimi bəndin qeyd hissəsində yalnız arxa süşənin müvafiq qaydada örtülməsi mümkündür.
Məsuliyyət isə aşağıda göstərilib:
İnzibati Xətalar Məcəlləsinin 155.2.1-ci maddəsinə əsasən tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriyi, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına
- iyirmi manatdan otuz manatadək miqdarda cərimə edilir.
Sualınıza görə təşəkkür edirik.
2010-09-21
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
376 - Mehriban (20-09-2010). Salam. AR Mulki Mecellesinde tez tez aglabatan muddet ifadesi islenilir.bilmek istiyerdim ki bu muddet ne qederdi?praktikada bu muddet nece mueyyen olunur?
Salam.
Ağlabatan müddət qiymət verici kateqoriyadır və hər bir konkret şəraitdən asılıdır. Mübahisə yarandıqda bununla bağlı məsələlər məhkəmə tərəfindən həll olunur. Misal üçün hansı bir öhdəliyin yerinə yetirilməsi: nəqliyyat vasitəsinin təmiri, kitabın tərcüməsi, evin təmiri müəyyən şərtlərdən aıslıdır. Əgər müqavilədə müddətlər göstərilməyibsə öhdəliklər ağlabatan müddətdə həayata keçirilməlidir. Bütün lazımi məhsul olarkən (su, un, yağ və s.) çörək bişirmək üçün müddət 1 ay ola bilməz. 300 səhifəlik kitabın tərcüməsi 2 günə həyata keçirə bilməz və s.
Ümidvarıq ki, kömək edə bildik.
2010-09-21
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
375 - Afət (20-09-2010). Mən gözdən 1 qrup əliləm. Müəlliməyəm-56 yaşim var.tənhayam. ailəm və evladım yoxdur. mənimlə qardaşım oğlu yaşayir və mənzilimdə qeydiyatdadir. o tələbədir və institutu bitirənədək hərbi qulluqdan azaddır. mənim bütün işlərim, bazarlığım. işə gedib-gəlməyim ondan asılıdır. bilmək istərdim qeyd edilənləri nəzərə alaraq, o hərbi cağırışdan azad ola bilərmi..eşitmişəm ki "Hərbi cağırış haqqda " qanunda belə bir istisna var.
Salam.
Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında Qanunun 17-ci maddəsinə əsasən birinci qrup əlil olan ata və ya ana, onlarla birlikdə və ya ayrılıqda yaşamalarından asılı olmayaraq, onları saxlamalı olan başqa övladları olmadıqda həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Lakın bunu əsaslandırmağınız vacibdir və həmin şəxs hərbi xidmətə çağırılarkən ərizə ilə müraciət  (sizinlə birlikdə) etməlidir.
Sualınıza görə tşəkkür edirik.
2010-09-21
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
374 - Gunay (20-09-2010) Salam!. Yoldahsim dediyine gore 2 hefte evvel boshnamga erize verib, ve bugun artig mehkemede olmag lazim idi. Amma mene ne bildirish ne xeberdarlig hech bir melumat verilmeyib. Yoldashim tesdig edir ki, mehkemede artig bu gun boshanmaga mohur vuracag. Men mehkemede olmadim, chunki, bilmirem hara kime yaxinlashmag lazimdir. Yoldashim ise deyir ki, orda mensiz bele her shey hell olunacag, yeni pul verib menim xeberim olmadan bele boshayacaglar. bele bir ish mumkundur?mene bildirish gondeilmelidir??
Salam.
Yox belə bir şey mümkün deyil (əgər sizi doğrudanda  müvafiq qaydada xəbərdar etməyiblərsə).  Bunun üçün Mülki Prosessual Məcəlləsinin 11-ci fəsli ilə tanış olmalısınız (məhkəmə bildirişləri).  Amma əgər məhkəmə  müvafiq qaydada sizi məlumatlandırıbsa onda ola bilər. Hər bir halda şikayət etmək hüququnuz var.
Sualınıza görə təşəkkür edirik.
2010-09-21
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
373 - Orxan (20-09-2010). Salam, mən “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə görə maddə 51b I qrafası görə 29.01.2011 cil ilə qədər yarasiz hərbi bilet verilib. müalicəm bitib və mən tam sağlamam, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2010-cu ilin iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb. mən hərbi xidmətə getmək istəyirəm lakin, rayon hərbi komissarlığdan deyirlər ki, sənin hərbi bilet üzrə hələm müddətin bitməyib, bitəndə gələrsən, bu nə qədər düzgündür?
Salam.
Çox yaxşı ki, bizim belə məsuliyyətli və vətənsevər vətəndaşlarımız var. Əgər hərbi xidmətə çağırılmaq istəyiniz bu qədər güclüdürsə Müdafiə Nazirliyinə və Prezidentə bununla bağlı müraciət edə bilərsiniz. Əminik ki, sizin müraciətinizi təmin edəcəklər.
Sualınıza görə təşəkkür edirik.
2010-09-21
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
372 - Aynur (20-09-2010). Yeni tikilmiş yaşayış evinə (heyət evi) ünvan verilmə prosesi necə baş verir bunun üçün hara və hansı sənədlərlə müraciyət etmək lazımdır. Vaxt ayırdığnız üçün təşəkkür edirəm!
Salam.

 
Bununla bağlı biz bir-neçə suallar cavablandırmışıq.  Məsləhətxananın 1,5, 6, 40 və digər suallarına nəzər yetirin.
Bu qədər.
2010-09-21
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
371 - Aynur (20-09-2010). Salam aleykum ola bilsin sualım tam aydın olmayacaq çünki bilmirəm hansı tərəfdən yanaşım. Hansısa ictimai birlik işçi götürmək istəyirsə bunun üçün nə etməlidir? Sualıma vaxt ayırdığınız üçün təşəkkür edirəm.
Salam.
Əgər işçi götürmək istəyirsə onda həmin şəxslə Əmək müqaviləsini bağlamalıdır (əgər sonrakı sənədləşmə ilə bağlıdırsa bununla bağlı bir çox işlər görülür: şəxsi kart açılır, əmək kitabçası götürülür, müvafiq qeydlər aparılır, və s Daha sonra aidiyyəti vergilər və rüsumlar ödənilir). Bu ayrı blokun mövzusudur və bir sualda bunun açıqlanması mürəkkəbdir.
Sualınıza görə təşəkkür edirik.
2010-09-21
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
370 - Eldar (20-09-2010). Konsulluq nedir ve sefirlik nedir? ferqi nedir??
Salam.
Səfirlik - Azərbaycan Respublikasının diplomatik nümayəndəliyidir (Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsinin təmin edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına diplomatik üsul və vasitələrlə kömək göstərilməsi, beynəlxalq müqavilələrin qeydiyyatı, uçotu və saxlanması üzrə vahid dövlət sisteminin fəaliyyətinin təmin edilməsi və s) - Diplomatik xidmət haqqında Qanun.
Konsulluq Azərbaycan Respublikasının başqa dövlətlərlə dostluq münasibətlərinin inkişafına, iqtisadi, elmi-texniki, mədəniyyət, ticarət, idman, turizm və digər əlaqələrinin genişlənməsinə yardım göstərir (Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında Qanunun 1-ci maddəsi).
Sualınıza görə təşəkkür edirik.
2010-09-21
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
369 - Roman (20-09-2010). Salam. Zehmet olmasa deyin Vasitəli icarə nece olur, Meselen bizde obyekt icareye goturulub. indi icarəyə götürən ozu obyekti icarəyə vermək isteyir. Men bilmek isteyirem icarəyə götürəcək adam voen amalıdırmı, yeniden obyekte kod almaq lazım gelecekmi, hazirki icarəyə götürən fəaliyyətinin dayandırmalıdırmı?
Salam.
Əgər hər hansı bir şəxs gəlir əldə edirsə vergi orqanlarında qeydiyyata durmalıdır (və ya vergi ödəməlidir). Fərqi yoxdur bu icarəçı və ya icarəyə verəndir. Buna adətən vasitəli icarə yox subicarə deyilir. Siz icarəyə götürdüyünüz təqdirdə  həmin müqavilədə subicarə müddəası olub-olmaması barədə məlumatınız olmalıdır. Əgər həmin icarə müqaviləsinə əsasən subicarə mümkündür onda siz başqa şəxsə həmin obyekti subicarəyə verirsiniz və şərtləri öz aranızda müəyyən edirsiniz. Subicarə müqaviləsi icarə müqaviləsinə zidd olmamalıdır.
Sualınıza görə təşəkkür edirik.
2010-09-21
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
368 - Shirin (20-09-2010). Salam. 29 iyun 2010 cu il tarixindən analıq məzuniyyətinə çıxmışam amma işədiyim məktəbdən mənim ərizəm olmadan 1 iyul 2010 tarixindən iş məzuniyyətinə çıxarıblar və buxqalteriyanın bu cür hesablaması nəticəsində mən 200 manata yaxın pul itirirəm. Yenidən hesablama aparmaq üçün bəhanələr gətirilir. Mən nə etməliyəm? Məgər bu cür hesablamalar ciddi olaraq sənəd əsasında aparılmalı deyil?
Salam.
Bununla bağlı ilk növbədə məktəbin direktoruna şikayət edin və əgər bunun nəticəsi olmasa Dövlət Əmək Müfəttişliyinə müraciət edə bilərsiniz (lakın bundan qabaq öz ərizənizə diqqət yetirin və hansı məzuniyyətə çıxmağı barədə xahiş etməyinizi nəzərə almalısınız).
Sualınıza görə təşəkkür edirik.
2010-09-21
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
367 - Aygun (19-09-2010). Salam,sualım budur. 1.Töreme bankın yaradılmasında əsas məqsəd nedir? 2.Bankın nümayendeliyine aid tərifdə bele qeyd olunub:bank fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan,yalniz onun mənafelərini təmsil və müdafiə edən bankın ayrıca bölməsidir qeyd olunub.Təmsil və müdafiə dedikde,neler nəzərdə tutulur?
Salam.
Banklar haqqında Qanunun 1-ci maddəsinə əsasən törəmə bank - nizamnamə kapitalında səsvermə hüququ verən səhmlərin əllidən çox faizi təsisçi banka və ya bank holdinq şirkətinə məxsus olan bankdır, yaxud elə bankdır ki, onunla təsisçi bank və ya bank holdinq şirkəti arasında bağlanmış müqaviləyə əsasən təsisçi banka və ya bank holdinq şirkətinə onun qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək imkanı verilir.
Hansı məqsədlə yaradılmasının daha yaxşı başa düşmək üçün Mülki Məcəllənin 67.5 və 67.5 maddəslərinə nəzər yetirmək lazımdır.
Təmsil və müdafiə dedikdə aşağıdakılar başa düşülür. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Təmsilçi  əqdləri barəsində ona bəlli olmuş məlumatların sirrini ona verilmiş tapşırığı icra etdikdən sonra da saxlamağa borcludur. Təmsilçilik müxtəlif sahələrinə aid oluna bilər (rhüquqların qorunması, reklam, bank şöbələrin, törəmə qurumların  açılması üçün sənədlərin yığılması və s.)
Həmçinin bu normativ xarakterli akta baxa bilərsiniz.
Sualınıza görə təşəkkür edirik.
2010-09-21
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
366 - Zulfiyye (19-09-2010). Cavabiniza dore chox sag olun. 1 sualim var Her defe komisiysdan kechende bizden pul teleb edirler. Yenede teleb etseler hara muraciet edek.(komek etseniz chox sevinerdik...)
Salam.
Əgər aidiyyəti dövlət qurumları korrupsiya və süründürməçilik hallarına yol verirsə siz Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya, Sosial Müdafiə Fonduna  və Səhiyyə Nazirliyinə müraciət etməlisiniz.  Çalışın öz mövqeyinizi əsaslandırın və şikayət edərkən şahidlərin ifadəsini toplayın. Korrupsiya ilə hər bir vətəndaş mübarizə etməlidir.  Təəssüf olsun ki, iş həcmi böyük olduğundan pulsuz hüquqi yardım göstərmək imkanlarımız məhduddur.
Sualınıza görə təşəkkür edirik.
2010-09-20
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
365 - Xayyam (19-09-2010). mecburi köçkünlərin mənzil fondunda olan evi 17 il daxilində yaşadigina görə onu özelləşdirmak uçün qanun necə yol verir?
364 - Zulfiyye (19-09-2010) Salam. Menim odglumun 18 yaşi var. Anadan delme boyrek xestesidi. 4 ildirki xesteliyine dore pensiya alir. Bilmek isteyirdim birdefelik elillik qrupu neçe yaşinda verirler...teşekkurler
Salam.
Sosial müavinətlər haqqında Qanunun 9-cu maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər, müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən əlilliyə görə müavinət əlillik müddətinə təyin edilir.
Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında Qanunun 14-cü maddəsinə əsasən əlillərin reabilitasiya tədbirlərini, habelə sosial yardımın növlərinin konkret həcmini, növünü və icrası müddətini müəyyən edir.
Sualınıza görə təşəkkür edirik.
2010-09-19
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
363 - Afet (19-09-2010). men bilmek isteyirem Azerbaycanda ushaghlarin ozune, ikinci olkeye getmelerine gore, etibarname verile bilermi? bele bir qanun varmi? Varsa etrafli melumat almagh isterdim.
Salam.
Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Qanunun 2-ci maddəsinə əsasən 18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı ilə gedə bilər. Valideynlərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.
18 yaşına çatmamış vətəndaşın daimi yaşayış üçün ölkədən getməsinə yalnız onun valideynlərinin hər birinin və ya qanuni nümayəndəsinin yazılı şəkildə ifadə edilmiş və notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı olduqda yol verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaq ölkədən yalnız onun övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və övladlığa götürmə haqqında şəhadətnamə təqdim edilməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada gedə bilər.
Sualınıza görə təşəkkür edirik.
2010-09-19
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
362 - Seymur (18-09-2010) Salam mən Qarabağ əliliyəm. Mənə Dövlət tərəfindən veriliən evi özəlleşdirmək üçün nə qədər dövlət rüsumu ödəməliyəm?
Salam.
Bu cür suallar dəfələrlə cavablandırılıb. Məsləhətxananın 1, 5 suallarına nəzər yetirin.
Bu qədər.
2010-09-19
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
361 - Ramiz (17-09-2010). Salam. Men boşanmışam. Keçmiş nigahımdan 2 yaşında qızım var. Hazırda, aliment ödənilməsi barədə saziş əsasında, keçmiş arvadımın bankdakı debet kart hesabına aylıq alimentdə ödəyirəm. Keçmiş arvadla aliment barəsində razılığa gəlsəkdə, övladımı rahat görmək mövzusunda razılığa gəlmir O, yəni uşağı yalnız öz müşahidəsi ilə görə bilirəm və bir olduğumuz müddətdə ancaq başım spor ilə qarışır. Bu səbəbdən uşağımı ayrı görmək istəyirəm, yəni həftədə 1-2 dəfə, hər dəfəsi üçün ən az 3 saat olmaqla bağlı məhkəməyə müraciət edə bilərəmmi? Və buna dair bir qanun varmı? Öncədən təşəkkür edirəm.
Salam.
Əlbəttə ki, hüququnuz var. Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə uyğun olaraq valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 
Məcəllənin 61-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər. Uşaqdan ayrı yaşayan valideyn öz uşağı haqqında tərbiyə və müalicə, sosial müdafiə və digər müvafiq müəssisələrdən məlumat almaq huququna malikdir.
Qanunla sizin kifayət qədər hüquqularınız nəzərdə tutulub. İstifadə edin, amma qeyd edilən halları da məhkəmədə sübut etməyə unutmayın (şahidlər, videoyazılat və s.).
Sualınıza görə təşəkkür edirik.
2010-09-18
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
360 - Ruslan (17-09-2010). Salam. Menim atama Baki sheheri Xetai rayon Icra Hakimiyyeti terefinden 2008-ci il may ayinda iashe obyektinin tikilmesine serencam verilib. 2008-ci ilin dekabr ayinda atam vefat edib. Xetai RIH-ne yazili muraciet etsem de menim muracietime menfi cavab veribler. Serencamin menim anamin (merhumun heyat yoldashi) adina kechmek uchun qanunda nezerde tutulan bir proses varmi? Bu barede hansi senedler teleb olunur ve kime muraciet etmek lazimdir? Meselenin helli zamani problem yaranarsa kimle meslehetleshmek olar? Evvelceden teshekkurumu bildirirem.
Salam.
Təqdim olunan materiallardan yalnız onu demək olar ki, hal mübahisəlidir. Əgər dövlət qurumu rəsmi (yazılı) mənfi cavab veribsə siz həmin cavabı və daşınmaz əmlaka mövcud olan sənədləri iddia ərizəyə qoşub məhkəməyə müraciət edə bilərsiniz (xüsusi icraat qaydasında). 
Sualınıza görə təşəkkür edirik.
2010-09-18
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
359 - Eqana (2010-09-17). Cavaba gore minnetdaram 345, demeli bu yaziy agore men hec bir mebleg odemeli deyilem duzdur? bes bu barede qanunda bir soz var? eger mumkundurse mene o maddeni yazardiz. Siz coox xeyirxag ishle meshgul olursuz Allah sizden razi olsun.
Salam.
Siz deyəsən 26-cı suala baxmadınız.
Əlavə olaraq onu tam şəkildə göstəririk.
"Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına (3 noyabr 2001-ci il tarixli 596 №-li) əsasən obyektlərin giriş hissəsində, divarında, önündə yerləşdirilmiş, həmin obyektlərin mənsubiyyətini, adını, ticarət markasını, iş rejimini, firma nişanını göstərən lövhələr, fəaliyyət növünü istehlakçıya çatdıran vasitələr, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakat və digər informasiya vasitələri reklam daşıyıcıları hesab edilmir (bənd 2.2.).
Obyektiniz Bakı şəhərində yerləşdiyi üçün küçə reklamının yerləşdirilməsinə verilən icazə üçün birdəfəlik ödəniş tarifi 70 manat təşkil edir. Bundan sonra hər ay 1 m2 küçə reklamının yayımı üçün 7 manat ödəməlisiniz (ehtimal kimi, küçənin yerləşməsi B zonasına aiddir). Ətraflı Küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün reklam tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının Qərarında (30 iyul 2008-ci il tarixli 7 №-li) göstərilib.
“Küçə reklamının, yayımı və reklam tarifi zonalarının müəyyən edilməsi Qaydaları”nın və “Küçə reklamı lövhəsinin yerləşdirilməsinə verilən icazə sənədinin forması”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına (23 aprel 2008-ci il tarixli 92 №-li) uyğun olaraq müvafiq yerli icra hakimiyyətinin başçısı küçə reklamlarının yaymasına görə reklam tarifi zonalarını müəyyən etmək üçün aidiyyəti yerli qurumların nümayəndələrinin daxil olduğu 5 nəfərdən ibarət olan komissiya yaradır.
Reklam fəaliyyətinə nəzarəti isə Azərbaycan Respublikasının İqtisadi İnkişaf  Nazirliyi və onun yerli qurumları həyata keçirirlər («Reklam haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı). 
Bir daha təşəkkür edirik. Amma diqqətli olun.
2010-09-17
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
358 - Niki (17-09-2010). Əgər şəxsin yaşa görə pensiya vaxti chatibsa ümumilikdə pensiya almaq proseduru nece gedir? İşlədiyi müəssisədən dövlət sosial müdafiə fonduna müraciət edirlər? Həmin şəxs yaşa görə pensiya alaraq həmin vəzifədə çalışa bilərmi? Yaşa görə pensiyaya çıxma məcburidirmi? Təşəkkürlər.
Salam.
Ayrı-ayrılıqda bu suallar ayrı mövzu predmeti ola bilər. Amma qısa olaraq. Şəxs pensiayaya çımaq məqsədilə həm özü , həm çalışdığı yerdən müraciət edə bilər. Şəxs pensiyaya çıxmaqla öz iş yerini saxlaya da bilər (əgər tərəflər arasında başqa nəzərdə tutulmayıbsa). Pensiyaya çıxan şəxs hansı bir yerdə çılişdıqda onun həm pensiyası həm əmək haqqısı tam ödənilir. Yaşa görə pensiyaya çıxmaq və buna görə əlavə pul almağşn daha çox müsbət tərəfi var nəinki mənfi.
Sualınıza görə təşəkkür edirik.
2010-09-17
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
357 - Murad (17-09-2010). Salam. bilmek isteyirem ki, 25, 35 ve 50 yawa catdiqda (tekrar vesiqe almaga gore)vetendew wexsiyyet vesiqesini deyiwmek ucun hansi senedleri teqdim etmelidir? nigah haqqinda wehadetnamenin, yawayiw yerinden arayiwin tekraren teqdim edilmesine ehtiyac varmi? evvelceden minnetdarligimi bildirirem..!
Salam.
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin 3, 5, 7,11, 12-ci bəndlərinə əsasən 25, 35 və 50 yaşa çatmaqla əlaqədar şəxsiyyət vəsiqəsi dəyişdirildikdə aşağıdakı sənədlər tələb olunur:
  • Ərizə-anket;
  • şəxsiyyət vəsiqəsi;
  • 3x4 şəkil (adətən 4 nüsxə)
  • şəxsiyyət vəsiqəsini alan şəxs evlidirsə, nikah bağlanması haqqında şəhadətnaməni;
  • dövlət rüsumu haqqında qəbz
  • lazım olarsa, qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənədi; 
  • lazım olarsa, Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsin qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini nəzərdən keçirir.
Sualınıza görə təşəkkür edirik.
2010-09-17
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
356 - Niki (17-09-2010). Salam! Məcburi pay almaq hüququndan məhrumetmə ilə əlaqədar məhkəməyə müraciət edilməsi üçün ərizə nümunəsini əlavə etməyiniz xahiş olunur. Təşəkkür edirəm.
Salam.
Baxmayaraq ki, biz çox vaxt sənədlərin nümunələrini bizim istifadəçilər üçün təqdim edirik. Amma xatırladaq ki, bütün bunlar zəhmət tələb edir. Və hər bir ayrı sənədin tərtibi təmənnalı şəkildə keçirilir. 
Təşəkkürlər.
2010-09-17
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
355 - Rüfət (17-09-2010). Salam. Tərəflər arasinda imzalanmış xidmət muqaviləsinə əsasən 1-ci tərəfin öhdəliyini pozdugu üçün 2-ci tərəfə 5000 AZN, 2-ci tərəfin isə 1-ci tərəfə göstərdiyi xidmətə görə 3000 AZN borcu yaranib. 2-ci tərəf ohdəliyini pozdugunu qəbul etməyərək məhkəməyə muraciət etmiş və ona olan borcunun odənilməsini tələb edir. 1-ci tərəf oz hüququnun qorunmasi üçün başqa məhkəmə instansiyasına iddia qaldırmalı yoxsa 1-ci tərəfin qaldırdığı məhkəmədə öz iddiasının qaldırması daha məqsədə uyğun olardı? Əgər 1-ci tərəfin qaldırdığı məhkəmədə iddia qaldırılması tələb olunursa bu iddianın formasi adi məhkəməyə verilən iddia formasında ferqlənirmi?
Salam.
Bu cür vəziyyət yarandıqda Mülki Prosessual Məcəlləsinin 155 və 156-cı maddələrə əsasən qarşılıqlı iddia qaldırmaqla da həyata keçirmək olar. Bu təqdirdə siz həm hücum edə bilərsiniz həm müdafiə. Qarşı tərəfin iddiasına etirazın verilməsi  və qarşılıqlı iddianın qaldırılması bir məhkəmədə olacaq. 
Amma qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Diqqətli olun. 
Sualınıza görə təşəkkür edirik.
2010-09-17
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
354 - Taleh (17-09-2010). Salam.Zəhmət olmasa cavablayın.İnzibati xətalar məcəlləsinin 151.1 bəndinə əsasən nəqliyyat vasitəsinin sürücüsü müəyyən olunmuş sürət həddini 10-30 km aşarsa 15-20 AZn cərimə edilir. Həmçinin bu bəndin tərkib hissəsi olan təhlükəsizlik kəmərinin taxılması da nəzərdə tutulub. DYP xidmətinin əməkdaşı sürət aşmasına görə cərimə edirdə təhlükəsizlik kəmərinin taxılmamasına da görə cərimə edir. Əgər bu iki inzibati xəta bir bəndin tərkib hissəsidirsə onda belə çıxır ki , ya sürətə görə ya da ki təhlükəsizlik kəmərinə görə cərimə edilir.Bir inzibati xətanı iki dəfə yaza bilər ?
Salam.

 
Sadaladığınız əməllər ayrı-ayrılıqda hüquq pozuntularıdır. Və hər birinə görə ayrı olaraq məsuliyyətə cəlb edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Qeyd etdiyiniz maddədə (İXM maddə 151.1) əməllərin sadalanması demək deyil ki, bu əməllər eyni zamanda və hamsı birdən törədilərkən yalnız birinə görə məsuliyyət daşıyırsan. Bu o deməkdir ki, qanunverici bu əməllərə görə sanksiyanı qeyd edilən cərimə (15-20 manat) çərçivəsində müəyyənləşdirib.
Sualınıza görə təşəkkür edirik.
2010-09-17
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
353 - Gulya (17-09-2010). Salam emelin kriminallasdirilmasi ne demekdir?
Salam.
Bu sualda daha çox hüququn təzəriyyəsinə aiidir. Və  F.Y.Səməndərovun CİNAYƏT HÜQUQUNUN BƏZİ FƏLSƏFİ MÜDDƏALARI HAQQINDA işində əks olunub.  Əməlin kriminallaşdırılması – yəni əməlin cinayət sayılan əməl kimi müəyyən edilməsi, pozitiv fəlsəfi metodu tətbiq etməklə, idrak nəzəriyyəsinin müddəalarını rəhbər tutmaqla – onlarla parametrdə sosial-psixoloji, mənəvi və s. amilləri nəzərə almaqla mümkün olur.
Lakın biz, bu cür anlatmaqla razı deyilik. Sadələşdirsək. 
Kriminallaşdırma - əməlin cinayət kimi tanınması prosesidir  və cinayət qanununda (məcəlləsində) həmin əmələ görə məsuliyyətin müəyyən edilməsi, və  onun xüsusiyyətlərinin möhkəmlənməsidir.
Əməl kriminallaşanda onun bu cür xüsusiyyətləri üzə çıxır. 
Sualınıza görə təşəkkür edirik.
2010-09-17
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
352 - Adil (16-09-2010). (16 il bundan once) 1994 ilde bir qardashim itkin dushub ve mende qeydiyyatdadir. Polise erize ile muraciet etdim. ve erizemi qeydiyyata alib, mene bir (izveshenie) adli bir kaqiz verdiler, ve mene bildirdiler ki, bir melumat olan kimi size melumat vererik. (1994 ilde erizemi qebul ederken mene verdikleri qebz helede mendedir, bir de qardashimin kohne sovet pasportu), Sualim ondan ibaretdir ki, Men indi menzili ozelleshdirmek isteyirem. Itkin dushen qardashim da, bizde qeydiyyata gedir. Sualim beledir! Men evi ozelleshdirmek isteyirem. Amma notariat kontoruna erizelerle muraciet etsek, bes iten qardashimin erizesi olmadiqi ucun, men bunu Qanuni yolla nece qaydasina qoya bilerem? Axi o da mende qeydiyyatda gedir? Evvelceden teshekkur edirem!
Salam.
Bunun üçün siz Mülki Prosessual Məcəlləsinin 32-ci fəslinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməlisiniz. 

Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir.

Məhkəmə qətnamə qəbul edildikdən sonra sənədləşməni davam etdirə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-09-16

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
351 - Azer (16-09-2010). Salam. iki ovladim var, boyuyu bir yash yeddi ayliq balacasi besh ayliqdi. Bezi sebeblerden dogum haqqinda shehadetnameni almagi gecikmishem.zaksda menen boyuk ushaga gore 22 manat balacasi ucun 11 manat istedilar. bu qiymetler ne qeder realdir?
Salam.
Dövlət rüsumu haqqında Qanunun 13-cü maddəsinə əsasən doğumun, ölümün, övladlığa götürülmənin və atalığın (analığın) müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir. Doğum haqqında akt qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu 2 manatdır (Qanunun 12.4-cü maddəsi). 
Dövlət qurumundan tələblərini əsaslandırmağını tələb edin. 
Sualınıza görə təşəkkür edirik.
2010-09-16
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
349 - Nərminə (16-09-2010). Mənim yeganə evladım - gözdən 1 qrup əlil olan bacımın mənzilində daimi qeydiyatdadır.Bacim mənim evladımın himayəsindədir.həmin mənzildə onlar ikilikdə yaşayirlar.bacımın işə gedib- gəlməsi və sosial- məisət işləri ilə o məşquldur.belə olduqda o hərbi cağirisdan azad ola bilərmi.
Salam.
Hərbi xidmətə yararlı olub olmaması barədə hərbi-həkim komissiayı tərəfindən müəyyən olunur. Bununla yanaşı, Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında Qanunun 17-ci maddəsinin 1-ci bəndinə əsasən birinci qrup əlil olan ata və ya ana, onlarla birlikdə və ya ayrılıqda yaşamalarından asılı olmayaraq, onları saxlamalı olan başqa övladları olmadıqda çağırışa möhlət verilə bilər. Gördüyünüz kimi yalnız ata və ana nəzərdə tutulur. 
Sualınıza görə təşəkkür edirik.
2010-09-16
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
348 - Fərəh (16-09-2010). Daha bir sualım var. Əgər mülki iş üzrə cavabdeh tərəf (hüquqi şəxs) tapılmırsa və məhkəməyə gəlmirsə, məhkəmə onun axtarışı üçün hansısa addım atmalıdırmı? Yoxsa cavabdehi tapmağı iddiaçının boynuna yıxmalıdır? Ümumiyyətlə, bu səbəbdən hakim işi baxılmamış saxlaya bilərmi? Öncədən təşəkkürlər.
Salam.
İş ondadır ki, Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Və əgər göstərilməyibsə həmin Məcəllənin 152.1.1-ci maddəsinə uyğun olaraq iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Cavabdehin axtarışı Mülki Prosessual Məcəlləsinin 148.1-ci maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir - Dövlət mənafeyi ilə əlaqədar irəli sürülən, habelə aliment alınması, şikəstetmə və ya səhhəti zədələmə, yaxud ailəni dolandıranın ölümü ilə vurulan ziyanın ödənilməsi haqqında tələblər üzrə cavabdehin olduğu yer məlum olmadıqda, məhkəmə polis orqanları vasitəsilə cavabdehin axtarışını elan etməyə borcludur.
Ona görə də bu məlumatı məhkəməyə təqdim etmək iddiaçının üzərinə düşür, çünki tələb edən şəxs iddiaçıdır. 
Lakın iddiaçının kifayət qədər imkanları var. Misal üçün DİN-nin MAPS xidmətinin köməyi ilə şəxsin olduğu yeri barədə məlumat almaq olar. Bundan başqa bu Məcəllənin 147-ci maddəsinə əsasən  cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır.
Sualınıza görə təşəkkür edirik.
2010-09-16
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
347 - Fərəh (16-09-2010). Salam. Mülki işlə bağlı çıxarılan qərardaddan şikayət ərizəsi verəndə hansısa rüsum ödənilməlidirmi?
Salam.
Dövlət rüsumu haqqında Qanunun 9.1.17-ci maddəsinə əsasən məhkəmə qərardadlarından verilən şikayətlər üzrə  işdə iştirak edən şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Sualınıza görə təşəkkür edirik.
2010-09-16
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
346 - Xezer (16-09-2010). Salam. Vergi orqaninda fiziki şəxs kimi qeydiyyata durmaq üçün hara mürüciət etmək və nə qədər pul ödəmək lazimdir.
Salam.
Heç bir pul ödəmək lazım deyil. Bunun üçün Vergilər Nazirliyinin müvafiq Ərazi Vergilər İdarəsinə müraciət etməlisiniz və orda sizə müvafiq formaları təqdim edəcəklər onları doldurmalısınız. 3 iş günü ərzində sizi qeydiyyata almalıdırlar. Əlavə məlumat üçün “195” Telefon Məlumat Xidmətinə müraciət edə bilərsiniz. 
Bu qədər.
2010-09-16
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
345 - Eqana (16-09-201). Salam.Men obyekt acmisham Nizami rayonunda bilmek isteyerdim qapinin ustunnen asilan elan ucun geder mebleg odemeliyem her kvadrat metreye bildiye gore Normativler var mene bu normativleri gondere bilersiz meilima.Cunki belediyeden gelib pul teleb eliyirler qanuna gore ise bilirem ki beledyeden hec bir shex menen pul ala bilmez men bu normativleri bilmek istiyirem degig desem onun giymetini diggete gore cox sag olun
Salam.
Oxşar sual verilmişdir və bununla bağlı ətraflı məlumat verilmişdir (Məsləhətxananın 26-cı sualı).  Bir də ki, obyektlərin giriş hissəsində, divarında, önündə yerləşdirilmiş, həmin obyektlərin mənsubiyyətini, adını, ticarət markasını, iş rejimini, firma nişanını göstərən lövhələr, fəaliyyət növünü istehlakçıya çatdıran vasitələr, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakat və digər informasiya vasitələri reklam daşıyıcıları hesab edilmir.
Sualınıza görə təşəkkür edirik.
2010-09-16
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
344 - Eldar (16-09-2010). Hormetli DeJure.az, 340-ci suala verdiyini cavabiniza gore size minnetdaram.Bir detali deqiqleshdirmek isterdim."Kompensasiya hüququ yalnız notariat qaydada təsdiq olunmuş razılaşma olduqda yaranır" - bu razilashma hansi razilashmadir, nigah muqavilesi yoxsa bashqa bir razilashma.Menim bele bir razilashmam olmayib heyat yoldashimla, eyni zamanda bu mulkiyyet nigahdan chox iller evvel mene nenemden verese kimi kechib. Bununla bele kechmish heyat yoldashim hemen unvana qeydiyyatdadir. Diqqetinize gore teshekkur edirem.
Salam.
Bu razılaşma yaşayış binasının tərkib hissəsindən istifadə hüququ barədə razılaşmadır və daşınmaz əmlakın mülkiyyətçisi ilə bağlanır (Mülki Məcəllənin 228-ci maddəsinə nəzər yetirin), bundan başqa həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Ona görə də bu razılaşma yoxdursa, notariat qaydada təsdiq olunmayıb və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu əmlak nikahdan əvvəl əldə olunubsa həmin daşınmaz əmlaka mülkiyyət hüququnuz dövlət tərəfindən müdafiə olunacaq.
Lakın S. Süleymanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 01 oktyabr 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin qərarı bu münasibətlə bir az qarma qarışıq salır. Və əgər keçmiş həyat yoldaşınız mənzildə (ev və s.) qeydiyyatdadırsa onda məhkəmə onun yaşayış hüququnu tanıya bilər (amma bu hüquq mülkiyyət hüququ deyil). Hər bir halda bu məsələ məhkəmədə mübahisələndirilə bilər.
Sualınıza görə təşəkkür edirik.
2010-09-16
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
343 - Ramil (16-09-2010). Salam, mənim bacım Sabunçu rayonunda yaşayır. Ermənistan qaçqınıdırlar. 90-cı illərdə tikdikləri evlərini hələ də sənədləşdirə bilməyiblər. H. Əliyevin fərmanı əsasında (22 avqust 2001-ci il № 562)təmənnasız sənədləşdirmə aparılmalı idi. Amma məmur əngəllərini keçə bilmədik. Həmin fərmanın bizə aid olan 8, 9-cu maddələri İ. Əliyevin fərmanı ilə qüvvədən düşdü (25 may 2006-cı il tarixli 412 nömrəli Fərmana(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 410). Hal hazırda bacım və yoldaşı oğlu ilə bərabər Ermənistan qeydiyyatında qalıblar). Haraya müraciət edirlərsə fərmanın qüvvədən düşməsini bəhanə edirlər. Bizi evi sənədləşdirmək və Azərbaycan qeydiyyatına düşmək üçüün hansı qanuni yollara baş vurmalıyıq. Bu mümkündürmü?
Salam.
Qeyd etdiyiniz Fərmanın (Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında Fərman) 7 və 8-ci bəndləri, doğrudanda qüvvədən düşüb. Və qeyd olunan sənədləşməni təmənnalı (yəni müvafiq dövlət rüsumların ödəməklə) qaydada həyata keçirə bilərsiniz. Əgər qeyd edilən daşınmaz əmlaka hüquqularınızı təsdiq edən sənədlər varsa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edib müvafiq qaydada qeydiyyatdan keçə bilərsiniz. Hansı bir əsassız səbəbdən imtina etsə məhkəməyə şikayət edə bilərsiniz.
Sualınıza görə təşəkkür edirik.
2010-09-16
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
342 - Ramil (15-09-2010). Mən Heydər Əliyevin fərman və sərəncamlarını necə tapa bilərəm. Qaçqınların məskunlaşması haqqında
Salam.
Qaçqın və məcburi köçkünlərlə bağlı kifayət qədər normativ aktlar var (həm qanunlar, həm fərmanlar və s.). 
Misal üçün Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Qanun və s. Həmçinin bununla bağlı məlumat e-qanun.az saytında tapa bilərsiniz.
Sualınız görə təşəkkür edirik.
2010-09-16
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
341 - Rauf (15-09-2010). Müəssənin/şirkətin mülkiyyətində/istifadəsində olan nəqliyyat vasitələrinin illik əmlak vergisi necə hesablanır? Təşəkkür edirəm.
Salam.
Vergi Məcəlləsinin  196 və 197-ci maddəsinə əsasən  aşağıda göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.

  • Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;
  • müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri;
  • Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr üçün - yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri. 
Vergi dərəcələri isə aşağıdakılardı:

onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən:

  • bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə - 0,1 faizlə. 

 su və hava nəqliyyatı vasitələrinə görə:

  • su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat;
  • hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.
  • mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün - onların bazar qiymətinin 1 faizi.

Müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

Əgər sizin müəssisənin bu cür nəqliyyat vasitələri varsa onda bu dərəcələri tətbiq edə bilərsiniz.
Sualınıza görə təşəkkür edirik.
2010-09-15
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
340 - Eldar (15-09-2010) Salam Dejure.az, Bundan onceki sualima verdiyiniz cavaba gore size teshekkur edirem. Sizi bele bir sualla bir daha narahat edirem: 1)Bu yaxinlarda heyat yoldashimla ayrildim. Tezelikce xeber tutmusham ki, kechmish heyat yoldashim mene qarshi emlakla baghli iddi erizesi ile mehkemeye muraciet etmeye hazirlashir. Men hal-hazirda yashadiqim unvanda menden bashqa anam ve qardashim qeydiyyatdadir. Bilmek isteyirem qanunla ona menim yashadiqim evden ne cur istifade etmek huququ dushur, ve ya evin her hansi bir hissesi ona dushur? Xahish edirem, bu mesele barede qisaca melumat vererdiz. Teshekkur edirem.
Salam.
Əgər həmin daşınmaz əmlak nkah dövründə əldə edilibsə onda keçmiş həyat yoldaşınızın həmin əmlakın yarısına iddia etmək hüququ var (Ailə Məcəlləsinin 32.1-ci maddəsi - Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır). Əgər həmin əmlak nikahdan əvvəl əldə olunub və ya başqa şəxsin mülkiyyətidir onda iddia edilməsi mürəkkəbdir (lakın məhkəmə praktikasına əsasən əgər o, hələ də qeydiyyatdadırsa həmin yaşayış sahəsinə köçürülə bilər, amma kopensasiya ala bilməz). Kompensasiya hüququ yalnız notariat qaydada təsdiq olunmuş razılaşma olduqda yaranır (Mülki Məcəllənin 228-ci maddəsi).
Sualınıza görə təşəkkür edirik.
2010-09-15
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
339 - Nana (15-09-2010). Salam. Bizim ustumuzde yasayan qonsumuzdan bizim eve suz axir.defelerle demeyimize baxmayaraq ehemiyyet vermir. Tavan tamamile yasdir damir eve su damci damci artiq lapanida siradan cixarib. buna gore kime ve hara sikayet ede bilerik??????
Salam.
Əgər qonşularınızla razılığa gələ bilməsəniz maddi zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət eə bilərsiniz. Əlbəttə ki, maddi sübutların hesablanması zəruridir.
Sualınıza görə təşəkkür edirik.
2010-09-15
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
338 - Rauf (14-09-2010). 1.Xahiş edirəm deyəsiniz Bakı Sürücülərin Tibbi Muayinə mərkəzi hansı təlimat və ya normativ aktla işləyir. Çünki bəzən elə hallar olur ki, həkimlərə pul verməyəndə deyillər ki get onda öz poliklinikandan arayış getir. Mən bilən Səhiyyə Nazirliyinin bu haqda qərarı olmalıdır. 2.Notariat hərəkətləri zamanı notariuslar vətəndaşa mədaxil qəbzi verməlidir (yerində ödəməliyik) yoxsa biz rüsumu özümüz banka keçirməliyik.
Salam.
1. Müvafiq ixtisaslı həkim sürcünü mayinə edərkən  tibb elminə və təcrübəyə əsaslanmalıdır, əgər  onun hansı bir şübhəsi varsa başqa bir müayinəyə göndərmək hüququ var (diaqnozu qaymaq və s.).  Başqa məsələ bu hüquqdan sui-istifadə etmək. Səhiyyə Nazirliyinin aktlarına çox təəssüf olsun ki, açıq çatım hələ də yoxdur. Amma hər bir halda əgər həkimin hərəkətlərində qeyri-obyektivlik varsa və süründürməçilik hallarına yol verilir Səhiyə Nazirliyinə və məhkəməyə müraciət edə bilərsiniz.
2. Dövlət rüsumu haqqında Qanunun 11.2-ci maddəsinə əsasən notarius tərəfindən notariat hərəkətlərinə görə dövlət rüsumunun qəbulu zamanı ödəyiciyə dövlət rüsumunun ödənilməsini təsdiq edən rəsmi sənədin (mədaxil qəbzi, kassa mədaxil orderi və s.) əsli verilir.
Sualınıza görə təşəkkür edirik.
2010-09-15
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
337 - Xezer (14-09-2010). Salam. Mecburi köçkünler üçün əmək haqqından tutulan vergilər üçün güzəşt nəzərdə tutulubmu. Məsələn mən 550 AZN maaş yazilir amma 445 AZN aliram 17% gelir və sosial xercler üçün vergi 2% ise həmkarlar təşkilatı üçün. Cox sag olun.
Salam.

Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən  məcburi köçkünlər  və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 55 manat məbləğində azaldılır.  Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.

Sualınıza görə təşəkkür edirik.

2010-09-14

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
336 - Xezer (14-09-2010). Salam. Şiriniyyat sexi açıb işlətmək hansi orqanlardan icazə almaq lazımdır. Cox sag olun.
Salam.
İlk növbədə vergi orqanlarında qeydiyyatdan keçməlisiniz. Daha sonra Sanitariya-epidemioloji salamatlıq haqqında Qanunun 20-ci maddəsinə riayət etməklə öz qida  məhsullarınızı ekspertizadan keçirməlisiniz və mütamadi olaraq yerli sanitariya-epidemioloji xidməti idarəsi bu məhsulları yoxlayacaq (onlarla bu barədə müqavilə bağlaya bilərsiniz). Əlbəttə ki, texniki və yanğın təhlükəsizliyini təmin etmək üçün FHN nəzarəti (yanğınsöndürənlərin mövcudluğu, avadanlığın yoxlanılması), işçiləriniz varsa əmək və sosial müdafiə qanunvericiliyinə riayət etmək lazımdır.
Sualınıza görə təşəkkür edirik.
2010-09-14
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
335 - Guler (13-09-2010). 2 ci qrup elil dovlet isinde isleye biler?
Salam.
Bəli işləyə bilərsiniz. Bununla bağlı Məsləhətxananın 81-ci sualına nəzər yetirin. 
Sualınıza görə təşəkkür edirik.
2010-09-14
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
334 - Bayram (13-09-2010). Salam. xarici pasportumun vaxti qurtarib. yenisini almaq ucun hansi senedler lazimdir ve heftenin hansi gunleri muraciet etmeliyem?
Salam.
Ölkədən getmək, ölkəyə gəlmək  və pasporlar haqqında Qanununun tətbiqi haqqında Əsasnamənin tələblərinə uyğun olaraq vətəndaş ümumvətəndaş pasportu verilməsi üçün xüsusi formalı ərizə-anketi , 2 ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkili, şəxsiyyət vəsiqəsinin surətini və dövlət rüsumununun ödənilməsi barədə qəbzi növbə qaydasında Pasport şöbəsinə təqdim etməlidir.
“Dövlət rüsumu haqqında” Azərbaydan Respublikasının 28 noyabr 2006-cı il tarixli Qanunu ilə Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportunun verilməsinə və dəyişdirilməsinə görə-5 (beş) iş günü müddətində-120 manat, beş iş günündən sonrakı müddətdə verildikdə yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda 2 (iki) gün müddətində verildikdə - 40 manat müəyyən edilmişdir.
Göstərilən rüsum formalarının tətbiqi ilə cari ilin mart ayının 15-dən etibarən ümumvətəndaş pasportunun 10 (on) illik müddətə verilməsi nəzərdə tutulmuşdur.
Ümumvətəndaş pasportunun verilməsi hazırda respublika üzrə fəaliyyət göstərən 6 (altı) regional mərkəz (hər biri 10-15 şəhər-rayonu əhatə etməklə) vasitəsilə həyata keçirilir. Ümumvətəndaş pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi beş mislinədək cərimə nəzərdə tutulur.
Müddəti qurtarmış pasportu mütləq dövlət qurumuna qaytarmaq lazımdır. 
Sualınıza görə təşəkkür edirik.
2010-09-13
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
333 - Qurban (13-09-2010). Salam men 1-ci qrup elilem. Mene dovlet ev veresidi. Bilmek isteyirem ki, evi senedi ile verecekler? Xahiw edirem etrafli yazin
Salam.
Bu çox vaxt verilmə şərtlərindən asılıdır (müvəqqəti, daim və s). Adatən evə order verilir. 
Sualınıza görə təşəkkür edirik.
2010-09-13
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
332 - Guler (2010-09-13). Salam. menim ovladim 19 yashindadir ve gozden 2 ci qrup elildir. dovlet nuessisesinde isleyir. bilmek isterdim ki onun pensiyasinin mebleqi ne qeder olmalidir. qeyd edim ki hal hazirda 35 manat muavinat alir.
Salam.
Əgər doğrudan işləyirsə onda Minimum aylıq əməkhaqqının artırılması haqqında Prezidentin Sərəncamına əsasən onun minimum aylıq əməkhaqqının məbləği 85 manat olmalıdır. Müavinət və əmək haqqını qarışdırmaq lazım deyil. Pensiyaya çatdıqda isə fikirləşirik ki, bu barədə cavab vermək hələ tezdir oğlunuz pensiya yaşına çatanədək  qanunvericilik çox guman ki, dəyişiləcək və təkmilləşəcək (xatırladaq ki, Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilib).
Sualınıza görə təşəkkür edirik.
2010-09-13
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
331 - Elşən (13-09-2010). Boşanma üçün məhkəməyə nə qədər rüsum ödənilir
Salam.
Əgər siz məhkəmə vasitəsilə nikahın pozulmasını tələb edirsinizsə, onda Dövlət rüsumu haqqında Qanunun 8.4.9-cu maddəsinə əsasən 5 manat dövlət rüsumu ödəməlisiniz (nikahın ləğv olunması haqqında iddia ərizə). Əgər nikah ləğv edilərkən əmlak bölüşdürürsünüzsə - 20 manat (maddə 8.4.10)
VVAQ şöbəsi vasitəsi ilə nikahın pozulmasının qeydə alınması üçün:
  • yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında - 6 manat;
  • məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) - 11 manat.
Sualınıza görə təşəkkür edirik.
2010-09-13
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
330 - Elcin (13-09-2010). Salam. Cox xahis edirem bu suala munkunse bu gun cavab verin. Men ev tikdirmisem icara hakimiyyetinden tikintiye icaze senedi almişam. men evə dövlət reyestrindən çıxarış almaq üçün hansı sənədlər tələb olunur və hara muraciet etmeliyem. Ev Baki şeherindədir Bineqedi rayonunda.
Salam.
Oxşar suallar bir-neçə dəfə cavablandırılmışdır. Bununla bağlı Məsləhətxananın 1, 5, 6, 40-cı və digər suallarına nəzər yetirə bilərsiniz. 
Sualınıza görə təşəkkür edirik.
2010-09-13
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
329 - Nana (13-09-2010). Salam. Ferman nedir? serencam nedir?
Salam.
Azərbaycan Respublikası Konstitusiyasının 113-cü maddəsinə əsasən ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir.
Misal üçün nazirliklərin Əsasnamələri, müvafiq qaydalar Fərmanlarla təsdiq olunur (həmçinin qanunların tətbiq edilməsi ilə bağlı və s.), müxtəlif vəzifəli şəxslərin təyin edilməsi, mükafatlandırılması, bəzi müavinətlərin  təyin edilməsi və s. Sərəncamlarla təsdiq olunur.
Sualınıza görə təşəkkür edirik.
2010-09-13
 
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
328 - Vasif (12-09-2010). Salam. Maşınımda ticarət əşyaları daşımaq üçün mən nə etməliyəm.Yəni bunun üçün yol polisi meni saxlayib cərimə edə bilərmi? Əvvəlcədən təşəkkürümü bildirirəm.
Salam.
İnzibati Xətalar Məcəlləsinin 235-ci maddəsinə əsasən müəyyən edilməmiş yerlərdə malların satılması və ya işlərin (xidmətlərin) göstərilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) göstərilməsinə görə 
- on manatdan otuz manatadək miqdarda cərimə edilir.
Səyyar ticarətin aparılması üçün müvafiq qaydalara riayət etmək və icazə almaq lazımdır (misal üçün, Bakı şəhəri səyyar (mövsü ) ticarət və xidmətlərinin aparılması qaydaları).
Sualınıza görə təşəkkür edirik.
2010-09-13
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
327 - Vasif (12-09-2010). Salam. Dükanımda gümüş əşyalar satmaq istəyirəm. Bunun üçün mən hər gümüş əşyasina görə nə qədər rüsum ödəməliyəm. Mən dövlət rusumu haqqinda qanunun 27-ci maddəsinə baxdim.Lakin tam başa düşə bilmədim ki həmin maddənin hər bəndi mənə aiddir yoxsa yox. Xahiş edirəm başa düşəcəyim tərzdə cavablayasınız. Əvvəlcədən təşəkkürümü bildirirəm.
Salam.
Qeyd edilən rüsumlar Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən göstərilən ekspertizasına görə verilir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirsinizsə vergi orqanlarına qeydiyyata durmaq lazımdır (misal üçün sadələşdirilmiş 4% və s). 
Vergi orqanlarına qeydiyyatı son zamanlarda sadələşdiriblər və bu barədə məlumatı 195 nömrəli telefona zəng etməklə ətraflı məlumat ala bilərsiniz.
Sualınıza görə təşəkkür edirik.
2010-09-13
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
326 - Emil (11-09-2010). Salam. Məhkəmə icraçılarına necə təsir göstərmək olar ki, qətnaməni axıra kimi icra etsinlər. Belə ki, qətnamə 2007-ci ildə çıxarılıb. Cavabdeh tərəfdən 90 ton taxılın alınıb mənə verilməsi qət edilib. Cavabdehdən 50 ton taxıl alınıb mənə verilib, bu barədə akt da tərtib olunub. Mənə icraçılar dedilər ki, qalan 40 ton taxıl cavabdehdə taxıl olmadığı üçün 2008-ci ilin biçin vaxtı sənə veriləcəkdir. Lakin qətnamə indiyədək axıra kimi icra edilməyib. Ədliyyə Nzirliyinə dəfələrlə şikayət etməyimə baxmayaraq heç bir müsbət nəticə əldə edə bilməmişəm. Xahiş edirəm mənə bu barədə istiqamət verəsiniz. Əvvəlcədən təşəkkürlər.
Salam.
İcra məmurları haqqında Qanunun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə məhkəmə nəzarətçisindən və məhkəmə icraçısından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir.
Sualınıza görə təşəkkür edirik.
2010-09-11
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
325 - Teymur (10-09-2010). Salam. 2 il Qarabaqda doyusmusem. Muharibe veteraniyam. Herbi komissarliq terefinden muharibe veterani vesiqesini coxdan almisam. 2006-ci ilden Rusiya vetendasiyam. Menim muharibe veteranlarina verilen 25 manat mebleqinde pul almaq huququm varmi? Eger varsa, men Rusiyadan notaris vaistesile anamin adina etibarname yollasam, butun lazimi senedleri anam hazirlayib lazimi orqanlara verib, bu pulu menim adimdan her ay anam ala bilermi? Hormetle Teymur Taymurov
Salam.
Veteranlar haqqında Qanunun 6-cı maddəsinə əsasən veteranlara pensiyalar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu əsasında təyin edilir.
Əmək pensiyaları haqqında Qanunun 43.2-ci maddəsinə uyğun olaraq  Azərbaycan Respublikası vətəndaşlığından çıxmış şəxslər xaricdə olduqları müddətdə onlara yalnız əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində təyin edilmiş pensiyalar ödənilir.
Sualınıza görə təşəkkür edirik.
2010-09-11
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
324 - Samir (10-09-2010). Salam. Azerbaycan Respublikasinin cinayet mecellesinin 127 maddesinin 2.1 bendi ile haqqimda cinayet isi qaldirilib. Polisin ustaliqla hazirladiqi sere dusmusem. 4 min manat pul istedi Polis mustentiqi. Pulum olmadiqi ucin isi mehkemeye kecirdiler. Bu madde ile 5 ile kimi hebs cezasi gozlenilir. Mehkemenin mene dediyine gore meni hebsxanaya salan deyil. Cunki, men Qarabaqda 4 il doyusmusem. Muharibe veteraniyam. 1 il Ermenistanda, ermeni esirliyinde esirlikde olmusam. Uzaqi 1 il icbari is verecekdir. Mehkemenin dediyi ne derecede inandiricidir. Butun tanislarin dediyine gore, mehkeme meni aldadir ve icbari is veren deyil. Mehkeme zalindan birbasa hebsxanaya yollayacaqlar meni. Hormetle Samir Teyyubov
Salam.

 
Məsləhət görərdik ki, hansı bir vədlərə inanmayasınız. Hər yerdə olduğu kimi Azərbaycanda da məhkəmənin hökmü sübutlara və qanuna əsaslanmalıdır.  Əgər təqsirsizliyinizi sübut edən faktlar varsa onları məhkəməyə təqdim edin. Yüngülləşdirici hallara  çatdıqda isə Cinayət Məcəlləsinin 59-cu maddəsinə istinad edilməlidir:

  • hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi;
  • cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi;
  • cinayətin hamilə qadın tərəfindən törədilməsi;
  • cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması;
  • cinayətin ağır həyat şəraiti nəticəsində və ya mərhəmətlilik niyyəti ilə törədilməsi;
  • cinayətin fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi;
  • cinayətin zəruri müdafiənin, ictimai təhlükəli əməl törətmiş şəxsin tutulmasının, son zərurətin, əsaslı riskin, əmrin və ya sərəncamın icra edilməsinin qanunla müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi;
  • cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi;
  • könüllü gəlib təqsirini boynuna alma, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etmə;
  • cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsi, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi.

Başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.
Sualınıza görə təşəkkür edirik.
2010-09-11
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
323 - Natavan (10-09-2010). 2005-ci ilde aile qurmusam, 2 qiz ovladim var, 3 mulkden 1-ne qeydiyata salmirlar, mulk men aile qurandan sonra alinib o mulklerden mene pay dusurmu?
Salam.
Əgər əriniz (keçmiş əriniz) tərəfindən əldə olunan mülkdən danışırsınızsa ondə bəli həmin mülkin yarısına hüququnuz çatır. Çünki Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
Sualınıza görə təşəkkür edirik.
2010-09-11
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
322 - Abbas (10-09-2010). Mənim nənəm yaşa görə əmək pensiyası alır. pensiyanın məbləği 01 sentyabr 2010 tarixdən 85 manat olub. Babam vəfat edib. Babamın 45 il əmək stajı var mən DSMF yerli şöbəsinə müraciət edirəm ki Nəməmı pensiyasının növünü dəyışərək yenidən hesablansın (babamın əmək stajına görə) onlar deyır belə qanun yoxdur. Xahış edirəm məsləhət verəsiniz.
Salam.
Pensiyaların təyin olunması ilə əlaqədar təqdim olunan sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.9-cu bəndinə əsasən bir pensiya növündən digər pensiya növünə keçirilmə, pensiyanın yenidən hesablanması haqqında ərizə və tələb olunan bütün zəruri sənədlər də aşağıda göstərilən qaydada qəbul olunur və qeydiyyatdan keçirilir:
Pensiyaların təyin olunması, pensiyaların yenidən hesablanması, bir pensiya növündən digər pensiya növünə keçirilmə haqqında ərizələr  bütün zəruri  sənədlərlə birlikdə şöbəyə (Dövlət Sosial Müdafiə Fondunun şöbəsi) daxil olduğu  gün kargüzarlıq işləri ilə məşğul olan şəxs tərəfindən ərizələrin qeydiyyatı jurnalında qeydiyyatdan keçirilir. 
Ərizə və digər sənədlər poçtla göndərildikdə jurnalda onun daxil olma tarixi “poçtla” göndərilməsi qeyd edilir və göndərildiyi tarix rabitə şöbəsinin poçt möhüründə göstərilən tarix hesab  olunur. 
Şöbəyə daxil olan ərizə və ona əlavə edilmiş sənədlər  qeydiyyatdan keçirildiyi gün şöbə müdirinin dərkənarına əsasən jurnalda müvafiq qeydlər aparılmaqla dərhal sektor müdirinə təqdim edilir, sektor müdiri sənədlərlə tanış olduqdan sonra onlar  müfəttişə verilir. 
Pensiya təyin olunması, bir pensiya növündən digər pensiya növünə keçirilmə, pensiyanın yenidən hesablanması haqqında sənədlərə  onların daxil olduğu gündən ən geci 10 gün müddətində şöbə tərəfindən baxılır.
Həmin Qaydaların 12-ci Əlavəsində pensiya təyin olunması üçün tələb olunan sənədlər göstərilib.
Əmək pensiyası -  Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların  onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir (Əmək pensiyaları haqqında Qanunun 1.0.1-ci maddəsi).

Ona görə də bu dövlət qurumunun qərarı ilə razılaşmasınız məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-09-11{jcomments on}

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
321 - Kerem (09-09-2010). Здравствуйте. У меня вопрос к юристам. Как бывает завещание по наследник(vetsiyyet uzre vereselik).Ecли родитель завещал свой собственность напр.дом, дачу одну из своих детей, то другие уже не имеет право на проживание или все таки у них тоже есть право? В этом ситуации в чем отличается наследник с другими членами семьи? Спасибо.
Салам.
  
Данный вопрос разрешается в соответствии с 10-ым разделом Гражданского Кодекса. Так в соответствии со ст. ст. 1177 и 1178 наследники по закону, не указанные в завещании, сохраняют право на наследование части наследства, не затронутой в завещании; они получают и то имущество, которое предусмотрено в завещании, если к моменту открытия наследства нет в живых никого из наследников по завещанию либо все они отказались принять наследство. 
Если в завещании все наследственное имущество поделено между наследниками по завещанию, но к моменту открытия наследства одного из наследников нет в живых, то наследование по закону не возникает, и имущественную долю умершего наследника получают соразмерно их долям другие наследники по завещанию.
В соответствии со ст. 1133.2 наследование по закону (переход имущества умершего к лицам, указанным в законе) наступает в том случае, если наследодатель не оставит завещания либо завещание полностью или частично признано недействительным.
Наследник по завещанию отличается от других  тем, имущество передается ему по воле завещателя.  
Спасибо за вопрос.
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
320 - Nizam (09-09-2010). Salam. Ushaq 16 yasa catdiqda avtomatik olaraq qeydiyyata dusurmu? Eger beledirse,onda atanin,yoxsa ananin qeydiyyatda oldugu yere qeydiyyata dusur?(Eger ata ve ana ayri-ayri yerlerde qeydiyyatdadirlarsa).
Saılam.
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin (valideynlərin, qəyyumların və s.) razılığı ilə müəyyən edilir.
Ailə Məcəlləsinin 60.4-cü maddəsinə uyğun olaraq valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
Sualınıza görə təşəkkür edirik.
2010-09-11
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
319 - QABIL (08-09-2010). Salam hormetli vekiller. Xais edirem menim bu sualima cavab veresiniz. Eger cinayet toreden ve axtarisda olan Azerbaycan vetendasi Rusiyanin vetendasliqini alarsa, qanun esasinda aztaris leqv olunmalidirmi? Men esitmisem ki, Polis telimatina gore, basqa olkenin vetendasinin axtarisi leqv olunmalidir. Hormetle Qabil Mamedov.
Salam.
Əməliyyat-axtarış fəaliyyəti haqqında Qanunun 14-cü maddəsinin 5-ci və 6-cı bəndləriinə əsasən həyata keçirilən əməliyyat-axtarış tədbirlərinə aşağıdakı hallarda son qoyulur:
  • Obyektiv səbəblərdən əməliyyat-axtarış tədbirlərinin tətbiqini qeyri-mümkün edən şərait yarandıqda (qarşısı alına bilməyən fövqəladə hadisə baş verdikdə və ya qarşısı alına bilməyən qüvvə mane olduqda və yaxud ictimai təhlükəsizliyə real təhlükə yarandıqda) belə tədbirlərin həyata keçirilməsi dayandırılır.
  • Qanunla nəzərdə tutulmuş məqsədlərə nail olunduqda (əməliyyat-axtarış fəaliyyəti insan həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini, dövlət sirrini, habelə milli təhlükəsizliyi cinayətkar qəsdlərdən müdafiə etmək məqsədi ilə həyata keçirilir);
  • haqqında keçirilən şəxsin hərəkətlərində cinayət tərkibinin mövcudluğu 6 ay ərzində müəyyən edilmədikdə.
Gördüyünüz kimi, qeyd edilən məsələ təlimatla yox qanunla müəyyən olunur.
Sualınıza görə təşəkkür edirik.
2010-09-08
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
318 - Habil (08-09-2010). Salam. Verdiyiniz cavaba görə təşəkkürümü bildirəm.Cavabınıza bir az aydınlıq gətirsəniz minnətdar olardım. Mən MMC-nin direktoru vəzifəsini(qanuni təmsilçi)icra edirəm,əmək kitabçamı özümmü öz adımdan imzalayıb möhürləməliyəmmi yoxsa təsisçimi? Təsisçinin imzaladığı əmək kitabçası qanunu hesab olunurmu? Bir daha təşəkürümü bildirirəm.
Salam.
İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarına uyğun olaraq əmək kitabçası işə götürən tərəfindən iş yerində açılır.
İşəgötürənin anlayışı Əmək Məcəlləsinin 3-cü maddəsində göstərilib:
İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onunşərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs.
Ona görə də həm siz imzalaya bilərsiniz (əgər sizə belə salahiyyət verilibsə), həm təsisçi.
Sualınıza görə təşəkkür edirik.
2010-09-08
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
317 - Gunay (08-09-2010). Salam! Men 2008-de aile heyati gurmusham, bir gizim var 1.5 aylig hal hazirda yoldashim ile boshanmag uzreyik yeni onun terefden iddia verilib. kiraye galirig, yoldahsimin evi Oguz rayonundadir. Bilmek isterdim mene onun terefden mulk dushur men bunu mehkemede teleb ede bilrem??
Salam.
Ailə Məcəlləsinin 32.1 maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Əgər qeyd edilən daşınmaz əmlakı  nikah dövründə əldə etmisinizsə onda həmin əmlakdan ən azı yarısına iddia edə bilərsiniz. 
Bundan başqa həmin Məcəlləsinin 15-ci maddəsinə əsasən arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. Ona görə də yalnız sizin razılığınız olduqda boşana bilərsiniz.
Sualınıza görə təşəkkür edirik.
2010-09-08
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
316 - Gülşən (07-09-2010). Salam, veliklik haqqinda qanunda gosterilir ki onlar dovlet orqanlarinda calisa bilmezler , yen calisdiqlari muddetde vekillik fealliyyeti dayandirilir, bes siyasi partiyalara uzv ola bilerler? sahibkarlıq fəaliyyətinin bir növüdürbirde kommersiya fealiyyeti ile mesgul ola bilerler?
Salam.
Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanunun 5-ci maddəsinə əsasən vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir.
Yəni şəxsin hansı bir partiyaya mənsubiyyəti vəkil olmaq üçün rol oynamır (qanuna uyğun olaraq).
Bir də ki, vəkillik fəaliyyəti özü-özlüyündə sahibkarlıq fəaliyyətinin bir növüdür və bu fəaliyyətlə məşğul olanlar müvafiq qaydada vergi ödəməlidir (misal kimi Vergi Məcəlləsinin 16.1.8.17-ci maddəsi).
Sualınıza görə təşəkkür edirik.
2010-09-07
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
315 - Rasul (07-09-2010). Salam Hörmətli və tərifə layiq hüquqşunaslar! Mənə kooperativ binanın zizəmisinin icarəyə və yaxud özələşdirmək üçün lazım olan sənədlər barədə məlumat verəsiniz! Hansı sənədlər və hardan alınmalıdır!
Salam.
İcarəyə götürmək üçün istifadəçi (mülkiyyətçi) ilə icarə müqaviləsi bağlamaq lazımdır. 

Çoxmərtəbəli kooperativ binaların qeyri-yaşayış sahələrinin dövlət qeydiyyatına alınması üçün:

  • ərizə;
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • texniki pasportun surəti;
  • kooperativ ilə alıcı arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş müqavilə;
  • qeyri-yaşayış sahəsinin təsdiq edilmiş planı;
  • maliyyə arayışı;
  • qeyri-yaşayış sahəsinin verilməsi barədə Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin qərarı;
  • kooperativ üzvlərinin ümumi yığıncağının protokolunun surəti;
  • binanın mərtəbələr üzrə planının yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış eskiz layihəsinin surəti;
  • binanın istismara qəbul edilməsi barədə Dövlət qəbul aktının surəti;
  • dövlət rusumunun ödənilməsi barədə qəbzin surəti.

Diqqətli olduğunuz üçün və sualınıza görə təşəkkür edirik.

Sualınıza görə təşəkkür edirik.
2010-09-07
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
314 - Nizam (07-09-2010). Salam, basqasinin VOIN-ni ile(VERGI QEBZI) ishlemeye icaze verilirmi?
Salam.
Xeyr. Saxta sənədlərdən istifadə etdikdə şəxs məsuliyyətə cəlb oluna bilər. VÖEN-nin (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) alınması hal-hazırda böyük problem deyil. 3 gün ərzində qanuni yolla onu əldə etmək olar. 
Bu qədər.
2010-09-07
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
313 - Nizam (07-09-2010). Salam,insan 35 yasa catdiqda shexsiyyet vesiqesini deyishmek vacibdirmi?Eger deyishmese o shexsiyyet vesiqesi etibarli sayilacaqmi?
Salam.
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun 1-ci maddəsinə əsasən şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır.
Həmin Qanunun 4-cü maddəsinə əsasən 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada şəxsiyyət vəsiqəsini sadalanan hallardan biri baş verdikdən sonra bir ay ərzində dəyişdirməlidir.
Əgər bu tələb yerinə yetirilməsə, yəni  vətəndaş şəxsiyyət vəsiqəsini dəyişmədikdə şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir (7 maddə).
Sualınıza görə təşəkkür edirik.
2010-09-07
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
312 - Konul (06-09-2010) Salam. Mənim bacim 2 ildir Rusiyadan qayidib. 5 yaşlı uşağı var. Uşağı Rusiyada anadan olub.indi Azərbaycan vətəndaşı olması üçün hansi sənədlər lazimdir? Xahiş edirəm bu sualıma cavab verin.
Salam.
Bu məsələ ilə bağlı sualların sayı çox olduğundan Azərbaycan Respublikasının vətəndaşlığı məsələləri blokunu  yaratmaq məcburiyyətində olduq. Nəzər yetirə bilərsiniz.
Bu qədər.
2010-09-06
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
311 - Nana (06-09-2010). Salam mene nigah dovrunde birg elde edilmish emlakin boumesile baqli erize lazimdir en azindan huququ esaslarini yazin fakktik hallarin yazaram.
Salam.
Təəssüflər olsun amma bu cür xidmətlər artıq pulludur.
Bu qədər.
2010-09-06
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
309 - Eldar (06-09-2010). Hormetli De Jure, Bundan onceki cavablara gore size minnetdaram. En son sualima cavabda usaghi gormek ile baghli valideynler arasinda Sazish haqqinda soz achmishdiz. Sualim beledir: 1)Sazishin numunesi ve ay tertib aqaydasi necedir? 2)Bu Sazish chox yeqin ki notarial qaydada tesdiq olunur. Eger beledirse onun qiymeti nece mueyyen olunur. 3)Tereflerden biri Sazishin qaydalarini pozarsa ve ya bir muddet sonra onlara mehel qoymazsa qanunvericilik hemen teref uchun hansi ceza nezerde tutur. Diqqetinize gore minnetdaram. Hormetle.
Salam.
Bu cür sazişlər tərəflər arasında olan münasibətlərin xüsusiyyətlərindən asılıdır və fərqli olur. Həmçinin bü xidmətlər təmənnasız deyil. Dövlət rüsumu haqqında Qanunun 10.25-ci maddəsinə əsasən bu sənədin notariat qaydada təsdiq edilməsi üçün dövlət rüsumu 6 manatdır.  Əgər hansı bir tərəf müqavilənin şərtlərini pozarsa onda siz məhkəmə qaydasında bu öhdəliklərin məcburi qaydada yerinə yetirilməsini tələb edə bilərsiniz (həmçinin maddi və mənəvi zərərin ödənilməsi).
Sualınıza görə təşəkkür edirik.
2010-09-06
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
308 - Lala (06-09-2010). Salam. Demeli menim cox yaxin refiqemi oğurluq üstündə günahlandırırlar. İşlədiyi yerdən pul itib. Ama qız deyirki pulu o götürmeyib. Bunu hüquqi tərəfdən necə sübüt etmək olar?
Salam.
Bütün bunları araşdırmaq lazımdır və məsələ haqqında təfərrüatlı məlumat olmadan bir sözlə sübut etmək (və ya rəy vermək) olmaz. Ən azı peşakarsızlıqdır. Çünki bir çox halları araşdırmaq lazımdır:
- hadisə baş verəndə (pulun itməsi və ya oğurlanması) həmin şəxslər harada olmuşlar və nə ilə məşğul idilər;
- pul harda yerləşirdi və onun itməsi nə vaxtı müəyyən olundu;
- pulun itməsini kim müəyyən etdi;
- əvvələr belə hallar olub ya yox;
- həmin gün kənar şəxslər hadisə baş verən otağa daxil olmuşlar ya yox;
və digər məsələlər araşdırılmalıdır.
Suzlınıza görə təşəkkür edirik.
2010-09-06
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
307 - Habil (06-09-2010). Salam. Bilmək istərdim ki, MMC təsis edildikdən sonra MMC-nin direktorun Əmək kitabçasını kim imzalayılır və möhürləyir.Təsisçimi yoxsa direktor özü özün əmək kitabçasını öz adından imzalyır və möhürləyir. Əvvəlcədən təşəkkürümüzi bildiririk.
Salam.
MMC-nin direktoru təyin edilərkən təsisçi və direktor arasında müqavilə bağlanır (əmək müqaviləsi). Sonradan  işçiləri təyin edilərkən onlarla müqavilələri artıq direktor imzalayır. Direktora əmək haqqını verən adatən təsisçi özü olur.
Sualınıza görə təşəkkür edirik.
2010-09-06
 
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
306 - Nail (06-09-2010). AR IXM madde 199da ne deyilir?
Salam.

İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi. (Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma)

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) tələb olunduğu hallarda belə razılıq olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə, bu, az miqdarda ziyan vurduqda və ya az miqdarda gəlir əldə etməklə törədildikdə-

-           fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz iyirmi manatdan yüz altmış manatadək miqdarda cərimə edilir.

Qeyd: Bu Məcəllənin 199-cu, 200-204-cü, 204-2-ci, 205-ci və 221.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli miqdarda (min manatdan artıq) ziyan vurduqda və ya həmin miqdarda gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Bu qədər.

2010-09-06

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
305 - Javid (06-09-2010). Salam. Her vaxtiniz xeyir. Bir sual məni maraqlandirir. Fikirleshdim ki, siz mene yardimci ola bilersiniz. 1. Torpaq sahəsi və içində ev olan torpaq sahəsi haqqında hansı sənədlər mövcuddur və onların mənası və hüquqi qüvvəsi nədir? Torpaq alınırkən hansı sənədlərə diqqət yetirmək lazımdır? Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Salam.
İlk öncə həmin torpağa hüquqların dövlət qeydiyyatını yoxlamaq lazımdır (Çıxarışın olub olmaması), daha sonra digərlərinə torpaq sahəsinin ölçüləri və planı; texniki pasport, həmin sənədlərdə torpağın keyfiyyəti və digər əmsallar göstərilməlidir (yerləşməsindən asılı olaraq).
Sualınıza görə təşəkkür edirik.
2010-09-06
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
304 - Gülşən (05-09-2010). Salam, vekillik haqqinda qanunda gosterilir ki,vekiller kollegiyasinin uzvlerinin sayi 1000 den cox olsa onda vekillerin uzvlerini umumi yigincaginin selehiyyetlerini vekillerin uzvlerinin konfransi heyata kecirir, vekillerin uzvlerini umumi yigincagi ile konfransi arasinda ne ferq var ki ,eyni anlayis deyiller?
Salam.
Bilmirik bu rəqəmi haradan götürmüsünüz. Amma bu rəqəmlə bağlı Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanunda məlumat yoxdur.  Həmin Qanunun 10-cu maddəsinin adı Vəkillər kollegiyası üzvlərinin Ümumi yığıncağı (konfransı) kimi göstərilir. Bu da o deməkdir ki, bu qanun ümumi yığıncaq və konfrans arasında fərq qoymur.
Sualınıza görə təşəkkür edirik.
 2010-09-06
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
303 - Huzur (05-09-2010). 3 usagi olan na her hansi bir sosial yardim ala bilermi?
Salam.
Təəssüflər olsun amma sadəcə bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət– 20 manat (Sosial müavinətlərin artırılması haqqında Fərmanın 1.1.8-ci bəndi). Lakın  Sosial Müdafiə Fonduna müraciət etsəniz və öz maddi durumunuz barədə məlumat versəniz ola bilsin ünvanlı sosial yardımı ala bilərsiniz.  
Sualınıza görə təşəkkür edirik.
2010-09-06
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
302 - Gülşən (05-09-2010). Salam, konstitisiyada gosterilir ki Azerbaycan unitar dovletdir, bes onda merkezlesdirilmis yoxsa merkezlesdirilmemis unitar dovletdir? zehmet olmasa deyin.
Salam.
Bu sual hüquq nəzəriyyəsinə daha çox aiddir.
Mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş (desentralizisiya olunmuş) unitar dövlətlər ali və yerli orqanların arasında hakimiyyət bölgüsünuün xüsusiyyətləri ilə fərqlənir. Yerli hakimiyyət orqanlarına nə qədər çox səlahiyyətlər verilsə o qədər çox desentralizasiya olacaq və əksinə.  Konstitusiyanın 109-cu maddəsinin 7, 9 bəndlərini, 124 maddəsinə nəzər yetirsəniz görünər ki, bizdə mərkəzləşdirilmiş unitar dövlətdir.
Sualınıza görə təşəkkür edirik.
2010-09-06
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
301 - Tural (05-09-2010). Dovletin elillere ve qarabag elillerine bagişladiqi evi ve ya torpaq sahesini satmaq olarmi?
Salam.

 
Əgər həmin daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədləriniz varsa təbii ki, olar.
Sualınıza görə təşəkkür edirik.
05-09-2010
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
300 - Gülşən (05-09-2010). Salam, daxili isler nazirliyinin strukturunu bildiyime gore prezident tesdiq edir bes ordaki iscilerin umumi sayini kim mueyyenlesdirib tesdiq edir? Zehmet olmasa deyin
Salam.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnamənin 5.3.5-ci bəndinə əsasən nazirliyin mərkəzi aparatının və tabelikdəki orqan, hissə, müəssisə və təşkilatların strukturu üzrə ştat cədvəllərini təsdiq edir, onların (mərkəzi aparatın strukturuna daxil olan qurumlar və şəhər, rayon polis orqanları istisna olmaqla) yaradılması, yenidən qurulması, ləğv edilməsi barədə qərarlar verir, ştat sayının normativlərini, habelə nazirliyin daxili nizam qaydalarını Daxili İşlər naziri müəyyən edir.
Sualınıza görə təşəkkür edirik.
2010-09-05
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
299 - Gülşən (04-09-2010). Salam, audit teskilatlar deyilende ne nezerde tutulur? Zehmet olmasa deyin
Salam.

 
Auditor xidməti haqqında Qanunun 5-ci maddəsinə əsasən auditor təşkilatı Auditorlar Palatasının verdiyi lisenziya əsasında Azərbaycan Respublikasının ərazisində auditor xidməti göstərmək hüququnu əldə etmiş və nizamnaməsinə görə yeganə fəaliyyət sahəsi bu xidmət növü olan hüquqi şəxsdir.
Audit — əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabat-larının müstəqil yoxlanılmasıdır.
Həmin auditor təşkilatları aşağıdakı xidmətləri göstərirlər - təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək.
Sualınıza görə təşəkkür edirik.
2010-09-05
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
298 - Gülşən (04-09-2010). Salam, dovlet qeydiyyati ile dovlet reyestri arasinda ne ferq var?
Salam.
Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2).
Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır (maddə 2).
Dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. Ərizə jurnalı (ərizələrin qeydiyyat kitabı) və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər daxil edilən qovluqlar dövlət reyestrinin ayrılmaz tərkib hissəsidir (maddə 13).
Bunu sadələşdirsək: qeydiyyat - sənəddir, reyestr isə həmin sənəd barədə məlumat saxlayan jurnal.
Sualınıza görə təşəkkür edirik.
2010-09-04
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
297 - Gunel (04-09-2010). Salam. bizim heyatyani evin sahesinin serancami alinmisdir evinsa kupcasi yoxdur, kupca alinarkan hansi muvafiq orqanlara ve hansi senedlerle muraciet etmek lazimdir? diger terefden tikilmak uzra olan evin sahesi manim rahmatlik atamin adinadir, man bu torpaq sahesini nece oz adima sala bilerem? muraciet etdiyim xazar rayon reyster xidmatindan tam cavab ala bilmadiyimcun siza muraciet etdim
Salam.
Əgər siz yeganə vərəsəsinizsə bunun üçün notariausa müraciət etmək və müvafiq qaydada bu daşınmaz əmlakı vərəsə kimi qəbul etmək lazımdır. Notariusda adı çəkilən sənədləşdirməni keçdikdən sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməlisiniz. Bununla bağlı Məsləhətxananın 1,5 6 və digər suallarında ətraflı məlumat verilmişdir.
Sualınıza görə təşəkkür edirik.
2010-09-04
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
296 - Mahir (04-09-2010). Salam. Mən qəza törətmişəm, mənim sürücülük vəsiqəm yoxdur, qarşı tərəfin maşınına 2000 AZN deyerində ziyan vurmuşam amma ziyanı ödəməyə imkanım yoxdur, heç yerdə işləmirəm, adimada heçbir Əmlak yoxdur. Ziyan çəkmiş şəxs məni məhkəməyə verib. Qanuna görə məni nə gözləyir?
Salam.
Məsləhətxananın 291-ci sualında göstərilib sizi nə gözləyə bilər. 
Bu qədər.
2010-09-04
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
295 - Rəna (04-09-2010). Yoldaşım Qarabağ uğrunda döyüş zamanı şəhid olub. İki övladım var. Sağolsun, vaxtilə dövlət bizə şəhid ailəsinə düşən yardımı göstərib, yalnız imkansızlıqdan uşaqlarımın oxumağı üçün lazım olan şəraiti qura bilməmişəm. İndi özüm yarımcanam, işləmirəm, oğlum arada iş olanda fəhləlik edir belədə işsizdir. Evim remontsuzdur azqalır başımıza uça. Sizcə mən kimə müraciət edə bilərəm.
Salam.
Bunun üçün bir çox təşkilatlara müraciət edə bilərsiniz həm Dövlət Sosial Müdafiə  Fonduna, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və hətta Prezidentə müraciət edə bilərsiniz. Müraciətinizdə öz vəziyyətiniz,  o cümlədən gəlirləriniz, maddi durumunuz barədə ətraflı məlumat təqdim edin (əsaslarla, məsələn sosial idarələrdən müvafiq arayışlar və s.). Müraciətləriniz yazılı şəkildə olmalıdır. 
Sualınıza görə təşəkkür edirik.
2010-09-04

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
294 - Nicat (04-09-2010) Salam, mene herb komissiya terefinden verilmiw cedvelin 1-ci qrafasinin 21b maddesi lazimdir.(aciqlamaq)bununla yanawi men bu ve ya baqa maddleri hardan tapa bilerem(sayti)? Hansi saytda var bele maddeler?
Salam.
Yəqin ki, Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin 21-ci maddəsini nəzərdə tutursunuz. Aşağıda həmin maddənin tam mətni göstərilir.

Sinir sistemi xəstəlikləri

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

21

Epilepsiya

a) tez-tez epileptik tutmalar və ya mühüm ruhi pozulmalar olduqda

D

D

D

b) tutmadan kənar vaxtda ruhi pozulmalar olmadan tək-tək və nadir epileptik tutmalar (qıcolmalarla və qıcolmalarsız) olduqda

C

C

C və ya B FƏRDİ

Bu maddə epilepsiyanı, generalizə olunmuş və ya parsial tutmalarla, ruhi ekvivalentlərlə və ya şəxsiyyətin spesifik dəyişiklikləri ilə müşayiət olunan baş beynin xroniki xəstəliyi kimi nəzərdə tutur.

Simptomatik epilepsiya bu maddəyə aid edilmir. Belə hallarda şəhadətləndirilmə qıcolma sindromunun inkişafına gətirib çıxaran xəstəliyə görə aparılır.

Tutmanın olması həkim müşahidəsi ilə təsdiq edilməlidir. Bəzi hallarda təsvir olunan tutma və tutmadan sonrakı hal onun epileptik tutma olmasını qəbul etməyə əsas verərsə, qeyri-tibbi heyətdən olan vəzifəli şəxslər tərəfindən imzalanmış və komandirlər (rəislər) tərəfindən təsdiq edilmiş aktlar nəzərə alına bilər. Aydın olmayan hallarda yaşayış, təhsil, iş və hərbi xidmət yerlərindən məlumatları tələb etmək lazımdır.

«a» bəndinə tez-tez baş verən tutmalar (ildə 3 və daha çox) və ya qıcolma tutmalarının ruhi ekvivalentləri, eləcə də şəhadətləndirilənin psixikasının proqressivləşən pozulmaları aiddir.

«b» bəndinə nadir (ildə 3 dəfədən az) baş verən tutmalar, o cümlədən qıcolmaları olmayan ekvivalentlərsiz paroksizmlər və epilepsiya üçün xarakterik olan digər ruhi dəyişikliklər aiddir.

Tibb müəssisələrinin sənədləri ilə keçmişdə epilepsiya tutmalarının olması təsdiq edilərsə, lakin son 5 ildə tutma müşahidə edilməyibsə və stasionar şəraitdə müayinə zamanı elektroensefaloqrafiyada sakit şəraitdə, funksional yük altında patoloji dəyişikliklər (paroksizmal qeyd edilən müxtəlif amplitudalı «iti» və «yavaş» dalğalar, «iti-yavaş dalğa» kompleksləri və digər dəyişikliklər, yarımkürələrarası asimmetriya) aşkar edilərsə, şəhadətləndirmə «b» bəndi üzrə aparılır.

Keçmişdə müşahidə edilmiş hər hansı xarakterli yeganə tutma (epileptik reaksiya) və ya zəif ifadə olunan və nadir hallarda baş verən kiçik tutmalar, qıcolmasız paroksizmlər və ya əhval-ruhiyyənin spesifik pozulmaları hallarında hərbi xidmətə yararlılıq kateqoriyası məsələsi yalnız stasionar müayinədən sonra həll edilir.

Epileptik paroksizmləri olan şəxslər nəqliyyat vasitələrini idarə etməyə, hündür yerlərdə, hərəkət edən mexanizmlərin, od və su mənbələrinin yanında xidmətə (işləməyə) yararsızdırlar.

Sualınıza görə təşəkkür edirik.
2010-09-04
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
293 - NIzam (04-09-2010). Salam. Fiziki sexs kommersiya ile mesgul olduqda vergini nece vermelidir? Bu halda ki, mallarini hec bir magazada satmir, evde satir. Tesekkur edirem.
Salam.
Vergi orqanlarına qeydiyyata durmaq lazımdır (misal üçün sadələşdirilimiş vergi ödəyicisi kimi 4%) və vergi ödəmək. Fərqi yoxdur harada (evdə, mağazada və s.) sahibkarlıq fəaliyyəti ilə məşğulsunuz. Əldə olunan gəlirdən dövlətə vergi ödəməlisiniz.
Sualınıza görə təşəkkür edirik.
2010-09-04
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
292 - Vasif (04-09-2010). Salam. Mescid həyətində hazirliq kursu fəaliyyət göstərir.kursa yaxin bir hissədə transfarmator var.Uşaqlar toxunub xəsarət alar qorxusuna görə onu həyətin ərazisində çixarmaq istəyirik.İşıq idarəsi isə bunun üçün 700 manat pul istəyir. Belə vəziyyətdə biz nə etməliyik.Təşəkkür edirəm.
Salam.
Bununla bağlı Fövqaladə Hallar Nazirliyinə müraciət edə bilərsiniz (AZ1073, Bakı şəhəri,M.Müşfiq küçəsi, 501-ci məhəllə Tel.: (+994 12) 512 00 61Faks: (+994 12) 512 00 46; Qaynar xətt: 112) və yaranmış vəziyyət barədə onlara ətraflı məlumat verməlisiniz. Çünki bu vəziyyət texnogen mənşəli fövqaladə halın yaranmasına səbəb ola bilər və insanların təhlükəsizliyi ilə bağlıdır. Eyni zamanda məhkəməyə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına (700 manat məsələsinə dair, amma bunu sübut etməli olacaqsınız) da müraciət edə bilərsiniz.
Sualınıza görə təşəkkür edirik.
2010-09-04
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
291 - Seymur (03-09-2010). Üzür isdəyirəm hadise Avqusdun 1-i bash verib. bir sualda vermək isdəyirəm. qəzanı törətmiş şəxs zərəri ödəmək isdəmir. Hec sürücülük vəsiqəsidə yoxdur bu halda hadisəni törətmiş şəxsi nə gözləyir?
Salam.
İnzibati Xətalar Məcəlləsinin.152.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə 
-  altmış manat miqdarında cərimə edilir.
Əgər zərəri ödəməkdən imtina edirsə məhkəmə qaydasında əmlakına həbs qoyula bilər. Bunun üçün müvafiq vəsatətlə məhkəməyə müraciət etməlisiniz.
Sualınıza görə təşəkkür edirik.
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
290 - Gülşən (03-09-2010). Salam, edliyye nazirliyini esasnamesinde yazilib ki,nazirlik muvafiq hakimlerin mecburi sigortasini heyata kecirir,muvafiq hakimleri doyus sursati ve silahla temin edir ve muvafiq hakimlerin emek ve sosial huquqlarini temin edir,muvafiq deyende hansi mehkemelerin hakimlerin nezerde tutulur? Bes yerde qalan mehkemelerin hakimlerinin bu teminatlari hansi orqan heyata kecirir? Zehmet olmasa deyin.
Salam.
Bunun üçün ilk öncə Məhkəmələr və hakimlər haqqında Qanunun 86-cı maddəsinə müraciə etməli idiniz. Belə ki, Müvafiq icra hakimiyyəti orqanı (1 dekabr 1998-ci il № 30 tarixli Fərmanının 7-ci bəndinə əsasən Ədliyyə Nazirliyi) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada hakimlərin müstəqilliyinə ciddi əməl etməklə Ali Məhkəmənin  hakimləri istisna olmaqla, hakimlərin peşə hazırlığının artırılması, birinci instansiya məhkəmələrinin fəaliyyəti üçün zəruri şərait yaradılması məsələləri ilə məşğul olur, onların müvafiq normativ-hüquqi aktlarla təchiz olunmasını, maliyyə və digər maddi-texniki təminatını həyata keçirir.
 
Müvafiq icra hakimiyyəti orqanı məhkəmə statistikasının aparılması, məhkəmə qərarlarının icrası, məhkəmələrdə kargüzarlığın təşkil edilməsi, hakimlərin əmək və sosial hüquqlarının təmin edilməsi, məhkəmələrdə icra və əmək intizamına riayət edilməsi üçün tədbirlər görür. Müvafiq icra hakimiyyəti orqanı birinci və apellyasiya instansiyası məhkəmələrində bu sahələr üzrə işin təşkili vəziyyətini yoxlamaq, habelə birinci instansiya məhkəmələrində sədr və sədr müavini öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya onların səlahiyyət müddəti bitdikdə onların vəzifələrinin icrasını müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə, hakim öz vəzifələrini yerinə yetirə bilmədikdə isə onun vəzifələrinin icrasını müvəqqəti olaraq digər müvafiq məhkəmənin hakimlərindən birinə həvalə etmək hüququna malikdir.
Konstitusiya Məhkəməsi haqqında Qanunun 76.-ci maddəsinə əsasən isə Konstitusiya Məhkəməsinin fəaliyyətinin maddi-texniki, maliyyə və təsərrüfat təminatını Konstitusiya Məhkəməsinin işlər idarəsi həyata keçirir.
Sualınıza görə təşəkkür edirik.
2010-09-04
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
289 - Seymur (03-09-2010). Sentyabirin 1 shemkir yolunda mashinimi vurublar vuran adam vurdugu zereri odemek isdemir polis ishi gonderib mhkemeye amma 1 ay kecmesine baxmayaraq bize hecbir melumat verilmir ishe Semkir mehkemesi baxir men nece edimki mehkeme ishe baxsin???
Salam.
Qeyd edirsiniz ki, hadisə sentyabrın 1 baş verib. Bir ay bəs necə keçə bilər? Hər bir halda əgər hesab edirsiniz ki, məhkəmə qanunvericilikdə göstərilən müddətləri pozur Məhkəmə-Hüquq Şurasına şikayət edə bilərsiniz. 
Nəzərinizə çatdırmalıyıq ki, İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında iş üzrə icraatın  iştirakçılarının vəsatəti və ya əlavə halların müəyyən edilməsi zərurəti olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işın baxılmasını bir ayadək müddətə uzada bilər. 
Sualınıza görə təşəkkür edirik.
2010-09-03
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
<< Birinci < Əvvəlki 11 12 13 14 15 16 17 18 Sonrakı > Axırıncı >>
Səhifə 15 dən(dan) 18:

  • Memarlıq və dizayn;
  • Landşaft dizaynı və layihələndirilməsi;
  • Texniki-mühəndis layihələndirmə;
  • 3D layihələr;
  • layihələrin təsdiqlənməsi.

Əlaqə:
Mob: +994-051-9406575

Təşkilatlar

QHT-lərAli məktəblər

Hüquqi məsləhətxana (qeydiyyatdan keçənlər üçün)

Axtaran tapar