Nemo judex in propria causa - Öz işində heç kim hakim ola bilməz
Yönəldici Məsləhətxana
Mesaj
  • Cache cleaned
On-layn (canlı) hüquq məsləhətxanası
SM FAQ - Компонент вопрос-ответ для Joomla http://joomla.forsite.org

SUALLARIN VERİLMƏSİ ARTIQ DAYANDIRILIB.

BU BÖLMƏ MAARİFLƏNDİRMƏ MƏQSƏDİLƏ İSTİFADƏÇİLƏR ÜÇÜN AÇIQDIQ.

Xahiş edirik nəzərə alasınız:
1. Sualı vermək üçün aşağıda "Sualı əlavə et" düyməsini sıxmaq lazımdır.
2. Hüquq məsləhəti almaq üçün göndərilən sorğular "Əlaqə" bölməsindən göndərilə bilməz.
3. Bir məsələyə aid bir dəfə sual verilməlidir. Cavablandırma 2 günə qədər uzadıla bilər.
4. Təkrarlanan suallar ləğv olunur.
5. Həftə ərzində bir istifadəçi yalnız 3 sual verə bilər.


Göstərmək    Sualların cəmi - 1766
1130 - Ceyhun (16-03-2011) Salam De Jure, Kompyuter vasitəsilə aparılan hər hansı bir işin qeydiyyatı rəsmi qeydiyyat hesab edilirmi? Yəni aparılan həmin qeydiyyat lazımi qaydada tikilib səhifələnmirsə, qaytanlanıb rəsmi möhürlənmirsə, bu yalnız elektron formada həyata keçirilirsə bu qanuni baxımdan düzgündürmü? Təşəkkür edirəm.

Salam.

Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Qanunun 7-ci maddəsinə əsasən dövlət hakimiyyəti orqanları müraciətlərin qəbul edilməsi və cavablandırılması işini elektron formada həyata keçirə bilər.

Həmin üsul ilə cavablandırma eyni hüquqi qüvvəyə malikdir. Həmçinin sübut edilməsi də (zəruri halda) mümkündür, çünki dövlət qurumunun rəsmi e-poçtundan göndərilibsə sizin e-poçtunuzda əks olunmalıdır (e-poçt ünvanları unikaldır və yalnız həmin quruma aiddir).

Sualınıza görə təşəkkür edirik.

2011-03-19

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1129 - Fərahim (15-03-2011) Hörmətli hüquqşünas qardaşlar! "De Yure istifadəçilərinin" yığıncağı hansı vaxta keçirilmişdir?

Salam.

Artıq 12 mart tarixində tədbir keçirilmişdir.

Yeni görüş hələ planlaşdırılmayıb.

Sualınıza görə təşəkkür edirik.

2011-03-15

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1128 - Yunus (14-03-2011) Salam! Evimizda dədə-babadan qalma köhna tufəng var idi. Onunla quş ovlamağa getmishdim.Bizi tutub cərimələdilar qanunsuz quş ovuna görə carimani ödəmişik. İndi isə qanunsuz of tüfəngi saxladığımıza görə bizi iki min manat cərimə edirlər! Qanunvericilikdə bu nəzərdə tutulurmu?

Salam.

Xidməti və mülki silah haqqında Qanuna əsasən mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır. Ov silahı — vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır.

İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə əsasən:

Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - 

  • silah və döyüş sursatı ödənişlə alınmaqla və ya alınmamaqla iyirmi beş manatdan otuz beş manatadək miqdarda cərimə edilir.

 Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - 

  • silah və döyüş sursatı ödənişlə alınmaqla və ya müsadirə edilməklə otuz manatdan qırx manatadək miqdarda cərimə edilir
Sualınıza görə təşəkkür edirik.
2011-03-15
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1127 - Ceyhun (14-03-2011) Salam De Jure, Sazişlə müqavilənin hüquqi fərqi nədir, mümkünsə əsaslarla izah verərdiz. Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Adətən fərqlənmə müqavilə və əqd arasında olur. Mülki Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Əqd daha geniş alayışdır (misal üçün birtərəfli ola bilər). Mİsal üçün hər bir halda müqavilə əqddir, lakın əqd müqavilə olmaya da bilər (misal üçün: etibarnamə və s.)

Saziş çox vaxt müqavilə ilə eyni məna verir qanunvericilikdə anlayışı verilmir (ona görə də onların arasında fərq qoymaq səhv mövqe olardı). 

Sualınıza görə təşəkkür edirik.

2011-03-15

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1126 - Bahruz (13-03-2011) Salam. Dövlət Qulluğu haqıında qanunun 8-ci maddəsi və digər maddələrində göstərilən “müvafiq icra hakimiyyəti” orqanlarının açıqlamasını istəyirəm.

Salam.

Məsləhətxananın 597-ci sualına nəzər yetirin.

Sualınıza görə təşəkkür edirik.

2011-03-15

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1125 - Bahruz (13-03-2011) Salam. Azərbaycanın ucqar rayonlarının birində günün tələbinə əsasən yeni avtovağzal tikilməsi üçün hara müraciət etmək lazımdır? Bunun üçün hansı sənədlərin lazım olmasını və həmin sənədlərin necə tərtib olunması barədə məlumat verməyinizi xahiş edirəm. Mümkündürsə tərtib olunacaq sənədlərin nüsxəsini bizə göndərərdiniz. Əvvəlcədən təşəkkür edirəm

Salam.

Bu cür obyektlərin tikilməsi aidiyyəti dövlət qurumların səlahiyyətindədir. Bunun üçün müvafiq instansiyalardan torpağın ayrılması və tikintinin aparılması üçün icazələr olmalıdır. 

Sualınıza görə təşəkkür edirik.

2011-03-15

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1124 - Vaqif (13-03-2011) Salam. Mən atamın yaşlı əmisiylə qalır, ona qulluq edirəm. O öz evin və əşyaların mənim adıma keçirmək istəyir. Bunun üçün mənə hansı sənədlər lazımdır və hansı yerlərə müraciət etməliyəm. Həmçinin bunu həll etmək üçün mənə hüquqşunas lazımdırmı yoxsa özümdə həll edə bilərəm? Əgər hüquqşunas lazım olsa köməkliyiniz çata bilərmi? Cavaba görə minnətdaram çox kömək etmiş olacaqsınız. Sağ olun.

Salam.

Həmin şəxslə renta müqaviləsini də bağlaya bilərsiniz. Həmin renta müqaviləsi notariat qaydada təsdiq olunmalıdır və daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyatda keçməlidir. Tərəfimizdən göstərilən xidmətlər təmənnalıdır.

Sualınıza görə təşəkkür edirik.

2011-03-15

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1123 - Kamran (12-03-2011) Salam! 1118-ci suali cavablandirdiginiza gore Size teshekkur edirem. Problem ondan ibaretdir ki, mehkemenin qanuni quvveye minmish qetnamesini subut kimi birinci instansiya mehkemesine teqidim edilmish ve sonraki iddia ikinci qetname ile temin olunmushdur. Lakin, apellyasiya instansiyasi gorunmemish qanunsuzluq ederek, qanuni qwvveye minmish qetnamede gosterilen hallara yeniden "huquqi qiymet" vermish ve birinci instansiya mehkemesinin artiq ikinci olan qanuni ve esasli qetnamesini legv etmishdir. Kassasiya instansiyasinda, Mulki Kollegiyanin terkibine MPM-19.2.1. ve 19.2.3-cu, Mehkemeler ve hakimler haqqinda AR Qanununun 16 maddesine esasen verilmish etiraz temin edilmeyerek, qanunsuz terkibde ishe baxilaraq, apellyasiya instansiyasinin qetnamesini deyeshdirmeden saxlamishdir. Qarshida elave kassasiya qaydasinda muraciet etmek ve kassasiya qerarlarinin legv edilmesi uchun esaslari mueyyenleshdirmek meqsedile, bele bir sualla Size muraciet etmeli oldum. Hemreyliyinize umud besleyirem.

Salam.

Sual - 1118

Aydındır. Hələ qabaqda iki instaniya var (əlavə kassasiya və konstitusiya məhkəməsi), ola bilsin ki, Avropa İnsan Məhkəməsidə (əgər işin mahiyəti uyğun gəlirsə).

İşinizdə uğurlar. Əgər verdiyiniz  məlumat həqiqətə uyğundursa fikrimizcə prosessual pozuntulara yol verilmə faktı mövcuddur..

Bu qədər.

2011-03-13

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1121 - Omar (10-03-2011) Salam. Men etibarname (generalni) ile idare etdiyim avtomobili atama bagishlaya bilerem? Eger bileremse bunun prosedurasi nedir? Bu zaman avtomobil bagishlanan shexsin mulkiyyetine kechirmi? Evvelceden teshekkur edirem.

Salam.

Əgər etibarnamə ilə bu hüquq sizə verilibsə notariat qaydada həmin müqaviləni təsdiqləmək imkanınız var. 

Sualınıza görə təşəkkür edirik.

2011-03-12

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1120 - Elibaba (10-03-2011) Yeni anadan olmus usaga dogum haqqinda sehadetname almaq ucun hansi senetler toplamaq ve ne qeder dovlet rusumu odemek lazimdir? Qeyd edim ki, usaq artiq doqquz ayliqdir. Sag olun!

Salam.

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2-ci paraqrafına əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
  2. valideynlərin nikah haqqında şəhadətnaməsi;
  3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd;
  4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
  5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd;
  6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;
  7. valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd.
Dövlət rüsumu haqqında Qanunun 13-cü maddəsinə əsasən doğumun  qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.
Sualınıza görə təşəkkür edirik.
2011-03-12

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1119 - Qiyash (09-03-2011) İşçi illik məzuniyyətə çıxan zaman əgər ilin ortasından vəzifə artımı olubsa bu hal verilən əmrdə yazılmalıdır yoxsa ehtiyac yoxdur?

Salam.

Məzuniyyət əmrində bu məsələni qeyd etməyə ehtiyac yoxdur. Sadəcə məzuniyyətlərin günləri hesablanır və mühasibatlıq həmin günlərə uyğun olaraq hesablaşmalar aparır.

Bu qədər.

2011-03-12

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1118 - Kamran (08-03-2011) Hormetli huquqshunaslari salamlayiram! Sizden xahish edirem bir meselede mene yardimchi olasiniz. MPM-nin 82.3-cu maddesine esasen, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mehkeme bashqa iddia predmeti uzre kechirilen diger mulki prosesde, subut kimi teqdim edilmish qanuni quvveye minmish qetnameni mubahiselendirmish ve orada gosterilen hallara esaasen qetnamede gosterilenlere zidd olan qerar qebul etmishdir. Sualim beledir. AR Konstitusiya Mehkemesi MPM-nin 82-ci maddesi ile elaqedar hansi hallari Konstitusiyaya uygun olmayan hesab etmishdir? Umumiyyetle bele bir presedente, AR Konstitusiyasina uygun olmayan hesab edilmish huquq normasina esasen qebul edilmish qerar demek olarmi? Murekkeb suala dolgun cavab vereceyinize emin oldugum uchun evvelceden Sizlere minnetdarligimi bildirirem.

Salam.

Əgər məhkəmə MPM-nin 82.3 maddəsinin müddalarını (82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir) pozmuşdur və müvafiq məhkəmə aktı qəbul etmişdir Siz yuxarı instansiya məhkəməsinə şikayət edə bilərsiniz (əvvəlcə apellyasiya, daha sonra kassasiya). Həmçinin əgər bu fakt təsdiq olunsa eyni zamanda hakimin hərəkətlərindən Məhkəmə_hüquq Şurasına da müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-03-12

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1117 - Elibaba (08-03-2011) Salam! Men etibarname (qeneral daverennostla) aldigim avtomobili oz adima nece kecire bilerem? Eger avtomobiln evvelki sahibini tapmaq mumkun deyilse.

Salam.

Əgər həmin baş etibarnamə ilə sizə onu satmaq hüququ verilibsə Etibarnamənin bu maddəsindən istifadə edib faydalana bilərsiniz. Əks təqdirdə nəqliyyat vasitəsini alqı-satqı yolu ilə mülkiyyətinizə keçirə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-03-12

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1116 - Bahruz (05-03-2011) Salam. Fərdi əmək mübahisələrinə iddia müddəti nə qədərdir və hansı müddətdə baxılır?

Salam.

Əmək Məcəlləsinin 296-cı maddəsinə nəzər yetirin.

Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

4. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.[161]

5. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

6. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

7. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər.

Sualınıza görə təşəkkür edirik.

2011-03-07

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1115 - Rufus (05-03-2011) Bildiyimə görə avtomobili baş etibarnamə(gendoverrost) ilə idarə edən şəxs onu öz adına rəsmiləşdirə bilməz. Sualım bu hal Mülkü Məcəllənin hansı maddəsi ilə tənzimlənir? Təşəkkürlər

Salam.

Etibarnamə birtərəfli əqd hesab edilir (Mülki Məcəllənin 362-366-cı maddələri). Etibarnamə - bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət sayılır. Və mülkiyyət hüququn yaranmasını təsdiq etmir. Mülkiyyət hüququnu əldə etmək üçün   müqavilələr vasitəsilə həyata keçirilir (bağışlanma, alqı-satqı).

Sualınıza görə təşəkkür edirik.

2011-03-07

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1114 - Gulbala (04-03-2011) əgər hökm qüvvəyə minibsə ondan kasasiya şikayəti verilə bilərmi?

Salam.

Cinayət Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir.

Həmçinin CPM-nin 408.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmənin aşağıdakı hökm və qərarlarından verilə bilər:

  • apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan;
  • andlı iclasçıların iştirakı ilə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmlərdən.
Sualınıza görə təşəkkür edirik.
2011-03-07

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1113 - Yunus (04-03-2011) Salam! Vətəndaş hərbi məhkəmədə təzminat tələb etmək hüququ qazanmışdır. Bu hüquq müddətlidirmi? Yoxsa istənilən vaxt ərzində bu hüquqdan istifadə edə bilər.Müddətlidirsə nə qədər müddətə hüquqi qüvvəsi var.

Salam.

Əgər tələb etmək hüququnuz yaranıbsa Mülki Məcəllənin 373-cü maddəsini rəhbər tuta bilərsiniz (Ümumi iddia müddəti on il təşkil edir). 

Sualınıza görə təşəkkür edirik.

2011-03-07

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1112 - Amil (03-03-2011) Salam mənim torpağımın bələdiyyə sərəncamı və etibarnaməsi var, amma ev tikilib 1,5 sotda mən ona sənəd(kupça) ala bilərəmmi 1,5 sotda ev tikmək olarmı sağ olun

Salam.

Əlbəttə ki, əgər rəsmiləşdirilməni qanunvericiliyə uyğun olaraq müvafiq tədbirləri görsəniz. Bunun üçün Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8 və 9-cu maddələrini rəhbər tutmalısınız.

Sualınıza görə təşəkkür edirik.

2011-03-07

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1111 - Mətləb (03-03-2011) babam 1990-da vefat edib, babam da nenem de vesiyyename buraxib notariusda ki, onlarin evlerini nevesine vesiyyet edib 1 nevesine. nenem yasayir hele ki, onlarin heyatda 6 ovladlari var, ayri ayri yerde qeydiyyatdadirlar.nenem oldukden sonra ev nece bolunecek ve evvelki vesiyyetnameler tetbiq olunurmu, olunursa hansi qanunla, yeni SSRIdeki, yoxsa muasir?

Salam.

Qeyd etdiyiniz münasibətlər  Mülki Məcəllə (10-cu bölmə) ilə tənzimlənir.  Əgər vəsiyyətnamə varsa miras vəsiyyət üzrə vərəsəyə keçir. 

Buna baxmayaraq həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

Sualınıza görə təşəkkür edirik.

2011-03-05

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1110 - Elibaba (03-03-2011) Salam aleykum! Men Rusiya Fedarasiyasinda oxuyub 2007-ci ilde aldigim sururuculuk vesiqesini, deyisdirmek ucun Gence seh. DYP-ne muraciet etdim. Nezeri imtahandan kecdim, indi ise menden 200 manat pul teleb edirler ki, onsuzda tecrubi intahani vere bilmeyeceksen pul ver canini qurtar. Men indi hara muraciet edib, vesiqe almaq haqqimi teleb ede bilerem?

Salam.

Əgər səlahiyyətli şəxslər  korrupsiya halarına yol verirsə bu barədə Azərbaycan Rеspublikasının Kоrrupsiyaya qarşı mübarizə üzrə Kоmissiyasına müraciət etməyiniz məqsədəuyğundur. Həmçinin DİN-nin yuxarı orqanlarına və prokurorluöa müraciət edə bilərsiniz (yazılı şəkildə). Çalışın öz mövqenizi əsaslandırın və sübutları təqdim edin. Əgər korrupsiya halı müəyyən edilsə vəzifəli şəxslər hökmən məsuliyyətə cəlb olunacaqlar.

Sualınıza görə təşəkkür edirik.

2011-03-05

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1109 - Gulya (02-03-2011) Pakistan vetendasi 2001-ci ilde Azerbaycan dovlet neft akademiyasina daxil olmus orada tehsil almisdir.2002-ci ilde telebe yoldasi ile nikaha girir. 2005 -ci ilde cinayet toretdiyine gore 22.3 cu madde ile teqsirlendirilen sexse 3 il muddetine azadliqdan mehrum etme ve azerbaycanin terefdar cixdigi beynelxalq muqavilelerde basqa hal nezerde tutulmadigindan AR sinin hududlarindan kenara mecburi cixarma cezasi teyin edilir. O ise qanunun ona Azerbaycan respublikasinin hududlarindan kenara mecburi cixarma cezasi verilmesine imkan vermediyini bildirerek hokmden sikayet vererek bu cezanin legvini teleb edir o telebinde haqlidirmi? ve niye?

Salam.

Cinayət Məcəlləsinin 42.0.9-cu maddəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü göstərilib. 

Lakın həmin müddəanın tətbiqi üçün həmin Məcəllənin 52-ci maddəsi ilə tanış olmaq lazımdır. Həmçinin bu cəza növü əsas  deyil, əlavə cəza hesab edilir (maddə 43.3).

Sualınıza görə təşəkkür edirik.

2011-03-05

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1108 - Gulya (02-03-2011) salam sexs yaxin qohumunu onun cinayet toretdiyini polise xeber verdiyine gore yaxin qohumunu oldurmek qenaetine gelir ve bu meqsedle balta alaraq evinde gizledir.ve gece vaxti qonsusunun evinin penceresinden daxil olmaqla yatdigi yerde onu oldurmeyi planlasdiraraq nerdivani evvelce cepere yaxin bir yere qoyur lakin huquq muhafize orqanlari onun bu niyyetinden xeber tutaraq hebs edirler.teqsirini boynuna almamasina baxmayaraq ona 7 il muddetinde azadliqdan mehrumetme novunde ceza verirler. lakin onun mudafiecisi hokmden sikayet vererek ona qanuna zidd olaraq yuxari ceza teyin edildiyini bildirir mudafieci telebinde haqlidirmi? ve niye ?

Salam.

Deyəsən siz kazusları (ali məktəbdə verilən) bizim üzərimizdə tətbiq edirsiniz :).

Cinayət Məcəlləsinin 28-ci maddəsinə əsasən cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur.

Yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olur (görünür ki ağır cinayətdir).

Bu qədər.

2011-03-05

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1107 - Gulya (02-03-2011) Salam. sexs 2-ci sexsin qardasini oldureceyi barede ona hede qorxu gelerek ticaret ortaqlari olan 3-cu sexsi oldurmeye razi salir, lakin sonra hemin hede qorxu gelen sexs emelinden pesman olaraq polise muraciet edir. ancaq gec olur cunki artiq 2-ci sexs ticaret ortaqlarini xususi amansizliqla qetle yetirir. Mehkeme ise baxarken hemin hede qorxu gelen sexse ceza teyin ederken onun polise melumat vermesini yungulesdirici hal kimi nezere alacaqmi? almayacasa niye almayacaq?

Salam.

Cinayət Məcəlləsinin 30.2-ci maddəsinə əsasən cinayəti başa çatdırmaqdan könüllü olaraq qəti imtina edən şəxs cinayət məsuliyyətinə cəlb olunmur.

Sualınıza görə təşəkkür edirik.

2011-03-05

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1106 - Emin (01-03-2011) Salam. Mən maraqlanmaq istəyirəm ki, A.R. Mülki Məcəlləsinin 228.1, 228.2-ci maddələrin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququqnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma yoxdursa, lakin buna baxmayaraq şəxs yaşayış sahəsinə 01.09.2000-ci ildən sonra qeydiyyata düşübsə, həmin şəxsin MM-nin 228.2 maddəsində nəzərdə tutulan kompensasiya almaq hüququ varmı?

Salam.

Həmən məsələ ilə əlaqədar  Konstitusiya Məhkəməsinin bəzi qərarları ilə tanış olmaq məqsədəuyöundur.

Sualınıza görə təşəkkür edirik.
2011-03-05

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1105 - Gulya (28-02-2011) salam. Eger sexs yetkinlik yasina catmayan sexsi cinayet etmeye celb ederek onun vasitesile adam oldururse, onda o hem qesden adam oldurmeye, hemde yetkinlik yasina catmayan sexsi cinayetkar fealiyyete celb etdiyine gore mesuliyyete celb olunur? bes bu zaman yetkinlik yasina catmayan sexsi cinayet fealiyyetine celb etmesi agirlasdirici hal kim ceza teyininde nezere alinir?

Salam.

Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə Cinayət Məcəlləsinin (170-ci maddə) ayrıca maddəsidir və digər cinayətlərlə yanaşı törədildikdə həmin Məcəllənin 66-cı maddəsi (Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi) nəzərə alınmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2011-02-28

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1103 - Ehtibar (28-02-2011) Hərbi qulluqçuların istifadə etmədiyi məzuniyyətə görə pul kompensasiyası nə qədərdir?

Salam.

Hərbi qulluqçulara məzuniyyətə görə kompensasiya «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 121-ci bəndinə əsasən verilir. 

Sualınıza görə təşəkkür edirik.

2011-02-28

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1102 - Anar (25-02-2011) MMC-nin dövlət vergi organına 20 000 Azn migdarında ƏDV borcu yaranıbsa, yaranan zamandan 2 ildən çox müddət keçibsə həmən MMC-nin təsischi direktoru cinayət məsuliyyəti daşıyırmı? daşıyırsa hansı formada?

Salam.

Cinayət Məcəlləsinin 213.1-ci maddəsinə əsasən xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

213.2. Eyni əməllər:
213.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
213.2.2. külli miqdarda törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd:
1. Bu maddədə "xeyli miqdar” dedikdə, iki min manatdan əlli min manatadək olan məbləğ, "külli miqdar" dedikdə isə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.
2. Bu Məcəllənin 213.1-ci və 213.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.

Təsisçi qanunvericiliyə uyğun olaraq məsuliyyəti olmamalıdır (MMC-nin təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət deməkdir). Mülki Məcəllənin 87-ci maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar.

Əgər təsisçi həm də direktordursa və məbləğ 2 mini keçibsə bu artıq xeyli miqdarda yayınmadır və cinayət məsuliyyətə cəlb olunması üçün müvafiq əsaslar var.

Sualınıza görə təşəkkür edirik.

2011-02-27

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1101 - Ceyhun (25-02-2011) Maddə 104. İstirahət günləri 3. Hər dəfə qan və ya qan komponentlərini pulsuz (əvəzsiz) verən donorlara orta əmək haqqı saxlanılmaqla əlavə istirahət günü verilir. Həmin istirahət günü donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə edilə və ya il ərzində istənilən vaxtda istifadə edilə bilər. Əgər qan vermə qeyri iş gününə təsadüf edərsə...?

Salam.

Əmək Məcəlləsinin 179-cu (bənd "j") və 104.3-cü maddələrində göstərilmir ki, bu iş günü və ya qeyri-iş günü olmalıdır. Buna görə də həftənin günündən asılı olmayaraq Məcəllənin müddəaları rəhbər tutulmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2011-02-27

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1100 - Arif (25-02-2011) Salam. Azərsu səhmdar cəmiyyətinin işçiləri bizdən 1997 ci ildən bu gunə kimi olan borcu tələb edirlər. Mən bilmək istəyirəmki onların 1997 ci ildən bu gunə kimi olan borcu istəməyi hansı qanunvericiliyə uygundur. Əgər uygundursa hansı normativ aktda uygundur. Qanunsuzdu sa onda bizə komək edin ki, biz hüquqlarımızı bərpa edək.

Salam.

Əgər borcunuz varsa deməli həmin qurumun səlahiyyətli şəxsləri tərəfindən tələb etməyə əsas var. 

Xatırladaq ki, Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir.

Sualınıza görə təşəkkür edirik.

2011-02-26

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1099 - Xəzər (25-02-2011) Salam. Əgər bir şəxs 2 il müddətinə azadlıqdan məhrum edilmişsə (az agir cinayətlə) və cəzanın 10 ayını çəkib qalan hissəni daha yüngül cəza ilə əvəz edilərək məntəqə tipli çəza çəkmə müəssiəsində çəkib qurtararsa onun uzərindən məhkumluğu nə vaxt odənilmiş olur?

Salam.

Cinayət Məcəlləsinin 77-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzasını çəkdiyi dövrdə davranışını nəzərə alaraq, məhkəmə cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər.

Cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəza müddətinin ən azı üçdə bir hissəsi çəkildikdən sonra tətbiq edilə bilər.

Bundan başqa həmin Məcəllənin 83-cü maddəsi ilə tanış olmalısınız:

Maddə 83.

83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.

83.2. Cəzadan azad edilmiş şəxs məhkumluğu olmayan hesab edilir. 

83.3. Aşağıdakı hallarda:

83.3.1. şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda;

83.3.2. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə;

83.3.3. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən üç il keçdikdə;

83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə;

83.3.5. xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

83.4. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 

83.5. Şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər.

83.6. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.

Sualınıza görə təşəkkür edirik.

2011-02-26

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1098 - Yalçın (24-02-2011) Salam hormetli vekiller. 15 gun qabaq Raf markali mikroavtobus almisam. Generalniy dovernus ile almisam. Masin Baki nomresidir. Men ozum rayonda yasayiram. Masini rayonda DYP qeydiyyatdan keciren zaman melum oldu ki, masinin kuzasinda olan bilkasi yoxdur. DYP mene bildirdiler ki, masin Baki seriyasi olduqu ucin bilkani yalniz Respublika DYP almaq olar. Gerek erize ile muraciet edesen ki, masinin bilkasi itib. Masin ozude mutleq Bakiya getmelidir. Bilkasi ve qeydiyyati olmadiqi ucin masinla rayondan Bakiya getmek olmaz. Yolda masini DYP emekdaslari ala bilerler. Cunki masini elimden almisdilar ve masini tanisliqla oradan cixartmisam. Masini aldiqim sexs ne masini geri qaytarib pulumu verir, nede bilkani duzeltdirmeye boyun olur. Deyir ki get haraya isteyirsen sikayet ele. Xais edirem deyesiniz ki, men ne cur hereket etmeliyem. Qanun kimin terefindedir.

Salam.

Qanun qanuna riayət edənlərin tərəfindədir.

Qanunvericiliyə uyğun olaraq etibarnamə ilə hansı bir əşya alınmır və etibarnamə ümumiyyətlə mülkiyyət hüququnu vermir. Etibarnamə verən şəxs qanuna uyğun olaraq hər an həmin etibarnaməyə xitam verə bilər və bu etibarnamə etibarsız hesab ediləcək. Çalışın nəqliyyat vasitəsini alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirin və üzərində mülkiyyət hüququnu əldə edin. Əgər şəxs hansı bir malı (o cümlədən nəqliyyat vasitəsini)  müqavilə şərtlərinə zidd satın alırsa buna görə müvafiq qaydada məsuliyyətə cəlb oluna bilər.

Sualınıza görə təşəkkür edirik.

2011-02-26

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1097 - Rehman (23-02-2011) Hormetli huquqsunaslar! Dovlet reyestr xidmetinde muvafiq icra hakimiyyetinin(XDS) qerarini qebul etmeyerek tikintinin istismara verilmesi aktini teleb edirler. Onlar oz etirazlarini NK-nin 2008-ci ilde verilmis hansisa qerari ile esaslandirirlar. Menim bildiyime gore qanunun geriye quvvesi yoxdur. 15 il bundan evvel tikilmis ve uzun illerdir istifade olunan obyekte bu qerarin tetbiq edilmesi qanuna uygundurmu? Cox sag olun.

Salam.

Yəqin ki, «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları»nın təsdiq edilməsi barədə NK qərarını nəzərdə tuturlar.

Əgər həmin qurumun rəsmi cavabı varsa və bu cavab sizi qane etmir müvafiq qaydada məhkəməyə müraciət edə bilərsiniz.

Doğrudur, Konstitusiyanın 149.5-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.

Sualınıza görə təşəkkür edirik.

2011-02-26


Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1096 - Kamran (23-02-2011) Salam! "Erde olan qadinin vetendashligi haqqinda Konvensiyaya qoshulmaq barede 31.05.1996-ci il tarixli AR-nin Qanunu muraciet eden shexsler uchun hansi sadeleshdirilmish hallari nezerde tutur. Vetendashliq uchun muraciet etmish shexslere Dovlet Miqrasiya Xidmetinin eseslandirilmamish imtina mektubu hansi huquqi neticelere sebeb ola biler? Teshekkur edirem.

Salam.

İlk öncə həmin Ərdə olan qadının vətəndaşlığı haqqında Konvensiya ilə daha ətraflı tanış olmaq lazımdır. 

Belə ki, həmin Konvensiyanın 3-cü maddəsinə əsasən Sazişə gələ hər bir dövlət razılaşır ki, onun hər hansı bir vətəndaşının arvadı olan əcnəbi, öz xahişi ilə, xüsusi asanlaşdırılmış naturalizasiya qaydasında ərinin vətəndaşlığını qəbul edə bilər. Belə vətəndaşlıq dövlət təhlükəsizliyinin və kütləvi asayişin mənafeyi xatirinə qoyulmuş məhdudiyyət obyekti ola bilər.

Eyni zamanda Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunun 26-cı maddəsinə əsasən qanunla Azərbaycan Respublikasının beynəlxalq müqavilələri arasında ziddiyyət yaranarsa, həmin müqavilələr tətbiq edilir.

Buna görə də əgər müvafiq dövlət qurumu imtina cavabı veribsə bununla əlaqədar məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-02-26

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1095 - Bahruz (23-02-2011) Salam. Mümkünsə güzgülü statistika haqqında məlumat verərdiniz

Salam.

Adətən güzgülü statistika dedikdə ölkənin xarici ticarət partnyorları üzrə BVF-nin (Beynəlxalq Valyuta Fondu) göstəriciləri ilə gömrük statistikanın tutuşdurulma (müqayisə) təhlili başa düşülür.

Sualınıza görə təşəkkür edirik.

2011-02-26

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1093 - Ceyhun (22-02-2011) Uşağa qulluqla əlaqədar sosial məzuniyyətdə (uşağın 3 yaşı tamam olması ilə əlaqədar) olan işçi, hamiləliyə və doğuşa görə məzuniyyətə (2 –ci uşaqla əlaqədar) çıxa bilərmi və buna görə müəyyən edilmiş müavinət ödənilməlidirmi? Bu təqdirdə işçiyə 1-ci uşağa qulluqla əlaqədar qismən ödənişli müavinatın yerdə qalan hissəsi ödənilirmi? Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Bu sual Məsləhətxananın 977-ci, 981-ci suallarında cavablandırılmışdır. 

Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Prezidentin Fərmanında müvafiq müavinətlərin məbləği də göstərilib.

Sualınıza görə təşəkkür edirik.

2011-02-26

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1092 - Oktay (22-02-2011) Salam, hörmətli hüquqşünaslar.Sizi yenidən narahat etdiyim üçün üzr istəyirəm.Sadəcə 1081 No-li sualıma mını lazım olan cavabı almadığım üçün sualımı daha konkretləşdirmək istəyirəm. Bilmək istərdim ki, əgər mən hər hansi dövlət idarəsinə CV versəm mənim diplomum və ya əmək kitabcam etibarsız sayıla bilərmi? Və yaxud mənə hər hansı bir problem yarana biərmi? Qabaqcadan təşəkkürümü bildirirəm.

Salam.

Diplomu və ya əmək kitabçasını etibarsız sayılması üçün əsas yoxdur.

Bu qədər.

2011-02-26

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1090 - Narmina (21-02-2011) salam. Eger iscinin adi qeydiyyatda varsa ve onun maasina gol cekilib mudiriyyet alirsa..bir sozle evveller "myortvie dushi"adlanirdi..buna gore mudiri hansi ceza ve ya mesulliyyet gozleyir....evvelceden oz minnetdarligimi bildirirem..

Salam.

Əgər sübutlar varsa bu hərəkətlərə görə cinayət məsuliyyətinə də cəlb olunm mümkündür. Cinayət Məcəlləsinin 9-cu bölməsinə  (hüquqi tövsifdən asılı olaraq - Mənimsəmə və ya israf etmə, dələduzluq, Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurma və s.) nəzər yetirin. Əgər faktı təsdiq edən sübutlar mövcuddursa hüquq mühafizə orqanlarına müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-02-21

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1089 - Bahruz (21-02-2011) Salam. İnzibati xəta haqqında protokol hansı halda tərtib edilmir? Bura "İnzibati xətalar haqqında işlər üzrə icraat prokuror tərəfindən başlandıqda" aid etmək olar yoxsa bu bənd cıxarılıb? əvvəlcədən təşəkkür edirəm

Salam.

Qarışıq və qeyri aydın sualdır. Lakın bildirməliyik ki, İnzibati Xətalar Məcəlləsinin 412.1-ci maddəsinə əsasən törədilmiş inzibati xətaya görə inzibati tənbeh növü kimi xəbərdarlıq tətbiq edildikdə və ya inzibati cərimənin miqdarı iyirmi manatdan artıq olmadıqda, inzibati xəta haqqında protokol tərtib edilmir. 
Sualınıza görə təşəkkür edirik.
2011-02-21
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1088 - Ceyhun (21-02-2011) Salam Dejure. İşçi müvafiq iş yerində ümumilikdə 7 ilə yaxın işləyirsə ancaq, faktiki olaraq bir vəzifədə işləməsinin 1 ili tamam olmayıbsa, işçi attestasiyaya düşürmü? Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Sual - 1076

Məsləhətxananın 1076-cı sualında bu sual cavablandırılmışdır.

Bu qədər.

 2011-02-21

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1087 - Gulya (20-02-2011) salam. eger hansisa dovlet hamiliqla qebul olunmus beynelxalq ohdelikleri pozarsa onda onun baresinde hansi orqan vasitesi ile hansi tedbirler gorulur?

Salam.

Müxtəlif təşkiltlar var (BMT, Avropa Birliyi və s.) bu dövlətin yerləşməsindən, daxil olduğu birliklərdən də asılı ola bilər. Tədbirlər də müxtəlif ola bilər iqtisadi (embarqo), silahlı daxil olma (ən son zərurət kimi) və s.

Sualınıza görə təşəkkür edirik.

2011-02-21

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1086 - Gulya (20-02-2011) salam "dovletlerin umumi menafeyi" ne demekdir?

Salam.

Baxmayaraq ki, qanunvericilikdə dövlətin ümumi manafeləri anlayışı dəqiq göstərilməyib. Özümüz aşağıdakı kimi bu anlayışı başa düşürük.

Dövlətin ümumi manafeləri - həmin dövlət tərəfindən, həmin dövrdə  iqtisadi və qeopolitik, mədəniyyət-tarixi əlaqələri ilə, təhlükəsizliyini təmin etmək zərurəti ilə, əhalinin daxili və xarici təhkükədən, ekoloji  fəlakətlərdən qorunması ilə  müəyyən edilən dövlətin dərk edilmiş ehtiyaclarıdır.

Bu qədər.

2011-02-21

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1085 - Bahruz (20-02-2011) Salam. Azərbaycan Respublikası Cinayət Məcəlləsi maddə 331.3, 341.1 dair Plenumun qərarları, şərhi, məqalə və.s bu kimi materiallar göndərmayinizi xahiş edirəm.

Salam.

Bu cür materiallar təmənnasız təqdim olunmur. 

Sualınıza görə təşəkkür edirik.

2011-02-21

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1084 - Kerim (20-02-2011) Salam, neve nenesinin mulkiyyetinden mecburi payi varmi? Yoxdursa orada yasamaq huququ varmi(eger orada qeydiyyatdadirsa)?

Salam.

Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

Qeydiyyat ilə bağlı məsələləri məhkəmə qaydasında daşınmaz əmlakın mülkiyyətçisi ilə həll edə bilərsiniz.

2011-02-21

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1083 - Bahruz (19-02-2011) Salam. İnzibati qaydada tutma bildiyiniz kimi DİN, MTN, DSX, MN tərəfindən həyata keçirilir. Bəs Dövlət Miqrasiya Xidmətini necə bu siyahıya aid etmək olar?

Salam.

Bəli. Aid etmək olar. 

Bunun üçün "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Prezidentin Fərmanının 2.39, 2.40, 2.53, 2.54 bəndlərinə nəzər yetirmək lazımdır. 

Sualınıza görə təşəkkür edirik.

2011-02-21

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1081 - Oktay (19-02-2011) Salam, hörmətli hüquqşünaslar.Sizdən bir məsəslə ilı bağlı məsləhət almaq istərdim.Mən 2004-2008-ci illərdə dövlət universitetlərindən birində əyani bakalavr və Yanvar 2009-Yanvar 2011-ci illərdə əyani magistr təhsil alnmışam.2006-ci ildən indiyə qədər neft sənayesində-dənizdə çalışıram.Əmək kitabçamda da 2006-ci ildən staj yazılır. qeyri-adi və bir tərəfdən də qeyri-qanunilik olmasını etiraf edirəm. Amma mən dövlət idarəıərindən birinə CV gondərmək istəyirəm.Yalnız yuxarıda qeyd etdiyim məsələyə görə risk edə bilmirəm.Zəhmət olmasa bu sahədə mənə mümkün ola bilən bir variant yazın.Öncədən təşəkkürümü bildiriəm.

Salam.

İlk öncə bildirməlisiniz ki, göstərdiyiniz məsələdə harda qeyri-qanuniliyi görürsünüz? Yəni əyani oxuyarkən necə işləyə bilmisiniz? Bəli qəribədir.

Amma qeyri-qanuni deyil. Bu məsələ artıq işçinin və işəgötürənin arasında razılaşmalarla həll olunur. 

Sualınıza görə təşəkkür edirik.

2011-02-21

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1080 - Bahruz (18-02-2011) Salam. İXM. bilmək istəyirəm hal hazırda fiziki,vəzifəli və hüquqi şəxslərdən alınan inzibati cərimənin miqdarı maksimum nə qədərdir?

Salam.

İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətalara görə fiziki şəxslərdən alınan inzibati cərimənin miqdarı üç min manatdan, vəzifəli şəxslərdən alınan inzibati cərimənin miqdarı on min manatdan, hüquqi şəxslərdən alınan inzibati cərimənin miqdarı əlli min manatdan artıq ola bilməz

Sualınıza görə təşəkkür edirik.

2011-02-21

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1079 - Azer (18-02-2011) Ali məhkəmə qərarının icra müddəti nə qədərdir?

Salam.

Mülki Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən (əgər mülki işdirsə) qərar qəbul edildiyi andan qüvvəyə minir.

İcra müddəti İcra haqqında Qanunun 12, 13-cü maddələrinə əsasən həyata keçirilir. 

Sualınıza görə təşəkkür edirik.

2011-02-21

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1078 - Adil (18-02-2011) salam de jure! Sualım "avto cərimələr" ilə bağlıdır: Məni maraqlandırır, məsələn: maddə 151(1) cəriməsi 15-dan -20 manatadək, və yaxud 151(2), 20-dan -40 manatadək + 3 bal, və ilə axır... Sual: məsəlcün götürək, Maddə 151(1)-ini pozan sürücülərin hansına 15 manat cərimə, və yaxud hansına 20 manat cərimə yazılmalıdır? qabaqcadan teşekkür edirik!

Salam.

İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

Misal üçün əgər siz birinci dəfə hüquq pozuntusuna yol vermisiniz və həmin pozuntunun ictimai təhlükəsi azdır, onda minimum cərimə tətbiq edilə bilər. Cərimənin məbləğini müəyyən etmək müvafiq qurumların səlahiyyətidir, əgər hesab edirsinizsə həmin cərimmə əsassızdır məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-02-21

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1077 - Bahruz (17-02-2011) Salam. İxrac Nəzarəti haqqında qanunda göstərilmiş müvafiq icra hakimiyyetlərinin açıqlanmasını zəhmət olmasa yerləşdirərdiniz

Salam.

Bunun üçün  "İxrac nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Prezidentin Fərmanı ilə tanış olmalısınız. 

Sualınıza görə təşəkkür edirik.

2011-02-21

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1076 - Ceyhun (17-02-2011) Salam Dejure. İşçi müvafiq iş yerində ümumilikdə 7 ilə yaxın işləyirsə ancaq, faktiki olaraq bir vəzifədə işləməsinin 1 ili tamam olmayıbsa, işçi attestasiyaya düşürmü? Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Əmək Məcəlləsinin 66-cı maddəsinin 7-ci abzasına əsasən bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilərin attestasiyası keçirilmir.

Sualınıza görə təşəkkür edirik.

2011-02-21

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1075 - Əziz (16-02-2011) Salam! menim 1062 nomreli sualimi cavablandirmishdiniz. Cinayət Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən cinayət prosesində zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi qismində müvafiq şəxs tərəfindən verilmiş və notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkillər və digər şəxslər iştirak edə bilərlər. Mülki iddiaçı və ya mülki cavabdeh qismində hüquqi şəxsin nümayəndəsi kimi müvafiq hüquqi şəxsin rəhbəri də vəsiqə təqdim etməklə cinayət prosesində iştirak etməyə buraxıla bilər. Bu maddədən belə anlaşılır ki, hüquqi şəxs yalnız mülki iddiaçı qismində cinayət prosesində iştirak edə bilər. Maddənin birinci cümləsində qeyd olunan zərər çəkmiş şəxs kimi yalnız fiziki şəxslər iştirak edə bilər, çünki notariat qaydasında təsdiq edilmiş etibarnamə yalnız fiziki şəxslər tərəfindən verilə bilir. Hüquqi şəxslərdə etibarnaməni notariat qaydasında deyil, müəssisənin rəhbərinin imzası və möhürü ilə etibarnamə nümayəndəyə verilir. Aydınlıq gətirin

Salam.

Etibarnamə ilə bağlı münasibətlər Mülki Məcəllənin müddəaları ilə tənzimlənir. Belə ki, həmin Məcəllənin 362.5-ci maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir.

Sualınıza görə təşəkkür edirik.

2011-02-16

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1074 - Bahruz (16-02-2011) Salam. 15 gömrük rejimlərinin əsasnaməsini necə əldə edə bilərəm?

Salam.

Əsasnamələrin bir çoxu Digər normativ aktlar bölməsində mövcuddur.

Bu qədər.

2011-02-16

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1073 - İskəndər (15-02-2011) Diplom hazırlığı ilə əlaqədar iş yerinə təqdim edib, 3 təqvim ayı ödənişli məzuniyyət almaq üçün təhsil aldığım ali məktəbdən arayış istədim. Arayışda yazıldı: mart ayında dissertasiya müdafiəsi keçiriləcəkdir. Arayışı iş yerində qəbul etmədilər.Bildirdilər ki,dəqiq məzuniyyət vaxtı göstərilməyib. Nə etməliyəm? Arayış necə yazılmalıdır?

Salam.

Əmək Məcəlləsinin 124.5-ci maddəsinə əsasən diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə ali məktəblərin axşam və qiyabi şöbələrində təhsil alan işçilərə 4 təqvim ayınadək, orta ixtisas məktəblərinin axşam və qiyabi şöbələrində təhsil alan işçilərə isə 2 təqvim ayınadək məzuniyyət verilir.

Arayışda müddət dəqiq göstərilməlidir, çünki məzuniyyət günləri dəqiq hesablanmalıdır (misal üçün 01.04.2011-01.07.2011 tarixədək və s)

Sualınıza görə təşəkkür edirik.

2011-02-17

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1072 - Fuad (15-02-2011) SALAM MƏN İKİ DEFE MEHKEMƏLİK İŞİM OLUB.İKİSİDE ALİMENTLE BAĞLI.AMMA HEÇ BİRİNDE MƏNİ MƏHKƏMƏYƏ ÇAĞIRMAYIBLAR.QƏRAR HAQQINDA QƏTNAMƏDƏ VERMƏYİBLƏR.QƏRARİ İŞ YERİMDƏN MAAŞİMDAN TUTLAN PULDAN BİLMİŞEM. ŞORUŞANDADA DEYİBLER MEHKEME ZENG EDİB, BİZDE PULUNDAN TUTURUQ. QƏTNAMƏLƏRİ NƏCƏ ƏLDƏ ETMƏLİYƏM? ÇÜNKİ YENƏ MƏHKƏMƏYƏ MÜRACİYYƏT EDİB ALİMENTİ AZALTMAQ İSTEYİREM.

Salam.

Əgər maaşdan tuturlarsa deməli onların rəsmi sənədi olmalıdır. Kim pulu tutursa onlardan həmin məhkəmənin adını öyrənin və məhkəməyə müraciət edin. Əsas varsa həmin məhkəmə aktından şikayət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-02-17

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1071 - Bahruz (15-02-2011) 1061-ci sual. mümkünse sualları bu ayın 23-ne kimi hazirlayib yerleshdirerdiz sayta cunki 24-ü imtahanimizdir.

Salam.

Təəssüflər olsun ki, bu hələ ki mürəkkəb məsələdir. Kommersiya əsasında fəaliyyət göstərçəyimiz müəyyən vaxt tələb edəcək. 

Üzrlü hsab edin.

2011-02-15

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1070 - Bahruz (15-02-2011) Salam. Mənə Cin.Məc.CPM,Əm.məc,Gömrük Məc, korrupsiya haqqında qanun və.s bu kimi qanunların qüvvəyə minməsi, təsdiq olunması, dərc olunması tarixləri lazımdır. bunu necə əldə etmək olar?

Salam.

Bütün bu qanunlar Milli Qanunvericilik bölməsində mövcuddur.

Bu qədər.

2011-02-16

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1069 - Camal (15-02-2011) Salam! Aliment kəsiləndən sonra onu ödəyə bilmədikdə. Qanunda buna görə cəza təyin olunubmu? Və ya işsiz olduğumdan məcburi işə cəlb eilə bilərlərmi?

Salam.

Baxmayaraq ki, alimentin ödənilməməsi üçün cinayət və ya inzibati məsuliyyət nəzərdə tutulmayıb, bu o demək deyil ki, aliment ödəmək öhdəliyindən şəxs azad olunur. Məhkəmə qaydasında nəzərdə tutulmuş aliment məbləğləri məcburi qaydada iş yerindən, bank hesabından, əmlakdan tutula bilər.

Bu qədər.

2011-02-16

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1068 - Elmar (15-02-2011) Salam. Mən sizdən hüquqi məsləhət almaq istəyirəm.Bizim həyətyanı torpağımıza 5 sot zept yazıblar.Torpaq isə babamdan qalıb təxminən 1950-ci ildə verilib.O vaxtdan necə var elədir(yəni həyətin ölçüsündə dəyşiklik olmayıb)və torpaq vergisini də 27 sot olaraq həmişə ödəmişik(Dedikləri zəptdə bura daxildir).1989-cu ilə aid cizgi planı və qəvələsi də var. indi mənim o 5 sotumu bələdiyyənin perspektiv fonduna keçiriblər.Bələdiyyə isə sota uyğun müəyyən miqdar pul tələb edir ki, 5 sotu mənə qaytarsınlar.Mən bu məsələ ilə əlaqədar müvafiq qurumlara müraciət etmək istəyirəm, ancaq torpaq məcəlləsində bu barədə birşey tapa bilmədim.Xahiş edirəm bu barədə mənə köməklik edəsiniz.Göstərəcəyiniz köməkliyə görə Sizlərə əvvəlcədən öz minnətdarlığımı bildirirəm.

Salam.

Daşınmaz əmlaka aid bütün sənədləri toplayaraq mülkiyyət hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etməyiniz məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

2011-02-16

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1067 - Namik (15-02-2011) Salam! Menim menzilim 3 otagli adlanan binada yerlasir. Yasamal rayonu 22№-ли мис. Menzil ozellesdirilmisdir. Xais edirem basa salin men xem emlak vergisi belediyyeye ve hemde ev kiresi adlanan vergini MIS-ne odemeliyem? yoxsa ancag belediyyeye emlak vergisi odemeliyem.Ve Bu menzillerin inventar deyeri ne gederdir? Сизе миннетдарам

Salam.

Qanunvericilikdə müxtəlif vergilər nəzərdə tutulub, lakın əsassız vergilərin tutulması yol verilməzdir. Çalışın vergi ödəyərkən müvafiq təsdiq edici sənəd əldə edin.

Belə ki, Vergi Məcəlləsinin 8-ci maddəsinə əsasən fiziki şəxslərin torpaq vergisi;  fiziki şəxslərin əmlak vergisi kimi bələdiyyə vergiləri nəzərdə tutulub. Evin kirayəsi isə vergi deyil. Bu hansı bir daşınmaz əmlakın icarəsidir (sizin mülkiyyətiniz olmadığı üçün mülkiyyətçi olan şəxsə icarə haqqı ödəyirsiniz).

Sualınıza görə təşəkkür edirik.

2011-02-16

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1065 - Sabina (14-02-2011) övladımı uşaq bağçasında tez-tez döyürlər. Şikayət edirəm uşağı daha çox gözümçıxdıya salırlar.Nə etməliyəm

Salam.

Əgər həmin idarənin rəhbərliyi heç bir tədbir görmürsə Təhsil Nazirliyinə ərizə ilə müraciət edə bilərsiniz, həmçinin hüquq mühafizə orqanlarına da müraciət edə bilərsiniz (polis, prokurorluq).

Sualınıza görə təşəkkür edirik.

2011-02-16

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1064 - Sabina (14-02-2011) Salam.mənim qaynatam bu yaxınlarda ölüb, onun 4 uşağı var, hamısı evlidir, hamısının da burda evi var. Lakin bir qızı xaricdə yaşayır ailəsi ilə birlikdə,onun orda da evi var.Lakin həmin qız miras qalan evə qeydiyyatdadır. Xahiş edirəm varisliyin necə paylanacağı haqqında açıqlama verərdiniz.

Salam.

Mirasın bölünməsi Mülki Məcəllənin 10-cu bölməsinə uyğun olaraq həyata keçirilir. Əgər vərəsənin yeri məlumdursa notarius müvafiq qaydada onu məlumatlandırılmalıdır. Əgər vəsiyyətnamə yoxdursa miras bütün qanuni vərəsələr arasında bərabər bölünməlidir.

Sualınıza görə təşəkkür edirik.

2011-02-16

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1063 - Ceyhun (14-02-2011) Salam Dejure. Kargüzarlıqla əlaqədar hansı normalar qəbul edilib və bu normalar qeyri-dövlət təşkilatlarının işinə şamil edilirmi? Əvvəlcədən təşəkkür edirəm

Salam.

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimatı rəhbər tutun.

Yalnız dövlət qurumları üçün məcburidir.

Sualınıza görə təşəkkür edirik.

2011-02-15

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1062 - Əziz (14-02-2011) Salam. Hüquqi şəxs cinayət prossesində zərər çəkmiş kimi sayıla bilərmi? mümkünsə əsaslandırın. Öncədən təşəkkürlər.

Salam.

CİNAYƏT-PROSESSUAL MƏCƏLLƏSİNİN 87.3-cü maddəsinə əsasən cinayət nəticəsində mənəvi və ya maddi ziyan dəymiş hüquqi şəxs zərər çəkmiş şəxs qismində tanına bilər. Belə halda bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini hüquqi şəxsin müvəkkil edilmiş nümayəndəsi həyata keçirir.
Sualınıza görə təşəkkür edirik.
2011-02-15
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1061 - Bahruz (13-02-2011) Salam. İnzibati Xətalar Məcəlləsinə dair test toplusu mymkundurse gondererdiniz. saytda yerleshdirdiyiniz testlere nezer yetirmisem. İlk onceden minnetdaram!

Salam.

Testlərin yaxın zamanlarda kağız versiyasını hazırlayacayıq və maraqlananlar onları ala biləcəklər.

Sualınıza görə təşəkkür edirik.

 2011-02-13

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1060 - Bahruz (11-02-2011) Salam. Zehmet olmasa avro-2, avro-3 haqqinda material gondererdiniz

Salam.

Deməzdik ki, qeyd olunanlar hüquqa aiddir.

Euro 1, Euro 2 və s  işlənmiş qazlarda zərərli maddələrin tərkibini tənzimləyən ekoloji standartlardır.

Bu qədər.

2011-02-11

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1059 - Rasul (11-02-2011) Salam! Azərbaycan bank sektorunda Mərkəzi bankın təlimatına görə kommersiya bankların;n Baş ofisində olan mərkəzi xəzinə necədə açılıb və bağlanmalıdır? Çox sağ olun!

Salam.

Azərbaycan Respublikasında Fəaliyyət Göstərən Banklar Arasında Hesablaşmaların Aparılması Qaydalarına diqqət yetirməyiniz məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

2011-02-11

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1058 - Fuad (10-02-2011) alimenti 25%+25%=50% dən cəmi 33% salmaq olar

Salam.

Alimentin məbləğin müəyyən edilməsi məhkəmənin səlahiyyətindədir. Məhkəməyə müraciət edərkən öz mövqenizi əsaslandırmalısınız və sübutları təqdim etməlisiniz.

Bu qədər.

2011-02-11

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1057 - Fuad (10-02-2011) Salam. Hər vaxtiniz xeyirli olsun. Men bir defe ailə qurmuşam amma dağılıb. Bir uşağa görə aliment ödəyirəm. Maaşımın 25% dəyərində. Digər tərəfdən Bir qadina da uşağa görə maaşımın 25% dəyərində aliment verirem. Özümdə yeniden ailə qurmuşam iki uşağim var. Men 50% maaş alıram Yəni 83 manat. Men məhkəməyə müraciyyət etsəm aliment endirə bilərəm yoxsa yox. Bir defe bir vəkil mənə dedi ki, iki uşaqdan sonra alimen 50% dən 33% endirmək olur.amma neçe. Mene kömeklik gösterin yoxsa yene ailəm dağılacaq. 83 manatla dolana bilmirem. Əvvəlcədən təşəkür edirəm.

Salam.

Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən nəzərdə tutulan payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

Bu qədər.

2011-02-11

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1056 - Ceyhun (10-02-2011) İstehsal daxili hər hansı bir struktur rəhbərinin əmək haqqı onun tabeçiliyində olan işçinin əmək haqqından aşağı, və ya bərabər ola bilərmi? (Məsələn: Nəqliyyat sahəsinin sürücüsünün ə/h sahə rəisinin ə/h.)Bu fərq nə qədər olmalıdır.

Salam.

Təbii ki, ola bilər. Qanunvericilik buna məhdudiyyət qoymayıb. İşçinin ixtisasından, gördüyü işin kefiyyətindən, mürəkkəbliyindən vəzifə maaşı digərlərin (hətta rəhbərliyin) vəzifə maaşından çox ola bilər.

Bu qədər.

2011-02-11

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1055 - Gunay (10-02-2011) salam birde xahis edirem ki hüquqi sexsin apellyasiya sikayetinin numunesini mene gonderesiniz

Salam.

Ərizə və Şikayətlərin nümunələri Ərizələr və şikayətlər bölməsində göstərilib. Digər xidmətlər pulludur.

Sualınıza görə təşəkkür edirik.

2011-02-10

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1054 - Gunay (10-02-2011) Salam men oyrenmek isteyirdim ki hüquqi sexs adindan apellyasiya məhkəməsinə şikayət veriləndə iddaçı hüquqi şəxs olur yoxsa ki, onun təsisçiləri7

Salam.

Hüquqi şəxs olur. Onun təmsilçisi isə (etibarnamə əsasında əgər direktor özü təmsil etmirsə) həmin sənədi imzalayır.

Sualınıza görə təşəkkür edirik.

2011-02-10

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1053 - Ceyhun (10-02-2011) Salam Dejure. Əllilik dərəcələrinin müəyyən edilməsi ilə əlaqədar müəyyən olunmuş komissiya hansı normativ sənədlərə əsasən əllilik dərəcələrini müəyyən edir və iş aparır? Mümkünsə həmin sənədləri sayta əlavə edin. Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Sayta həmin normativ akt uzun müddətdir ki, yerləşdirilib. Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə.

Xahiş edirik diqqətli olun.

2011-02-10

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1052 - Ceyhun (10-02-2011) Əgər işçi işləməklə bərabər istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya almaq istəyirsə staja və əmək şəraitinə görə nəzərdə tutulan əlavə günlərə görə də pul əvəzi hesablanmalıdırmı.

Salam.

Sual - 1049.

Qeyd etdiyiniz sual Məsləhətxananın 1049-cu sualında cavablandırılmışdır.

Bu qədər.

2011-02-11

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1051 - Yalçın (09-02-2011) Salam hormetli vekiller. 1045 sualima cavab verdiyiniz ucin sizlere oz tesekkurumu bildirirem. Lakin sizin cavabinizi deqiq basa dusmedim. Men deqiqlikle bilmek isterdim ki, qanun esasinda men qizillarimi mehkeme yolu ile geriye ala bileremmi. Yoxsa qizillar yoldasima catmalidir. Hormetle Jalchin

Salam.

Bu məsələ yalnız məhkəmə yolu ilə həll oluna bilər. Məhkəmə sübutlar əsasında qətnamə çıxarır. Belə ki, siz həmın zinət əşyalarınızı sizə məxsus olduğunu sübut etməli olacaqsınız (qəbzlər və s.). 

Bu qədər.

2011-02-11

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1050 - Rahib (09-02-2011) Salam. Men maraqlanmaq isteyirdimki Ruhi xestelere teqaud duzeltmek ucun hansi senedler lazimdir, ve hara muraciet etmek lazimdir. Onceden oz minnetdarligimi bildirirem.

Salam.

Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnaməyə əsasən tibbi-sosial ekspert komissiyası rəyi əsasında əqli (qeyd etdiyiniz məsələ) və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil hesab edilə bilər.

Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Prezidentin Fərmanında da bu müavintlərin miqdarı göstərilib.

Sualınıza görə təşəkkür edirik.

2011-02-11


Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1049 - Ceyhun (09-02-2011). Salam. istifadə olunmamış Əmək məzuniyyətinə görə kompensasiya hesablanarkən iş stajına və ya əmək şəraitinə görə əlavə olan əlavə günlər nəzərə alınmalıdırmı? Əsas?

Salam.

Əmək Məcəlləsinin 135.2-ci maddəsində bu hal tam şəkildə nəzərdə tutulmadığından, həmin münasibətlər həmin Məcəlləinin 144.3-ci maddəsinə əsasən tənzimlənir Belə ki, əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil vəyaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.

Sualınıza görə təşəkkür edirik.

2011-02-09

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1048 - Fidan (09-02-2011). salam. yeqinki menim movzumdan xeberdarsizda. Bes oqlan mehkemede durub deseki men bosanmiram bes onda nece? mehkeme oqlanin eleyhine nece qerar cixarda biler? Birdeki oqlan sumqayitda qalir.qiz bakida.mehkeme nece sumqayitda olacaq yoxsa bakida?

Salam.

Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. Amma ərin belə hüququ yoxdur.

Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.

Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

Lakın həmin Məcəllənin 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.

Sualınıza görə təşəkkür edirik.

2011-02-09

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1047 - Bahruz (09-02-2011). salam. Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli 834 nömrəli fərmanını göndərməyinizi xahiş edirəm.
1046 - Terlan (09-02-2011). Salam.Menim bir yaxin dostum qanunu iw yerini saxlamaqla diger bir qeyri qanunu iw yerinden banka arayiw alib. Daha dogrusu aldatmaq yolu ile onu bu iwe sovq edibler ve bankdan xeyli miqdarda pul goturubler. indise hemin adam pulu vaxtinda odemir ve bank ise dostumdan teleb edir odeniwi. Dostum ise oz pul kartini baglatdirib. daha bank onun kartindan odeniw ala bilmir. Indi bilmek isteyirem eger iw boyuyerse bank mehkemeye muraciet ederse menim dostumun aqibeti nece olacaq?Evvelceden tewekkur edirem.Hormetle Terlan.

Salam.

Əgər öz öhdəliklərini (müqavilə ilə nəzərdə tutulmuş) yerinə yetirməsə bank həmin öhdəlikləri məhkəmə vasitəsilə məcburi qaydada həyata keçirə bilər (əmlaka həbs, maaşından məcburi tutulma və s.).

Sualınıza görə təşəkkür edirik.

2011-02-09

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1045 - Yalchin (08-02-2011). SALAM HORMETLI VEKILLER. SIZE YENIDEN BIR SUALLA MURACIET ETMEK ISTERDIM. KECEN IL AILE QURMUSAM. AILE QURANDAN 2 AY SONRA YOLDASIM HAMILE OLDUQU UCUN USAQ ANADAN OLANA KIMI ISLEMEK MEQSEDILE RUSIYAYA GETMISEM. MENIM ZAQSIM YOXDUR. MEN RUSIYAYA GEDENDEN 2 AY SONRA, QAYNANAM YOLDASIMI HEKIME GOSTERMEK ADI ILE APARIB VE GERIYE QAYITMAQA QOYMAYIB. BUNU ESIDENDEN SONRA DERHAL QAYITDIM AZERBAYCANA. QAYNANAMGILDE OLDUM. QAYNANAMIN TELEBI BUDUR KI, AYRICA EV AL VE MENIM QIZIMI SAXLA. YOXSA QIZIMI QAYITMAQA QOYMAYACAQAM. MENIM ISE PULUM YOXDUR AYRICA EV ALIM. ZAQSIM OLMADIQI UCIN BOSANMAQ MESELESI OLAN DEYIL. YOLDASIMIN CEHIZI BIZDEDIR. CEHIZ DEYENDE KI, LAP ESLINDE ELE CEHIZIN, YENI MEBELIN PULUNUN COXUNU ELE BIZ VERMISIK. MEN RUSIYADAN EVLENENDE YOLDASIMA COX BAHALI QIZIL VE BRLIYANTLAR ALMISDIM. BUTUN QIZILLARI YIQIB GEDIBDIR. MENIM SIZE SUALIM BELEDIR KI, MEN MEHKEME YOLU ILE QIZILLARIMI GERI ALA BILEREMMI? YOXSA BU QIZILLAR QANUNU YOLDASIMA CATMALIDIR? HORMETLE JALCHIN

Salam.

Həmin məsələni məhkəmə yolu ilə həll edilməsi daha məqdəsəuyğundur. Əgər nikahınız dövlet qeydiyyatdan keçməyibsə onda qanun tərəfindən tanınmır.

Sualınıza görə təşəkkür edirik.

2011-02-09

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1044 - Kamran (08-02-2011) Salam! Kend teserrufati ile meshqul olan fermer, gelecek fealiyyetini genishlendirmek uchun kredit, texnika, cins malqara ve s. almaq meqsedile muvafiq qurumlara muraciet etmishdir. Bu meqsedle ondan biznes plan teqdim edilmesi tovsiye olunmushdur. Kendli fermer teserrufatlari uchun her hansi biznes planin xususi ve yaxud shablon formasi movcuddurmu? Teshekkur edirem.

Salam.

Biznes-planların hazırlanması müvafiq təcrübə tələb edir ona görə də bu xidmətlər pulludur.

Formasını burdan əldə edə bilərsiniz.

Təşəkkürlər.

2011-02-08

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1043 - Farrux (07-02-2011) Salam. Menim neçə illər mal aldığım dubaydakı topdansatış mağazasına borcum qalıb.və artıq bir ildən çoxdur ki men o pulu ödəyə bilmirəm.mağaza sahibi məni polislə hədələyir. Xahiş edirəm məni nə gözləyə biləcəyini söyləyəsiz.

Salam.

Çalışın öz öhdəlikərini vaxtında və tam həcmdə yerinə yetirin. Əgər hesab edirsinizsə bu öhdəlikləri yerinə yetirə bilməyəcəksinizsə əvvəlcədən bu işdən kənarlaşın.

Həmin şəxs (kreditor) əgər sizin münasibətləriniz müqavilə ilə tənzimləyirsə müvafiq səlahiyyətli qurumlara müraciət etməkdə haqlıdır. Lakın mülki-hüquqi münasibətlər olduğu üçün ilk növbədə məhkəməyə müraciət edə bilər. Və artıq məhkəmənin qətnaməsi əsasında öhdəliklərini məcburi qaydada icra etməyə nail ola bilər (misal üçün əmlakınıza həbs qoyula bilər və həmin əmlak daha sonra satıla bilər). Əgər əməllərinizdə cinayət tərkibi varsa onda digər hüquq mühafizə orqanlarına müraciət etməkdə də haqlıdır.

Sualınıza görə təşəkkür edirik.

2011-02-08

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1042 - Camal (07-02-2011) Salam! Məhkəmə 1 uşağa görə göstərdiyim gəlir qədər aliment kəsmişdir. Bu açıq aydın qərəzli qərar məni cinayətə sövq etmiş olur. Mən nə etməliyəm?

Salam.

Əgər 1-ci instansiya məhkəməsinin aktı ilə razı deyilsiniz apellyasiya şikayəti ilə yuxarı instansiya məhkəməsinə müraciət edə bilərsiniz. Cinayətə görə isə siz cinayət məsuliyyətinə cəlb olunacaqsınız.

Bu qədər.

2011-02-08

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1041 - Vasif (07-02-2011) Salam. Əgər vətəndaş bir rayondan başqa rayonda yaşamaq üçün köçərsə ona əvvəlki yaşadığı yerdən uçotdan çıxmaq üçün hansısa bir ərizə və ya əsas lazımdırmı? Çünki mən əvvəlki yaşayış yerindən çıxıb İsmayıllıya gəlmişəm, pasportstol mənə deyir ki, sənin vəsiqəni kompyuterə vururam fəaliyyətsiz göstərir. Mənə deyir ki, sən əvvəlki yaşayış yerindən çıxmağına dair bir əsas verməlisən. Əvvəlki yaşayış yeri isə mənə deyir ki, o sənə heç bir əsas tələb etmədən vəsiqə verməlidir. Qalmışam 2 yol arasında.Xahiş edirəm mənə köməklik edəsiniz.

Salam.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir.
Qanunu rəhbər tutun. Əgər səlahiyyətli şəxslər süründürməçiliyə yol verirsə yuxarı instansiyalara şikayət edə bilərsiniz.
Sualınıza görə təşəkkür edirik.
2011-02-08
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1040 - Fidan (07-02-2011) salam. Bosanma zamani ata usaqi hansi huquqlarla teleb ede biler ve mehkeme usaqi ataya vere bilermi?(qeyd edimki usaq teze anadan olub ve yasi hele tamam olmayib)

Salam.

Ailə Məcəlləsinin 29-c maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.

Lakın həmin Məcəllənin əsas vəzifələri ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsidir (3.0.4-cü maddə).

Buna görə də məhkəmələr adətən anaların hüquqlarını üstün tuturlar və uşaq ana ilə birlikdə qalır, xüsusilə uşaq azyaşlı olduqda.

Sualınıza görə təşəkkür edirik.

2011-02-08

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1038 - Yalçın (05-02-2011). Salam hormetli vekiller. Qardasim 5 il QARABAQDA doyusub. Muharibe veteranidir. Tehsil almaq meqsedile Rusiyaya gedib. 9 il Rusiyada tehsil alib. (institutut, aspirantura). Azerbaycana bir heftedir qayidib. Muharibe veterani vesiqesi vardir. Veteranlara ayrilan 30 manat teqaudu almaq ucin senedlerini lazimi idareye teqdim etmek isteyir. Bilmek isterdik ki, bu nece ilde yiqilan teqaudu ala bilerikmi? Nezerinize catdiriram ki, qardasim Rusiyaya gedende veteranlara teqaud vermirdiler ve 9 il muddetinde qardasim Azerbaycanda olmayib. Ilk defedir ki, senedlerini teqaud almaq ucin teqdim etmek isteyir. Hormetle Yalcin

Salam.

Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməni rəhbər tutaraq müvafiq dövlət qurumuna müraciət edə bilərsiniz.

Daha sonra əgər müraciətiniz müsbət həll olunmasa məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-02-08

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1037 - Camal (05-02-2011) Salam! Məhkəmə 1 uşağa görə göstərdiyim gəlirim qədər aliment tutub qarşı tərəfə ödənilməsini qət etmişdir.Qətnamənin hüquqi müddəti bitməyib. Açıq-aydın görünür hakim qarşı tərəfdən rüşvət alıb. Qətnamədən hansı qanuni pozuntusuna görə Apellyasiya şikayəti verə bilərəm? Özü də iş axtaran kimi ərazi Məşqulluq idarəsində qeydiyyatdayam. Hansı sənədləri Apellyasiya şikayətinə əlavə edim? Minnətdaram!

Salam.

Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

Apellyasiya şikayəti vermək üçün apellyasiya şikayətinin özü  (2 nüsxədə), dövlət rüsumu, 1-ci instansiya məhkəmənin qətnaməsinin surəti məhkəməyə təqdim olunmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2011-02-08

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1036 - Bahruz (04-02-2011) Salam. Tabelik münasibətlərində olmayan bir siravi əsgərin digər siravi əsgər yoldaşı ilə zarafat etmək niyyəti ilə ona ehtiyatsızlıqdan ağır dərəcəli bədən xəsarəti yetirmişdir.İstintaq tərəfindən xəsarət yetirən siravi əsgər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 332.3-cü maddələri ilə məsuliyyətə cəlb olunmuşdur. Siz isə bu sualın cavabında göstərmisiniz ki, əsgər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 131.2 maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Bu göstərilənlərdən hansı düzdür və nəyə görə? sual 1027

Salam.

Bəli biz bu suala belə cavab vermişdik ki, çünki siz verdiyiniz məlumata əsaslanırdıq.

Lakın qeyd etdiyiniz maddələr tamam başqa halları əks etdirir. Aşağıda bu maddələrin mətnlərini göstəririk.

Maddə 126. Qəsdən sağlamlığa ağır zərər vurma

126.1. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma—

üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 332. Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma

332.1. Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ya ona qarşı zor tətbiq etməklə əlaqədar olduqda—

iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

332.3. Bu Məcəllənin 332.1 və ya 332.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda

beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Artıq tövsif nə qədər düzgün olub-olmamasını (işin halları dəqiq araşdırdıqdan sonra) məhkəmə müəyyən edəcək.

Sualınıza görə təşəkkür edirik.

2011-02-08

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1035 - Rustem (04-02-2011) Əvvəla salamlar.narahatçılıq üçün üzr isteyirik.Bilmək istərdik ki, hər hansı fiziki şəxsə məxsus möhür və ştamp alınması üçün hansı sənədlər lazımdır, bu sənədləri hansı icra hakimiyyəti orqanından və hansı adda almaq lazımdır? məs: müstəqil qəzet üçün. Təşəkkürlər.

Salam.

Möhürü düzəlmək üçün həmin fəaliyyətlə məşğul olan şirkətlərə müraciət edə bilərsiniz (misal üçün http://www.newart-az.com/az/?lang=az&vir=shtamp&id=p14_15)

Amma təbii ki, əvvəlcədən qəzeti buraxmaq üçün müvafiq dövlət qurumunda qeydiyyatdan keçməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

2011-02-08

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1034 - Elish (04-02-2011) Evvela salam. Menim emim bizim yashadigimiz evi oz adina kecirdir evimiz baba mulkudur sehf etmiremse Butun emilerime elecede menim merhum atama pay dushur. Amma deyir ev menimdi.Bu evden mene pay dushur yoxsa yox? ve ne etmeliyem bunun ucun ?

Salam.

Əgər məsələ mübahisələndirsə məhkəməyə müraciət edə bilərsiniz. Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar (yəni siz qnun üzrə 1-ci növbəli vərəsələr hesab oluna bilərsiniz).

Sualınıza görə təşəkkür edrik.

2011-02-07

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1033 - Bahruz (04-02-2011) Salam. Bir alqı-satqı müqaviləsi bağlanması üçün iki dəfə beh müqaviləsi bağlana bilərmi? Bağlana bilərsə bu hansı hallarda ola bilər və qanunun hansı normasına əsasən? Təşəkkür edirəm!!!

Salam.

Müqavilə əqdin əqdin bir növüdür. Əqd isə mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.Yəni tərəflərin razılaşdırılmış iradə ifadəsidir (Mülki Məcəllə 13-cü fəsil). 

Qanun sizə müqavilə bağlamaqı qadağan etmir və həmin müqavilə (müqavilələr) ilə sizin müvafiq öhdəlikləriniz yaranıq. Sadəcə bu müqavilənin effektivliyindən deyilə bilər. Əgər tərəflər hesab edir ki, bir beh müqaviləsi kifayət etmir bir neçə ardıcıl müqavilə bağlana bilər. Yaxud ümumiyyətlə bir müqavilə bağlana bilər və behin şərtləri bir alqı-satqı müqaviləsində əks oluna bilər.

Sualınıza görə təşəkkür edirik.

2011-02-05

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1032 - Elibaba (04-02-2011) Salam! Eger Russiya vetendasi, Azerbaycan Respublikasinin vetendasligini qebul ederse, onun evvelki dovletin (russiya) vetendasi oldugu dovrde hemin dovletde elde etdiyi suruculuk vesiqesi ile Azerbaycan Respublikasi erazisinde avtomobil idare etmeye icazesi varmi?

Salam.

Sürücülük vəsizəsinin alınması vətəndaşlığın alınması (və ya itirilməsi) ilə bağlı deyil. Vətəndaş da sürücülük vəsiqəsini digər dövlətlərdə də ala bilər.

Sualınıza görə təşəkkür edirik.

2011-02-05

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1031 - Ceyhun (03-02-2011) Salam. Nömrəli aktların tərtib edilməsi işi necə və hansı hüquqi normativ sənədə əsasən aparılmalıdır? Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Əgər təşkilat dövlət təşkilatlarına aid deyil. Bu təşkilatın daxili işidir. Adətən qeydiyyat jurnalı aparılır. Dövlət qurumlarında müvafiq kargüzarlıq qaydaları tətbiq olunur.

Sualınıza görə təşəkkür edirik.

Bu qədər.

2011-02-05

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1030 - Elibaba (03-02-2011) Salam! Bank emelliyatinda zamin anlayisi nedir?

Salam.

Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürən şəxsdir.

Sualınıza görə təşəkkür edirik.

2011-02-03

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1029 - Samirə (02-02-2011) salam 800 azn məvacibə nə qədər alimemt düşür təşəkkür

Salam.

Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən əgər 1 uşaqdırsa məhkəmə tərəfindən  aliment haqqı təxminən 267 manat müəyyən edilə bilər (qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi).

Sualınıza görə təşəkkür edirik.

2011-02-03

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1028 - BAhruz (02-02-2011) Salam. Konsament nədir?

Salam.

Mülkü Məcəllənin 1078.5-ci maddəsinə əsasən konosament mala dair sərəncam sənədindən ibarət ticarət kağızı olub, onun sahibinin konosamentdə göstərilən yükə dair sərəncam vermək və daşıma başa çatdıqdan sonra yükü almaq hüququnu təsdiqləyir. Konosament adsız, orderli və ya adlı ola bilər.

Sadə sözlə çatdırılan yükə dair mülkiyyət hüququnu təsdiqləyən sənəddir.

Sualınıza görə təşəkkür edirik.

2011-02-03
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1027 - Bahruz (02-02-2011) Salam. Tabelik münasibətlərində olmayan bir siravi əsgərin digər siravi əsgər yoldaşı ilə zarafat etdikdə ehtiyatsızlıqdan ona ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Bu əməl necə tövsif olunmalıdır?

Salam.

Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma Cinayət Məcəlləsinin 131.2-ci maddəsinə əsasən tövsif olunmalıdır:

131.2. Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma —

beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sualınıza görə təşəkkür edirik.

2011-02-03

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1026 - Bahruz (02-02-2011) Salam. Daxili audit haqqında AR QANUNU maddə 15. Daxili audit haqqında Qanunun mərhələlərlə tətbiqi müddətləri kim tərəfindən müəyyən edilir?

Salam.

«Daxili audit haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Prezidentin Fərmanına əsasən «Daxili audit haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

Nazirlər Kabineti öz növbəsndə həmin Fərmanın icrasını təmin etmək məqsədilə "Məcburi auditin obyekti olan təsərrüfat subyektləri üzrə "Daxili audit haqqında" Azərbaycan Respublikası Qanununun mərhələlərlə tətbiqi müddətləri"nin təsdiq edilməsi barədə Qərar qəbul etmişdir.

Sualınıza görə təşəkkür edirik.

2011-02-02
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1025 - Xəzər (02-02-2011). Salam hormətli De jure kolletivi. Sizə bir təklifim və bir sualim var. Təklifim: Əgər münkündürse suallara verdiyiniz cavabları mövzulara ayirib başlıqda movzu adını qeyd edib yerləşdırəsiniz. əgər elə olsa hər bir istifadəçi ona lazım olan məlumatı asanlıqla tapar. Sualım: Kənd təsərrufatı və ya istenilən texnikanın illik kohnəlme və ya amortizasiya norması haqqında məlumat verməyiniz xahiş edirəm. Bu illik neçə faizdir və bu qayda hansi normativ hüquqi sənədə əsaslanır? Çox sag olun.

Salam.

BÜDCƏDƏN MALİYYƏLƏŞƏN İDARƏ, MÜƏSSİSƏ VƏ TƏŞKİLATLARDA MÜHASİBAT UÇOTUNUN HESABLAR PLANI VƏ ONUN TƏTBİQİNƏ DAİR TƏLİMATIN (№ U-6215 iyul 1998-ci il tarixli Maliyyə Nazirliyinin Əmr i ilə təsdiq edilmişdir)  02.№li “Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)” Hesabına nəzər yetirə bilərsiniz.

02 №li Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası) hesabı müəssisənin öz mülkiyyətində olan və uzun müddətə icarəyə götürülən əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası) həqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

01 iyul 1997-ci ilədək əsas vəsaitlərin tam bərpası üçün köhnəlmə (amortizasiya) keçmiş SSRİ Nazirlər Sovetinin 22 oktyabr 1990-cı il tarixli 1072 №li əmri ilə təsdiq edilmiş və Azərbaycan SSR Nazirlər Sovetinin 26 noyabr  1990-cı il tarixli 536 №li qərarı ilə Azərbaycan SSR-də tətbiqinə icazə verilən SSRİ Xalq Təsərrüfatında əsas fondların tam bərpasına hesablanan amortizasiya ayırmalarının vahid normaları əsasında hesablanırdı. 01 iyul. 1997-ci ildən əsas vəsaitlərə (fondlara) köhnəlmə (amortizəsiya) hesablanması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 71 nömrəli 3 iyul 1997-ci il tarixli qərarı ilə həyata keçirilir. Bu qərarın 2-ci bəndində deyilir: 1997-ci il iyul ayının 1-dən mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün müəssisələr əsas vəsaitlərə(fondlara) köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) metodunu tətbiq etsinlər: Bu metod üzrə amortizaysiya olunan əmlak və onların tam bərpası üçün illik köhnəlmə (amortizasiya) normaları aşağıdakı qaydada qruplaşdırılsın və göstərilən hədlər daxilində müəyyən edilsin:

a ) binalar və onların struktur komponentləri- 5 faizə qədər;

b) qurğular və onların struktur komponentləri- 7 faizə qədər;

v) ötürücü qurğular və onların struktur komponentləri- 9 faizə qədər;

q) maşın və avadanlıqlar - 13 faizə qədər;

d) nəqliyyat vasitələri - 15 faizə qədər;

e) istehsal alətləri (ləvazimatları) və təsərrüfat inventarları - 25 faizə qədər;

ə) torpaq sahələrinin yaxşılaşdırılması üzrə sərmayə qoyuluşları, iş heyvanları, çoxillik əkmələr və digər əsas vəsaitlər (fondlar) -25 faizə qədər;

j) qeyri-maddi  aktivlər  isə  “Mühasibat uçotu  haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq,

Bu qərərın 5-ci bəndinə əsasən büdcə idarələri əsas vəsaitlərin (fondların) balans (ilkin) dəyərinə yalnız bu qərarda göstərilən normalar daxilində köhnəlmə (amortizasiya) hesablayırlar.

Binalara, qurğulara (tikintilərə); ötürücü qurğulara; maşın və avadanlıqlara; istehsalat alətlərinə (ləvazimatlarına) və təsərrüfat inventarlarına; işçi heyvanlara, istismar vaxtına çatmış çoxillik əkmələrə və digər köhnəlmə (amortizasiya) hesablanacaq əsas vəsaitlərə yuxarıda adı çəkilən normativlər əsasında köhnəlmə (amortizasiya) hesablanaraq 02 №li Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası) hesabında uçota alınır.

Aşağıdakı əsas vəsaitlərə köhnəlmə (amortizasiya) hesablanmır.

nadir memarlıq və incəsənət abidəsi olan binalara və qurğulara (tikintilərə); elmi, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlara, eksponatlara, nümunələrə, fəaliyyətdə olan və olmayan modellərə, maketlərə və başqa əyani vəsaitlərə; məhsuldar heyvanlara (damazlıq inəklərə, camışlara, madyanlara, dəvələrə, marallara, donuzlara, qoyunlara, keçilərə; döllük buğalara, kəllərə, ayğırlara, nərlərə, marallara, qabanlara, qoçlara, təkələrə və bunlar kimi digər məhsuldar heyvanlara); heyvanxanalarda və digər analoji müəssisələrdə olan heyvanat aləminin eksponatlarına; istismar vaxtı çatmayan çoxillik əkmələrə; kitabxana fondlarına, kinofondlara, səhnə rekvizitlərinə, muzey sərvətlərinə(eksponatlarına);

incəsənət işlərinə (bədii yaradıcılıq əsərlərinə); tam amortizasiya olunmuş əsas vəsaitlərə (fondlara), onlar istismara yaralı olduğu hallarda; anbarda olan və quraşdırılması tələb olunan (istismara verilməmiş) əsas vəsaitlərə (fondlara); müəssisənin xarici ölkələrdə olan nümayəndəlikləri, törəmə müəssisələri, şöbələri, istehsalatları, təsərrüfatları və digər bölmələri müstəqil balansa ayrıldığı üçün onların xarici ölkələrdə olan əsas vəsaitlərinə öz ölkələrində köhnəlmə (amortizasiya) hesablanmır. Həmin vəsaitlərə onların istifadə olduğu ölkələrin normativ sənədləri əsasında köhnəlmə (amortizasiya) hesablaya bilər,

Büdcə idarələrində ildə bir dəfə, ilin sonunda əsas vəsaitlərə (obyeklərə) onların ilin hansı ayında əldə edilməsindən, yaxud tikilməsindən, quraşdırılmasından asılı olmayaraq qanunvericilikdə nəzərdə tutulmuş normalarla tam təqvim ili üçün köhnəlmə (amortizasiya) hesablanır. Bir sözlə əsas vəsaitlərə köhnəlmə (amortizasiya) Köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) metodunun tətbiqi üzrə təlimata uyğun həyata keçirilir.

Tam amortizasiya olunmuş (yəni dəyərin 100% köhnəlmə hesablanmış) əsas vəsaitlər istismara yararlı olduqları hallarda onlara köhnəlmə hesablanmır. İlin sonunda (dekabr ayının sonuncu iş günü) memorial order üzrə hesablanmış köhnəlmə məbləği 250 №li Əsas  vəsaitlərin fondu subhesabının debetində və 020 №li Əsas vəsaitlərin köhnəlməsi subhesabının kreditində əks etdirilir.

Dəyərinə 100% köhnəlmə hesablanmış əsas vəsaitlər istismara yararlı olduğu halda onu sıradan çıxarmaq olmaz.

Əsas vəsaitlər ləğv edildikdə, əvəzsiz verildikdə və ya digər sıradan çıxarılma hallarında onlara hesablanmış köhnəlmə məbləği 020 №li subhesabdan azaldılır.

Əsas vəsaitlərin köhnəlməsinin analitik uçotu əmlakın (qiymətlilərin) uçot kartı f.№ 1Q-də aparılır.

Sualınıza görə təşəkkür edirik.

2011-02-02

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
1024 - Ceyhun (02-02-2011) Salam. Sürücülük vəsiqəsi itdikdə əvəzinə yenisini (və yaxud dublikat) almaq üçün hansı qanuni addımlar atılmalıdır? Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Məsləhətxananın 923-cü sualında oxşar sual cavablandırılmışdır.

Suallar çoxdur və qarışıqdır. Ətraflı bu barədə məlumat almaq üçün Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin, Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanması qaydalarının və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Qərarla tanış olmalısınız.

İnzibati Xətalar Məcəlləsinin 154.4-cü maddəsinə əsasən sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə - otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.

Sualınıza görə təşəkkür edirik.

2011-02-02

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
<< Birinci < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Sonrakı > Axırıncı >>
Səhifə 8 dən(dan) 18:

  • Memarlıq və dizayn;
  • Landşaft dizaynı və layihələndirilməsi;
  • Texniki-mühəndis layihələndirmə;
  • 3D layihələr;
  • layihələrin təsdiqlənməsi.

Əlaqə:
Mob: +994-051-9406575

Təşkilatlar

QHT-lərAli məktəblər

Hüquqi məsləhətxana (qeydiyyatdan keçənlər üçün)

Axtaran tapar