Etiam innocentes cogit mentiri dolor - Ağrı günahsızları da yalan danışmağa məcbur edir (Publiy)

Yönəldici Məsləhətxana
Mesaj
  • Cache cleaned
On-layn (canlı) hüquq məsləhətxanası
SM FAQ - Компонент вопрос-ответ для Joomla http://joomla.forsite.org

SUALLARIN VERİLMƏSİ ARTIQ DAYANDIRILIB.

BU BÖLMƏ MAARİFLƏNDİRMƏ MƏQSƏDİLƏ İSTİFADƏÇİLƏR ÜÇÜN AÇIQDIQ.

Xahiş edirik nəzərə alasınız:
1. Sualı vermək üçün aşağıda "Sualı əlavə et" düyməsini sıxmaq lazımdır.
2. Hüquq məsləhəti almaq üçün göndərilən sorğular "Əlaqə" bölməsindən göndərilə bilməz.
3. Bir məsələyə aid bir dəfə sual verilməlidir. Cavablandırma 2 günə qədər uzadıla bilər.
4. Təkrarlanan suallar ləğv olunur.
5. Həftə ərzində bir istifadəçi yalnız 3 sual verə bilər.


Göstərmək    Sualların cəmi - 1766
288 - Gülşən (03-09-2010). salam serti mehkumluq ve serti olaraq cezadan vaxtindan evvel azad edilme,birde cezanin cekilmesini texire salinmasi hansi hallarda bas verir ve ne demekdir?zehmet olmasa deyin
Salam.
Bütün bunlar  Cinayət Məcəlləsinin aşağıdakı maddələrində göstərilib:
Maddə 70. Şərti məhkum etmə
70.1. İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.
70.2. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
70.3. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir.
70.4. Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər.
70.5. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər.
70.6. Şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir.
70.7. Sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında məhkəmə, məhkumun üzərinə əvvəllər qoyulmuş vəzifələri tamamilə və ya qismən ləğv edə bilər, yaxud onun üzərinə yeni vəzifələr qoya bilər.
Maddə 76. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə
76.1. Məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər.
76.2. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edərkən, məhkəmə məhkumun üzərinə, bu Məcəllənin 70.5-ci maddəsində nəzərdə tutulmuş və cəzanın çəkilməmiş müddəti ərzində onun tərəfindən icra edilməli olan vəzifələr qoya bilər.
76.3. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum:
76.3.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını;
76.3.2. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini;
76.3.3. xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər.
76.4. Azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz.
76.5. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir.
76.6. Cəzanın çəkilməmiş hissəsi ərzində məhkum:
76.6.1. cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq olunarkən məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırdıqda və ya ictimai qaydanı pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, bu Məcəllənin 76.5-ci maddəsində göstərilən orqanların təqdimatı əsasında məhkəmə şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və cəzanın çəkilməmiş hissəsinin icra olunması haqqında qərar çıxara bilər;
76.6.2. ehtiyatsızlıqdan cinayət törətdikdə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir;
76.6.3. qəsdən cinayət törətdikdə, məhkəmə ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Ehtiyatsızlıqdan cinayət törədildiyi və məhkəmə tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edildiyi halda da cəza həmin qaydalar üzrə təyin olunur.
Maddə 79. Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması
79.1. Şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya səkkiz yaşına qədər uşağı olan qadınlar, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq səkkiz yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.
79.2. Bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər.
79.3. Uşaq səkkiz yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir, yaxud məhkum edilmiş şəxsi cəzanın qalan hissəsini çəkmək üçün müvafiq müəssisəyə göndərir.
79.4. Cəzaçəkmənin təxirə salındığı müddətdə məhkum edilmiş şəxs yeni cinayət törətdikdə, məhkəmə ona bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir.
Sualınıza görə təşəkkür edirik.
2010-09-03
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
287 - Gunay (2010-09-03). Salam! Bir neche gun evvel Size muraciet etmishdim. Daha bir sualim var boshanma ile elagedar. Yoldashim boshanmaga verib. Bildiyeme gore her ikimizi chagirib 3 ay vaxt verecekler. Eger 3 aydan sonra men yene razilig vermesem onda mehkeme hansi gerari verir. 1.5 aylig gizimiz var.
Salam.
Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.
Həmin Məcəllənin 15-ci maddəsinə əsasən arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. 
Yəni uzadmaq üçün artıq əsas yoxdur (əgər siz hamilə deyilsinizsə).
Sualınıza görə təşəkkür edirik.
2010-09-03
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
286 - Esref (03-09-2010). Men ozum muhasibat ucotu ve audit ixtisasi uzre mutexessisem amma ozume bununla elaqedar is tapa bilmirem. bunun ucun men hara muraciet edim? Mumkundurse mene meslehet veresiniz.
Salam.
Demək olmaz ki, bu sual hüquqi məsləhət məqsədilə verilib. Amma biz çalışırıq ki, sual cavabsız qalmasın. Məsləhət görərdik ki, Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidmətinə (və Baş Məşğulluq İdarəsinə) müraciət edəsiniz. Və öz ixtisasınıza görə iş axtarıb tapasınız.
Bu qədər.
2010-09-03
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
285 - Nana (03-09-2010). Hebisxana? tcridxana? cezacekme muessesi bunlar nedir nefrqi nedir? Turme hansi sayilir? Kolon ne demekdir?
Salam.
Cəzaların İcrası Məcəlləsinin 66-cı maddəsinə əsasən cəzaçəkmə müəssisələri məntəqə tipli, ümumi, ciddi, xüsusi rejimli cəzaçəkmə müəssisələrinə, tərbiyə müəssisələri isə ümumi və möhkəm rejimli müəssisələrə bölünürlər.
Cəzaçəkmə müəssisələri yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrindən, yetkinlik yaşına çatmış şəxslər üçün müxtəlif rejimli cəzaçəkmə müəssisələrindən, həbsxanalardan və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrindən ibarətdir. İstintaq təcridxanaları penitensiar müəssisə olmaqla təsərrüfat və məişət xidməti işlərinə görə bu müəssisədə saxlanılan məhkumlar üçün cəzaçəkmə müəssisələrinin vəzifələrini yerinə yetirirlər.
Belə ki:
Ümumi rejimli cəzaçəkmə müəssisələrində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə müəyyən müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, həmçinin cəzaları müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmiş şəxslər cəza çəkirlər (maddə 112).
Ciddi rejimli cəzaçəkmə müəssisələrində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, habelə cinayətlərin residivi zamanı, yəni əvvəllər müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər və cinayətlərin xüsusi təhlükəli residivinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş qadınlar cəza çəkirlər (maddə 114).
Xüsusi rejimli cəzaçəkmə müəssisələrində cinayətlərin xüsusi təhlükəli residivinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və ömürlük azadlıqdan məhrum etmə növündə cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz olunmuş kişilər cəza çəkirlər (maddə 116).
Ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkirlər (maddə 118). 
Həbsxanalarda xüsusilə ağır cinayətlər törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, cəza müddətini tam və ya onun bir hissəsini çəkməklə cinayətlərin xüsusi təhlükəli residivinə görə məhkum olunmuş şəxslər, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər, həmçinin ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindən bu Məcəllənin 70.4.3-cü maddəsinə (ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindən üç ildən çox olmayan müddətə həbsxanaya keçirilə bilərlər) uyğun olaraq həbsxanaya keçirilmiş məhkumlar saxlanılırlar (maddə 120).
Cəzaçəkmə müəssisələrində cəza çəkən, digər cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunmuş şəxslər məhkəmənin qərarına əsasən, cəzaçəkmə müəssisələrinin cərimə təcridxanalarında və ya tərbiyə müəssisələrinin intizam təcridxanalarında saxlanıla bilərlər (Həbsdə saxlanılan yerlərində şəxslərin saxlanmasına dair Müvəqqəti Əsasnamə bənd 2.2).

Sualınıza görə təşəkkür edirik.
2010-09-03
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
284 - Gülşən (02-09-2010). Salam, penitensiar muessiseler deyende ne nezerde tutulur, yeni bu muessiselerin funksiyasi nedir?

Salam.

Penitensiar sistemi (lat. Poenitentia - peşmanlıq, nədamət) dedikdə cəzaların icrası sistemi başa düşülür. Bu sahədə səlahiyyətli dövlət qurumu Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar xidməti hesab edilir. Onların üzərinə bir çox vəzifələr qoyulub, misal üçün penitensiar müəssisələrin (cəzaçəkmə müəssisələri, təcridxana və s.) idarə olunmasını, o cümlədən rejim qaydalarının, təhlükəsizlik tədbirlərinin, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsini; məhkumların və həbsdə saxlanılan şəxslərin müşayiətini təşkil etmək və penitensiar müəssisələrin mühafizəsini həyata keçirmək və s.

Bu qədər.

2010-09-02

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
283 - Gülşən (02-09-2010). Salam,fovqelade hallarin aradan qaldirilmasi ucun dovlet tedbirleri ve karantin tedbirlerheyata kecirilir, karantin tedbir deyende neler nezerde tutulur?
Salam.
Karantin dedikdə aşağıdakı başa düşülür.
Karantin (ital. quaranta - qırx) - yoluxmuş şəxs(lər), heyvan(lar), nəqliyyat vasitə(lər), yaşayış məntəqəsi(lər) və ya yoluxmaya şübhəli bilinən şəxs(lər), heyvan(lar), nəqliyyat vasitə(lər), yaşayış məntəqəsi(lər), əşya və s. ilə  kontaktların məhdudlaşdırılmasına (izolyasiya) yönəldilmiş  tədbirlər kompleksidir.
Yəni Karantin özü özlüyündə tədbirlər kompleksidir və karantin tədbirləri bu cür izolyasiyaya yınəldilmiş tədbirlərdi.
Sualınıza görə təşəkkür edirik.
2010-09-02
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
282 - Gülşən (02-09-2010). Salam, normativ aktlar ile normativ huquqi aktlar arasi hansi ferq var? Yeni olari dedikde ne nezerde tutulur?

Salam.

Normativ hüquqi akt səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş, göstərişləri ümumi məcburi xarakter daşıyan, hüquq normalarını müəyyən edən, dəyişdirən və ya ləğv edən, dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş rəsmi yazılı sənəddir. Azərbaycan Respublikasının qanunvericilik sistemi və ona daxil olan normativ hüquqi aktlar Azərbaycan Respublikası Konstitusiyasının 147—151-ci maddələri ilə müəyyən edilir (Normativ hüquqi aktlar haqqında Qanunun 2-ci maddəsi).

Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir:
1) Konstitusiya;
2) referendumla qəbul edilmiş aktlar;
3) qanunlar;
4) fərmanlar;
5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;
6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.

Daha sonra normativ xarakterli aktlar da var:

  1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1—6, 8-ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları;
  2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları;
  3. Yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının qərarları;
  4. Azərbaycan Respublikası Milli Bankının qərarları.
  5. Milli Televiziya və Radio Şurasının qərarları.
Normativ aktlar isə bü
tün digər dövlət qurumları ilə qəbul olunan məcburi xarakter daşıyan aktlardlr. Lakın onu da qeyd etmək lazımdır ki, "normativ akt" yerinə "akt" daha çox istifadə olunur. Amma normativ akt kimi də istifadə edirilir (misal üçün 22 aprel 2010-cu il tarixli № 9/46 saylı Bəzi normativ aktlarda əlavə və dəyişiklik edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının Qərarı).
Sualınıza görə təşəkkür edirik.
2010-09-02

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
281 - Elçin (02-09-2010). Salam. Mən Bakı şəhərində Dövlət Reyestrindən çıxarışı olan evə necə qeydiyyata düşə bilərəm və bunun dövlət rüsumu və presuduru necədir. Əvvəlcədən təşəkkürlər...

Salam.

Əgər yaşayış yerini dəyişdirirsinizsə və qeyd edilən Çıxarışınız varsa pasport qeydiyyat şıbəsinə müraciət edə bilərsiniz. Bundan başqa siz Ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsini (və ya doğum haqqında şəhadətnamə) də təqdim etməlisiniz (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsi). Dövlət rüsumu 2 manat təşkil edir (Dövlət rüsumu haqqında Qanunun 14.5-ci maddəsi).
Sualınıza görə təşəkkür edirik.
2010-09-02
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
280 - Elxan (02-09-2010). MEN 1970 ILDA BAKIDA ANADAN OLMUSAM.MENIM ATAM,ANAM,YOLDASIM,USAGIM AZERBAICAN VETENDASIDIR.MIGRASIYA XIDMATI ARAYIS VERIBKI, MEN AZERBAICAN VETENDASI SAYILMIRAM. MENA XAIS ELIYIRAM CAVAB YAZIN.MENI 1988 ILDA PROPISKADAN CIXARIBLAR.
Salam.
Çox  qarışıq yazmısınız. 1988-ci ildə haradan propiskadan çıxarıblar və ümumiyyətlə necə ola bilib ki, bu müddət ərzində siz vətəndaşlığı qəbul etməmisiniz?
Əgər əvvəl Azərbaycan vətəndaşı olmusunuz və hal-hazırda bərpa etmək istəyirsiniz onda həmin Miqrasiya xidmətinə vətəndaşlığın bərpa edilməsi (Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunun 15-ci maddəsinə əsasən) barədə Ərizə ilə müraciət etməlisiniz. Əgər ümumiyyətlə heç vaxt Azərbaycan vətəndaşı olmamısızsa onda ümumi qaydada (vətəndaşlığına qəbul edilməsi - Qanunun 14-cü maddəsinə əsasən) müraciət etməlisiniz.
Lakın hər bir halda sizin vəziyyətiniz fərqlidir və siz Miqrasiya xidmətinin qərarından məhkəməyə şikayət edə bilərsiniz. Və adıçəkilən Qanunun aşağıdakı maddələri əsas tuta bilərsiniz:
Maddə 5. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət
Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar:
1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun;
2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər;
3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar;
4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər.
Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər.
Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir.
Maddə 6. Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər
Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır:
1) doğum haqqında şəhadətnamə;
2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
3) Azərbaycan Respublikası vətəndaşının pasportu.
Sualınıza görə təşəkkür edirik.
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
279 - QİYA (02-09-2010). Salam. ailə başçısını itirməyə görə nə qədər məbləğdə pensiya verilməlidir? konkret məbləğ mümkünsə .cox sagolun
Salam.
Sosial müavinətlərin artırılması haqqında Fərmanın 1.1.4-cü bəndinə uyğun olaraq ailə başçısını itirməyə görə müavinət - 40 manat təşkil edir (aylıq).
Sualınıza görə təşəkkür edirik.
2010-09-02
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
278 - Azər (02-09-2010). Salam. Yoldaşım məcburi köçkündür. Biz Ceyranbatan qəsəbəsində yaşayırıq. Yoldaşım Bakıda qeydiyyatdadır(ata evi). Kommunal xidmətlərə görə güzəşt hələdə onun ata evində nəzərə alınır. Biz nə edə bilərik ki, ona olan güzəştlər hal-hazırda faktiki yaşadığı yerə (ceyranbatan qəs.) hesablansın? Təşəkkürlər.
Salam.

Bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kommunal xidmətlər üzrə :şöbəsinə müraciət etməlisiniz və müraciıətinizi əsaslandırılmalısınız (Qəhrəman Məmmədov – şöbə müdiri tel: [+994 12] 430 09 22). Bu cür məsələlər onların birbaşa səlahiyyətindədir. 

Sualınıza görə təşəkkür edirik.

2010-09-02

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
277 - Azər (02-09-2010). Salam. Mən Abşeron şəhəri Ceyranbatan qəsəbəsində (yeni ceyranbatan) həyət evində yaşayıram. Torpağın şəhadətnaməsi var. Evinsə, memarlığın təsdiqlədiyi certiyoju və icra başçısının tikintiyə icazə verilməsi barədə sərəncamı var. Mən və yoldaşım hal-hazırki vəziyyətdə uçotda olduğumuz yerdən çıxıb yaşadığım ünvana uçota düşə bilərikmi? Yoxsa evə kupça almadan bunu etmək olmaz. Təşəkkürlər

Salam.

Bunun üçün yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd olmalıdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsində bu əsaslar göstərilib:

a) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış;
b) icarəyə verənin və ya kirayəyə verənin müvafiq olaraq icarəçi və ya kirayəçi ilə bağladığı icarə və ya kirayə müqaviləsi;
v) yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd (misal üçün məhkəmə qətnaməsi); 
q) vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

Sözlərinizdən qeyd etdiyiniz yer yaşayış üçün hələ də nəzərdə tutulmayıb. Ola bilsin ki, sənədlərin qəbulunda problemlər yarana bilər. Hər bir halda sənədlər toplusu ilə pasport qeydiyyat şöbəsinə idarə edərkən qeydiyyata düşməyin zəruriliyini sübut etməyi çalışın. İmtina cavabı versələr məhkəməyə şikayət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-09-02

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
276 - Sabina (02-09-2010). Salam, menim qardawim soyadini deyishmek isteyir. Bunu ucun ne etmelidir, qanunvericiliyin hansi maddeleri bu meseleni tenzimleyir? Xahiw edirik bu meseleye ile bagli etrafli melumat veresiniz.

Salam.

Oxşar sual Məsləhətxananın 203-cü sualında cavablandırılmışdır.

Xahiş edirik nəzərə alasınız.

2010-09-02

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
275 - Eldar (01-09-2010). Menimchun aydin olsun deye sualimi bir daha tekrar edim icazenizle. Boshanma bash verdikden sonra, ushaqin anasi ile qalmasi mueyyen edildikden sonra ata oz qizini nece gore biler? Bu nece temin olur? Bildiyim qeder valideynin oz ovladini gorme huququ oldughu kimi ovladin da oz valideynini gorme huququ var. Bes qanun vericilikde bu nece eks olunub? Vaxti ve gorush yeri nece temin olunur?

Salam.

Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmçinin bu Məcəllənin 56.1-ci maddəsinə uyğun olaraq valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Daha sonra uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır (maddə 61.2.). Yenə də nəzərinizə çatdırırıq əgər mübahisə olduqda məhkəmə tərəfindən həll olunmalıdır. Valideynlərin arasında Saziş də bağlanıla bilər. Həmin Sazişdə görüş vaxtı, həftədə (ayda, gündə) neçə dəfə görüş ola bilər, o biri valideyn öz evinə neçə günlük (saatlıq) uşağı apara bilər və s. hallar əks oluna bilər.

Bu qədər.

2010-09-01

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
274 - Azər (01-09-2010). Salam. Əvvəlcədən təşəkkür edirəm. Sualım ünvanlı sosial yardım haqqındadır. Bir qadın və orta məktəbdə oxuyan 2 qızı(5 və 6-cı siniflər) yataxanada kirayə qalırlar. Ataları uşaqlar kiçikkən rusiyayaya gedib və qayıtmayıb. Ailənin bütün xərcləri ananın üzərindədir. Ana xadimə işləyir və 150 AZN əmək haqqı alır, 100 AZN kirayə verir. Bu zaman ona ünvanlı sosial yardım düşürmü. Birdə ki, qanunda aylıq gəlr deyilir. Bura ailənin məcburi xərcləri(kirayə) çıxıldıqdan sonra qalan gəlirdir, yoxsa ailənin ümumi aylıq qazancıdır. Sağ olun
Salam.
Ailənin orta aylıq gəlirinin hesablanması Qaydasının (Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmişdir) 5-ci bəndinə əsasən ailənin gəlirinə aşağıdakılar daxildir:
  1. əsas iş yeri və əvəzçilik üzrə əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, müvəqqəti ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə), digər pul təminatları, natura formasında ödənilən əməkhaqqı;
  2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə zərərə görə verilən ödənclər (əlavə xərclər istisna olmaqla);
  3. qanunvericiliklə müəyyən edilmiş digər növ gəlirlər (işdən çıxmaqla əlaqədar dövlət qulluqçularına ödənilən birdəfəlik haqq, işçiyə istifadə etmədiyi əsas məzuniyyətə gör pul əvəzi, müəssisə ləğv edildikdə, işçilərin sayı və ştatları ixtisar edildikdə və əmək müqaviləsi ləğv edildiyi digər hallarda işçiyə verilən ödənclər, iş yerindən işçilərə ödənilən maddi yardımlar və s.);
  4. bütün növ pensiya və müavinətlər, o cümlədən ömürlük müavinət, işsizliyə görə müavinət, uşaq üç yaşa çatanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət dövründə verilən müavinət, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət, digər sosial müavinətlər (bir yaşınadək uşağı olan aztəminatlı ailələrə verilən əlavə aylıq müavinət və birdəfəlik müavinətlər istisna olmaqla), o cümlədən məcburi köçkün və məskunlaşmamış qaçqınlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlərin ləğvinə görə ödənilən müavinətlər və s.;
  5. bütün növ təqaüdlər, o cümlədən fərdi təqaüdlər, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, 20 Yanvar şəhidinin ailəsi, şəhid ailəsi üçün müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü, fəxri adlara görə aylıq təqaüd, tələbələrə verilən təqaüd, işsizlərə peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə verilən təqaüd, istehsalatdan ayrılmaqla oxumağa göndərilmiş tələbələrə, aspirantlara (magistrlərə) müəssisə hesabına ödənilən təqaüd;
  6. aliment;
  7. sahibkarlıq fəaliyyəti və ailə kəndli təsərrüfatında məşğul olanların gəliri, mülki-hüquqi müqavilə əsasında qazanılmış gəlirlər, qonorarlar;
  8. əmanətlər və onların üzərinə hesablanan faizlər (1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında istifadəsiz qalmış indeksləşdirilməmiş əmanət qalıqları istisna olmaqla);
  9. qiymətli kağızlardan əldə edilən dividendlər;
  10. ailəyə və yaxud ailənin hər hansı bir üzvünə mənsub olan və ya hədiyyə edilmiş əmlakdan əldə olunan gəlirlər;
  11. Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda istənilən mənbədən ailəyə daxil olan milli və xarici valyutanın məbləği;
  12.  ailəyə natura formasında ödənilən yardımların dəyəri;
  13. ailənin hər hansı üzvü tərəfindən qeyri-hökumət təşkilatları, beynəlxalq
  14. humanitar təşkilatlar, xeyriyyə və digər cəmiyyətlər, sahibkarlar və fiziki şəxslərdən alınmış qrantlar və yardımlar;
  15. qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər və kompensasiyalar (xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələrinin dəyəri, əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri istisna olmaqla);
  16. şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlirlər (mal-qara, quş, arı, baramaçılıq.).
Həmin qərarla təsdiq edilmiş tələblərə uyğun olaraq siz Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edib sosial yardımın alınması məsələsini qaldıra bilərsiniz.
Sualınıza görə təşəkkür edirik.
01-09-2010
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
273 - Nana (01-09-2010). Salam. Dovletcilik nedir? dovletle hokumetin ferqi nedir? loru dilde yazin xahis edirem.
Salam.
Dövlətin anlayışı burda göstərilib:
Dövlət siyasi birlik olmaq etibarı ilə müəyyən struktura malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciyyələnən və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edən xususi təsisatdır. Dövlət xüsusi siyasi təsisat olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir. 
Hökümət dedikdə isə adətən Nazirlər Kabineti başa düşülür, yəni dövlətin ali kollegial icra orqanı (dövlət idarəçiliyini həyata keçirən rəhbərlik). Dövlət daha geniş məfhumdur. Dövlət həm, icra orqanlarını, həm məhkəmələri həm parlamenti özündə birləşdirir.
Sualınıza görə təşəkkür edirik.
2010-09-01
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
272 - Orxan (01-09-2010). 259 nonreli sualima cavab verdiyinize gore minnetdaram. Cavabinizda MM 228.5 maddesine,hemin maddəye dair AR KM Plenumunun Qərarı ve Ali Məhkəmənin Qərarına esaslanmisiz. lakin yeni qebul edilmis Menzil Mecelesinin 30.4 maddesinde kecmis aile uzvunun yasayis sahesinden istifade huquna xitam verilir normasi var.Onda 30.4 maddesi esas goturelerek qeydiyyatdan ve istifade huqununa xitam verilecek? Hansi norma tetbig olunacag 228.5 ve yaxud 30.4.

Salam.

İlk öncə Mənzil Məcəllənin adıçəkilən maddəsi tam mətni göstərilməlidir:

30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Gördüyünüz kimi "...məhkəmənin qərarı əsasında saxlanıla bilər". Bundan başqa Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir.
Bundan başqa Mülki Məcəllənin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələri arasında ziddiyət yoxdur. Xahiş edirik diqqət yetirəsinizi.
228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Sualınıza görə təşəkkür edirik.
2010-09-01
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
270 - Eldar (01-09-2010). Salam dejure.az, Bundan onceki sualimi cavablandirdiqiniza gore teshekkur edirem. Chox saq olun bele bir sherait yaradirsiz. Daha bir sualim var. Erle arvad boshandiqdan sonra birge nigahdan olan ushaq ekser hallarda anada qalir. Bu zaman atanin ushaqi gormesi nece temin olunur. Qanun buna nece imkan verir - yani nece gun, hansi sheraitde (hansi sherait dedikde, anasinin yaninda, yoxsa ozu ile aparib bir nece saat ve ya gun saxlaya biler). Xatirladim ki ushaq 1 yash yarimliqdir. Hormetle Eldar.
Salam. 
Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını məhkəmə müəyyən edir (əgər saziş yoxdursa).  Ona görə də uşaq ya ana ilə, ya da ki ata ilə qala bilər (amma düzgün qeyd etmisiniz ki, çox vaxt uşaqlar analarla qalır). 
Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.  Yəni mübahisə yaransa yenə də məhkəmə qaydasında həll olunmalıdır.
Sualınıza görə təşəkkür edirik.
2010-09-01
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
269 - Xeyal (31-08-2010). Salam. Elektrik webekeden gelerek bize cerime yaziblar ki, qanunsuz elektrik ogramisiz ve hesaba 1000 manat cerime yaziblar ama ellerinde subutlari yoxdu ki nece elektrik ogramisiz. Onu nece kime wikayet ede bilerem ki borc silinsin?

Salam.

Əgər öz təqsirzliyinizə əminsinizsə səlahiyyətli orqanın qərarını məhkəmədə mübahisələndirə bilərsiniz. Xatırladaq ki, dövlət orqanın qərarından 1 ay müddətində şikayət edə bilərsiniz (Mülki Prosessual Məcəllənin 21-ci fəslinə uyğun olaraq). Əgər məhkəmədə dövlət orqanı sizin təqsirinizi sübut edə bilməsə borc silinməlidir. Çünki  İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən iİnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur.

Sualınıza görə təşəkkür edirik.

31-08-2010

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
268 - Xeyal (31-08-2010). Salam. men 5 ildir ev tikdirib qaliram hemin eve qeydiyyatimda var evin ev kitabida kend sovetinde var. Men evi nece ozellewdire bilerem?

Salam.

Bu cür suallar bir-neçə dəfə Məsləhətxanada cavablandırılmışdır (1, 5, 6 və 40 suallara nəzər yetirin). 

Bu qədər.

2010-09-01

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
267 - Şəlalə (31-08-2010). Salam. Sexsi mulkiyyet olaraq bir otaqli evim var. Amma anamin evinde qeydiyyatdayam ve orda qeydiyyatda qalmaq isteyirem. Sexsi mulkiyyetim olan eve qeydiyyata dusmem vacibdirmi? Sexsi mulkiyyetim olan evime qeydiyyata dusmeden elektrik, qaz, su ve diger kommunal masraflaeri odemek ucun bu orqanlara hansi senedi teqdim etmeliyem. Evvelceden tesekkur edirem.

Salam.

Xeyr vacib deyil. Qeydiyyatda olub-olmasanızda bu sizin mülkiyyətinizdir. Kommunal xərclərin ödənilməsi üçün sənədlər isə həmin daşınmaz əmlaka hüquqlarınızı təsdiq edən sənədlər (Çıxarış və s.) kifayət edər.

Sualınıza görə təşəkkür edirik.

31-08-2010

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
266 - Anar (31-08-2010). Salam. Bezi sheylerin huquqi senedleshmesini oyrenmek isterdim,Komek etseniz minnetdar olardim.Daha deqiq desek menim torpagim .Torpaq komitesinden senedi var,orada yaziliv mehz ev tikmek ucun.Men evi tikmezden evvel senedleshme ishlerini aparmaq isterdim. Lakin cetinlik cekirem. Bilmirem harda bashlayib harda qurtarim. Eger problem deyilse mene ardicilliqda komek edesiniz.Evvelceden cox sag olun,

Salam.

Oxşar suala Məsləhətxananın 40-cı sualında cavab verilmişdir. Xahiş edirik nəzərə alasınız.

Bu qədər.

2010-08-31

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
265 - Eldar (31-08-2010). Salam, Elin adeti ile qiz gelin kochende cehiz getirir, oghlan ise qizil hediyye edir. Sualim beledir, bes boshanma bash verende bu emlak (gelinin getirdiyi eshyalar ve oghlanin baghishladighi qizillar) nece bolunur. Evvelceden minnetdaram.

Salam.

Bu cür sual Məsləhətxananın 88-ci sualında ətraflı cavablandırmışdır.

Bu qədər.

2010-08-31

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
264 - Nizam (31-08-2010). Salam, size bir sualim var. Mumkunse cavablandirardiniz. Fiziki shexs xaricden mal getirib sata bilermi? Eger bilerse onda ondan gomrukde hansi senedler teleb oluna biler?

Salam.

Qanunvericiliyə uyğun olaraq əlbəttə ki, edə bilər (gömrük qanunvericiliyinə riayət etməklə).  Oxşar sualllar Məsləhətxananın 22 və 181-ci suallarında cavablandırmışdır.  Xahiş edirik nəzər yetirəsiniz. 

Sualınıza görə təşəkkür edirik.

2010-08-31

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
263 - Günay (31-08-2010) Salam! Men 2 ildir aile gurmusham, bir gizim var 1.4 aylig. Hal hazirda heyat yoldashim ile boshmag uzreyik.daha dogrusu yoldashim boshanmaga gerarlidir. Bilmek isteyirem ona ushagin dogum hagginda shehadetnamesi lazimdir? men ona hech bir sened vermek istemirem.

Salam.

Əgər həmin sənədi ərinizə təqdim etmək istəmirsinizsə lakın hansı bir səbəbdən bu sənəd ona lazımdır, onda sənədin surətini notariat qaydada təsdiq edib ona verə bilərsiniz. Notariat qaydada təsdiq edilmiş sənəd bütün orqanlrda keçərlidir.

Sualınıza görə təşəkkür edirik.

2010-08-31

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
262 - Nanə (31-08-2010). Salam. mənim qadın düşmənim var. Bu qadın öz qardaşı oğlunu mənim aılə üzvlərimin hamısınin ardınca salıb bizi bir- bir güdür..buna görə haqq da alır. Və bütün bacılarımın iş və evlərinin yerini öyrənir.sonra həm iş yeri həm də evin həyətlərində çox güclü qurd yağı ilə olunmuş cadu basdırır. bizə cadu ilə xəsarət yetirir. bu olub. 1992-ci ildən bizdən əl çəkmir. kimə müraciət edək. kömək edin. yoxsa hamımızı məhv edəcək.

Salam.

Nəzərə çətdırmaq istərdik ki, dövlət qurumları cədugarlarla mübarizə aparmır və qanunvericilik cədu ilə bağlı məsələləri tənzimləmir. 

Bu qədər.

2010-08-31

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
261 - Orxan (31-08-2010). Abseron Su ve diqer komunal tecizat teskilatlarina muraciyyet edende, borclarin olmasi ve en azi 10 il erzinde olduqunu iddia ederek, odenilmesini ve yaxud odenis ceklerini teleb edirler. Abseron Su 97-ci ilden bu ile kimi odenis ceklerini teleb edir ve yaxud 97 baslarayag belli olmayan borclari odemeyi teleb edir.Xahis edirem aydinniq getiresiz.Nece il komunnal odenis cekleri saxlanmalidir? Komunnal teskilatlari nece ilin borcunu teleb ede bilerler (iddi telebi nuddeti 10 ummumi idda telebi ve yaxud 3 il).

Salam.

Əgər sizi iddia müddəti maraqlandırırsa, onda Mülki Məcəllənin  373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir (adıçəkilən məsələyə daha uyğundur). Və bu məsələni məhkəmədə mübahisələndirə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-08-31

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
260 - Jafar (31-08-2010). Dasinmaz emlaka dair sual ve cavablari nezerden kecirdim (1,5,6,62,79....). Lakin mende yaranan suala degig cavab tapa bilmedim. Bele ki 79-cu suala cavabda Siz qeyri-yasais sahesinden yazmisiniz. Men yenitikilmis, coxmertebeli binada, MTK -den menzil almisam. Senedlerden ancag MTK ile muqavile (oda ki noratial qaydada tesdiqlenmeyib) ve menzilin deyerinin odenilmesi arayislari. Hemin menzili qeydiyyatdan kecirerek cixaris almaq isteyirem. Cixaris almaq ucun hansi hereketleri etmeliyem ve hansi senedleri toplamaliyam (MTK dan hansi senedler lazimdir)?

Salam.

Çoxmərtəbəli kooperativ binaların qeyri-yaşayış sahələrinin dövlət qeydiyyatına alınması üçün:

  • ərizə;
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • texniki pasportun surəti;
  • kooperativ ilə alıcı arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş müqavilə;
  • qeyri-yaşayış sahəsinin təsdiq edilmiş planı;
  • maliyyə arayışı;
  • qeyri-yaşayış sahəsinin verilməsi barədə Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin qərarı;
  • kooperativ üzvlərinin ümumi yığıncağının protokolunun surəti;
  • binanın mərtəbələr üzrə planının yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış eskiz layihəsinin surəti;
  • binanın istismara qəbul edilməsi barədə Dövlət qəbul aktının surəti;
  • dövlət rusumunun ödənilməsi barədə qəbzin surəti.

Diqqətli olduğunuz üçün və sualınıza görə təşəkkür edirik.

2010-08-31

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
259 - Orxan (31-08-2010). Men ve gizim iki otagli menzilde qeydiyyatdayig. Mulkiyyet huququ mene mexsusdur. Bu ilin evvelinde qizim aile qurub. Indi onun erini menzile qeydiyyata salmag isteyirem. Bununla elaqedar sualim yaranib: qeydiyyata saldigdan sonra, qelecekde problemler yaranarsa (bosanma) ve yaxud ozum istedikde, qizimin erini (kecmis erini) qeydiyyatdan cixara bilerem?

Salam.

Bununla bağlı problemlər hələ də mövcuddur. Amma əlbəttə ki, sizin hüququnuz var. Çünki siz mülkiyyətçisiniz və mülkiyyət toxunulmazdır və hətta bu məsələni tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı var. Həmin qərara əsasən əgər mülkiyyətçi şəxslə notariat qaydada təsdiqlənmiş müqavilə bağlamayıbsa (yəni kənar şəxsin yaşayış sahəsindən istifadə hüququ yaranmayıbsa) onda mülkiyyətçi həmin şəxsə kompensasiya ödəməli borclu deyil. Lakın mövcud olan məhkəmə praktikasına nəzər yetirsək görmək olar ki, məhkəmə qanunvericiliyin boşluqlarından istifadə edib bu normalara riayət etmir (məsələn, Ali Məhkəmənin 1992-ci il tarixli Qərarına əsasən passport-qeydiyyat qaydalarını əsas tutmaqla şəxsi mənzilə köçürdürlər). 

Hər bir halda ehtiyatlı olun əgər şəxsə etibarınız yoxdursa.

Sualınıza görə təşəkkür edirik.

2010-08-31

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
258 - Hikmet (31-08-2010). Salam. 12.08.2010-cu ilde verdiyim suala cavab verdiyiniz ucun teshekkur edirem. Amma bir sheye ydinliq getirmeyiniz rica edirem. Men ozel MTK ile bagli sual vermisem. Amma sizin cavabda muvafiq qanunvericiliye uygun "tam kommunal təminatlı mənzillər" ve "özəlləşdirilmiş mənzillər" baresinde melumat verilmishdir. Ozel MTK-larda da ozelleshdirilmish menzillerde tetbiq olunan tariflerdenmi istifade edilmelidir?

Salam.

Gördüyünüz kimi Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarında üç tip mənzil fondu göstərilib:

  • Tam kommunal təminatlı mənzillər;
  • Qismən kommunal təyinatlı, yarızirzəmi və kommunal tipli mənzillər;
  • Özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlər (binalar)

MTK - Mənzil Tikinti Kooperativ deməkdir və özəlləşdirmə məsələsinə aidiyyəti yoxdur (çünki hüquqi şəxslərin bir növüdür Mülki Məcəllənin 109-cü maddəsi). Əgər yaşayış sahəsi özəlləşdirməyibsə deməli tam kommunal təminatlı mənzillərə aiddir (və ya qismən, əgər yataqxanadırsa), əgər özəlləşdiribsə deməli sonuncu tipə aiddir.

Sualınıza görə təşəkkür edirik.

2010-08-31

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
257 - Gulya (30-08-2010) salam, eger kimse herbi quluqcunu doyurse ve ona xesaret yetirirse onda herbi qulluqcu sikayet etse onda bu meseleye hansi 1-ci instansiya mehkemesi baxir? herbi mehkeme yoxsa?

Salam.

Bəli bu işə müvafiq rayon (və bir neçə rayonu birləşdirən) hərbi məhkəməsi baxmalıdır (misal üçün Qazax Hərbi Məhkəməsi,  Füzuli-Qubadlı Hərbi Məhkəməsi, Bakı Hərbi Məhkəməsi).

Sualınıza görə təşəkkür edirik.

2010-08-31

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
256 - ADILE (30-08-2010). SALAM, MEN 1999-CU ILDE ATU-NIN PEDIATRIYA FAKULTESININ MEZUNU OLMUSHAM VE TIBBIN BASHGA SAHESINDE CALISHMAGA BASHLAMISHAM. HAL HAZIRDA HEKIM KIMI FEALIYYETE BASHLAMAQ VE IXTISIMI DEYISHIB DIGER IXTISAS ALMAQ UCUN HARA MURACIET ETMELIYEM? ONCEDEN TESHEKKURUMU BILDIRIREM.

Salam.

Düzdür bu sualı hüquq sahəsinə aid etmək olmaz. Amma məsləhət görərdik ki, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilmə İnstitutuna müraciət edəsiniz. Ola bilsin orada ixtisasdəyişmə kursları var.

Sualınıza görə təşəkkür edirik.

30-08-2010

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
255 - Rəşad (30-08-2010). Bizim ev girov qoyulub banka. basqa adamin kreditine gore. lakin forma 2 de 18 yasdan yuxari 3 neferin adi yoxdur. yalniz valideyinlerimin adi var. bizim raziliqmiz olmadan. bu halda girov satisa cixarila bilermi. evvelceden minetdarligimi bildirirem.

Salam.

Hər bir halda məhkəmədə bu məsələ mübasiləndirilə bilər. Çünki İpoteka haqqında Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər (İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar). Prosedur qaydalarına riayət etmədiyinə görə bank məsuliyyət daşımalıdır. Lakın bu hal borclu öz öhdəliyini yerinə yetirməkdən azad etmir.

Sualınıza görə təşəkkür edirik.

30-08-2010

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
254 - Anar (29-08-2010). Salam. Hüquqi yardıma ehtiyacım var.Xahiş eliyirem mene kömək edəsiniz. Atam QARABAQ uqrunda gedən döyüşlerin birində ŞƏHİD olmuşdur. Şəhid ailelerine kommersiya meqsedilə düşən torpaq sahesini nənəm bizdən qabaq almışdır.Anamla mən nənəmgildən ayrı yaşayırıq. Bize düşən imtiyazdan istifadə etmək ücün səlahiyətli orqanlara müraciət etdik.Bu məqsədlə,yəni kommersiya meqsedi ücün müraciet etdikde ise bizə bildirilir ki, bu məqsədlə torpaq sahesi 1(bir) dəfə ayrılılır ve bu imtiyazdan nənən sizdən əvvəl istifadə etmişdir.Biz isə nənəmgildən küsülüyük.Torpaq sahesinde əmim mağaza inşa etdirmişdir. İndi bilmek istərdim ki ŞƏHİDin həyat yoldaşı və övladı yaşadıqı halda anasının bu imtiyazdan təkbaşına istifadə etməsi nə qədər doqrudur? Biz mehkemeye müraciət etdiyimiz teqdirde hansı hüquqlarimızı tələb edə bilərik? Həmin torpaq sahesini tələb edə bilərikmi? Evvəlcədən dərin təşəkkürümü bildirərdim.

Salam.

Əlbəttə ki, məhkəməyə müraciət etmək hüququnuz var. Lakın mübahisəli məsələdir, ola bilsin ki, bu halda torpaq sizin aranızda bölünə də bilər. Hər bir halda bunları məhkəmə edə bilər. Qanunda göstərilib ki, "...ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə...həlak olanların ailəsinə... fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri bir dəfə pulsuz verilir." (Torpaq islahatı haqqında Qanunun 19-cu maddəsi). Ailə dedikdə həm siz, həm şəhid olanın valideynləri də başa düşülə bilər.

Sualınıza görə təşəkkür edirik.

2010-08-29

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
253 - Nahid (29-08-2010). Salam, Xarici pasport üçün çəkilən fotoda insanın görünməsinə dair standartlar AR hansı qanunu ilə nizamlanır? "Gündəlik həyat tərzində görüntündüyünüz" kimi ifadəsi hicablı geyim formasına şamil edilirmi? Əvvəlcədən təşəkkür edirəm...

Salam.

Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 6-cı bəndində göstərilib ki, vətəndaş ümumvətəndaş pasportu üçün bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş fotoşəkilləri ərizə və başqa sənədlərlə birlikdə yaşadığı yerin xüsusi daxili işlər orqanına təqdim etməlidir. Baxmayaraq ki, qanunvericilikdə hicab məsələsi dəqiq göstərilməyib baş örtüyü (papaq və s.) kimi qiymətləndirilə bilər. Lakın bu cür yanaşma ilə rastlaşsanız, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 9-cu maddəsinə (Fikir, vicdan və din azadlığı) istinad edib məhkəməyə müraciət edə bilərsiniz.
Sualınıza görə təşəkkür edirik.
2010-08-29

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
252 - Taleh (28-08-2010). Salam. Menim Atam rehmete gedib Anam ise sağdir. Men bilmek isteyirem ki anam baq evini menim raziliqim olmadan sata bilermi. onuda qeyd etmek isterdim ki, bizim hokumet evi ve baq evi varmizdir her ikiside atamin adinadir. men hokumet evinde yasayiram anam baq evinde. men evin tek ovladiyam aileliyem 2 usaqim var qizim 11 yas, oqlumun 6 yasi var. VE vvelceden oz tesekurumu bildirirem.

 

Salam.

Vərəsəlik hüququna əsasən (Mülki Məcəllənin 10-cu bölməsi) siz atanızın mülkiyyətinə iddia edə bilərsiniz və müvafiq pay ala bilərsiniz (ən azı məcburi pay). Lakın nəzərə almalısınız ki, Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ona görə də bütün qeyd edilən əmlakın an azı yarısı ananıza məxsusdur, ondan sonra hələ vərəsə kimi məcburi paya da hüququ var.

Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Cəmi iki vərəsə olduğu üçün və vəsiyyətnamə olmadığı üçün ananıza əmlakdan 75% sizə isə 25% düşə billər (qanun üzrə). Əlbəttə ki, mübahisə olduğu zaman məhkəmədə baxıla bilər.
Bir də ki, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Əgər sağ qalan valideyniz bu müddət ərzində əmlakı öz adına rəsmiləşdirsə sonradan bu əmlaka iddia edə bilməyəcəksiniz.
Sualınıza görə təşəkkür edirik.
2010-08-29

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
251 - Aynur (28-08-2010). Salam Aleykum. Hər vaxtınız xeyir! Sualım belədir: - Xarici ölkənin vətəndaşı (rezident) hansısa ictimai birlik və ya QHT-nin sədri (başçısı/direktoru) ola bilər mi və bunun üçün nə lazımdır? Vaxt ayırdığınız üçün təşəkkür edirəm.

 

Salam.

Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Qanunun 8.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının iştirakçıları ola bilər. Lakın təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdırlar (maddə 7.5).
bunun üçün siz Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə müraciət etməliziniz və aşağıdakı sənədləri təqdim etməlisiniz:
  • təsisçilərin tərcümei-halları;
  • ərizə (notarial qaydada təsdiq edilmiş);
  • Dövlət rüsumunun ödənilməsi barədə qəbz (11 manat Dövlət rüsumu haqqında Qanun maddə 20.3);
  • Hüquqi ünvana aid sənədlər;
  • Təsisçilərin şəxsiyyət vəsiqələrin surətləri;
  • İctimai Birliyinin Nizamnaməsi 2 nüsxədə;
  • Təsis yığıncağın protokolu
Amma onu da nəzərinizə çatdıraq ki, vergi orqanlarından fərqli olaraq Ədliyyə Nazirliyi çox vaxt qeydiyyat məsələlərini gecikdirir və çətinləşdirir.
Sualınıza görə təşəkkür edirik.
2010-08-28

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
250 - Nane (28-08-2010). Salam! mən qızıma ev bağışlamışam. sonra onu ərə vermişəm. kürəkənim evə iddia qaldıra bilərmi?

 

Salam.

Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Lakın həmin Məcəllənin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
Nikah pozuıduğu təqdirdə çox vaxt mübahisələr yaranır arvad (hərdən ər) yaşayış hüququn qorunması məqsədilə məhkəməyə müraciət edir (köçürülmə, yaşayış sahəsindən istifadə hüququ). Bu cür işlər üzrə məhkəmələrin qətnamələri çox vaxt bir-biri ilə ziddiyyət yaradırlar. Hər bir halda ehtiyatlı olun.
Sualınıza görə təşəkkür edirik.
2010-08-28

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
249 - Elnara (28-08-2010). Salam biz yoldasimnan bosanmag qerarina gelmisik men kime ve hara muraciyyet ede bilerem ve hansi senedler mene lazimdi hazirlamag

 

Salam.

Nikahın pozulması Ailə Məcəlləsinin 4-cü fəslinə və Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 5-ci paraqrafına uyğun olaraq həyata keçirilir:

 

5.1. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Bu halda nikahın pozulmasının dövlət qeydiyyatı aparılmır.

Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikah pozula bilər.

5.2. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikah onların razılığı əsasında Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən pozula bilər.

5.3. Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın pozulması aşağıdakı hallarda Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparılır:

5.3.1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;

5.3.2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

5.3.3. ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətində azadlıqdan məhrum olunduqda.

5.4. Bu Qaydanın 5.3-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur.

5.5. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri Qeydiyyat şöbəsi və konsulluq idarəsində nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.

5.6. Ərizə əsasında nikahın pozulmasını ər-arvadın və ya onlardan birinin yaşadığı və ya nikahın qeydiyyata alındığı yer üzrə, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasını isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi qeydə alır.

5.7. Ərizə əsasında nikahın pozulmasını ər-arvadın və ya onlardan birinin yaşadığı və ya nikahın qeydiyyata alındığı yer üzrə, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasını isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi nikahın pozulması haqqında aktların qeydiyyat kitabında nikahın pozulması barədə akt qeydlərini aparır.

5.8. Nikahın pozulmasının dövlət qeydiyyatı:

5.8.1. nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə;

5.8.2. yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında birgə verdikləri ərizəyə;

5.8.3. məhkəmə qaydasında itkin düşmüş hesab edilən, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunan şəxslə nikahın pozulması haqqında ər-arvaddan birinin ərizəsinə;

5.8.4. məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsinə əsasən həyata keçirilir.

5.9. Məhkəmənin qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınması aşağıdakı qaydada aparılır:

5.9.1. məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında nikahın pozulmasını həm ər ilə arvadın hər ikisinin, həm də onlardan birinin ərizəsi üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi qeydə alır.

ər-arvadın yalnız birinin ərizəsi əsasında nikahın pozulması qeydə alındıqda, nikah pozulmuş hesab edilir;

5.9.2. məhkəmənin qətnaməsinə əsasən ər (arvad) nikahın pozulmasının qeyd edilməsi haqqında ərizə verdikdə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi digər tərəfin ərizəsi üzrə həmin Qeydiyyat şöbəsi və konsulluq idarəsində əvvəllər nikahın pozulması barədə akt qeydinin olub-olmamasını yoxlayır. Əgər nikahın pozulmasının dövlət qeydiyyatı aparılıbsa, nikahın pozulması haqqında akt qeydinə çatışmayan məlumatlar əlavə edilir, nikahın pozulması haqqında akt qeydinin ikinci nüsxəsi saxlanılan Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə bu barədə bildirilir. Müraciət etmiş tərəfə nikahın pozulması haqqında şəhadətnamə verilir, orada nikahın pozulması haqqında birinci tərəfə verilmiş şəhadətnamədəki tarix göstərilir. Əgər nikahın pozulmasının dövlət qeydiyyatı aparılmayıbsa və ərizəçinin nikahı haqqında qeydlərdə nikahın pozulması barədə məlumat yoxdursa və ya nikah başqa Qeydiyyat şöbəsi, konsulluq idarəsi, yaxud icra hakimiyyətinin nümayəndəliyində qeyd edilibsə, onda müvafiq Qeydiyyat şöbəsi və konsulluq idarəsində artıq pozulmuş nikahın qeydiyyatı barədə qeydlər olub-olmaması haqqında sorğu edilir. Bu cür məlumatların olmadığı bildirildikdə nikahın pozulmasının qeydiyyatı ümumi qaydada həyata keçirilir;

5.9.3. nikah Qeydiyyat şöbəsi və konsulluq idarəsində pozulduqda, nikahın pozulmasının dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır;

5.9.4. məhkəmənin qətnaməsinə əsasən nikahın pozulmasının qeydiyyatı haqqında ərizəyə nikahın pozulmasının qeydiyyatı haqqında ərizəyə nikahın pozulması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarış və məhkəmənin qətnaməsində dövlət rüsumunu tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş ər (arvad) tərəfindən dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməlidir. Qeydiyyat üçün ikinci müraciət etmiş şəxsdən dövlət rüsumunun ödənilməsi barədə qəbz tələb olunmur;

5.9.5. məhkəmənin qətnaməsi əsasında nikahın pozulması bu barədə ərizə verilərkən qeydə alınır.

5.10. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı üzrə nikahın pozulmasının qeydə alınması aşağıdakı qaydada aparılır:

5.10.1. yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvad nikahın pozulması haqqında ərizədə özlərinin qarşılıqlı razılıqlarını və onların yetkinlik yaşına çatmayan uşaqlarının olmadığını qeyd etməyə borcludurlar;

nikahın pozulması haqqında ərizəyə nikah haqqında şəhadətnamə və qeydiyyat üçün dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməlidir. Şəhadətnamənin olmadığı hallarda nikahın pozulması haqqında ərizədə nikah şəhadətnamənin olması qeyd edilir;

5.10.2. ər-arvaddan birinin üzürlü səbəbə görə (ağır xəstəlik, uzun müddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək məqsədilə Qeydiyyat şöbəsi və konsulluq idarəsinə gəlmək imkanı olmadıqda, gəlmiş ikindi tərəf ər-arvadın birgə ərizəsini və ya ər-arvadın ayrı-ayrı ərizələrini təqdim edir;

gəlməmiş tərəfin ərizədəki imzasının həqiqiliyi onun yaşadığı yerin Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən və ya notariat qaydasında təsdiq edilməlidir;

ərizə verərkən nikahın pozulmasının qeydiyyat tarixi müəyyən edilir, gəlməmiş ərə (arvada) bu barədə məlumat verilir;

5.10.3. nikahın pozulması ərizə verildiyi gündən 1 ay keçdikdən sonra həyata keçirilir;

5.10.4. nikahın pozulmasının qeydiyyatı ər-arvadın iştirakı ilə həyata keçirilir;

ər-arvad üzürlü səbəbə görə onlar üçün müəyyən edilmiş gündə nikahın pozulmasını qeyd etdirmək üçün Qeydiyyat şöbəsi və konsulluq idarəsinə gələ bilmədikdə, qeyd müddəti onların xahişi ilə başqa vaxta keçirilir;

müəyyən edilmiş vaxtda gəlməməyin səbəbi üzürlü hesab edildikdə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi yeni vaxt müəyyən etmədən onların gəldiyi gün nikahın pozulmasını qeyd edə bilər. Ərizədə və ərizələrin uçot jurnalında bu barədə qeyd aparılır;

gəlməməyin səbəbi üzürsüz hesab edildikdə, lakin ər-arvadın nikahı pozmaq arzusu dəyişmədikdə, onlar nikahın pozulması haqqında Qeydiyyat şöbəsi və konsulluq idarəsinə yenidən ərizə verə bilərlər. Qeydiyyat şöbəsi və konsulluq idarəsi nikahın pozulmasını qeyd etmək üçün yenidən 1 ay müddət təyin edir;

gəlməməyin səbəbinin üzürlü hesab edilməsini Qeydiyyat şöbəsi və konsulluq idarəsinin vəzifəli şəxsi müəyyən edir;

5.10.5. ər-arvadın biri və ya hər ikisi üzürlü səbəbə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsinə gələ bilmədikdə və nikahın pozulması üçün onların (onun) razılığını təsdiq edən və özləri (özü) olmadan nikahın pozulmasının qeyd olunmasına xahiş edən ərizə təqdim edildikdə, nikahın pozulmasını qeyd etmək olar. Bu zaman gəlməmiş tərəfin (tərəflərin) imzasının həqiqiliyi yaşadığı yerin Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən və ya notariat qaydasında təsdiq edilməlidir.

5.11. Ər-arvaddan birinin ərizəsi üzrə nikahın pozulmasının qeydə alınması aşağıdakı qaydada aparılır:

5.11.1. yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın Qeydiyyat şöbəsi və konsulluq idarəsində pozulması hallarında nikahı pozmaq haqqında ərizə vermiş ər (arvad) həmin ərizəyə arvadın (ərin) xəbərsiz itkin düşmüş və ya ruhi xəstəlik, yaxud kəmağıllıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsini, yaxud da arvadın (ərin) azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunduğu barədə hökmdən çıxarışı, dövlət rüsumunun ödənilməsi barədə qəbzi əlavə etməli və azadlıqdan məhrumetmə növündə cəza çəkən ərin (arvadın) və ya fəaliyyət qabiliyyəti olmayan ərin (arvadın) qəyyumunun, yaxud xəbərsiz itkin düşmüş hesab edilən ərin (arvadın) əmlakı üzərində qəyyumluq edənin ünvanını bildirməlidir;

5.11.2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə nikahı pozmaq haqqında ərizə təqdim edildikdə, qeydiyyat şöbəsi və konsulluq idarəsi nikahın pozulmasını ərizə verilən gün ərizəçinin iştirakı ilə qeydə alır;

3 gün müddətində bu barədə azadlıqdan məhrumetmə növündə cəza çəkən ərə (arvada) və ya fəaliyyət qabiliyyəti olmayan ərin (arvadın) qəyyumuna, yaxud xəbərsiz itkin düşmüş hesab edilən ərin (arvadın) əmlakım idarə edənə məlumat göndərir. Müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsə qəyyum təyin edilməmişdirsə, məlumat fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsin yaşadığı yerin qəyyumluq və himayə orqanına göndərilir. Məlumatda uşaqlar haqqında, ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlakın bölgüsü haqqında və ya fəaliyyət qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ərə (arvada) aliment verilməsinə dair mübahisə olduğu halda, onun həlli üçün məhkəməyə müraciət etmək hüququ izah edilir;

nikahın pozulması haqqında qeyd aparıldıqda, nikahın pozulması haqqında şəhadətnamələr verilir. Nikahın pozulması haqqında şəhadətnamə təqdim olunmaq üçün şəxsin yaşadığı yerin Qeydiyyat şöbələri və konsulluq idarələrinə və ya cəzaçəkmə müəssisəsinin müdiriyyətinə göndərilir, bu barədə ərizəçiyə xəbər verilir.

5.12. Ər (arvad) ona nikahdan əvvəlki soyadının verilməsini arzu edirsə, nikahın pozulmasının qeydə alınması zamanı bunu Qeydiyyat şöbələri və konsulluq idarələrinə bildirməlidir. Ərə (arvada) nikahdan əvvəlki soyadının verilməsi barədə həmin orqan müvafiq qeyd aparır.

5.13. Xəbərsiz itkin düşmüş və ya ruhi xəstəlik, yaxud kəmağıllıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, yaxud cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunmuş şəxslə nikahı pozmaq haqqında ərin (arvadın) ərizəsinə əsasən nikahın pozulması qeyd edilərkən nikahın pozulması haqqında ərizə verən ər (arvad) nikahdan əvvəlki soyadını daşımaq arzusunda olduğunu ərizədə göstərir.

5.14. Əgər nikahın pozulmasının qeydiyyatı nikahın bağlandığı yerdə aparılarsa, Qeydiyyat şöbəsi və konsulluq idarəsi nikahın bağlanması haqqında akt qeydində nikahın pozulması barədə qeyd edir və nikahın pozulması haqqında qeydin icrası üçün nikahın bağlanması barədə akt qeydinin ikinci nüsxəsinin saxlandığı Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə nikahın pozulmasının qeydiyyatı haqqında bildiriş göndərir.

5.15. Əgər nikahın bağlanması başqa yerdə qeydə alınıbsa, nikahın pozulmasını qeyd etmiş Qeydiyyat şöbəsi və konsulluq idarəsi nikahın pozulması haqqında qeydin icrası üçün nikahın bağlanmasının qeyd edildiyi yerdəki Qeydiyyat şöbəsi və konsulluq idarəsinə nikahın pozulması haqqında bildiriş göndərir.

Nikahın bağlanmasının qeyd edildiyi yerdə Qeydiyyat şöbələri və konsulluq idarəsi bildiriş əsasında nikahın bağlanması barədə akt qeydində nikahın pozulması haqqında qeyd edir və nikahın pozulması barədə qeydlərin icrası üçün bildirişi Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə göndərir.

5.16. Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda, məhkəmənin müvafiq qətnaməsi ləğv olunmaqla nikah Qeydiyyat şöbəsi və konsulluq idarəsində onların birgə ərizəsinə əsasən bərpa oluna bilər.

Tərəflərdən biri yeni nikaha daxil olubsa, nikah bərpa oluna bilməz.

5.17. Qeydiyyat şöbəsi və konsulluq idarəsi ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ərin (arvadın) nikahının pozulmasını qeyd etdikdən sonra o, gəldikdə və onun ölmüş elan edilməsi və ya itkin düşmüş hesab edilməsi barədə məhkəmənin qətnaməsi ləğv olunduqda, Qeydiyyat şöbəsi və konsulluq idarəsi həmin ərin (arvadın) ərizəsinə əsasən ona nikahın pozulması haqqında şəhadətnamə verə bilər. Həmin şəhadətnamə nikahın pozulması haqqında digər tərəfə verilmiş şəhadətnamə göstərilən tarix göstərilir.

5.18. Nikahın etibarsız sayılması hallarında, məhkəmənin nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnaməsi əsasında vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydləri müəyyən olunmuş qaydada ləğv olunur, bu halda şəhadətnamə verilmir. Bu barədə Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə bildiriş göndərilir.

Sualınıza görə təşəkkür edirik.

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
247 - Elcin (27-08-2010). Salam. Men aptek acib dermanlarin satis ile mesgul olmaq isteyirem. Bunun ucun hansi senedelri hara teqdim etmeliyem. Tesekkurler.

Salam.

Oxşar sual Məsləhətxananın 174-cü sualında cavablandırılmışdır.

Sualınıza görə təşəkkür edirik.

2010-08-27

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
246 - Gulshen (26-08-2010). Salam, 1-ci instansiya mehkemesinin qerarindan apellyasiya mehkemelerine sikayet olunur bes ele hall ol bilerki 1-ci instansiya mehkemelerinin qerarindan birbasa ali mehkemeye muraciet edilsin, hansi hallarda?zehmet olmasa deyin.

 

Salam.

Əgər məhkəmə qətnaməsi qüvvəyə minməyibsə (1 ay müddətinə) onda işə apellyasiya instansiyası məhkəməsində baxılmalıdır (Mülki Prosessual Məcəlləsinin 41-ci fəsli). Əgər qüvvəyə minibsə onda məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıla bilər (MPM-nin 45-ci fəsli). Bu halda qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumu baxır.
Sualınıza görə təşəkkür edirik.
2010-08-27

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
244 - Nanə (26-08-2010). Vətəndaşın tələbi ilə hüquq məsləhətxanasından icra hakimiyyətinə göndəriləcək sorğunun qiyməti neçəyədir. Bir sözlə hüquq məsləhətxanasından verilən sorğuların qiyməti neçəyədir

Salam.

Kommersiya məqsədilə göstərilən hüquqi xidmətlər tələb və təklif əsasında formalaşır (yəni, bazar iqtisadiyyatına uyğun olaraq). Ona görə də qiymətlər fərqli ola bilər çünki dövlət tərəfindən bu qiymətlər tənzimlənmir. Və həmin xidmətlər qiymətləri fərqli ola bilər.

Bu qədər.

2010-08-27

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
243 - Mehri (26-08-2010). Hərbi Həkim ekspertizasının tərtib etdiyi akta görə əgər Bronxial astma allergik forma dioqnozu ilə xəstə olan oğlan əsgərliyə aparıla bilər?

 

Salam.

Bunları hərbi-həkim ekspertizası müəyyən edir. Əgər hesab edirsinizsə onların rəyi həqiqətə uyğun deyil Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin 1.9-cu bəndinə uyğun olaraq siz hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilərsiniz.

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
242 - Elçin (26-08-2010). Salam hörmətli vəkil, Bizim 8 sot həyətyanı torpaq sahəmiz ailəmizin istifadəsində 1900 ildən olsada, heç bir sənədi aşkar edə bilməmişik. Lakin bu torpaq sahəmizdə mövcud olan fərdi yaşayış evinə babamın, sonra atamın adına verilmiş ƏMDK-dan çıxarış var. Dövlət Torpaq Komitəsindən torpaq kadastr planı almaq üçün yuxarıda göstərilən çıxarış əsas ola bilərmi? Bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəməyə müraciət etmək lazımdırmı? Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Bu mübahisəli işdir və məhkəməyə müraciət etməyiniz məqsədəuyğundur. Hər bir halda torpağa aid sənədlər əsas kimi qəbul olunmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2010-08-27

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
241 - Arzu (26-08-2010). Salam. Xarici olke vetendashini ishe qebul ederken,shirket hansi senedleri miqrasiya idaresine gostermelidir ve shirket pensiya fonduna hemin vetendash uchun ne qeder rusum odemelidir? Teshekkur edirem evvelceden.
Salam.

Fərdi icazə almaq üçün işəgötürən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə aşağıdakı sənədləri təqdim etməlidir:
  • Ərizə (müvafiq formaya uyğun)
  • əcnəbi işçinin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
  • nəzərdə tutulan hər bir iş yeri üçün əcnəbi işçinin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış;
Azərbaycan Respublikası ərazisində başqa əsaslarla olan əcnəbinin Azərbaycan Respublikası ərazisində qalmasına hüquq verən müvafiq sənədin surəti.

İşəgötürən:
  • Hüquqi şəxs olduqda – hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətləri;
  • Fiziki şəxs olduqda – fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədinin və fiziki şəxsə verilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətləri;
  • əcnəbinin sağlamlığı, o cümlədən siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yoluxucu xəstəliklərin daşıyıcısı olmaması haqqında tibbi arayış;
  • əcnəbinin şəxsiyyətini təsdiq edən sənədin surəti.
Qeyd: Əcnəbi Azərbaycan Respublikası ərazisində olduğu təqdirdə işəgötürən qeyd edilən sənədlərlə birgə müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə əlaqədar tələb olunan sənədləri və məlumatları da təqdim etməlidir.
Dövlət rüsumu haqqında Qanunun 18.58-ci maddəsinə əsasən əcnəbilərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin alınmasına və onların müddətinin uzadılmasına görə:
  • ilkin icazəyə görə - 1000 manat;
  • icazənin müddətinin uzadılmasına görə - 1000 manat;
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
240 - Vefa (26-08-2010). Salam. Men bilmek isteyirem belediyyeden toppaq almaq ucun ne etmeliyem? Hansi senedleri teqdim etmeliyem ve erize nece yazilmalidir mene bir nusxesin gonderin zehmet olmasa. Bide ki bilmek isteyirem qarabaq eliline pulsuz belediyye torpaq verir biler? Ya o da herrac ve musabiq yolu ile olmalidir5.

 

Salam.

Torpaq islahatı haqqında Qanunun 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri bir dəfə pulsuz verilir. Bu cür ərizələr sərbəst formada tərtib oluna bilər.
Sənədlərin nümunələri burda aşağıdadır:

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
239 - Sual (26-08-2010) Salam. men Aghdam-dan mecburi kockunem, muveqqeti Bakida qeydiyyatdayam. xarici pasport almaq ucun hara muraciet etmeliyem. Aghdamdan alinmali senedleri indi Berdeden verirler, indi men ora getmeliyem? yoxsa Bakidan ala bilerem?

 

Salam.
İlk öncə xahiş edərdik ki, adınızı qeyd edəsiniz. Əgər sual verirsinizsə deməli cavab almaq istəyirsiniz. Cavabı vermək üçün isə müraciət etmə hansı bir şəxsə ünvanlanması daha düzgün olardı (sirli, sual və s. adlar deyil).
Ümumvətəndaş pasportunun alınması Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Qanuna uyğun olaraq həyata keçirir.

Ölkədən getmək, ölkəyə gəlmək və pasporlar haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin tələblərinə uyğun olaraq vətəndaş ümumvətəndaş pasportu verilməsi üçün xüsusi formalı ərizə-anketi , 2 ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkili, şəxsiyyət vəsiqəsinin surətini və dövlət rüsumununun ödənilməsi barədə qəbzi növbə qaydasında Pasport şöbəsinə təqdim etməlidir.
Dövlət rüsumu haqqında Qanunu ilə Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportunun verilməsinə və dəyişdirilməsinə görə-5 (beş) iş günü müddətində-120 manat, beş iş günündən sonrakı müddətdə verildikdə yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda 2(iki) gün müddətində verildikdə-40 manat müəyyən edilmişdir.
Göstərilən rüsum formalarının tətbiqi ilə cari ilin mart ayının 15-dən etibarən ümumvətəndaş pasportunun 10 (on) illik müddətə verilməsi nəzərdə tutulmuşdur.

Ümumvətəndaş pasportunun verilməsi hazırda respublika üzrə fəaliyyət göstərən 6 (altı) regional mərkəz (hər biri 10-15 şəhər-rayonu əhatə etməklə) vasitəsilə həyata keçirilir. Bu regional mərkəzlər vətəndaşların rahatlığı üçün yaradılıb, haansı sizə daha rahatdır ora da müraciət edə bilərsiniz.
Sualınıza görə təşəkkür edirik.
2010-08-27

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
238 - Aynur (26-08-2010). Salam. Mümkünsə əməyin mühafizəsi üzrə təlimatlarin ümumi formasini dərc edərdiniz.Təşəkkür edirəm.

Salam.

Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisinin Vəzifə Təlimatı burda.

Bu qədər.

2010-08-27

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
237 - Lale (26-08-2010). Salam. cavablarınıza görə təşəkkür edirəm. fəaliyyətiniz təqdirəlayiqdir. bilmək istəyərdim sizə gün arzində neçə sual vermək olar. qaydalarınız necədir.

Salam.

Öz növbəmizdə suallarınıza görə təşəkkür edirik. Hələ ki, sualların sayına məhdudiyyət yoxdur. Amma hər bir halda ağlabatan miqdarda olmalıdır (gün ərzində bir şəxs tərəfindən).

Bu qədər.

2010-08-26

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
236 - Namiq (25-08-2010). Salam. Mən bilmək istərdim yaşayış sahəsi dedikdə hansı normalar nəzərdə tutulur. Köhnə çıxarışda(fərdi yaşayış evi)yaşayış otaqlarının sayı 3 idi. İndi təzə çıxarışda yaşayış otaqlarının sayını 2 yazıblar və deyirlər ki otağın biri yaşayış sahəsinin normalarına uyğun deyil.

Salam.

Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür (Mənzil Məcəlləsi maddə 12.2). Həmin sanitariya və texniki norma və qaydalar bir çox normativ aktları əhatə edir (texniki təhlükəsizlik, Sanitariya-epidemioloji haqqında qanunvericilik). Lakın siz məhkəməyə müraciət edərkən qeyd edilən sənəddə müvafiq dəyişikliklərin edilməsini və ekspertizanın təyin edilməsini tələb edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-08-25

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
235 - Elvin (25-08-2010). Salam. Internetde bir az arashdirma apardim, amma sualima tam cavab tapa bilmedim, odur ki yeniden sizi narahat edirem. Bizim qanunvericilik aile uzvleri dedikde,kimleri nezerde tutur? Daha deqiqi Vergi Mecellemiz. Onceden teshekkurler!

Salam.

Vergi Məcəlləsinin 13.2.7-ci maddəsində sizin sualınıza ətraflı məlumat verilib:
Belə ki, vergi ödəyicisinin ailə üzvləri:
  • ər-arvadlar;
  • valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər;
  • vərəsələr;
  • doğma (ögey) bacılar (qardaşlar);
  • bacı və qardaş övladları;
  • ər-arvadların bacıları, qardaşları və valideynləri;
  • bacıların ərləri və qardaşların arvadları;
  • valideynlərin bacıları (qardaşları);
  • qəyyumlar və qəyyumluğa götürülənlər, onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda.
Sualınıza görə təşəkkür edirik.
2010-08-25

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
234 - Lale (25-08-2010). İkimərtəbəli evlər nə vaxt plana düşəcək və ödənilmə necə olacaq?

Salam.

Təəssüflər olsun ki, proqnozlaşdırmalar ilə də məşğul olmuruq. Bildiyimiz qədər hökümətin bununla bağlı hələ planları yoxdur.

Bu qədər.

2010-08-25

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
233 - Lale (25-08-2010). Məktəb müəllimi evənə məktəb şagirdlərini cəlb edib evdə pulla hazırlaşdırır. bu qanunidirmi?

Salam.

Əgər müvafiq qaydada vergi orqanlarında qeydiyyatdan keçsəniz (VÖEN alsanız) və dövlətə müvafiq qaydada gəlirinizdən vergi ödəsəniz qanunla heç bir problem olmaz.

Sualınıza görə təşəkkür edirik.

2010-08-25

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
231 - Lale (25-08-2010). Mən işləmirəm xəstə anama baxıram hökumət mənə yardım edə bilərmi?

Salam.

Görünür ki, çox fəal vətəndaşsınız. Təqdirə layıqdir. Amma bir gündə bu qədər sualların verilməsi məqsədəuyğun deyil. Əks təqdirdə gələcəkdə məhdudiyyətlərin qoyulmasına səbəb ola bilər. İşsiz vətəndaşlar məşğulluq orqanlarına müraciət edib işsizlik müvinəti ala bilər (hal-hazırda işsizlik müavinəti 55 manatdır).

Bu qədər.

2010-08-25

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
230 - Lale (25-08-2010). 1995-ci ildə rayon məhkəməsinin qərarından indiyədək yuxarı distansiyalara şikayət verilməyibsə indi bunu gəzləmək olarmı? yəni indi onların şikayət vermək hüququ varmı?

Salam.

İlk öncə distansiya yox instansiya yazmaq düzgündür. Fərqli sözlərdir və fərqli mənaları var. Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qəbul edildiyi gündən 1 ay keçdikdən sonra məhkəmə qətnaməsi qanuni qüvvəyə minir və qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər (MPM-nin 233-cü maddəsi).

Sualınıza görə təşəkkür edirik.

2010-08-25

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
229 - Lale (25-08-2010). Moskva şəhərinin rayon məhkəməcinə mülki işlərlə alaqədar sorğu göndərmək istəyirəm. Bu hansı yollarla mümükündür?

Salam.

Bu sual Rusiya Federasiyasının qanunvericiliyinə aiddir, biz isə yalnız Azərbaycan qanunvericiliyinə aid sualları cavablandırırıq.

Bu qədər.

2010-08-25

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
228 - Lale (25-08-2010). Əgər qaçqın həm Bakıda qeydiyyatdadırsa həm də qaçqınkomdan yardım alırsa-bu qanunidirmi?

Salam.

Qeyd etdiyiniz halların birinə bağlılıq nədən ibarətdir?

Qaçqın yalnız aşağıdakı hallarda qaçqın statusunu itirə bilər (Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Qanunun 14-cü maddəsi):

 

  • vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin himayəsindən könüllü surətdə yenidən istifadə etdikdə;
  • öz vətəndaşlığından məhrum olub onu könüllü surətdə yenidən əldə etdikdə;
  • Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və yeni vətəndaşı olduğu dövlətin himayəsindən istifadə etdikdə;
  • təqiblərdən ehtiyat etdiyinə görə tərk etdiyi və ya hüdudlarından kənarda qaldığı dövlətdə könüllü surətdə yenidən məskunlaşdıqda;
  • qaçqın kimi tanınmasına əsas vermiş hallar aradan qalxdığına görə vətəndaşı olduğu dövlətin himayəsindən daha imtina edə bilmədikdə (vətəndaşı olduqları dövlətin himayəsindən imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət qədər əsaslar gətirə bilən qaçqınlar istisna olmaqla);
  • müəyyən vətəndaşlığı olmayan şəxs onun qaçqın kimi tanınmasına əsas vermiş hallar aradan qalxdığına görə əvvəl adətən yaşadığı ölkəyə qayıda bildikdə (əvvəl adətən yaşadıqları ölkəyə qayıtmaqdan imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət qədər əsaslar gətirə bilən qaçqınlar istisna olmaqla).
  • Qaçqın daimi yaşayış üçün Azərbaycan Respublikasının hüdudlarından kənara getdikdə Azərbaycan Respublikasının həmin qaçqın barəsində öhdəlikləri onun Azərbaycan Respublikasının dövlət sərhədini keçdiyi andan itirilir.

 

Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir:
əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə;
bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.

Bu qədər.

2010-08-25

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
227 - Lale (25-08-2010). Məhkəmə ışı üçün notariusun verdiyi etibarnamənin müddəti nə qədərdir?

Salam.

Həmin müddət etibarnamənin özündə göstərilir. Əgər etibarnamədə müddət göstərilməyibsə, o, verildiyi gündən bir il ərzində qüvvəsini saxlayır (Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatının 75-ci bəndi). Xatırladaq ki, verildiyi tarix göstərilməyən etibarnamə etibarsızdır.
Sualınıza görə təşəkkür edirik.
2010-08-25

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
226 - Lutfi (24-08-2010). SALAM. Mən Şəki şəhərində yaşayıram. Xarici pasport almaq ucun hansi senedlər lazımdır və verilmə müddətinə görə (30 gün, 15 gün, 5 gün) dövlət rüsumlarını zəhmət olmasa deyərdiniz. Birdə Bakıdan kənardakı rayon və şəhərlərdə pasport almaq qaydaları (rüsumlar) ilə digər rayonlarda (məsələn Şəkidə) pasport almaq qaydaları (rüsumları) arasında fərq varmı? Çox sag olun.Təşəkkürlər.

Salam.

Ölkədən getmək, ölkəyə gəlmək  və pasporlar haqqında Qanununun tətbiqi haqqında Əsasnamənin tələblərinə uyğun olaraq vətəndaş ümumvətəndaş pasportu verilməsi üçün xüsusi formalı ərizə-anketi , 2 ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkili, şəxsiyyət vəsiqəsinin surətini və dövlət rüsumununun ödənilməsi barədə qəbzi növbə qaydasında Pasport şöbəsinə təqdim etməlidir.

“Dövlət rüsumu haqqında” Azərbaydan Respublikasının 28 noyabr 2006-cı il tarixli Qanunu ilə Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportunun verilməsinə və dəyişdirilməsinə görə-5 (beş) iş günü müddətində-120 manat, beş iş günündən sonrakı müddətdə verildikdə yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda 2 (iki) gün müddətində verildikdə - 40 manat müəyyən edilmişdir.

Göstərilən rüsum formalarının tətbiqi ilə cari ilin mart ayının 15-dən etibarən ümumvətəndaş pasportunun 10 (on) illik müddətə verilməsi nəzərdə tutulmuşdur.Ümumvətəndaş pasportunun verilməsi hazırda respublika üzrə fəaliyyət göstərən 6 (altı) regional mərkəz (hər biri 10-15 şəhər-rayonu əhatə etməklə) vasitəsilə həyata keçirilir. Ümumvətəndaş pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi beş mislinədək cərimə nəzərdə tutulur. 

Və bu məsələ ilə əlaqədar ödənilən dövlət rüsumu Azərbaycan bütün ərazisində eynidir və rayonların yerləşməsindən asılı deyil.

Sualınıza görə təşəkkür edirik.

2010-08-25

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
224 - Lale (24-08-2010). Hər hansı bir vıtəndaşın qeydiyyatının hansı ünvanda olmasını necə bilmək olar?

Salam.

Azərbaycan Respublikası DİN-in PQİ-nin Milli Avtomatlaşdırılmış Pasport Sisteminə (MAPS) yazılı müraciət etməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-08-25

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
223 - Elcin (24-08-2010). Salam. Men sirketimiz adindan mehkemmeye iddiaci kimi muraciət etmişəm. Məhkəmə cavabdehin ünvanını tediq edən sənədin olmadığına görə işi geri qaytarıb. Bu nə dərəcədə dogrudur. Mən cavabdehin unvanı təsdiq edən sənədi hardan ola bilərəm. Minnətdaram.

Salam.

Oxşar suala Məsləhətxananın 214-cü sualında cavab verilmişdir.

Sualınıza görə təşəkkür edirik.

2010-08-25

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
222 - Tağı (24-08-2010). Torpaq almaq üçün dövlət rüsumu nə qədər ödəmək lazımdır?

 

Salam.

Baxmayaraq ki, sualınız qısadır lakın bir çox normativ aktları əhatə edir. Çünki torpağın qiyməti bir çox amillərdən asılıdır (torpağın keyfiyyətindən, təyinatından, coğrafi yerləşməsindən və s.). Buna görə də aşağıdakı normativ aktlarına nəzər yetirməyiniz məqsədəuyğun olardı.

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
221 - Ilgar (24-08-2010). Hormetli Vakil! Bu yaxinlarda kicik mubaisem oldu bir vatandashla. Mubaise zamani men yungul iteledim bu insani ve o meni yungul vurdu. Uzun muddet xaricde yashadigima gore buranin gaydalarini unutmushdum. Polise zenk vurdum ve shikayyet yazdim uch hefte bundan evvel. Sonra biz o insanla gorushduk ve menden uz isteyenden sonra onu bagishladim. Polis bolmesinin istitagchisi arashdirma apardi ve sonra bu ishi rayon polis idaresine gonderdi. Men isteyirem ki, erize yazim barishmag uchun. Polis meni xuliganligda itiham edir bu negederde duzgundur?.

 

Salam.

Bəli Azərbaycanda bu məsələlər çətinliklə həll olunur. Şikayət verməmişdən qabaq bunu nəzərə almaq lazım idi. İş ondadır ki, Cinayət-Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında (zərər çəkmiş şəxs şikayət verdikdə) cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 (Böhtan), 148 (Təhqir), 165.1 (Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci ( İxtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir.
Lakın bunlara baxmayaraq, siz Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinə istinad edərək prokurorluğa və məhkəməyə müraciət edə bilərsiniz. Belə ki, aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir):
  • cinayət hadisəsi olmadıqda;
  • əməldə cinayət tərkibi olmadıqda;
  • cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə);
  • cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu törətmiş şəxs cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqda (həmin şəxsə qarşı tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi zəruri olan hallar istisna edilməklə);
  • şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə);
  • şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda;
  • şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda;
  • zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə);
  • zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə);
  • şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdikdə (bu şəxslərə qarşı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi halları istisna olunmaqla);
  • cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda;
  • amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda.
Hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir.
Sualınıza görə təşəkkür edirik.
2010-08-25

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
220 - Emil (24-08-2010). Evvelceden tesekkur edirem.Menim yoldasim rayon, men ise seher qeydiyyatindayam.Hal hazirda yoldasimin rayon qeydiyatinda oldugu ev satilib. Bizim ikimizinde sexsiyyet vesiqesinde subay yazilib{vaxti qutarmayib}. Men isteyirem ki sexsiyyet vesiqelerini deyisdirib evli yazilsin ve yoldasimi seherde ozum qeydiyyatda oldugum unvana qeydiyyata salinsin. Bunun ucun hansi senedler ve dovlet rusumu teleb olunur?

 

Salam.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;
2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun 4-cü maddəsinə uyğun olaraq ailə vəziyyəti dəyişildikdə şəxsiyyət vəsiqəsini (bir ay ərzində) dəyişdirməlidir. Bunun üçün nikah bağlanması haqqında şəhadətnaməni də təqdim etmək lazımdır.

Dövlət rüsumu haqqında Qanunun 14.5-ci maddəsinə əsasən rüsum 2 manat təşkil edir.
Sualınıza görə təşəkkür edirik.
2010-08-24

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
219 - Məlahət (24-08-2010). Salam. Sualım şəxsi, yəni özəlləşdirilmiş evimin altındakı zirzəminin özəlləşdirilməsinə aiddir. Evimin altında yeraltı sularln mövcud alması səbəbindən 1998-ci ildə öz hesabıma zirzəmi yaratmışdım. Bunun üçün Bakı şəhər İcra Hakimiyyətinin əsaslı təmir aparmaq üçün bütün lazımı məktublar mövcuddur. Əsaslı təmir nəticəsində zirzəmi yaranmışdır, bu günə qədər oradan müntəzəm olaraq yeraltı sular mənim hesabıma çıxarılır, du da qonşu evlərə də xeyir verir. Bakı şəhər İcra Hakimiyyətinin 1997-ci ildə çıxmış Qanuna əsasən Bakı şəhər İH mənə "Sərəncam" verməli idi ki, mən bu zirzəmini sənədləşdirə bilim. Amma indiyədək buna nail ola bilmirəm Bakə İH bu məsuliyyəti Nəsimi r-nu İH-nin üstünə atır. Nasimi İH isə Bakı İH-nin üstünə atır. Xahiş edirəm, mənə bu məsələdə, yəni evimin altında öz hesabıma yaratmış zirzəmini sənədləşdirmək və sonra onu özəlləşdirmək üçün qanuni qaydanı açıqlayasınız. Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Oxşar məsələ Məsləhətxananın 153-cü sualında qaldırılmışdır. Əgər müvafiq sənədləriniz varsa məhkəməyə müraciət etməyiniz məqsədəuyğundur (Bakı İH, Nəsimi rayon İH nümayəndələrinin işə cəlb etməklə).

Sualınıza görə təşəkkür edirik.

2010-08-24

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
218 - Aynur (23-08-2010). Salam. Xarici ölkə vətəndaşı ilə nikaha daxil olan və boşananadək xarici ölkədə yaşayan Azərbaycan Respublikası vətəndaşının boşanması və eyni zamanda uşaqla bağlı mübahisəyə baxılması qaydası qanunda necə müəyyən olunur. Bu məsələyə baxılması hansı orqanların səlahiyyətindədir. Əvvəlcədən təşəkkürlər.

 

Salam.

Ailə Məcəlləsinin 148.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah (nikahın bağlanmasına mane olan hallar olmadıqda), Azərbaycan Respublikasında etibarlı hesab edilir.

Həmin Məcəllənin 150-ci maddəsinə əsasən Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikası vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında, eləcə də Azərbaycan Respublikasının vətəndaşları arasında bağlanan nikahın Azərbaycan Respublikasında pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasından kənarda yaşayan əri (arvadı) ilə bağladığı nikahı onun vətəndaşlığından asılı olmayaraq Azərbaycan Respublikasının məhkəmələrində poza bilər. Nikahın müvafiq icra hakimiyyəti orqanında pozulmasına Azərbaycan Respublikasının qanunvericiliyi ilə yol verilirsə, həmin nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində pozula bilər.
Məsələ ilə bağlı bütün mübahisələr məhkəmə tərəfindən həll olunur (o cümlədən, uşaqlarla bağlı).
Sualınıza görə təşəkkür edirik.
2010-08-24

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
217 - Lale (23-08-2010). Məhkəmə üçün notariusda veriləcək etibarnamənin qiyməti neçəyədir?

Salam.

Dövlət rüsumu haqqında Qanunun 10.11.2-ci maddəsinə əsasən dövlət rüsumu 5 manat təşkil edir.

Sualınıza görə təşəkkür edirik.

2010-08-24

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
216 - Lale (23-08-2010). Övladdan anaya aliment üçün ərizə formasında əsas nələr göstərilməlidir ?

Salam.

İddia ərizəsinin forması burda.

Ailə Məcəlləsinin 82-ci maddəsinə əsaslanaraq, iddia ərizəsi Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə uyğun olaraq tərtib edilməlidir.

Sualınıza görə təşəkkür edirik.

2010-08-24

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
215 - Elvin (23-08-2010). Salam. Eger nene chixarishla oz adina olan torpaq sahesini nevesine bagishlamaq isteyirse,bunun uchun hansi prosedurlardan kechilmelidir,hansi senedler teleb olunur ve burda hansi dovlet rusumlari (ve ne qeder)odenilmelidir? Onu da deyim ki,nenenin heyat yoldashi artiq rehmete gedib. Onceden teshekkur edirem!

Salam.

Oxşar suala Məsləhətxananın 117-ci suala cavab verilmişdir.

Sualınıza görə təşəkkür edirik.

2010-08-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
214 - Anar (23-08-2010). Salam De Jure emekdaslari. Suallarimi bele tez cavablandirdiginiz ucun Size minetdaram. Bele bir sualim var: Mehkemeye iddia erizesi ile muraciet edirem (is ile elaqeder) cavabdehin deqiq unvanini gosterirem amma mehkeme qaytarir ki unvani tesdiqedici senet teqdim et. Men cavabdehin unvani haqqinda senedihardan alim. umiyyetle mehkemenin bunu etmeye huququ varmi?

Salam.

 

Biz də Sizə fəal, vətəndaş olduğunuz üçün, təşəkkürümüzü bildiririk. İlk növbədə əgər hakim ərizəni qaytarırsa bununla bağlı qərardad qəbul etməlidir. Hakim yalnız Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsinə əsasən iddia ərizəsini qaytara billər. Siz qeyd etdiyiniz əsas bu maddədə göstəriliməyib. Buna görə də müvafiq qaydada şikayət edə bilərsiniz (əgər qərardad varsa MPM-nin 267-269 maddələrinə əsasən, həmçinin Məhkəmə-Hüquq Şurasına şikayət edə bilərsiniz).

Maddə 152. İddia ərizəsinin qaytarılması
152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır:
152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə;
152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda;
152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə;
152.1.4. iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə;
152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə;
152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə;
152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə;
152.1.8. cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ-hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə;
152.1.9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda.
152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır.
152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir.
152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Maddə 149. İddia ərizəsinin forması və məzmunu
149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.
149.2. Ərizədə aşağıdakılar göstərilməlidir:
149.2.1. ərizənin verildiyi məhkəmənin adı;
149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları;
149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb;
149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat;
149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı.
149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır.
149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin, iddiaçının vəsatətləri də göstərilir.
Sualınıza görə təşəkkür edirik.
2010-08-23

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
213 - Tamilla (23-08-2010). Salam, Ramazan ayınız mubarək. Sualım belədir: özəlləşdirilmiş mənzillər MİS-nə mənzil haqqı ödəməlidirlər? Əgər ödəməlidirlərsə, zəhmət olmasa bu barədə tarifləri və Nazirlər Kabinetinin qərarının N-sini və tarixini göstərəsiniz. Nəzərinizə çatdirim ki, yaşadığımız bina neft şirkətinin binasıdır.

Salam.

Sizinlə bahəm. Oxşar sual Məsləhətxananın 171-ci sualında cablandırılmışdır.

Sualınıza görə təşəkkür edirik.

2010-08-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
212 - Kamala (23-08-2010). Salam. Men 7-8 ildir ki aileliyem. Bu yaxinlarda bilmişem, ki heyat yoldaşimin kabinli arvadi var. Bilmek isteyiremki o bizden ne teleb eda biler ve o hansi huquqlara malikdir. Cox saq olun.

Salam.

Əgər onların münasibətləri nəticəsində uşaq(lar) doğulubsa, onda Ailə Məcəlləsinin 13-cü fəslinə əsasən həmin qadın uşaqlar üçün aliment tuta bilər (məhkəmə qaydasında). Bundan başqa Mülki Məcəllənin 1136-cı maddəsinə əsasən nikahdankənar uşaqlar atanın vərəsələridir. Yəni ölümdən sonra mülkiyyət onların da arasında bölünəcək. Əlbəttə ki, əgər atalıq müəyyən edilsə.

Sualınıza görə təşəkkür edirik.

2010-08-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
211 - Faiq (23-08-2010). Salam Ata oz adina olan evi satmaq isteyir. Ancaq evde yoldasi, iki oqlu ve 1 gelin qeydiyyatdadir. Ata evi onlarin raziliqi olmadan sata biler?

 

Salam.

Müşgül məsələdir, və satılması demək olar ki, mümkünsüzdür. Çünki alqı-satqı müqaviləsi bağlanarkən notariat qaydada təqdiq olmalıdır. Notariuslar isə ərizələrdə razılıq verən şəxsin əmlakın konkret kimə (şəxsin soyadı, adı, atasının adı, təşkilatın adı) satılmasına, bağışlanmasına, dəyişdirilməsinə və ya girov qoyulmasına razı olduğu göstərilmişsə, yaxud qiymət və digər şərtlər göstərilmişsə, notarius özgəninkiləşdirmə və ya girov müqaviləsini təsdiq edərkən ərizələrdə göstərilmiş şərtlərə riayət olunub-olunmadığını yoxlamalıdır (Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatının 49-cu bəndinə əsasən). Bundan başqa əgər daşınmaz əmlak nigah dövründə edilibsə atanızın həyat yoldaşının həmin daşınmaz əmlakında payı var (yarsı).
Sualınıza görə təşəkkür edirik.
2010-08-23

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
210 - Shain (23-08-2010). Bir sualim da var: Reklam haqqinda qanunvericilikda reklam uchun zonalar ve tarifler mueyyen olunub, hemcinin dovlat rusunu haqqinda qanunda da reklam ucun birdefelik rusum nezerde tutulub. bunlari qoyduq kenara. bes hamin rusumu odamadan ve muvafiq icra hakimiyyeti orqanlari ila razilasdirilmadan reklam yerlasdirilarsa hamin fiziki ve ya huquqi shexsin mesulliyeti ne olacag, yeni hansi mecelle ve ya qanunla mesuliyyet dashiyir? Inibati Xetalar Mecellesinda bununla bagli norma (IXM 221-ci madde) olsa da, maddenin dispozisiyasinda dediyim mesele ile bagli hec bir mesuliyyet nezerde tutulmayib. bu barede ne deya bilarsiniz? onceden tesekkur edirem.

 

Salam.

Çox maraqlı məsələyə toxundunuz. Qeyd edilən əməllərə görə birbaşa məsuliyyət nəzərdə tutulmayıb. Lakın bilidiyiniz kimi “reklam” — fiziki və hüquqi şəxslər, əmtəə, ideya və yeniliklər (reklam informasiyası) haqqında maraq formalaşdırmaq və ya bu marağı saxlamaq, əmtəənin satılmasına, ideya və yeniliklərin həyata keçirilməsinə kömək göstərmək məqsədi ilə yayılan informasiyadır. Yəni reklamın yerləşdirilməsi və yayılması sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və gəlir əldə etmək məqsədini güdür. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş sanksiyalar tətbiq oluna bilər:
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) tələb olunduğu hallarda belə razılıq olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə
- fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz iyirmi manatdan yüz altmış manatadək miqdarda cərimə edilir.
Qeyd: Bu Məcəllənin 199-cu, 200-204, 204-2-cü, 205-ci və 221.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli miqdarda (min manatdan artıq) ziyan vurduqda və ya həmin miqdarda gəlir əldə etməklə törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
Lakın öz tərəfimizdən fikirləşirik ki, bu mübahisəli məsələdir və ola bilsin ki, bununla bağlı qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsinin ehtiyacı var.
Sualınıza görə təşəkkür edirik.
2010-08-23

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
209 - Shain (23-08-2010). Salam. Size bela bir sualim var: cinayet-prosessual qanunvericiliyine esasen cinayet prosesinin prinsiplarindan biri chekisme prinsipidir. chekishme prinsipine esasen cinayet prosesinda 3 taraf iwtirak edir: 1. ittiham terefi 2: mudafie terefi 3: mehkeme.. Lakin Inzibati Xetalar qanunvericiliyinde chekishme prinsipi barede hech bir muddea yoxdur.. yeni bu gun ki, gunadak inzibati xetalar haqqinda islere baxilan zaman ishde ittiham terefi ishtirak etmir.. bununla bagli fikrinizi bilmek isterdim.. evvelceden tesekkur ediram
Salam.

İlk olaraq qeyd etmək istəyərdik ki, Cinayət-Prosessual Məcəlləsinin 32-ci maddəsinə əsasən çəkişmə ittiham və müdafiə tərəfinin arasında olur (yəni iki tərəf arasında) və məhkəmə bu çəkişmənin iştirakçısı deyil, o işə qərəzsiz yanaşmalıdır.
İnzibati xətalar haqqında işlər üzrə icraat cinayət prosesindən fərqlidir və ümumiyyətlə inzibati xətalar qanunvericiliyinin prinsiplərinə başqa bucaqdan nəzər yetirmək lazımdır.
Belə ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir.
Amma, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Yəni daha çox dövlət və cəmiyyət maraqlarını üstün tutur.
Çəkişmə prinsipi özü-özlüyündə bərabərlik prinsipinə əsaslanır və qanun qarşısında həm hansı bir dövlət qurumu, həm vətəndaş bərabərdilər, və müstəqil olaraq öz fikirlərini bildirirlər, öz hüquqlarını müdafiə edirlər (bərabərlik prinsipi İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsində əks olunub).
Bundan başqa İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçıları da fərqlidir. Burda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərər çəkmiş şəxs kimi iştirakçılar mövcuddur. Həmçinin inzibati xəta üzrə işlər mülki qaydada da baxıla bilər. Onda artıq vətəndaş iddiaçı, dövlət qurumu cavabdeh kimi işdə iştirak edə bilər (Mülki Məcəllənin 24-cü fəsli).
Sualınıza görə təşəkkür edirik.
2010-08-23
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
208 - Nazilə (23-08-2010). Salam. Men Azərbaycan vətəndaşıyam,amma hal hazirda Qazaxstan Respubliksında yaşayıram və burada Qazaxstan vətəndaşı ilə ailə qurmuşam, həyat yoldaşımın soyadını götürmüşəm bir övladım var. Mənim 2010 ilin sentyabr ayında ümumvətəndaş pasportumun müddəti bitir və eyni zamanda mənim şəxsiyyət vəsiqəmdə, pasportda soyadimi və ailə vəziyyətim haqqında məlumatı dəyişmək lazımdır.Xaiş edirəm məni məlumatlandırasıniz Qazaxstandaki Azərbaycan Resublikasını səfirliyi şəxsiyyət vəsiqəsimi, ümumvətəndaş pasportunu dəyişmək səlahiyəti çatır və manim pasportumda övladımın foto şəkili yapışdırılmalıdır,əgər yapışdırmalıdırsa bütün bu prosedurlari səfirlik edə bilər? Öncədən təşşəkürümü bildirirəm

Salam.

Bəli onların bu cür səlahiyyətləri var. Belə ki, Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin 38-ci maddəsinə və Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamənin 14.16-cı bəndinə əsasən konsul Azərbaycan Respublikası vətəndaşlarına pasport vermək, onların pasportlarının vaxtını uzatmaq və bu pasportlarda dəyişikliklər etmək hüququna malikdir. Həmçinin nəzərə alınmalısız ki, xaricdə daimi yaşayan vətəndaşlar Azərbaycan Respublikasının xaricdəki konsulluğunda uçota alınmalıdırlar və onların pasportlarında müvafiq qeydlər edilməlidir (Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Qanunun 11-ci maddəsi).
Sualınıza görə təşəkkür edirik.
2010-08-23

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
207 - Sevda (22-08-2010). Salam. Sizdən xahiş edirəm ki, Hərbi-həkim ekspirtiziyası haqqında əsasnaməni tam formada menim e-mail ünvanıma gondərsiniz. Mənə əsasən 23 maddə lazımdir.

Salam.

Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin həcmi böyük olduğuna görə iki hissəyə bölünüb.
Aşağıda adı çəkilən Əsasnamənin 23-cü maddəsi tam göstərilib:

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

23

Baş-beynin və onurğa-beyninin travmaları və onların nəticələri; mərkəzi sinir sisteminin xarici amillərin təsirindən zədələnmələrinin nəticələri:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C və ya B FƏRDİ

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B

ç) funksiyaların pozulması ilə müşayiət olunmayan obyektiv əlamətlər olduqda

A-4

A

A, HDQ, ÜH, DP, XQ-də FƏRDİ

Bu maddə baş-beynin və onurğa-beyninin travmalarının erkən və uzaq nəticələrini (travmanın alınma anından bir il və ya bir ildən çox keçdikdən sonra), mərkəzi sinir sisteminin travmatik zədələnmələrinin fəsadlarını, eləcə də, hava-partlayış dalğalarının və digər xarici amillərin təsirindən əmələ gələn travmaların nəticələrini nəzərdə tutur.

«a» bəndinə aşağıdakılar aiddir:

travmatik zədələnmə nəticəsində baş-beynin və onurğa-beyninin funksiyalarının ağır pozulmaları (davamlı iflic və ya dərin parezə, çanaq orqanları funksiyalarının pozulmalarına gətirib çıxaran beynin əzilməsi və sıxılması);

qabıq funksiyalarının pozulmaları (afaziya, aqnoziya, apraksiya və s.) ilə beyin maddəsinin zədələnmələrinin nəticələri;

kəllədaxili təzyiqin kəskin yüksəlməsinə və ya tez-tez (ildə 3 dəfə və daha artıq) baş verən epileptik tutmalara gətirib çıxaran posttravmatik araxnoidit və ya hidrosefaliya.

«b» bəndinə aşağıdakılar aiddir:

«a» bəndində nəzərdə tutulmuş dərəcəyə çatmayan ocaqlı simptomları və funksiya pozulmaları olan baş-beynin və onurğa-beyninin travmalarının nəticələri: ətrafın funksiyasını mülayim dərəcədə məhdudlaşdıran parez; yerişin qeyri-sərrastlığı, nistaqm, hissiyyat pozuntuları şəklində təzahür edən mülayim dərəcədə ifadə olunmuş beyincik pozuntuları; kəllədaxili təzyiqin mülayim və ya cüzi dərəcədə yüksəlməsi, nadir (ildə 3 dəfədən az) epileptik tutmalarla müşayiət olunan hidrosefaliya və ya travmatik araxnoidit.

«c» bəndinə aşağıdakılar aiddir:

nevroloji statusda dağınıq üzvi nişanələr (kəllə innervasiyasının assimmetriyası və anizorefleksiya, yüngül hissiyyat pozuntuları və digər) aşkar edilən, davamlı astenonevrotik əlamətlərlə və vegetativ damar davamsızlığı ilə müşayiət olunan travmatik araxnoidit, baş-beynin və onurğa beyninin travmatik zədələnmələrinin nəticələri;

üzvi əlamətlər və funksiya pozulmaları olmayan, mexaniki təzyiq nəticəsində kəllənin içəri basılmış köhnə sınıqları.

İlkin hərbi uçota götürülərkən, hərbi xidmətə çağırılarkən vətəndaşlar, çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular «c» bəndi üzrə yalnız müalicə nəticəsində xəstəlik təzahürlərinin müsbət dinamikası olmadıqda, eləcə də, uzunsürən və təkrarlanan dekompensasiya hallarında şəhadətləndirilirlər. Xəstənin halının yaxşılaşması, xəstəlik təzahürlərinin kompensasiyası və hərbi xidmət vəzifələrini icraetmə qabiliyyətinin bərpa olunması hallarında şəhadətləndirilmə «ç» bəndi üzrə keçirilir.

«ç» bəndinə aşağıdakılar aiddir:

sinir sisteminin hərəki, hissi, koordinasiya və digər funksiyalarının pozulması olmayan ayrı-ayrı dağınıq üzvi nişanələr, vegetativ-damar davamsızlığı və cüzi astenizasiya əlamətləri ilə keçən baş-beyin və onurğa-beyni travmalarının nəticələri.

Anamnezində son 3 il ərzində kəllə-beyin travması olan (tibbi sənədlərlə təsdiq olunmuş) və «Xəstəliklər cədvəli»nin I və II qrafası ilə şəhadətləndirilənlər barəsində «ç» bəndi üzrə qərar çıxarılır.

Anamnezdə baş-beynin və onurğa-beyninin travması və ya onun nəticələri ilə əlaqədar müalicə faktının olması tibbi sənədlərlə, travmanın nəticələrinin əmək qabiliyyətinə və ya hərbi xidməti vəzifələrinin icrasına təsiri isə iş, tədris və ya hərbi xidmət yerindən verilmiş xasiyyətnamələrlə təsdiq olunmalıdır.

Baş-beynin travması nəticəsində əmələ gələn, hərbi xidməti vəzifələrinin icrasını çətinləşdirən emosional-iradi və intellektual-mnestik pozuntuları olan şəxslər «Xəstəliklər cədvəli»nin 14-cü maddəsinə əsasən şəhadətləndirilirlər.

Xarici amillərin təsirindən (radiasiya, aşağı və yüksək temperatur, işıq, hava və suyun yüksək və aşağı təzyiqi, digər xarici səbəblərdən) mərkəzi sinir sisteminin zədələnməsinin nəticələri olan şəxslər mərkəzi sinir sistemi funksiyalarının pozulma dərəcəsindən asılı olaraq, bu maddənin «a», «b», «c» və ya «ç» bəndi üzrə şəhadətləndirilirlər.

Kəllə sümüklərinin zədələnməsi və qüsurları olan hallarda bu maddədən əlavə, «Xəstəliklər cədvəli»nin 81-ci maddəsinin müvafiq bəndləri tətbiq edilir.

Baş-beynin və onurğa beyninin kəskin travmasını keçirmiş şəxslər «Xəstəliklər cədvəli»nin 28-ci maddəsi ilə şəhadətləndirilirlər.

Bu qədər.

2010-08-22

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
206 - Aynur (22-08-2010). Salam təhsil haqqında qanunu oxuyurdum və belə bir bəndə rast gəldim - 33.3.10. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Burada nə nəzərdə tutulur? Yəni digər qanunlara riayət etməyə çağırşdır ?

 

Salam.

Çağırış demək o qədər də düzgün deyil. Hər bir halda qanunlara riayət etmək lazımdır. İş ondadır ki, Təhsil haqqında qanunvericilik təkcə Təhsil haqqında Qanunla məhdudlaşmır. Bura həm beynəlxalq müqavilələr (misal üçün “Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında” Konvensiya), həm Prezidentin fərman və sərəncamları (misal üçün “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə), həm Nazirlər Kabinetinin qərarları (misal üçün “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında) və sair normativ aktlar daxildir.
Sualınıza görə təşəkkür edirik.
2010-08-22

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
205 - Aynur (22-08-2010). Salam Aleykum Ramazan ayiniz mübarək. Hal-hazırda vətəndaşın vəziyyət budur: məhkəmə yolu ilə evə mövcud olan ünvan verilib (yəni indi bir ərazidə biri birindən aralı iki eyni ünvanlı ev var), yerli bələdiyyə(kənd soveti)orqanı bu məsələ ilə bağlı hansısa bir köməklik (ya öz vəzifəsini)etməkdən imtina edir. Sualım isə belədir: - Fərdi evlərə ünvan necə verilir (hansı orqan bunu həyata keçirir və hansı əsaslarla)? - Cavabdeh şəxslər hansı qanun pozuntularına yol veriblər? Sualıma vaxt ayırdıqınız üçün təşəkkür edirəm!

Salam.

Sizində bayramınız mübarək. Daşınmaz əmlak obyektlərinə ünvanın verilməsi Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları ilə tənzimlənir. Buna görə də məsələ ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmək məsləhətdir.
Məsuliyyət isə İnzibati Xətalar Məcəlləsinin 324-3 maddəsində (Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericiliyin pozulması ) nəzərdə tutulub
Daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlak barədə texniki məlumatın dəqiq və vaxtında təqdim edilməməsinə görə
— xəbərdarlıq edilir və ya iyirmi beş manatdan qırx beş manatadək miqdarda cərimə edilir.

Daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanının vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiq və vaxtında aparılmamasına, yaxud daşınmaz əmlakın dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmamasına və ya verilməməsinə görə
— xəbərdarlıq edilir və ya otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.
Sualınıza görə təşəkkür edirik.
2010-08-22

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
204 - Anar (21-08-2010). Salam, bir daha narahat etdiyimcun uzr isteyirem.size yazdigim suala cavab olaraq avtomobilin suselerinin plyonka ve perde vasitesiyle tundlesdirilemesine icaze verilmediyini bildirdiniz.Amma men http://dyp.gov.az/?/az/search/plyonka%20ve%20perde/2 bu saytin bu sehifesinde bele bir basliq oxudum:02 iyul tarixdən minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə icazə verildi. Bu ne derecede qanunauygundu? Evvelceden minnetdarligimi bildirirem...

Salam.

Məsləhətxananın 158-ci sualına diqqət yetirin (xüsusilə Qeyd hissəsinə).

Qeyd: Avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanıgöstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və yasənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.

Bu qədər.

2010-08-22

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
203 - Vasif (20-08-2010). Salam. Vətəndaş adını dəyişmək istəyir. Bunun üçün nələri etməlidir. Təşəkkür edirəm.

 

Salam.

Mülki Məcəllənin 26.4-cü maddəsinə uyğun olaraq 26.4. fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin.
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 1.4 və 7-ci maddələrinə əsasən Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri ata adının və soyadının dəyişdirilməsinin dövlət qeydiyyatını aparır (ərizə ilə həmin orqana müraciət etmək lazımdır). Həmin Qaydanın 7.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması həmin Qaydaya və Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarına uyğun olaraq həyata keçirilir.
Dövlət rüsumu - 3 manat (Dövlət rüsumu haqqında Qanun maddə 12.3).
Sualınıza görə təşəkkür edirik.
2010-08-20

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
202 - Sevinc (20-08-2010) Salam, menim shexsiyyet vesiqemin vaxti 4 ildi bitib,men ne qeder cerime vermeliyem.

Salam.

Bu sual bir-neçə dəfə cavablandırılmışdır. Məsləhətxananın 47 və 145-ci suallarına nəzər yetirməyinizə tövsiyə edirik.

Sualınıza görə təşəkkür edirik.

2010-08-20

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
201 - Vasif (20-08-2010). Salam mən bilmək istəyirəm ictimai təhlukəli əməli anlaqsiz halda törətmiş bir şəxs barədə acilmış cinayət işi alti ay uzana bilərmi hec bir səbəb göstərmədən. 2009-cu ildə mənim yaxin qohumum 102 məlumat mərkəzinə zəng edərək bildirib ki mənə qrsi quldurluq hadisəsi bas verib arasdirma nəticəsində ərizəcinin ruhi əsəb xəstəsi olması məlum olub. Hal hazirda cinayət barəsində yalan məlumat verdiyi tarixdən çox əvvəl əsəb xəstəliyi ilə bağlı həkimə muraciət etdiyi və qeydiyyatda olduğu məlumdu maşdağa məhkəmə tibbi ekspertizadan ruhi xəstə olması məlumdu yaxinları və ictimaət numayəndələri öz ərizələri ilə yazib təsdiq eiblər ki bu şəxs ruhi əsəb xəstəsidi və bununla baqli 50 nəfər şəxsin ərizəsi olduğu halda başlanmiş cinayət işi na məlum səbəbdən bağlanmir. Sualım budur ki biz hansi sənədləri əlavə olaraq təqdim etməliyik ki mu məsələ bağlansın və bu islə bağlı hara muraciət etməliyik ki polisin və prokrorluğun bu uzunculuğuna son qoya bilək

 

Salam.

Nəzərinizə çatdırmaq istəyirik ki, Cinayət-Prosessual Məcəlləsinin 218-ci maddəsinə əsasən ibtidai araşdırmanın müddətləri (işin mürəkkəbliyindən və digər hallardan asılı olaraq) 2aydan 18 ayadək ola bilər. Lakın əgər süründürməçilik hallarına yol verilirsə və bunları təsdiq edən sübutlarınız varsa həmin rayon üzrə prokurora (həmiçinin Baş prokurorluğa) şikayətlə müraciət edə bilərsiniz. Həmin Məcəllənin 218.9.4-cü maddəsinə əsasən prokuror cinayət işinin araşdırılması ilə bağlı süründürməçilik hallarını müəyyən etdikdə, öz səlahiyyətləri daxilində təsir tədbirləri görmək səlahiyyətləri var.
Sualınıza görə təşəkkür edirik.
2010-08-20

 

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
200 - Anar (20-08-2010). Salam. Men 3 il fasilesiz bir shirketde isledim. Axirinci is ilimde 15 gun mezuniyyetde oldum qalan sonra isden cixdim 15 gun mezuniyyetim qaldi. 10 aydan sonra yeniden hemin ise hemin vezifeye qebul olunmusam. Menim qalan 15 gunluk mezuniyetimden istifade etmek huququm varmi. P.S. 3 aydirki yene hemin isdeyem

 

Salam.

Əmək Məcəlləsinin 143-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə, ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Yəni sizin ödənişli məzuniyyət hüququnuz var idi lakın siz ondan istifadə etmədiniz.
Lakın həmin Məcəllənin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsi qaldırıla bilər. Baxmayaraq ki, fərdi əmək mübahisələrinə baxan orqana müraciət etmə müddəti 3 aydır (iddia müddəti), İşəgötürən ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ay ımüddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İşəgötürən qarşısında bu məsələni qaldırsanız ola bilsin ki, məhkəmədən qabaq həll etməni tapa bilərsiniz.
Sualınıza görə təşəkkür edirik.
2010-08-20

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
199 - Mehman (19-08-2010). AR nazirlər Kabinetinin qerarı ilə quvvəyə minmiş qanunu pozumuş səlahiyyətləri şəxslərin məsuliyyətə cəlb olunması uçun hara muraciət etmək lazımdır?

Salam.

İlk öncə Qanunları Milli Məclis qəbul edir (yeganə qanunverici orqan). Nazirlər Kabineti isə qərar və sərəncamlar qəbul edir. Əgər səlahiyyətli şəxslər qanunu pozublarsa onda həmin səlahiyyətli şəxsin işlədiyi yer üzrə rəhbərliyə müraciət etməlisiniz. Əgər hakimdirsə Məhkəmə Hüquq Şurasına. Eyni zamanda əgər hərəkətlərində cinayət tərkibi varsa prokurorluğa da müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
198 - Vasif (19-08-2010). Salam. Üzr istəyirəm bu sualıma 2 gündür cavab gəlmədiyi üçün bir daha yazıram. Xahiş edirəm cavablandırasınız. Mən reyestr xidməti idarəsindən pasportstola təqdim etmək üçün bir arayış almaq istəyirəm. Həmin arayış üçün dövlət rüsumu nə qədər olmalıdır? Təşəkkür edirəm.

 

Salam.

İlk öncə 2 gün haradan cavab gəlmir? Əgər bizdən onda - səhv yazırsınız. Xahış edirik diqqətli olasınız. Məsələ ilə əlaqədar isə, əgər arayış daşınmaz əmlakla bağlıdırsa onda daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə rüsum - 10 manat təşkil edir (Dövlət rüsumu haqqında Qanunun 26.6-cı maddəsi).
Bu qədər.
2010-08-19

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
197 - ELSEVƏR (19-08-2010). AVROPA MƏHKƏMƏSİNƏ YAZILAN İDDİA ƏRİZƏSİNİ NÜMÜNƏSİ VƏ RÜSUMU

 

Salam.

Bu qədər.
2010-08-19

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
195 - Gulshen (18-08-2010). Salam, vetendasliq haqqinda qanunda bir ecnebiler ve vetendasligi olmayan sexslerin adi cekilir, bunlarin ferqi nedi? yeni vetendasligi olmayan sexs deyende ne nezerde tutulur? zehmet olmasa deyin.

 

Salam.

Elə təsəvvür yaranır ki, siz vətəndaşlıq məsələləri ilə bağlı elmi iş hazırlayırsınız.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında Qanunun 2-ci maddəsində göstərilib ki: Vətəndaşlığı olmayan şəxslər - Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərdir. Həmçinin Apatrid anlayışına baxın.
Sualınıza görə təşəkkür edirik.
2010-08-19

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
194 - Gulshen (18-08-2010). Salam vetendasliq haqqinda qanunda gosterilir ki, AR vetendasi hec bir halda vetendasliq mehrum edile bilmez ve hemcini basqa maddesinde gosterilir ki vetendasliq hansi hallarda itirilir bes vetendasligi itirmek ve mehrum etmek arasinda hansi ferq var? birde vetendasligini itirmis sexs yeniden vetendasligini elde ede biler? zehmet olmasa deyin.

Salam.

 

Bəli məhrum edilə bilməz. Konstitusiyamızın 53.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz.

Vətəndaşlığın itirilməsi məsələsi isə Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunun 18-ci maddəsində aydın göstərilib (Məsləhətxananın 190-cı sualı). Gördüyünüz kimi orda göstərilib ki, "...vətəndaşlığını əldə edərkən". Yəni əvvələr Azərbaycan vətəndaşlığı olmaması başa düşülür. Sonradan isə "...zəruri olan məlumatı qəsdən saxtalaşdırmışsa" yəni Azərbaycan vətəndaşlığını hüquq pozuntusu yol verməklə əldə edilməsi başa düşülür.
Ümumiyyətlə isə Azərbaycan vətəndaşlığına xitam verilməsi üçün əsaslar aşağıdakılardır:
  1. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq nəticəsində;
  2. Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində;
  3. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda;
  4. Yuxarıda qeyd edilən Qanunda göstərilən digər əsaslar.
Azərbaycan vətəndaşlığın əldə edilməsi və ya bərpa edilməsi üçün əsaslar isə:
  1. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda;
  2. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə;
  3. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda;
  4. Yuxarıda qeyd edilən Qanunda göstərilən digər əsaslar.
Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin vəsatəti ilə o, müəyyən məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödəyir.
Sualınıza görə təşəkkür edirik.
2010-08-18

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
193 - Elman (18-08-2010). Salam. Gürcüstan vətəndaşı Azərbaycanda qeydiyyata durmaq istəyirsə ona hansı sənədlər lazımdır və rüsum nə qədərdir? Qeydiyyatdan keçdikdən sonra hərbi xidmət haqqında məlumatı.

 

Salam.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında Qanunun 5-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına müvəqqəti və ya daimi yaşamaq üçün gələ bilər və ya onun ərazisində müvəqqəti ola bilərlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanından (Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti) icazə almalıdırlar.
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə aşağıdakı hallarda verilə bilər:
- həmin şəxslər Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;
- həmin şəxslər Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olduqda;
- həmin şəxslər ölkə iqtisadiyyatına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə investisiya qoyduqda;
- həmin şəxslər Azərbaycan Respublikasının banklarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə pul vəsaiti qoyduqda;
- həmin şəxslər Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi icazə aldıqda;
- həmin şəxslər Azərbaycan Respublikasının təhsil müəssisələrində əyani təhsil aldıqda;
- həmin şəxslər iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda ;
Bundan başqa Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə (bundan sonra – “əcnəbi”) nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə verilir.
Əcnəbinin qeydiyyata alınması haqqında vəsiqədə onun seriyası və nömrəsi, əcnəbinin soyadı və adı tam şəkildə, onun doğulduğu yer və tarix, vətəndaşlıq mənsubiyyəti, cinsi, vəsiqə sahibinin şəxsi imzası, vəsiqəni verən orqanın adı və verilmə tarixi göstərilir və fotoşəkli yapışdırılır.
Əcnəbi müraciət etdikdən sonra 3 gün müddətində onun xüsusi forma üzrə doldurulmuş ərizəsi (4 saylı əlavə) əsasında və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, ona yaşadığı yer üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə verilir.
Əcnəbinin qeydiyyata alınması haqqında vəsiqənin etibarlıq müddəti aşağıdakı kimi müəyyən edilir:
a) Azərbaycan Respublikasına viza ilə gələn şəxs üçün – vizada göstərilən ölkədə qalma müddətinə;
b) viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn şəxs üçün – 90 gün;
Rüsumlar hər bir mərhələ üzrə fərqli olur (misal üçün işləmək üçün icazə alırsınızsa 1000 manat, investisiya üçün daha çox və s.)
Sualınıza görə təşəkkür edirik.
2010-08-18

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
192 - Gulshen (17-08-2010). Salam, eger arvad erinin adinda olan eve qeydiyyata dusubse arvadin raziligi olmadan evi basqasinin adina yazdirmaq yeni basqasinin mulkiyyetine vermek olar? Ve eger onlar bosansalar onda ev nece bolunecek ve 11 ayliq usaglarida varsa onda usaq kimde qalir? zehmet olmasa deyin.

 

Salam.

Bir sualda bir-çox məsələləri birləşdirdiniz. Həm ailə, həm mülkiyyət və digər məsələləri. Qeydiyyatda olan o biri həyat yoldaşın razılığı olmasa mülkiyyət başqa bir şəxsə verilə (satıla, bağışlana) bilməz (Məsləhətxananın 187-ci sualına nəzər yetirin).

Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (əgər adı çəkilən daşınmaz əmlak başqa şəxsin mülkiyyətində deyilsə) ona görə də boşanma zamanı bərabər bölünməlidir. Boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasını məhkəmə tərəfindən müəyyən edilir (Ailə Məcəlləsinin 22.2.1-ci maddəsi). Məhkəmə presedentlərini nəzərə alaraq uşaqlar adətən analarla qalır.

Sualınıza görə təşəkkür edirik.
2010-08-18

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
191 - Gulshen (17-08-2010) Azerbaycan vetendasi eyni zamanda basqa olkenin vetendasi olmaq olar? Zehmet olmasa deyin.

 

Salam.

Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunun 10-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Bu o deməkdir ki, əgər başqa dövlətlərin qadağası yoxdursa Azərbaycan vətəndaşı eyni zamanda onların da vətəndaşı ola bilər, amma başqa ölkənin vətəndaşı olan şəxs Azərbaycan vətəndaşı olmaq üçün öz vətəndaşlığından imtina etməlidir. Nəzərə alınmalıdır ki, iki (və ya çox) vətəndaşlığı olan şəxs Azərbaycanın bir sıra dövlət qurumlarına (o cümlədən, seçkili) çalışmaq imkanı vermir.
Sualınıza görə təşəkkür edirik.
2010-08-18

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
190 - Gulshen (17-08-2010). Salam, vetendasliq haqqinda qanunda gosterilir ki, vetendasligin xitam olunma hallarindan biri de vetendasligin itirilmesidir bu yeni vetendasligin itirilmesi hansi hallarda olur?zehmet olmasa deyin.

 

Salam.

Həmin Qanunun 18-ci maddəsində göstərilib ki, şəxs Azərbaycan Respublikası vətəndaşlığını əldə edərkən vətəndaşlığı almaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırmışsa və ya saxta sənəd təqdim etmişsə, əldə etdiyi Azərbaycan Respublikası vətəndaşlığını itirir.
Sualınıza görə təşəkkür edirik.
2010-08-18

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
189 - Elman (17-08-2010). Salam. Həyat yoldaşımı öz evimə qeydiyyata salmaq istəyirəm.Bunun üçün paspostola dövlət reyestr çıxarışı yoxdursa sadəcə vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etmək olarmı. Təşəkkür edirəm.

 

Salam.

Bəli olar (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsnin 2-ci hissənin 2-bəndinə əsasən).
Sualınıza görə təşəkkür edirik.
2010-08-17

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
188 - Razim (17-08-2010). Salam! Mən bir nəfərdən ev almışam, o mənə notarusdan etibarnamə və evin orderini verib. Mən bu mənzilə qeydiyyata düşmüşəm. Satan bu mənzildə qeydiyyatda deyil. Mən onun və ya öz adıma bu mənzili özəlləşdirə bilərəmmi? Etibarnamədə bu hüquqlar hamsı mənə verilib. Xahiş edirəm aydınlıq gətirməkdə köməklik göstərəsiniz. Qabaqcadan təşəkkür edirəm.

 

Salam.

Mülki Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həm də bu bir az təhlükəlidir çünki o biri tərəf, birtərəfli etibarnaməni ləğv etmək hüququ var (Mülki Məcəllənin 365.1.3-cü maddəsi).
Sualınıza görə təşəkkür edirik.
2010-08-17

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
187 - Namiq (16-08-2010). SAlAM. Atam öz adına olan fərdi yaşayış evini mənə(oğluna) bağışlamaq üçün notariusa müraciət etdi. Notarius evi atam mənə bağışlamaq üçün evdə qeydiyyatda olan hərbir şəxsdən və həmçinin ailə üzvlərindən(bacım, qardaşım) razılıq alınması barədə notariusda təsdiqlənmiş kağız tələb etdi. Bu nə qədər doğrudur? Belə çıxır ki, kimsə razı olmasa Atam öz evini heç mənə bağışlaya bilməz? Xahiş edirəm bu suallara cavab verəsiniz.

 

Salam.

Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu bəndinə əsasən yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.
Ərizələrdə razılıq verən şəxsin əmlakın konkret kimə (şəxsin soyadı, adı, atasının adı, təşkilatın adı) satılmasına, bağışlanmasına, dəyişdirilməsinə və ya girov qoyulmasına razı olduğu göstərilmişsə, yaxud qiymət və digər şərtlər göstərilmişsə, notarius özgəninkiləşdirmə və ya girov müqaviləsini təsdiq edərkən ərizələrdə göstərilmiş şərtlərə riayət olunub-olunmadığını yoxlamalıdır.
Sualınıza görə təşəkkür edirik.
2010-08-17

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
186 - Faiq (16-08-2010). Salam. Xahis edirem mene xususi ittiham qaydasinda sikayetin formasini gonderesiniz

Salam.

Xüsusi ittiham qaydasında şikayət hər bir iş üzrə fərqli olur (iş üzrə materiallardan asılı olaraq). Bu cür xidmətlərin həyata keçirilməsi pulludur.

Bu qədər.

2010-08-16

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
185 - Vasif (16-08-2010). Salam. Sürücülük vəsiqəsi almaq üçün sürücülük vərdişi üzrə təlim imtahanı zamanı imtahan verən şəxs nələrə riayət etməlidir və neçə səhvi olarsa imtahandan kəsilər.təşəkkür edirəm.

 

Salam.

Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə 4 saylı Əlavənin (Təcrübi imtahanın keçirilmə METODIKASI) 4-cü paraqrafına uyğun olaraq imtahanın yekunu üzrə imtahan qəbul edən, yol verilmiş səhvlər və qiymət barədə sürücülüyə namizədə məlumat verməlidir. Sürücülüyə namizəd imtahan elementlərinin hər hansı birinin icrasından imtina edərsə və yaxud da qəza şəraiti yaratmaqla imtahan qəbul edəni imtahanın gedişinəqarışmağa vadar edərsə, o, “qeyri-məqbul” qiyməti alır.
Həmçinin imtahanın birinci mərhələsində elementlərin yerinə yetirilməsinə nəzarəti, imtahanı qəbul edən vizual, yaxud da texniki vasitələrin köməyi ilə həyata keçirir. Bu halda imtahanı qəbul edən imtahan avtomobilində, yaxud ondan kənarda olur və yaxud da bağlı meydançanın ölçülərindən və onlarda olan nəzarət texniki vasitələrindənasılı olaraq müəyyən edilir.
Sualınıza görə təşəkkür edirik.
2010-08-16

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
184 - Nailə (16-08-2010). Salam, mənə məxsus özəl mənzilən inventarqiyməti köhnə manatla 15826619 manat Yeni mahatla 3165Azn32qəpikdir mən əmlak vergisini ödəməliyəmmi. Yerli bələdiyyə mənzilin ümumi sahəsini əsassız 0.22 vuraraq mənzilimə əmlak vergisi hesablayib. Xahiş edirəm cavablayasınız qabaqcadan minnətdarlığımı bildirirəm

 

Salam.

Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən əmlak vergisi fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə — 0,1 faizlə tutulur.
Sualınıza görə təşəkkür edirik.
2010-08-16

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
183 - Niki (16-08-2010). Salam! Ailə başçısını itirmiş ailə qanunla hansı müavinatlarnan təmin olunurlar? Mərhumun 2 uşaqı,qoca anası və işləməyən həyat yoldaşı var . Onlar hara müraciət etməlidirlər və müavinat nə qədər olacaq?

 

Salam.

Sosial müavinətlərin artırılması haqqında Fərmanın 1.1.4-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə müavinət - 40 manat təşkil edir.
Sosial müavinətlər haqqında Qanunun 9.1.4-cü maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə müavinət aşağıdakı müddətlərə təyin edilir:
  • vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla);
  • vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına - əlillik müddətinə;
  • vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək.
Müvafiq icra hakimiyyəti orqanlarına (Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri) zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Müavinət təyinatı barədə qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən müraciət edilən gündən 10 gün müddətində çıxarılır.
Sualınıza görə təşəkkür edirik.
2010-08-16

 

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
<< Birinci < Əvvəlki 11 12 13 14 15 16 17 18 Sonrakı > Axırıncı >>
Səhifə 16 dən(dan) 18:

  • Memarlıq və dizayn;
  • Landşaft dizaynı və layihələndirilməsi;
  • Texniki-mühəndis layihələndirmə;
  • 3D layihələr;
  • layihələrin təsdiqlənməsi.

Əlaqə:
Mob: +994-051-9406575

Təşkilatlar

QHT-lərAli məktəblər

Hüquqi məsləhətxana (qeydiyyatdan keçənlər üçün)

Axtaran tapar