Conscientia mille testes - Vicdan - min şahiddir.
Yönəldici Məsləhətxana
Mesaj
  • Cache cleaned
On-layn (canlı) hüquq məsləhətxanası
SM FAQ - Компонент вопрос-ответ для Joomla http://joomla.forsite.org

SUALLARIN VERİLMƏSİ ARTIQ DAYANDIRILIB.

BU BÖLMƏ MAARİFLƏNDİRMƏ MƏQSƏDİLƏ İSTİFADƏÇİLƏR ÜÇÜN AÇIQDIQ.

Xahiş edirik nəzərə alasınız:
1. Sualı vermək üçün aşağıda "Sualı əlavə et" düyməsini sıxmaq lazımdır.
2. Hüquq məsləhəti almaq üçün göndərilən sorğular "Əlaqə" bölməsindən göndərilə bilməz.
3. Bir məsələyə aid bir dəfə sual verilməlidir. Cavablandırma 2 günə qədər uzadıla bilər.
4. Təkrarlanan suallar ləğv olunur.
5. Həftə ərzində bir istifadəçi yalnız 3 sual verə bilər.


Göstərmək    Sualların cəmi - 1766
919 - Ceyhun (30-12-2010) Salam. Məni maraqlandıran 2 sual var: 1.Quşçuluq və ət emlı sahəsi üçün nəzərdə tutulmuş pevə və vəzifələrin siyahısı? 2. İş yerlərində baş vermiş bədbəxt hadisərdən işçilərin sığortalanması barədə qanuni aktlar?

Salam.

Həmin suallar Məsləhətxananın 911, 910, 904-c2 suallarında cavablandırılmışdır.

Sırf quşçuluq və ət ilə bağlı peşə və vəzifələrin siyahısı qanunvericilikdə nəzərdə tutulmayıb. 

Sualınıza görə təşəkkür edirik.

2010-12-30

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
917 - Ilqar (29-12-2010) Salam DEJURE. Əmək pensiyası necə hesablanır? Xahiş edirəm bunun düsturunu sadə dildə yazardınız. Sizə sual vermə formasında e-mail bölməsində "abunə ol"yazısı var.Ondan necə istifadə etmək olar?Sağ olun.Cavabınızı gözləyirəm.

Salam.

Təəssüflər olsun, amma sadə alınmayacaq. Çünki bu sahədə qanunvericilik mürəkkəbdir və iri həcmlidir. Həmçinin pensiyaların növündən asılı olaraq onların hesablanma qaydası da fərqlənir.

Misal üçün: 

Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir:

YH=PYK/T, burada:

YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir;

PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır;

T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.

10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir:

P=BH+SH+YH, burada:

P- yaşa görə əmək pensiyasıdır;

BH - yaşa görə əmək pensiyasının baza hissəsidir;

SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir;

YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir.

Əgər bu məsələ sizi doğrudanda maraqlandırırsa aşağıdakı normativ aktlarla tanış olun:

Sualınıza görə təşəkkür edirik.
2010-12-30

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
916 - Ilqar (29-12-2010). Salam DEJURE.Ünvanlı dövlət sosial yardım almaq üçün müraciət etmək istəyirəm.Bilmək istəyirəm ki,kredit öhdəçiliyi olan vətəndaş ünvanlı dövlət sosial yardımı ala bilərmi? Təşəkkürlər.

Salam.

Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının (Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmişdir) 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki 1 il ərzində orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətli olmaması, ailənin əmək qabiliyyətli üzvünün Baş Məşğulluq İdarəsinin yerli orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr dövlət büdcəsinin vəsaiti hesabına ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər.

Həmin qaydalarının 3.10-cu bəndinə əsasən ailənin orta aylıq gəlirinin 50 faizindən çox məbləğdə aylıq kredit öhdəliyi olduqda sosial yardımın təyin olunmasından imtina edilir.

Sualınıza görə təşəkkür edirik.

2010-12-30

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
915 - Gulshen (29-12-2010). Salam belediyyelerin reqlamentleri deyilende ne nezerde tutulur?

Salam.

Bələdiyyənin reqlamenti dedikdə aşağıdakılar başa düşülür:

  • iclaslarının keçirilmə şərtləri
  • iclaslarının hazırlanması
  • iclasının təxirə salınması və ya başqa vaxta keçirilməsi
  • iclasının aparılması qaydaları
  • üzvlərinin iclasda hərəkətləri
  • iclaslarda səsvermə və qərarların qəbuledilmə qaydaları
  • qərarlarının və protokollarının imzalanması
  • və s.

Sualınıza görə təşəkkür edirik.

2010-12-29


Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
914 - Emin (29-12-2010) 1000000 AZN pul kredite goturmek isteyirem ne edim?

Salam.

Banklara müraciət edin. Hər bir bankın öz şərtləri var. 

Bu qədər.

2010-12-29

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
913 - Ceyran (29-12-2010). Salam! Bakıdan Moskvaya sorğu göndərmək mümkündürmü və bu necə həyata keçirilir.

Salam.

Göndərmək olar. Amma bu münasibətlər artıq göndərdiyiniz ölkənin (Ruxiya Federasiyanın) daxili qanunvericiliyi ilə tənzimlənir. Müvafiq qurumlar sizin sorğunuzu cavablandırmaya da bilərlər. 

Sualınıza görə təşəkkür edirik.

2010-12-30

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
912 - Ceyran (29-12-2010). Salam! Vətəndaş Bakıda qeydiyyatdadır. Lakin MİS-də qeydiyyatdan keçməyib və həmin ünvanda yaşamır. Bu hansı hallarda mümkündür.

Salam.

Mənzil-istismar sahəsində qeydiyyat bina daxilində istilik, isti su, içməli su, kanalizasiya, elektrik enerjisi sistemlərinə texniki xidmət və təmir xərclərin mərkəzləşdirilmiş qaydada ödənilməsi üçün lazımdır (Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında Qərara diqqət yetirin). 

Sualınıza görə təşəkkür edirik.

2010-12-30

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
911 - Ceyhun (29-12-2010) İş yerində işçilərin qəza və bədbəxt hadisələrdən sığortalanması barədə hansı qərar və hüquqi normativ aktlar mövcuddur?

Salam.

Əmək Məcəlləsinin 225.2-ci maddəsinə əsasən həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilər istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən işəgötürən tərəfindən mütləq icbari sığorta edilməlidirlər. Bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta edilməli olan işçilərin siyahısı, sığorta haqqının məbləği kollektiv müqavilələrdə, əmək müqavilələrində sığorta təşkilatları ilə bağlanmış müqavilələr əsasında müəyyən edilir.
Sualınıza görə təşəkkür edirik.
2010-12-30
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
910 - Ceyhun (29-12-2010) Salam. Bizim müəssisə quşçuluq fəaliyyətilə məşğul olur. Və sizin göndərdiyiniz "FƏHLƏ PEŞƏLƏRİ VƏ İŞLƏRİN VAHİD TARİF-İXTİSAS SORĞU KİTABÇASI"-nda quşçuluq təsərrüfatlarına, ət emalı sahəsinə dair peşə və vəzifə adları yoxdur. Bunları haradan tapa bilərəm. Diqqətinizə görə minnətdaram.

Salam.

Oxşar normativ aktlar kifayət qədər çoxdur. Digər normativ aktlar bölməsinə diqqət yetirin.

Bu qədər.

2010-12-30

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
909 - Gulshen (29-12-2010) salam, medeni -menevi huquqlar deyilende konkret hansi huquqlar nezerde tutulur,

Salam.

Bu barədə ətraflı Mədəniyyət haqqında Qanunda göstərilib.

Sualınıza görə təşəkkür edirik.

2010-12-29
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
908 - Reshid (28-12-2010) Salam. Atam 2000 ci ildə xidməti vəzifəsini yerinə yetirərkən xəsarət almışdır. Eşitdiyimizə görə Nazirlər Kabinetinin 1996 cı il 24 sentyabr tarixli 129 nömrəli qərarına əsasən Atama aldığı məvacibin 50 misli qədər pul ödənməlidir. Sizdən bu məlumatın doğruluğu haqqında məlumat vermənizi xahiş edirəm. Əgər Nazirlər Kabinetinin bu qərarı ləğv olunmuşdursa neçənci ildə ləğv olunmuşdur? Əgər atam 2000 ci ildə xəsarət almışdırsa bu qərar atama şamil olunurmu? Sizdən bu barədə geniş və ətraflı məlumat vermənizi xahiş edirəm. Bununla siz əlil ailəsinə böyük yardım etmiş olarsınız. Əvvəlcədən sizə öz minnətdarlığımızı və təşəkkürmüzü bildiririk.

Salam.

Bəli həmin qərar ləğv olunmuşdur və onun əvəzinə İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Qərarı ( 9 yanvar 2003-cü il tarixli 3 saylı) qəbul edilmişdir. Həmin qərardan bu məsələ ilə bağlı ətraflı məlumat ala bilərsiniz.

Sualınıza görə təşəkküredirik.

2010-12-30

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
907 - Telman (28-12-2010). Men kredite resmi dillerden yeni nootbuk goturdum iki gune xarab oldu. Onlar deyishib yenisini verdiler lakin bir aydan sonra eyni problemle uzleshdim. Men onu qaytarmaq huququna malikemmi?

Salam.

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanunun 7-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:

  • lazımi keyfiyyətli mala dəyişdirməyi;
  • satış qiymətini uyğun məbləğdə azaltmağı;
  • malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;
  • malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;
  • müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur.
İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir.
Sualınıza görə təşəkkür edirik.
2010-12-30

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
906 - Şahbaz (28-12-2010). Salam. Dayımın 2 ilden artıqdırki pensiyayla baqli problemi var. O 1951 təvəllüdlüdür. Pensiyaya çıxması üçün 25 il iş stajı tələb olunur. O 28.10.1969 tarixdə zavodda işə düzəlib. 18.04.1972 tarixdə həmin zavoddan hərbi xidmətə çagrılıb. 04.05.72-10.05.74 tarixlərində hərbi xidmətdə olub. 28.06.1974 tarixindən 15.11.1994 tarixinədək həmin zavodda fəaliyyətini davam etdirib. Bilmək istəyirdim ki,eyni zavodda işlədiyini nəzerə alsaq ona qanunla 25 il iş stajı düşürmü? Xatıraldım ki, sobesden bizə bildiriblər ki, hərbi xidmətə getməsi və gəlməsi ilə əlaqədar olaraq verdiyi fasilələrə gorə ona 25 il iş stajının düşməsi üçün 2 ay vaxtı çatmır. Bu barədə bizə hüquqi yardım etməyinizi sizden çox xahiş edirik. Əvvəlcədən təşəkkürümüzü bildiririk.

Salam.

Əmək pensiyaları haqqında Qanunun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
Həmin Qanunun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
Sualınıza görə təşəkkür edirik.
2010-12-30
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
904 - Ceyhun (28-12-2010). Azərbaycan Respublikasının Qanunvericiliyində hansı peşə və vəzifələr nəzərdə tutulub və ya təstiq olunub. Mümkündürsə siyahısını və ya link verə bilərsinizmi?

Salam.

Bu cür normativ aktlar kifayət qədər çoxdur. Onlardan biri FƏHLƏ PEŞƏLƏRİ VƏ İŞLƏRİN VAHİD TARİF-İXTİSAS SORĞU KİTABÇASI

Sualınıza görə təşəkkür edirik.

2010-12-28

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
903 - Samir (28-12-2010). Salam mənim 64 kv obyektim var reyestrden chixarishimda var yani (kupca) onu dövlət uchurtmag isteyir mene deyirlerki sene torpag verecheyik ama bu meni gani etmir, ganuna uygun men bildiyim geder onlar menim pulumu odeyib sonra soke bilerler, indi men neche etmeliyem? xahish edirem mene bir yol gorsedesiniz? oncheden teshekur edirem.

Salam.

Əgər hesab edirsinizsə verilən kompensasiya ədalətli deyil siz məhkəməyə müraciət edə bilərsiniz. Mülki Məcəllənin 6.1.4ci maddəsinə əsasən mülkiyyət toxonulmazdır.

Sualınıza görə təşəkkür edirik.

2010-12-29

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
902 - Gunay (28-12-2010). Salam! yanvar ayinin 12-si mehkeme olacag boshanma gerari verilecek. Sadece bilmek isterdim ushag uchun aliment almag muracietini men mehkemeden sonra ya evvel vermeliyem. Teshekkur edirem.

Salam.

Bunu məhkəməyə idda ərizəsi ilə müraciət edərkən  etməlisiniz, buna baxmayaraq boşanma baş verdikdən sonra da siz aliment məsələsini qaldıra bilərsiniz (sadəcə işlərin birləşməsi zamanı vaxt itkisi daha az olacaq).

Sualınıza görə təşəkkür edirik.

 2010-12-29

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
901 - Rufat (28-12-2010) Salam. Standarlasdirma, metrologiya ve patent uzre dovlet komitesi bir paltar magazasina Standartlasdirma haqqinda, Olcme vehdetinin temin edilmesi ve Istehlakcilarin huquqlarini mudafiesi haqqinda qanunlara uygun olaraq dovlet nezareti planina esasen idxal olunan mehsullarin standartlasdirma uzre normativ senedlere, metroloji norma ve qatdalara riayet edilmesine dair yoxlama kecirileceyi barede serancam daxil olub.Bu yoxlama ne qeder qanunidir? Qeyd olunan qanunlara esasen idxal olunan geyimler xususi laboratoriyadan kecirilmelidir? Evvelceden minnetdarligimi bildirirem.

Salam.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Prezidentin Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə  əsasən fəaliyyət göstərir.  

Həmçinin 29 avqust 2000-ci il  tarixli 389 №-li Fərmana əsasən İnzibati Xətalar Məcəlləsinin 68.5 (Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin pozulması ), 228.0.3-cü (İstehlakçıların hüquqlarının pozulması), 317 maddələrdə nəzərdə tutulmuş standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalı ilə əlaqədar işlərə və digər işlərə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi baxır.
Sualınıza görə təşəkkür edirik.
.2010-12-29

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
900 - Rehman (28-12-2010) Hormetli vekiller! Sizi qarshidan gelen bayramlar munasibetile tebrik edirem. Sualim ise beledir. Men fiziki sexs kimi vergi odeyicisiyem. Mene mexsus Mersedes markali 1,5t-luq referejator yuk masini ile zeruri yuklerimi dasiyiram. Her defe yollarda, Neqliyyat Nazirliyinin muxtelif qurumlari ile problemlerle rastlasiram. Axirinci defe Avtoneqliyyatekspedisiya meni NK-nin 142 sayli qerarini esas tutaraq cerimi etmisdir. Sizden xahis edirem bildiresiniz: Oz sexsi yuk avtomobilimden rahat istifade etmek, hec kime rusvet vermemek ucun hansi senedleri(ferqlenme nisani, lisenziya ve s.) elde etmeli ve ne qeder dovlet rusumu odemeliyem. Cox sag olun.

Salam.

Çalışın öz fəaliyyətinizi qanunvericiliyə uyğun olaraq rəsmiləşdirin. Belə ki, Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında Fərmanın 35.5-ci bəndinə əsasən ölkədaxili yük daşımaları sahəsində fəaliyyət göstərərkən Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən lisenziya alınmalıdır (150 manat). 

Sualınıza görə təşəkkür edirik.

2010-12-29

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
899 - Günel (28-12-2010). Salam. Nigahın pozulması, aliment və mülk bölgüsü üçün vəkil xidməti neçəyədir? olan mülk haqda heç bir məlumatım yoxdur.

Salam.

Maraqlı sualdır. Amma müammalıdır. Elə bizim üçün də. Çünki qiymətlər fərqli ola bilər (bir-neçə yüz manatdan başlayaraq bir-neçə min manatadək). Bu vəkildən asılıdır və mübahisə edilə bilən əmlakdan da asılı ola bilər. Əgər həyat yoldaşınızın mülkiyyəti barədə məlumat almaq istəyirsinizsə bunu məhkəmə (həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti) vasitəsilə öyrənə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-12-28

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
898 - Tofiq (27-12-2010) № 883 məktuba əlavə.Müqavilə var,ancaq müqavilədə məbləq göstərilmir.sadəcə yazılıb pul ödənilib.(hətda qapı və açar pulu ödənilib və şəxsi imzası ilə imzalanıb.Məbləğin yazılmaması onun günahıdır.(vergidən yayınır).Mənim öz sənətini sevən və öz sənətini sevdiyini subut etmək istəyən bir VƏKİLƏ ehtiyacım var.Xahiş edirəm mənə imkan dairəsində pulumu 91500 manatı qaytarmaqda yardım və məsləhət verəsiniz.Öncədən mihhətdaram.

Salam.

Sual - 883.

Hansı bir kənar vəkilin adı çəkilməsi reklam olardı. Müqvilədə bütün şərtlər göstərilməlidir. O cümlədən onlardan ən əsası müqavilə qiymətidir. Əksinə bu digər kontaqentin xeyrinədir. Çünki bütün tələblər müqavilə çərçivəsində həll olunacaq (əgər mübahisə məhkəmə qaydasında həll ediləcəksə). Çalışın vergidən yayınma faktlarını sübut edin (şahidlər, ödənişlərin keçirilməsini təsdiq edən qəbzlər, bank arayışları və s.). Yalnız bu halda zərərin əvəzini tələb edə biləcəksiniz. 

Sualınıza görə təşəkkür edirik.

2010-12-29

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
897 - Elshan (27-12-2010) Salam. 4 il bundan əvvəl mənzil almışam. Mənzil tam mülkiyyəti ilə mənim adımadır. Mən ora qeydiyyatda deyiəm. İndi jekdən öyrənirəm ki, ora qeydiyyatda olanlar çıxarılmayıb. Məndən qabaq orada qeydiyyatda olanlar qeydiyyatdan necə çıxarılmalıdır ?

Salam.

Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 9-cu maddəsinə əsasən həyta keçirilir.

Əgər qeyd etdiyiniz şəxslər yaşayış yerini dəyişdirirsə onda müfaviq dövlət qurumu onları avtomatik olaraq qeydiyyatdan çıxarır. Mübahisə yarandıqda həmin şəxslər məhkəmə qətnaməsi əsasında qeydiyyatdan  çıxarıla bilər.

Sualınıza görə təşəkkür edirik.

2010-12-29

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
896 - Rauf (27-12-2010) Men bacim ucun passport almaq isteyirem. Sadece bir sheyi bilmek isteyirem ki, vetendash evvelceden Daxili Ishler Nazirliyinin internet saytinda yerleshdirilen muvafiq erize formasini ozu cap ederek teqdim ede bilermi? Yoxsa bunun ucun orada elave odenish edib erize formasini almaq lazimdir? Ve umumiyyetle bu ne derecede qanuna uygundur? Yeni hemin senede gore vetendash odeme etmelidirmi? Mumkunse qanundaki maddeni burada qeyd edesiniz.
895 - Yusif (27-12-2010) Salam! 1) Hüquqi şəxsin balansında olan avtomobil fiziki şəxsə icarəyə verilə bilərmi? 2)Bankın balansında olan zirehli avtomobil(inkassator)fiziki şəxslərə icarəyə verilə bilərmi? Qeyd edim ki, fiziki şəxs bu maşından təyinatı üzrə deyil, müxtəlif yüklərin daşınması üçün istifadə edəcək! 3)Adi vətəndaşlar zirehli gödəkçə(bronijilet) alaraq geyinə bilərmi? Bu məsələ hansı normativ hüquqi aktla tənzimlənir?

Salam.

1. Bəli icarəyə verilə bilər.

2. Həmin nəqliyyat vasitəsinin şəxsə verilməsi Qanunvericiliklə qadağan olunmur (yüklər daşınacaqsa müvafiq dövlət qurumunun icazəsi tələb olunacaq).

3. Zirehli geyim mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalara aid edilmir.

Sualınıza görə təşəkkür edirik.

2010-12-29

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
894 - Ilqar (27-12-2010) Salam DEJURE. Sualım belədir. Şəxsiyyət vəsiqəsində qeydiyyat yeri bəzi problemlərlə əlaqədar dəyişilib. Sürücülük vəsiqəsində ünvan əvvəlki şəxsiyyət vəsiqəsində olan ünvanla eynidir. Sürmə etibarnaməsi alan zaman ünvanlar müxtəlif ola bilərmi?
Yol hərəkəti haqqında Qanunun 35-ci maddəsinə əsasən sürücülük vəsiqəsi yalnız aşağıdakı hallarda dəyişilir:

1) onun etibarlıq müddətinin qurtarması;
2) sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;
3) onun yazılarında dəqiqsizlik müəyyən edilməsi;
4) onun yararsız hala düşməsi;
5) onun itirilməsi;
6) yeni nümunəsinin bu Qanunla müəyyən edilmiş qaydada təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi.

Əlavə sənəd dəyişilməsinə ehtiyac yoxdur.

Sualınıza görə təşəkkür edirik.

2010-12-29
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
893 - Vasif (27-12-2010). Salam. Mən pensiya kartımı itirmişəm.İtirdiyim gün kartın hesabını bağlatdırdım.Yeni pensiya kartı almaq üçün DSMF-yə getdim onlar yeni pensiya kartı almaq üçün menden 15 manat pul istədilər. Əgər bu belədirsə xahiş edirəm mənə həmin rüsum haqqında qanunu göndərəsiniz. Əvvəlcədən təşəkkürümü bildirirəm.

Salam.

Bu cür ödənişlər qanunvericilikdə göstərilməyib. Sadəcə yeni kartın hazırlanması və verilməsi ilə bağlı xərclərdir. 

Bu qədər.

2010-12-29

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
892 - Aynur (27-12-2010). Salam. Bilmək istəyirəm ki, işçiyə təhsil məzuniyyətində olduğu dövrdə işlədiyi müəssisə tərəfindən pul mükafatı hesablanmalıdırmı?

Salam.

Əmək Məcəlləsinin 157.6-cı maddəsinə əsasən mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqısistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Mükafatın verilib-verilməməsi qurumun rəhbərliyinin iradəsindən asılıdır, məzuniyyətdə olub-olmasından asılı olmayaraq (misal üçün, kollektiv müqavilədə hər ilin sonunda bütün əməkdaşlara mükafat verilməsi göstərilə bilər). Lakın rəhbərlik mükafatı verməyədə bilər, çünki işçinin zəhmətini onlar qiymətləndirirlər.

Sualınıza görə təşəkkür edirik.

2010-12-28

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
891 - Kamala (27-12-2010). Oglum Uşaqlıqdan əlildirş "Sağ tərəfin iflici" 16 yaşa kimi müavinat aldı, sonra 2-ci qrup təyin edildi.23 yaşı var indiyə kimi yalnız 35 manat alır.Müraciər edəndə İş stajı yoxdur deyirlər. Onun staji necə ola bilərdi. Pensiya təyinatı düzdürmü düz deyilsə kimə və necə müraciət edək. Sag olun

Salam.

Bununla bağlı Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət etməlisiniz və şəxs üzrə müavinətin  dəqiq hüsablanmasını tələb edin. Həmin məktubun surətini Prezidentə göndərə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-12-29

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
890 - Orxan (27-12-2010). Bağ sahəsini və onun üzərin də olan bağ evini Dövlət reystir xidmətindən kecirtmək istəyirem. sual: bağ sahəsi və bağ evi vahid əmlak kimi reystirden keçir? (və yaxud ayrı- ayrılıqda keçirtmək olar) qanuna zidd deyilsə ? Bağ sahəsinde olan ev tikili Prespektivsizdir.(gelecekde yeni ev ilə evez olunacaq) Sual: bağ sahəsini və evi(perespektivsiz tikili) ayrı-ayriliqda Dövlət reystirinden kecirtmək olar?

Sual.

Torpaq sahəsi və tikinti üzrə hüquqların qeydiyyatı ayrı-ayrılıqda həyata keçirilir. Məsləhətxananın 40-cı sualında bu məsələ ilə bağlı ərtaflı yazılmışdır.

Sualınıza görə təşəkkür edirik.

2010-12-29

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
889 - Ilqar (26-12-2010) Salam Dejure. Etibarnamə ilə bağlı başqa sualım belədir. Qardaşım keçən il mənə onun maşınını idarə etmək üçün 2016-cı ilə dək sürmə etibarnaməsi verib. Bir neçə gün qabaq qardaşım maşın üzərindəki bütün hüquqları atama verib. Atam da öz növbəsində qardaşıma sürmə etibarnaməsi verib. İndi bilmək istədiyim odur ki, mənə verilən etibarnamə öz qüvvəsini itirib yoxsa itirməyib. Həmin etibarnamə ilə yenə həmin maşını sürə bilərəm ya yox? Sağ olun, cavabınızı gözləyirəm.

Salam.

Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 4-cü fəslinə uyğun olaraq notarius bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edə bilər. Əgər etibarnamədə nəzərdə tutulubsa etibar edilmiş əmlak başqa şəxsə də etibar edilə bilər. Əgər etibarnaməyə xitam verən hallar yoxdursa etibarnamə qüvvədə saxlanılır (müddətin bitməsi, etibar edən tərəfindən ləğv olunması).

Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.

Sualınıza görə təşəkkür edirik.

2010-12-28

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
888 - Ilqar (26-12-2010). Salam DEJURE. sualım belədir. 1)822 və 847-ci suallarda soruşmuşdum ki,DYP-də rüsum nə qədərdir. Siz isə bildirmişdiniz ki, DYP-də heç bir rüsum ödənilmir. Bir az dəqiqləşdirsək DYP yox RQİB (rayonlararası qeydiyyat imtahan bölməsi) demək istəmişdim. Siz də bunu nəzərdə tutmuşdunuz? Sürmə etibarnaməsini notariusda aldıqdan sonra onu RQİB-də qeydiyyata saldırmaq üçün konkret vaxt varmı? Əgər varsa neçə gündür və gecikmə olarsa cəriməsi nə qədərdir? Əvvəlcədən təşəkkürümü bildirirəm.

Salam.

Suallar 822, 847.

Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin 6.4-cü bəndinə əsasən Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə müqaviləsi, etibarnamə əsasında başqa şəxsə verildikdə, on gün müddətində göstərilən sənədlər bu Əsasnamənin 1.2-ci bəndinin 1-5-ci hissəsində göstərilən müvafiq orqanda qeydiyyatdan keçirilməlidir.

Nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üzrə rüsumlar Dövlət rüsumu haqqında Qanunun 18.65-ci maddəsində göstərilib.

Sualınıza görə təşəkkür edirik

2010-12-28
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
887 - Rahman (26-12-2010) Salam, mən bilmək istərdim müxtəlif notariat hərəkətlərinin aparılması zamanı tələb olunan sənədlər siyahısı hansı qanunvericilik aktında əks olunur.

Salam.

Notariat haqqında Qanunu (26 noyabr 1999-cu il tarixli  762-IQ №-li) və Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarını (11 sentyabr 2000-ci il  tarixli 167 №-li) rəhbər tutun.

Sualınıza görə təşəkkür edirik.

2010-12-28

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
886 - Mehdi (26-12-2010). Xahis edirem meslehet veresiniz! 2005-ci ilde kommersiya maqazasina sexsi mulkiyyet kimi qeydiyyat vesiqesi verilmisdir. Maqazanin altindaki torpaq sahesi, IH-nin serencamina esasen 1996-ci ilde verilmisdir(Rayon XDS-leri legv edildikden sonra torpaq ayirmaq selahiyyeti IH-lerine kecmisdir!). Torpaq sahesini ozellesdirmekden otru Dovlet Emlakinin idare edilmesi uzre Dovlet Komitesinin erazi idaresine muraciet etmisem. Idareden qeydiyyat vesiqemin evezine reyestr xidmetinden cixaris teleb edilir. Reyestr xidmetinden ise bildirilir ki, qanunvericiliye gore evveller yaranmis huquqlar taninir. Lakin, yeni cixarisin verilmesi ucun esas yoxdur. Sizden xahis edirem ki, oz vesaitim hesabina insa etdirdiyim maqazanin altindaki torpaq sahesini ozellesdirmekden otru hansi qanunlari esas tutmali ve ne qeder dovlet rusumu odemeli oldugumu bilmek ucun yardim edesiniz. Evvelceden minnetdarligimi bildirirem.

Salam.

Bu cür sualları dəfələrlə ətraflı cavablandırmışıq. Məsləhətxananın 1, 5, 6, 40 və s. suallarına diqqət yetirin.

Daşınmaz əmlak üzrə hüquqların qeydiyyatı üçün Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8 və 10-cu maddələrini rəhbər tutun.

Rüsumlar Dövlət rüsumu haqqında Qanunun 26-cı maddəsində qeyd edilib.

Sualınıza görə təşəkkür edirik.

2010-12-28

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
885 - Emin (26-12-2010). Salam! Bilmək istərdim ki, Ölkə Prezidentinin məlum sərəncamı ilə Müdafiə Nazirliyinin zabit heyyəti üçün yaşayış binaları tikildikdə, MN-nin istefada və ya ehtiyyata buraxılmış, həmçinin xüsusi təltif olunmuş əməkdaşları üçündə müəyyən kvota ayrılacaqmı? (MN-nin zabiti şəhid olmuş Milli Qəhrəman ailəsi üçün) Bu haqda mumkunse mene bildirerdiz. Əvvəlcədən təşəkkürümü bildirirəm.

Salam.

Hərbi qulluqçuların statusu haqqında Qanunun 12.2-ci maddəsinə əsasən. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır.

Hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin olunma  ilə bağlı həmin Qanunda ətraflı göstərilib. 

Sualınıza görətəşəkkür edirik.

2010-12-28

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
884 - Ejder (26-12-2010). Salam. Menim soyadim Ismayilovdur yeni ovladim oldu onun soyadini Raminoglu olaraq deyismek isteyirem hara muraciet etmeliyem? Tesekkurler

Salam.

Məsələ ilə bağlı VVAQ və ya məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-12-27

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
883 - Tofiq (25-12-2010) Mən (ad gizli saxlanilir) ticarət mərkəzinin müdürü (Ad? soyad gizli saxlanildi) 2007-ci ildə 2(2x50kv.m=100kv.m) mağaza üçün 70000manat 2008ci ildə 5500manat təmir üçün 2009cu ildə məni aldadaraq 4cü sırada mağazalarıyı verəcəyəm deyib 16000 manat qapı və açar pulu aldı.(cəmi 91500manat)mənə isə boş torpaq sahəsindən 14 və18 ci sıradan yer ayırıb.Prezidentimizə müraciyyət edəcəyəm dedim və get nə bilirsən et cavabını aldım.haralara şikayət etdimsə heç bir fayda vermədi(o haqlıyımış çünki şikayətə bir tərəfli baxılır).1 ildir yazdığım şikayətlər araşdırırıq cavabından sonra mülkü məsələdir məhkəməyə müraciət edin cavablanır.3 ildir pulumdan faydalanır mən isə borc içində üzürəm.25 il Ukrainada əziyyətlə qazandığım pullarımı yeyir(inşallah burnundan gələr).Heç kimdəndə qorxmur hətda Allahdanda. Mənim isə vəkil tutmağa pulum yoxdur nə edəcəyimi bilmirəm.onu bilirəmki nə yolla olsada haqqımı tələb edəcəyəm.Xahiş edirəm əyər imkanınız varsa mənə bir (ad gizli saxlanildi) öhdəsindən gələcək bir yolu göstərəsiniz. (tel. elaqeni gizli saxladiq)

Salam.

İlk öncə mülki münasibətlərdə əgər tərəflər hansı razılığa gəlirsə bunu müqavilə ilə təsdiq etməlidirlər. Müqavilə sübutdur. Əgər siz hansı bir məbləğləri vermisinizsə bunu təsdiq edən sənədlər olmalıdır. Yalnız bütün dediklərinizi sübut etmək imkanı olduqda siz öz hüquqlarınızı bərpa edə biləcəksiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-12-27

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
882 - Xayal (25-12-2010). Salam heyet evi tikməyə icazə almaq ücün hansı senedlər lazımdı və dövlet risumu neqədərdi kimə müraciyyət etmək olar

Salam.

Ola bilsin ki, asan sual kimi səslənir. Amma qanunvericiliyə uyğun olaraq bununla bağlı çoxlu-çoxlu addımlar atmaq lazımdır. Əvvəla torpaq sahəsi üzrə sənədləşmələr aparılmalıdır və sizin mülkiyyətinizə keçməlidir (DƏDRX tərəfindən verilən Çixarışla təsdiq olunur, undan başqa Xəritəçəkmə Komitəsində müvafiq sənədləşmələr aparılmalıdır).

Daha sonra  evin layihəsi hazırlanmalıdır (lahiyə müvafiq layihə təşkilatı tərəfindən təsdiq oluna bilər), həmin layihə müvafiq dövlət qurumu tərəfindən təsdiq olunmalıdır. Daha sonra həmin tikintiyə mülkiyyət hüququn qeydiyyata alınması üçün yenidən DƏDRX-a müraciət edirsiniz və hüquqlarınızı qeydiyyata alırsınız.

Sualınıza görə təşəkkür edirik.

2010-12-25

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
881 - Poman (25-12-2010). Salam hormetli vekiller. Xais edirem menim bu sualima cavab veresiniz. Samux rayonunda kendlerin birinde yasayiram. 1 ay once Rusiyadan 1995-ci il buraxilisi olan zil markali ceni olan yuk masini getirmisem. Bu masinla kendlerde icmeli su satib dolaniram. Masini DYP qeydiyyata alib Azerbaycan nomresi vermirler ki ili kohnedir. Rusiya nomresi olan masini Azerbaycanda texosmotirdan kecire bileremmi? Yoxsa men gerek her il Rusiyaya gedib masini texosmotirdan kecirmeliyem? Rusiyadan Azerbaycana nece ilin masinini getirib rastomoska etmek olar? Men su satdiqima gore naloqdan qeydiyyatdan kecib dovlete naloq odemeliyemmi? Evvelceden sizlere oz tesekkurumu bildirirem

Salam.

Bəli bütün qeyd etdiklərinizi etməlisiniz. Əgər gəlir əldə edirsinizsə vergilər orqanlarında qeydiyyatdan keçməlisiniz (misal üçün fərdi sahikar kimi sadələşdirmiş vergi ödəyicisi kimi - 4%).

Həmçinin nəzqliyyat vasitəsi gömrük rəsmiləşdirilməsindən  keçməlidir (dövlət rüsumu nəqliyyat vasitəsinin xüsusiyyətlərindən fərqlənə bilər - ətraflı bu saytdan öyrənə bilərsiniz http://customs.gov.az/az/e-Xidmetler.html#)

Sualınıza görə təşəkkür edirik.

2010-12-25

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
880 - Elmar (25-12-2010). Çox üzr isteyirem amma x.e. menim sualima genish ve huquqi terefden əsaslanaraq cavab yazasınız. Men,yoldaşım ve 2 az yashlı ushaqlarım 1 aya yaxindır ki geydiyata duşə bilmirik !! Mene cavab yazaraq geyd etmisiniz ki,hesab edirsizsə hüququnuz pozulub,məhkəməyə müraciət edin. Size müraciət ona göre edirem ki,bilim doğurdan mı bu məsələdə hüquqlarımız pozulub və hansı maddələrə əsasən .X.e. sualımı cavabsız qoymayasız ve mümkün derecede izahlı cavab yazasınız. Belkem bu cavabınız bir çox insaların köməyinə dəyər. Təşəkkür.

Salam.

Suallar - 873, 874, 877

Yenə də qeyd edirik. Əgər texniki səhvdirsə Çıxarışda müvafiq düzəlişlərin edilməsi ilə bağlı sənədi verən dövlət qurumuna müraciət edin. Əgər sənəd səhv varsa, o hüquqi qüvvəsini itirə bilər. Müvafiq düzəlişi etdikdən sonra qeydiyyata alınması ilə bağlı DİN pasport-qeydiyyat orqanlarına müraciət edin. Burda o qədər böyük problem yoxdur və geniş şərh etmək üçün ehtiyac yoxdur. Əgər bütün sənədlər lazımi qaydada hazırlansa və sizi qeydiyyata almasalar onda şikayət etmək tam hüququnuz olacaq.

Xahiş edirik nəzərə alasınız.

2010-12-25

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
879 - Elman (25-12-2010). Salam. Mənzil tam mülkiyyət hüququ ilə mənim adımadır. Məndən qabaq orada qeydiyyatda olan kimsə bu gün gəlib məndən mənzildən pay tələb edə bilərmi?

Salam.

Əgər həmin mülkiyyəti qanunvericiliyə uyğun olaraq əldə etmisinizsə heç bir şəxs sizin mülkiyyətinizə iddia edə bilməz. Konstitusiyaya və Mülki Məcəlləyə uyğun olaraq mülkiyyət toxunulmazdır.

Sualınıza görə təşəkkür edirik.

2010-12-25

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
878 - Ilqar (24-12-2010) Salam DEJURE. Belə bir sualım var. Qeydiyyat yerini dəyişəndə şəxsiyyət vəsiqəsini müvəqqəti əvəz edən forma 7 vətəndaşa nə vaxt verilməlidir? Qardaşım qeydiyyat yerini dəyişmək üçün sənədləri verdikdən bir həftə sonra forma 7 almaq istəsə də,ona bunun mümkün olmayacağını bildiriblər.Həmin qurumun dedyinə görə forma 7-ni sənədləri verdiyi gün ala bilərdi. Bu doğrudurmu? Cavabınızı gözləyirəm və təşəkkürümü bildirirəm.

Salam.

«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun  tətbiqi haqqında Əsasnamənin 6-cı bəndinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınma barədə müraciət etmiş vətəndaş və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal qeydiyyata alınır. Həmin orqan müvafiq şəxsiyyət vəsiqəsi verilənə qədər vətəndaşa — Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən müvəqqəti sənəd və vətəndaşlığı olmayan şəxsə — Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvəqqəti sənəd verir. Vətəndaşa şəxsiyyət vəsiqəsi və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra verilən şəxsiyyət vəsiqəsi verilərkən müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı tərəfindən həmin sənəd geri alınır.
Əgər səlahiyyətli şəxslər hüquq pozuntulara yol verirsə yuxarı insansiyalara və ya məhkəməyə müraciət edə bilərsiniz.
Sualınıza görə təşəkkür edirik.
2010-12-25
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
877 - Elmar (24-12-2010). Ish orasindadir ki, umumi sahe 43 kv.m . Biz ise 4 neferik,onda bize 4*12=48kv. lazimdir. Burda ise cemi 43. Meger bu sebebdir geydiyata almamaq uchun ???

Salam.

Xeyr səbəb deyil (hal-hazırda). Əgər hesab edirsinizsə hüquqlarınız pozulub məhkəməyə müraciət edə bilərsiniz.

Bu qədər.

2010-12-25

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
876 - Elman (24-12-2010). Salam. Mən dövlət işində işləyirəm. Yoldaşım işləmir. Uşağın doğulmasına görə birdəfəlik müavinəti almışam. Bilmək istəyirəm bizim aylıq müavınət almaq hüququmuz varmı və necə verilməlidir?

Salam.

Sosial müavinətlər haqqında Qanunun 4-cü maddəsinə əsasən aşağıdakı aylıq müavinətlər mövcuddur:

  1. dövlət qulluqçularına ömürlük müavinət;
  2.  yaşa görə müavinət;
  3.  əlilliyə görə müavinət;
  4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət;
  5. ailə başçısını itirməyə görə müavinət;
  6.  müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət;
  7. 3 yaşınadək uşağa qulluğa görə müavinət (3 yaşınadək uşağa qulluq göstərən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdə olduqda);
  8.  müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət;
  9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət;
  10. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət.
Əgər 7 və 10-cu bənddlərində hallar mövcud olsaydı ala bilərdiniz.
Sualınıza görə təşəkkür edirik.
2010-12-25

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
875 - ILKIN (24-12-2010). Salam. AzDTN 1.6-1. TİKİNTİ İŞLƏRİNİN TƏŞKİLİ, APARILMASI VƏ TİKİNTİSİ BAŞA ÇATMIŞ OBYEKTLƏRİN İSTİSMARA QƏBULU QAYDALARI ile tanis olduq lakin sualimiza cavab tapa bilmedik. Bilmek isteyirik ki yeni tikili yasayis evinden nece metr mesafede olmalidir? Tikili 7 mertebeli qeyri-yasayis obyektidir (ozel xestexanadir). Yasayis evi 1 mertebeli heyet evidir. Xahis edirik cavabin 1 nusxesini gosterilmis e-mail adresine gonderersiniz, ve ya cavab verildiyi haqda melumat veresiniz. Diqqetinize gore minnetdaram

Salam.

Cavab yalnız məsləhətxana vasitəsilə verilir. Digər hüquqi xidmətlər müqavilə əsasında göstərilir və təmənnasız deyil.

Qeyd etdiyiniz məsələləri  DÖVLƏT ŞƏHƏRSALMA NORMA VƏ QAYDALARI tənzimləyir. Belə ki, həmin qaydaların 4.12-ci bəndinə əsasən yaşayış, ictimai və istehsalat binalan arasında məsafələr bu normaların 9.22. bəndində və qüvvədə olan normativ sənəddə (CHИП II-4) göstərilən insolyasiya normalan əsasında aparılmış insolyasiya və işıqlanma hesablamaları üzrə və bu normaların məcburi olan əlavə 1-də göstərilmiş yanğın təhlükəsizliyinə aid tələblər nəzərə alınmaqla qəbul edilməlidir. 2-3 mərtəbəli yaşayış binalarının uzun tərəfləri arasında məsafə (məişət aralığı) 15 m-dən, 4 mərtəbəlilərdə - 20 m-dən, bu binaların uzun tərəfləri və yaşayış otaqlarında pəncərələri olan yan divarları arasında isə məsafə 10 m-dən az olmamalıdır.
Sualınıza görə təşəkkür edirik.
2010-12-25
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
874 - Elmar (24-12-2010). Mene cavab aydin olmadi!!! Zehmet olmasa cavabi genish izah edin!! Yani yashayish sahesi gosterilmemesi, senedleri gebul etmemek uchun ve geydiyyata dushmek ciddi sebebdir???

Salam.

İş ondadır ki, əvvəllər (köhnə Mənzil Məcəlləsinin 40-cı maddəsi) yaşayış sahəsi üzrə həmin sahənin kvadraturasından asılı olaraq qeydiyyata düşən şəxslərin sayı asılı ola bilər (misal üçün 1 nəfərə 12 kv.m). Həmin tələblərə hələ də qismən riayət olunur (misal üçün miqrasiya qanunvericiliyində). Ona görə bu məsələyə ciddi yanaşmalarını başa düşmək olar.   

Sualınıza görə təşəkkür edirik.

2010-12-24

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
873 - Elmar (24-12-2010) Lizinq yolu ile ev almisham, indi geydiyyata dushmek isteyirem. Lizinq veren bank ozu bu evin mulkiyyetchisidir ve qeydiyyata dushmeyim uchun raziliq erizesi verib. Amma senedlerimi qebul etmirler!!!! Bunu onunla izah edirler ki, chixarishda menzilin umumi sahesi geyd olunub amma yashayish sahesi geyd olunmayib. Bu axi texniki sehvdir, qeydiyyata dushmek uchun bu vacibdir ???? Qeyd etmek isteyirem ki chixarishda kuche, menzil,ve menzilin umumi sahesi gosterilib. Sizinmeslehete ehtiyacim var. Hormetle.....

Salam.

Əgər bu texniki səhvdirsə müvafiq dövlət qurumu bunu aradan qaldırmalıdır (DƏDRX - çıxarışı aldığınız yerdən),  dövlət qurumun səlahiyyətli şəxslər  tərəfindən  bu səhv verilibsə onlar tez bir zamanda bu problemi aradan qaldırmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2010-12-24

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
872 - Seymur (23-12-2010). Salam Zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi verərkən hansi sənətleri də vermek lazımdır.

Salam.

İddia ərizəni verərkən Mülki Prosessual Məcəllənin müddəaları rəhbər tutulmalıdır. 

Belə ki, ərizəyə aşağıdakı sənədlər ərizəyə qoşulmalıdır:

  1. İddia ərizə - 2 nüsxə;
  2. Dövlət rüsumun pdənilməsi barədə qəbz;
  3. Zərərin vurulmasını təsdiq edən sənədlər (qədzlər, bankdan arayışlar və s.)
  4. Nümayəndənin etibarnaməsi (əgər varsa)

Digər sübutlarda əlavə edilə bilər

Sualınıza görə təşəkkür edirik.

2010-12-24

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
871 - Ilqar (23-12-2010). Bir daha Salam.Sizi yenə narahat etmək istəmirəm amma 857-ci suala cavabınıza uyğun olaraq bildirirəm ki,mən ərizəni gedib işıq idarəsində yazmışam.Düşünürəm ki,həmin ərizəm orada kitaba salınıb.Onlar bunun müqabilində mənə nəisə sənəd verməli idilərmi?Sualın artıq üçüncü dəfə təkrarlanmasına görə üzr istəyirəm.

Salam.

Düzdür ərizəniz qeydiyyata alınmalıdır. Amma öz hüquqlarınızın qorunması  və sübutların toplanması məqsədilə siz onlara ərizəni verərkən həmin ərizənin surətinə müraciətləri qəbul şəxs tərəfindən qəbul etdim sözlərini yazdırmalısınız (imza və tarixdə göstərilməlidir). Həm siz rahat olarsınız, həm onlarda da bu müraciətin daxil olub-olmamasını şübhə altına sala bilməyəcəklər.

Sualınıza görə təşəkkür edirik.

2010-12-24

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
870 - Ilqar (23-12-2010). Salam. DEJURE. Belə bir sualla sizə müraciət edirəm.Əvvəlki suallarımın birində yazmışdım ki,məhkəmədə yalandan üzümüzə durublar və bunun nəticəsində bir xeyli ziyan çəkmişik.Mən bu sualı istəməyərək verirəm yəni kiminsə işinə qarışmaq istəməzdim amma məcbur oldum.Belə ki.bizi ziyana salan həmin adam uzun illər və elə indidə dövlətin pulunu firildaq vasitəsilə mənimsəyib.Onların 1985-ci ildə anadan plan uşağı 2-3 aylığında rəhmətə gedib.Buna rəgmən onlar uzun müddət həmin uşaqın adına uşaq pulu alıblar.2010-cu ilin yanvarından isə 5 uşağı tərbiyə edən kimi pensiyaya çıxıb.Həmin uşağı heç bir təhsil,səhiyyə müəssisəsində adı olmayıb.Yenə də yalançı şahidlərdən istifadə edərək guya uşağın 10 yaşına kimi yaşamasını məhkəmədə bildiriblər.Məhkəmə bunu qət edib.İşdə iştirak etməli olan notarius yaxud VVaq işçisi işin yalan olduğuna görə məhkəməyə gəlməyib.Mən onların bu hərəkəti baradə harasa məlumat verə bilərəmmi?Yəqin anladınız ki,Əsas məqsədim qisas almaqdır.Sağ olun,cavab gözləyirəm.

Salam.

Qisas almaq yaxşı iş deyil. Amma ədaləti bərqarar etmək istəyirsinizsə müvafiq sübutlar toplayaraq hüquqmühafizə orqanlarına (prokurorluq, DİN və orqanlarına) müraciət edə bilərsiniz.

Bu qədər.

2010-12-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
869 - Ceyran (23-12-2010) Cavablarınıza görə təşəkkürümü bildirirəm! Sizə üğürlar arzulayıram!

Salam.

Dəyməz. Sizin suallarınıza görə təşəkkür edirik.

2010-12-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
868 - Ceyran (23-12-2010). Salam! Bilmək istərim: bina evlərinin həyatyanı sahələrində səliqə-sahmana, qeyri qanuni torpaq sahələrinin bağ adı ilə zəbt edilməsi ilə alaqədar sökülməsinə hansı orqan baxır. Mənim pəncərəmin qabağında (2-ci mərtəbədə yaşayıram)1-ci mərtəbədəki qonşu 6-7 dənə yolka ağacları əkib, əvvəllər buna fikir vermədim. İndi isə görürəm ki bu ağaclar böyüyüb tamamilə pəncərəmi tutacaqlar. Məni günəş işığından məhrum edəcək və böyüyüb pəncərəmə maneçilik törədəcəklər.Bu səbəbə görə hələ kiçik olan ağacların köçürülməsi üçün MİS-nə və İH -nə müraciər etdim.İH-də təsərrüfat şöbəsinin müdiri məndən polisə şikayət yazdı ki güya mən ağacları kəsmək istəyirəm və bidirdi ki sən yaşıllığı məhv etmək istəyirsən. Deyir ki, bu məsələyə biz baxmırıq Təbii Sərvətlər Hazirliyi baxır. Təbii Sərvətlər Hazirliyində və Yaşıllaşdörma idarəsində isə bildirdilər ki bina evlərinin həyatyanı sahələrində bu işlərə İH -ti baxır. Xahiş edirm deyəsiniz belə işlərə kim baxır və bunu Qanuni şəkildə necə sübut etmək olar.

Salam.

Çalışın müraciətləriniz yazılı şəkildə olsun və surətlərini özünüzdə saxlayın (həmçinin xəbərnamələri). Əgər dövlət qurumları müraciətlərinizə münasibət göstərmirlərsə məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-12-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
867 - Vusal (23-12-2010) Salam. Şəxsiyyət vəsiqəsinin verilməsi Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir. 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada şəxsiyyət vəsiqəsini sadalanan hallardan biri baş verdikdən sonra bir ay ərzində dəyişdirməlidi. Bu qanunda Bir ay dedikde bu söz vətəndaşa samil olunur yoxsa şəxsiyyət vəsiqəsini verən orqana. Sagolun

Salam.

Vətəndaşa şamil olunur.

Bu qədər.

2010-12-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
866 - Kamran (23-12-2010). Salam! Torpaq sahesinin alqi-satqi muqavilesi, 2006-ci ilin fevral ayinda notarial qaydada tesdiq edilmishdir. Dovlet torpaq ve Xeritechekme Komitesinin rayon shobesi muqavile baglanan vaxt torpagin qadagan, hebs ve mehkeme mubahisesinde olmamasi barede arayish vermishdir. Dovlet reyestr xidmetinde yeni mulkiyyet sahibinin huquqlarini hazirda qeyde almaq istemirler. Bunun uchun yeniden Forma 1 alinmali ve yeniden notarial qaydada muqavile baglanmali oldugu bildirilir. Xahish edirem buna munasibet bildiresiniz. Teshekkur edirem.

Salam.

Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci və 10-cu maddələrində dövlət qeydiyyatı üçün sənədlərin siyahısı göstərilib. Həmin Qanunu rəhbər tutun.

Sualınıza görə təşəkkür edirik.

2010-12-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
865 - Natiq (22-12-2010). Salam size oz minnetdarligimi bildirirem evvelce.Size yolladigim erizemle elaqedar yevlax erazi idaresine devet olundum. Vereselik edilmesi ucun lazimi senedleri teqdim etdim.xidmet haqqi ve dovlet rusmu melum edildi. Yevlax erazi idaresinden raziyam meseleme aydinliq getirildi, naraziligim yoxdur. Komekliyiniz ucun minnetdaram

Salam.

Sual - 812

Əgər köməkliyimiz dəydisə bizim üçün xoşdur. Amma əsas özünüzə minnətdar olmalısınız ki, öz hüquqlarınızı və qanunvericiliyi qismən də olsa öyrəndiniz. Bizim məqsədimiz də budur.

Sizə də təşəkkürlər.

2010-12-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
864 - Elibala (22-12-2010) Salam! Qardasim RF-da, Petrozavodsk Dovlet Universitetinin huquq fakultesinin, eyani bolmesini 2006-ci ilde bitirib. Hemin diplom Azerbaycan Respublikasi erazinde qebul olunurmu? Allah razi olsun!!!

Salam.

Baxmayaraq ki, 13 may 2003-cü il tarixli 455-IIQ nömrəli Qanun ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş mövcuddur, həmin diplom Rusiya Federasiyasının təhsil sahəsində  müvafiq dövlət qurumu tərəfindən apostil ilə təsdiq olunmalıdır və daha sonra Təhsil Nazirliyində nostrifikasiya qaydalarına uyğun olaraq tanınmalıdır (bu saytdan öyrənə bilərsiniz).

Sualınıza görə təşəkkür edirik.

2010-12-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
863 - Reshid (22-12-2010). Salam. xahiş edirəm mənə nazirlər kabinetinin 24 sentyabr 1996 cı il 129 saylı qərarı barədə məlumat verəsiniz.
862 - Orxan (22-12-2010). salam. daşınmaz əmlakı qeydiyyatdan kecirtmək isteyirem. butun senedler var sadece olaraq, bağ sahəsinde yararsıs tikili var evin plan cizgisi olmadiqindan bu işi yubandirirlar. 1 otaqli evdir evin plan cizgisini cekmek üçün kime müraciyyet etmek lazimdir və yaxud bu yararsız tikili olduğundan qeydiyyatdan keçitmək olar? (1 otaqli evin plan- cizgisini çekmək üçün nə qədər qövlət rusumu ödəmək lazımdır?)-bu hansı qanunla tənzimlənir?

Salam.

Tikintinin plan-cizgisinin hazırlanması üçün layihə təşkilatlara da müraciət edə biləcəksiniz. Həmin tikintinin layihəsi hazır olduğundan sonra həmin layihə müvafiq dövlət qurumu tərəfindən təsdiq olunur. Xatırladaq ki, torpaq üzrə hüquqların qeydiyyatı, üzərində olan tikinti üzrə qeydiyyatından fərqlidir və ayrı-ayrılıqda keçirilir.

Sualınıza görə təşəkkür edirik.

2010-12-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
861 - Ceyran (22-12-2010). Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İddiaçının məhkəməyə müraciət edənədək tədbirlər görməsinə nələr aiddir. Oğlumun aliment vermədiyini hansı kağızlarla sübut edim. Məhkəmə kağızlara əsaslanır. Xahiş edirəm kömək edin. Mən oğlumdan əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilməsini istəyirəm.

Salam.

Sual - 851.

İlk öncə məhkəmədə iddia qaldırın. Məhkəməyə qədər görülən tədbirlər tərəflərin hansı bir razılığın əldə edilməsi, məktubların göndəriləmsi. Əgər alimentin ödənilməsi barədə sənəd yoxdursa, artiq məhkəmə tərəfindən müəyyən edilmiş qayda tətbiq ediləcək.

Sualınıza görə təşəkkür edirik.

2010-12-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
860 - Asəf (22-12-2010) Salam. Sualıma cavab ücün təşəkkür edirəm. Lakin mənə bir şey tam aydın olmadı. Mənə etibarnamə ile verilən torpaq sahəsini özəlləşdirərkən birinci şəxsin yetkinlik yaşına çatmış, lakin həmin torpaqda qeydiyyatı olmayan övladının razılığı vacibdirmi??

Salam.

Sual - 827.

Cavaba diqqətlə baxın. "...qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.". Qanunvericilikdə yetkinlik yaşına çatmayan şəxslərin razılığın tələb olunması nəzərdə tutulmayıb. 

Sualınıza görə təşəkkür edirik.

2010-12-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
859 - Arif (21-12-2010). Salam. Nece usaq atani herbi xidmetden azad edir (azad edirmi?)? Yas mehdudiyyeti varmi?

Salam.

Azad etmir, amma möhlət verir. Belə ki, Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında Qanunun 17-ci maddəsinə əsasən hərbi xidmətə çağırılanadək doğulmuş üç və daha çox uşağı olan şəxsə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.

Sualınıza görə təşəkkür edirik.

2010-12-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
858 - Seymur (21-12-2010) Salam xahiş edirəm iddia ərizəsinin Dövlət rüsumunun nə qədər olduğunu deyərdiniz.

Salam.

Məhkəməyə verilən iddia ərizələrinin dövlət rüsumu iddia qiymətindən asılıdır (Dövlət rüsumu haqqında Qanunun 8-ci maddəsi). 

Misal üçün:

  • iddia qiyməti 110 manatdan çox olduqda - 20 manat;
  • iddia qiyməti 110 manatdan çox olmadıqda - 3 manat;
  • və s.
Qanunvericilikdə göstərilən bəzi hallarda dövlət rüsumu tutulmur.
Sualınıza görə təşəkkür edirik.
2010-12-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
857 - Ilqar (21-12-2010). Salam DEJURE. Size hedsiz minnətdarlığımı bildirirəm. Sizə iki sualım daha var. 1)845-ci sualda qeyd etdiniz ki, rəsmi müraciətimi təsdiq edən sənədi özümdə saxlayım.Mən də isə belə sənəd olmayıb. Belə olan halda nə etməliyəm? 2)2011-dən sizin saytda hüquqi yardım ümumiyyətlə olmayacaq,yoxsa online hüquqi yardım pullu olacaq? Pullu olacaqsa ödəniş hansı formada həyata keçiriləcək? Sizə bir daha təşəkkürümü bildirirəm.

Salam.

Sual 845.

1. Sualda qeyd etmişdiniz ki, yazılı şəkildə müvafiq quruma müraciət etmisiniz. Həmin yazılı müraciətin göndərilməsi haqqında sənəd xəbərnamə və ya sənədin qurum tərəfindən qəbul edilməsi barədə digər sənəd (misal üçün əslini verib surətinə "qəbul etdim" sözləri yazıldıqda) ola bilər.

2. Pullu xidmətlərin nə cür olması hələ də müzakirə edilir. Ola bilsin ki, elektron köçürmə yolu ilə mümlün olacaq (kredit kart və s.), və ya aylıq abonent xidmət olacaq (kim ki, elektron köçürməsinə etibar etmir və ya bacarmır), o zaman aylıq ödəniş etməklə ay ərzində 5-10 sual verməyə iqtidarında olacaq. Müxtəlif variantlar var, onlaar müzakirə olunur.

Suallarınıza görə təşəkkür edirik.

2010-12-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
856 - Elibala (21-12-2010). Russiya dovletinde yasayan Azerbaycan vetendasinin, mueyyen bir vaxtdan sonra Azerbaycanin Russiyadaki sefrliyine notarial qaydada, Russiya vetendasligini qebul etmek meqsediyle, Azerbaycan vetendasligindan cixmasi barede yazili suretde muracieti, xitam sayila bilermi? Sag olun!

Salam.

Konstitusiyanın 109-cu maddəsinin 20-ci bəndinə əsasən vətəndaşlıq məsələlərinin həll edilməsi Prezidentə məxsusdur. 

Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunun 17-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya  Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında  vəsatəti rədd edilə bilər.
Sualınıza görə tşəkkür edirik.
2010-12-23
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
855 - Orxan (21-12-2010) Salam! Men Sumqayit seherinde yasayiram. Menim yoldashim rayonda qeydiyyatdadir. Hemcinin bacim ve bacimin yoldashi da bizde qeydiyyata dusmek isteyir. Onlar ve yoldashim bize qeydiyyata dusherse evde 7 nefer olacayiq. Evimiz bina evidir ve kvadrati 72m kvadratdir. Ozelleshmis evdir. Bize qeydiyyat sobesinde bizden pul teleb edirler ki evinizin adam sayina gore kvadrati azdi. Buna gore bizden 50 manat teleb edirler. Birde yoldashimin rayondan bura qeydiyyata dushmek ucun ne senedler lazimdir shekil, evin kupcasi, aile uzvlerinin raziliq erizesinden bashqa? Cox sagolun.

Salam.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsində gödtərilib ki:

Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;

2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

və dövlət rüsumu.

Sələhiyyətli şəxslər korrupsiyaya yol verrsə hüquqmühafizə orqanlarına rəsmi müraciət etmək məqsədəuyğundur. Çünki Azərbaycan SSR-də mənzil sahəsi norması adambaşına on iki kvadratmetr müəyyən edilmişdir (köhnə Mənzil Məcəlləsinin 40-cı maddəsi). Hal-hazırda həmin Məcəllə qüvvədən düşüb və yeni Mənzil Məcəlləsi mövcuddur və orda yalnız yataqxana və manevr fondu yaşayış sahələri üçün məhdudiyyət qoyulub.

Sualınıza görə təşəkkür edirik.

2010-12-23

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
854 - Elçin (21-12-2010). Salam. Şirkətimiz mülki qanunvericiliyə görə ziyan vuran şəxsi məhkəməyə vermək istəyir lakin qarşı tərəfin Azərbaycan Respublikasında qeydiyyatı yoxdur. İran İslam Respublikası vətədaşıdır. Biz hansi məhkəməyə müraciət etməliyik.?

Salam.

Həmin müqvilə mövcuddursa, müqavilədə mvafiq müddəa olmalıdır (hansi qanunvericiliyə uyğun olaraq mübahisə həll olunur). Əgər fərdi sahibkardırsa İnzibati-iqtisadi məhkəmədə, fiziki şəxsdirdə rayon məhkəməsinə müraciət edə bilərsiniz. Misal üçün Azərbaycan ərazisində əmlakı varsa, həmin əmlak yerləşdiyi yer üzrə də məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza göerə təşəkkür edirik.

2010-12-22

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
853 - Elibala (21-12-2010). Sizden artiq derecede bir xahisim var. Azerbaycan Respublikasi ile Russiya Federasiyasi arasinda vetendasliq qebulu zamani herbi xidmete cagirisi ve ya herbi ucotu nizamlayan beynelxalq dereceli qanun movcuddurmu? Sebrsizlikle cavabinizi gozleyirem. Sag olun!

Salam.

Hal-hazırda bu cür münasibətlər qeyd olunan dövlətlər arasında tənzimlənmir.

Bu qədər.

2010-12-22

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
852 - Nana (21-12-2010). Sualimi cavablandirdiqiniz ucun saqolun amma mene aydin olmadi faizi evi alan odeyir yoxsa satan xahis edirem mene bunu izah edin.

Salam.

Sual 839.

Bu tərəflərin razılığı ilə tənzimlənir. Adətən pul vəsaitini köçürən şəxs bank xidmət haqqını köçürür. 

Sualınıza görə təşəkkür edirik.

2010-12-22

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
851 - Ceyran (21-12-2010) Ailə Məcəlləsinin 100-cü maddəsinə uyğun olaraq aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Bəs hakim ananın iddia ərizəsi verildiyi gündən neçə il əvvələ oğuldan alımentin tutulması ilə əlaqədar qətnamə verə bilər. Hakimin bu qətnaməni verməsi üçün hansı sənədləri təqdim etməliyəm. Hakim iddia ərizəsi verildiyi gündən hesablayaraq ayda 100 manat aliment kəsmək istəyir. Bu məni qane etmir. Mənim 78 yaşım var. Oqlum isə məni 1992-ci ildən atıb gedib. Mənə baxmır. Mən onu əziyyət çəkib böyütmüşəm. İndi xərtəyəm. İddia ərizəsində 1992-ci ildən aliment tutulması barədə 2 dekabr 2010 cu ildə ərizə vermişəm. Dekabrın 29-u ikinci baxış olacaq. Xahiş edirəm kömək edin.

Salam.

Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

Lakın 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

Valideynin saxlanması üçün alimentin tutulması barədə Ərizə forması burda.

Sualınıza görə təşəkkür edirik.

2010-12-21
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
850 - Aqshin (21-12-2010) Salam. Men 2 illik evliyem.Bakida 3-otaqli evimiz var. Ev arvadimin adinadir.Evi onun atasi alib. Ancaq bu hec bir resmi menbede gosterilmir. Ikimizde rayon qeydiyatindayiq, o evde qeydiyatda deyilik. Bilmek isterdim bosanma halinda o ev nece bolunecek? evladimiz yoxdur.

Salam.

Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Sualınıza görə təşəkkür edirik.

2010-12-21

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
849 - Ziya (21-12-2010). Salam. Noyabr ayının 27-de 5 avtomobilin toqquşması nəticəsində yol nəqliyyatı hadisəsi baş verib. Hadisə nəticəsində 4 zərərçəkmiş və 1 cavabdeh şəxs var. Dekabrın 16-da artıq inzibatı xətalar məcəlləsi ilə işə baxılıb. Cavabdeh 6 ay müddətinə sürücülük vəsiqəsindən məhrum edilib. Cavabdeh heç bir halda zərərçəmişlərə maddi ziyanı ödəmək fikrində deyil. Mülki iddia ilə məhkəməyə ərizə verməyə hazırlaşıram. Sualım bundan ibarətdir. 1 Məhkəmə çəkişməsi ən geci nə qədər davam edə bilər? 2.Sonuçda mənə dəyən maddi ziyanı ala biləcəyəmmi? 3. Cavabdeh adından olan mülkiyyəti gizlətməyə çalışır, bunun sonucu nece olacaq? Cavabınıza görə təşəkkü edirəm.

Salam.

1. Mülki Prosessual Məcəlləsinin 172.1-ci maddəsinə əsasən iddia ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayan müddətdə işə baxılmalı və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Amma bu 1-ci instansiyasıdır. Daha sonra əgər cavabdeh tərəf şikayət etsə apellyasiya və kassasiya şikayətləri ola bilər.

2. Maddi ziyanın vurulması ilə bağlı sübutlar təqdim etməlisiniz (misal üçün təmir ilə bağlı qəbzlər, şahidlər, alınmış avadanlıqların qəbzi).

3. Cavabdehin əmlakna həbs qoyulması məqsədilə məhkəmədə vəsatət qaldıra bilərsiniz (iddianı təmin etmək məqsədilə). 

Sualınıza görə təşəkkür edirik.

2010-12-21

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
848 - Elibala (20-12-2010) Salam! Russiya vetendasi Azerbaycan Respublikasinda hansi senedlerle avtomob idare ede biler? Sag olun!

Salam.

Bu sahədə Azərbaycan vətəndaşları ilə yanaşı eyni hüquqlara malikdirlər, yəni sürücülük vəsiqəsi və nəzliyyat vasitəsinə aid sənədlər (tex. pasport, etibarnamə və s.). Sadəcə miqrasiya qanunvericiliyinə riayət etmək lazımdır (amma bu sahə yol hərəkət qaydalarına aidiyyəti yoxdur).

Yol hərəkəti haqqında Qanuna əsasən sürücü — hər hansı növ nəqliyyat vasitəsini idarə edən şəxsdir (sürücülüyü öyrədən avtomobil təlimatçısı da sürücüyə bərabər tutulur). 

Sualınıza görə təşəkkür edirik.

2010-12-21

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
847 - Ilqar (20-12-2010) Salam. 822-ci suala cavabda göstərdiyiniz məbləğləri notariusda ödəmək lazımdır yoxsa Dövlət yol polisində? Mən DYP-də həmin etibarnamənin qeydiyyata salınması üçün nə qədər rüsum tutulacağını öyrənmək istəyirəm.

Salam.

Həmin dövlət rüsumu notariusda ödənilməlidir.

DYP-da etibarnamə ilə bağlı heç bir rüsum ödəmirsiniz.

Bu qədər.

2010-12-21

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
846 - Ilqar (20-12-2010) Salam Dejure. Belə bir sualım var. Hər bir yaşayış evi(həyət evi) olan ailənin su ilə təhcizatı dövlətin hesabına olmalıdır yoxsa vətəndaş özü su çəkməlidir?Evin texpasportu və kupçası var.

Salam.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 3-cü maddəsinə əsasən  Cəmiyyətin əsas funksiyaları respublika ərazisində su təchizatım və kanalizasiya xidmətini təşkil etmək məqsədilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir. Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının yaşayış məntəqələrində aidiyyəti üzrə sosial-iqtisadi sifarişlərin yerinə yetirilməsi və ictimai tələbatın ödənilməsi üçün məhsul istehsal etmək, iş yerinə yetirmək, xidmət göstərmək və mənfəət əldə etməkdir.
Bu məsələ ilə əlaqədar həmin quruma ərizə ilə müraciət etməlisiniz. 
Sualınıza görə təşəkkür edirik.
2010-12-21
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
845 - Ilqar (20-12-2010). Salam Dejure. Mənim evimin eliktrik sayğacı noyabr ayından işləmir. İşıq idarəsinə rəsmi müraciət etmişəm (ərizə ilə). Təxminən 10 gün sonra onlardan nümayəndə gəldi və mən ona sayğacın fırlanma mexanizminin işləmədiyini bildirdim. O isə bu barədə müdiriyyətə xəbər verəcəyini bildirdi. Ancaq o vaxtdan heç kim sayğacla maraqlanmayıb. Sualım belədir İşıq idarəsindən gəlsələr məni cərimələyə bilərlərmi? Mən artıq 2 aydır işıq pulu keçirmirəm, işığım isə yanır. Ümumiyyətlə məni təhlükə gözləyirmi? Cavabınızı gözlıyirəm,əvvəlcədən təşəkkürümü bildirirəm.

Salam.

Əgər rəsmi müraciət etmisinizsə bunu təsdiq edən sənədi özünüzdə saxlayın (xəbərnamə və s.). Müvafiq məsuliyyətə cəlb etmək üçün mütləq əsas olmalıdır (İnzibati Xətalar Məcəlləsində göstərilən). Əgər bu əsas yoxdursa məsuliyyətə cəlb olunma qeyri-qanunidir.

Sualınıza görə təşəkkür edirik.

 2010-12-21

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
844 - Orxan (20-12-2010) salam serhed qosunlari akademiyasina qebul harada kecirilir sertler nedi maxsimum yas heddi necedir?

Salam.

Bu barədə məlumatı siz aşağıdakı əlaqə vasitələri ilə müəyyən edə bilərsiniz.

Ünvan: Bakı şəhəri, Türkan qəsəbəsi, Dövlət Sərhəd Xidməti Akademiyası.

Əlaqə telefonları:

(012) 565-81-34,   (012) 459-59-40

Bu qədər.

2010-12-21

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
843 - Eldar (20-12-2010). Salam mən Azərbaycan vətəndasi əcnəbi (RF) vətən dasi ilə ailə qurmusam, oda mənim soyadimi qəbul edib və indi istəyirik öz soyadina qayitsin. Onu nece etmək olar?

Salam.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına uyğun olaraq aparılır. Mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir.

Mübahisə yarndıqda məsələ məhkəmə tərəfindən həll olunur.

Sualınıza görə təşəkkür edirik.

2010-12-21

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
842 - Aydan (20-12-2010). Salam. Xarici pasportumun muddeti qurtarib (1 il olar). Yeniden pasportu almaq ucun hara muraciet etmeliyem. Xatirladim ki qeydiyyatim Qax rayonunadir, evvelki pasportumu Baki seherinde almisdim. Evvelceden minnetdarligimi bildirirem.

Salam.

Oxşar suallara dəfələrlə cavab vermişik. Misal üçün Məsləhətxananın 836, 689,  653, 574, 334, 239, 226 suallarına baxa bilərsiniz.

Ümumvətəndaş pasportunun verilməsi hazırda respublika üzrə fəaliyyət göstərən 6 (altı) regional mərkəz (hər biri 10-15 şəhər-rayonu əhatə etməklə) vasitəsilə həyata keçirilir. Ümumvətəndaş pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi beş mislinədək cərimə nəzərdə tutulur.

Sualınıza görə təşəkkür edirik.

2010-12-21

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
841 - Samir (20-12-2010). Salam. Belə bir sualim var. Məntəqə tipli cəzaçəkmə müəsisəssində cəza çəkən şəxs həmim çəzaçəkmə müəsissəsindən sərti azad edildikdə vaxti bitimiş (25 yaş tamama olmuş) şəxsiyyət vəsiqəsini dəyişmək üçün hansi sənədlərlə pasport qeydiyyat şobələrinə müraciət edə bilərlər.

Salam.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun 6-cı maddəsinə əsasən barəsində həbsəalma qəti-imkan tədbiri seçilmiş, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərdən şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqanlar tərəfindən müvəqqəti alınır və həmin şəxs haqqında iş üzrə icraata və ya şəxsi işə əlavə edilir. Göstərilən əsaslar aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə qaytarılır.
Həmin sənəd qaytarıldıqdan sonra artıq müvafiq tədbirlər görülür.
Sualınıza görə təşəkkür edirik.
2010-12-21
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
840 - Vasif (20-12-2010). Salam! DIN-de işe düzəlmək üçün tibb komisiyyasından keçmək lazımdır. Tibb komisiyyasından keçmek üçün ne qeder dovlət rüsumu ödəmək lazımdır?

Salam.

Bir çox hüquq mühafizə qurumlarının nəzdində öz xüsusi tibb komissiyaları mövcuddur və onarın keçirilməsi üçün dövlət rüsumları tələb olunmur. Tibb arayışları isə adi qaydada alınır.

Bu qədər.

2010-12-21

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
839 - Nana (20-12-2010) Salam. Evi alanda natariusda tesqiq olunmaqla muqavile baqlanir. Evin pulu odenilir ve ondan nece faizse dovlete kecirilir. o faizi ev alan odeyir ya satan ve hara odeyir notariusa???? Ve bu ne ile tenzimlenir ve nece faiz odenilir??

Salam.

Oxşar suala Məsləhətxananın 728-ci sualında cavablandırmışdıq. 

Belə ki, Notariat haqqında Qanunun 74-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir.

Notarius belə müqavilələri pul məbləğinin bankda açılmış depozit hesabına ödənilməsi barədə qəbz təqdim edildikdən sonra təsdiq edir. Qeyd etdiyiniz faizlər fərqli ola bilər və bank tərəfindən həyata keçirilən xidmət haqqı hesab olunur.

Sualınıza görə təşəkkür edirik.

2010-12-20

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
838 - Ceyran (20-12-2010) Salam! Valıdeynlərin saxlanması üçün oğuldan aliment neçə il əvvələ tutula bilər və bunun üçün məhkəməyə hansı sənədlər təqdim olunmalıdır.

Salam.

Ailə Məcəlləsinin 100-cü maddəsinə uyğun olaraq aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir.

Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəməyə müraciət edərkən iddia ərizəsi, dövlət rüsumu və ərizəyə əlavə olunmuş sənədlər (sübutlar) təqdim edilməlidir. 

Sualınıza görə təşəkkür edirik.

2010-12-20

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
837 - Ceyran (20-12-2010) Salam! Mülki Prosessual Məcəlləsinin 148-ci maddəsinə əsasən aliment alınmasıi haqqında tələblər üzrə cavabdehin olduğu yer məlum olmadıqda, məhkəmə polis orqanları vasitəsilə cavabdehin axtarışını elan etməyə borcludur. Bununla bağlı vəsatət də qaldıra bilərsiniz. Vəsatətin yazılış forması necə olmalıdır? Xahiş edirəm cavablandırın.

Salam.

Bağışlayın amma bu artıq pullu xidmətlərə aiddir. Qeyd etməliyik ki, vəsatət Mülki Prosessual Məcəllənin müddəaların tələblərinə  uyğun hazırlanmalıdır.

Sualınıza görə təşəkkür edirik.

 2010-12-20

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
836 - Leyla (20-12-2010). Xarici pasport almaq ucun hansi senedler teleb olunur ve hara teqdim olunmalidir

Salam.

Oxşar suallara dəfələrlə cavab vermişik. Misal üçün Məsləhətxananın 689,  653, 574, 334, 239, 226 suallarına baxa bilərsiniz.

Ölkədən getmək, ölkəyə gəlmək  və pasporlar haqqında Qanununun tətbiqi haqqında Əsasnamənin tələblərinə uyğun olaraq vətəndaş ümumvətəndaş pasportu verilməsi üçün xüsusi formalı ərizə-anketi , 2 ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkili, şəxsiyyət vəsiqəsinin surətini və dövlət rüsumununun ödənilməsi barədə qəbzi növbə qaydasında Pasport şöbəsinə təqdim etməlidir.Ölkədən getmək, ölkəyə gəlmək  və pasporlar haqqında Qanununun tətbiqi haqqında Əsasnamənin tələblərinə uyğun olaraq vətəndaş ümumvətəndaş pasportu verilməsi üçün xüsusi formalı ərizə-anketi , 2 ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkili, şəxsiyyət vəsiqəsinin surətini və dövlət rüsumununun ödənilməsi barədə qəbzi növbə qaydasında Pasport şöbəsinə təqdim etməlidir.“Dövlət rüsumu haqqında” Azərbaydan Respublikasının 28 noyabr 2006-cı il tarixli Qanunu ilə Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportunun verilməsinə və dəyişdirilməsinə görə-5 (beş) iş günü müddətində-120 manat, beş iş günündən sonrakı müddətdə verildikdə yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda 2 (iki) gün müddətində verildikdə - 40 manat müəyyən edilmişdir.Göstərilən rüsum formalarının tətbiqi ilə cari ilin mart ayının 15-dən etibarən ümumvətəndaş pasportunun 10 (on) illik müddətə verilməsi nəzərdə tutulmuşdur.

Bu qədər.

2010-12-20

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
835 - Aytən (19-12-2010). Salam. Atam xırda ticarətçi kimi pensiya fonduna Məcburi Sığorta ödəyir. Lakin, bu vaxtadək bilməyib ki, bu ödənişə görə kart almalıdır. İndi isə pensiya fondu kartı gec götürdüyü üçün atamı cərimə etmək istəyir. Bu nə dərəcədə doğrudur?? Qanuni baxımdan düzdürsə, bu cərimə nə qədər olmalıdır??? Balaca bir mağazada tək işləyən fiziki şəxsin məcburi sosial sığortası aylıq nə qədər olmalıdır??? Bu üç suala aydınlıq gətirməyinizi rica edirik. Öncədən təşəkkür...

Salam.

Oxşar sualı Məsləhətxananın 815-ci sualında cavablandırmışıq. Belə ki, Sosial sığorta haqqında Qanunun 14-cü maddəsinə diqqət yetirmək lazımdır. Ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 50 faizi məbləğinin, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 20 faizi məbləğinin məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir.

Minimum aylıq əməkhaqqının artırılması haqqında  Sərəncama (№ 1078 saylı) əsasən minimum aylıq əməkhaqqının məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilsin

Deməli digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər 17 manat ödəməlidir (85 manatın 20%-i).

Məsuliyyət barədə:

İnzibati Xətalar Məcəlləsinin 246-cı maddəsinə əsasən az miqdarda vergilərin və məcburi dövlət sosial sığorta haqlarının qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilməməsinə və ya mühasibat uçotunun aparılmasının müəyyən edilmiş qaydalarının pozulmasına görə— 

  • inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək miqdarda cərimə edilir.

Həmin Məcəllənin 257-2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortası qaydalarının mütəmadi olaraq pozulmasına görə - 

  • fiziki şəxslər iyirmi manat miqdarında, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.
Sualınıza görə təşəkkür edirik.
2010-12-20

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
834 - Aytən (19-12-2010) Salam. Sizə müraciətimizin başlıca səbəbi nikahla bağlıdır. Qardaşım ailəlidir. Lakin hökumət nikahı yoxdur. Bununla əlaqədar, 2 ay öncə Sumqayıq şəhər VVAQ idarəsinə ərizə vermişdi. 1ay sonra nikaha girməli idilər. Lakin üzürlü səbəbdən 1 ayın tamamında gedə bilmədilər. Bu yaxınlarda, yəni ərizə verdiklərindən 2 ay keçmiş getdikdə isə 1 ay gecikdikləri üçün yenidən ərizə verib 1 ay sonra gəlmələri göstərişi verilib. Diyirlər gecikdiyiniz üçün indi vermək mümkün deyil. Təcili lazım olduğunu bildirdikdə “hörmət” müqabilində 2 həftəyə verəcəklərini bildirdilər. Bu qanuni baxımdan nə dərəcədə doğrudur?? Biz heç bir əlavə “hörmət”siz, ərizəsiz geçikməyimizə baxmayaraq, bu vəsiqəni indi ala bilərikmi?? Yoxsa, təzədən ərizə yazdırıb 1 ay gözlətməklə onlar haqlıdırlar?? Xatırladım ki, vəsiqə bizə təcili lazımdır. daha 1 ay gözləmə imkanı bizim zərərimizədir. Onu da qeyd edim ki, bunun üçün lazımi dövlət rüsumunu banka ödəmişik. Öncədən təşəkkürlər... Allah razı olsun...

Salam.

Xüsusilə bu məsələlərlə bağlı yeni blok açılmışdır (Nikahın qeydə alınması qaydası).

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 3.8-ci bəndinə əsasən nigah Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq onların iştirakı ilə bağlanır.

Qaydanın 3.9-cu bəndə uyğun olaraq üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər.

Qaydanın 3.11-ci bəndə uyğun olaraq Nikaha daxil olmağı arzu edən şəxslər müəyyən olunmuş vaxtda gəlmədikdə və gəlməməyin səbəbi üzürlü hesab edilmədikdə nikahın qeydə alınması haqqında ərizə ləğv edilir. Nikaha daxil olmağı arzu edən şəxslər fikirlərini dəyişmədikdə yenidən ərizə verməlidirlər. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi isə nikahı qeydə almaq üçün yenidən 1 aylıq müddət müəyyən etməlidir.

Əgər hüquq pozuntulara yol verilirsə Ədliyyə Nazirliyinə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya müraciət edə bilərsiniz.

Çalışın gecikmələrə yol verməyin ki, bu hallar baş verməsin. Əgər üzrlü səbələrdirsə yazılı şəkildə qeydiyyat şöbəsinə müraciət edin.

Sualınıza görə təşəkkür edirik.

2010-12-20

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
833 - Elibala (19-12-2010) Salam! Eger hansisa bir dovlet orqanina poct vasitesiyle mektub gonderildikde, ona cavab gonderilmesi barede qanunda gun mueyyen olunmusdurmu? Ve ya cavab gelmemesine gore poctdan gelen xeberdarliq vasitesiye mehkemeye sikayet etmek olarmi? Sag olun!

Salam.

Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Qanunun 10-cu maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müraciətə, qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa 1 ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 gün ərzində baxılmalıdır.
Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri vətəndaşların təkliflərinin, ərizə və şikayətlərinin qəbul edilməsinin və onlara baxılmasının təşkili üçün məsuliyyət daşıyırlar.
Əgər bu Qanunun tələbləri pozulubsa və sizdə bunu təsdiq edən sübutlar varsa təbii ki, məhkəməyə müraciət edə bilərsiniz.
Sualınıza görə təşəkkür edirik.
2010-12-20
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
832 - Terlan (19-12-2010) Salam. Size daha bir sualim var.Hamilə qadını işdən çıxarmaq olar yoxsa yox?

Salam.

Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların əmək müqaviləsinin ləğv olunması qadağandır (70-ci maddəsinin "a" bəndi (müəssisə ləğv edildikdə)  və 73-cü maddəsi istisna olmaqla (Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası)).

Sualınıza görə təşəkkür edirik.

2010-12-20

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
831 - Terlan (19-12-2010). Salam. Sualim beledir. Ata ölüb. Atanın 3 övladı var. 2 oğlan 1 qız ve arvadı. Torpaq sahesi alıb sağ ikən vəsiyyətnamə isə yoxdur. Bu halda miras ve ya mülkiyyət necə bölünəcək?

Salam.

Bununla bağlı Məsləhətxanada bir-çox sualları cavablandırmışıq. Əgər vəsiyyət yoxdursa məsələ Mülki Məcəllənin 63-cü fəslinə uyğun olaraq həll olunmalıdır.

Belə ki, Ailə Məcəlləsinə (maddə 32) uyğun olaraq nikah dövründə əldə edilmiş mülkiyyət ər-arvadın birgə mülkiyyətidir. Və arvadının artıq bu daşınmaz əmlakın yarısına iddia edə bilər. Ölənin uşaqları və həyat yoldaşı isə vərəsə kimi bərabər hüquqlara malikdir.

Qanun üzrə vərəsələr arasında miras aşağıdakı kimi bölünməlidir:

Miras 4 yerə bölünür. Misal üçün mirası 100 rəqəmi ilə əvəz edək. 50 artıq ölənin həyat yoldaşına məxsusdur. Qalır 50. 

50 isə öz növbəsində dörd yerə bölünür. Hər vərəsəyə bu rəqəmdən 12,5 düşür. Belə ki, ölənin həyat yoldaşına 62,5 düşməlidir. Digər vərəsələrə isə 12,5.

Sualınıza görə təşəkkür edirik.

2010-12-20

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
829 - Ilham (19-12-2010). Salam hormetli vekiller. 4 il once qiz ustunde qonsu ile dalasdim. Qonsunu doydum. Haqqimda cinayet isi qaldirildi. Polis mustentiqi menden 3 min pul istedi isi baqlamaqa. 3 min verdim. Isi baqlamadi ve yeniden dedi ki, 3 minle duzelen deyil ve 2 minde elave pul istedi. Pulum olmadi. Men hemise sezon islerinde Rusiyaya gedib isleyirem. Mustentiqle razilasdimki, men Rusiyaya gedib yay sezonunu isleyib pul getirib isi baqlayam. Mustentiq meni aldatdi ve men Rusiyaya gedenden 3-4 ay sonra meni axtarisa verdiler. Guya men Rusiyaya qacmisam. Prokror 10000 manat pul istedi. Dedi ki is mehkemelikdir ve bu pul bir nece yere bolunmelidir. 1 il once Rusiya vetendasligini qebul etmisem. Axtaris sobesinden mene deyirler ki, sen cerez notarius rus pasportunun kopiyasini yolla bize axtarisi goturek. Sonra isini baqlayaq. Bir defe aldada bilar meni ve ikinci defe bu aldanmaqimi istemirem. Xais edirem deyesiniz ki, axtarisi goturulmeye rus pasportunun kopiyasi lazimdirmi? Bu ne derecede duzdur?

Salam.

İş kifayət qədər mürəkkəbdir. Və əgər bütün bunlar həqiqətə uyğndursa hüquq mühafizə orqanlarının nə qədər korrupsiyaya uğramasını göstərir. Bütün bu faktların sübutları mövcuddursa Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya müraciət etməyiniz məqsədəuyğndur.

Bütün qeyd olunan hərəkətlər qeyri-qanunidir (cinayət tərkibləri mövcuddur), o cümlədən sizin hərəkətləriniz. Bundan başqa digər ölkənin vətəndaşlığının qəbul edilməsi Azərbaycan vətəndaşlığına xitam vermir (bünün üçün müvafiq prosedurlar var).

Xahiş edirik diqqətli olasınız. 

2010-12-20

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
827 - Asəf (18-12-2010). Salam. Mənə bir şəxs 70 illik müddətinə etibarnamə ilə torpaq verib. Etibarnamədə göstərilib ki, həmin şəxs torpağın satılması, bağışlanması üçün bütün səlahiyyətlərini mənə verib. Mən torpağı qardaşıma satmaq istəyirəm. Həmin şəxsin arvadının razılıq ərizəsi var. Orada mülkiyyət hüququ olmayan 18 yaşlı övladının razılığı vacibdirmi? Həmin şəxsə torpaq subay olarkən verilib. Əvvəlcədən təşəkkür edirəm

Salam.

Nəzərinizə çatdırım ki, etibarnamə birtərəfli əqddir və birtərəfli qaydada ləğv oluna bilər. İki tərəfli müqavilə bağlamağınız məqsədə uyğundur (alqı-satqı, bağışlama və s.). Və mülkiyyət hüququnuz müvafiq qaydada dövlət qeydiyyatına alınmalıdır. Əks təqdirdə dövlət bu hüquqları tanımıya bilər (mübahisə yaransa).

Bundan başqa Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu bəndinə əsasn yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.

Buna görə də yalnız yetkinlik yaşına çatmış ailə üzvlərin razılığı lazımdır.

Sualınıza görə təşəkkür edirik.

2010-12-20

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
825 - Gunay (18-12-2010). Salam. sualima tez cavab vermeyiniz umidi ile yaziram. Menim vekilimi bir ozel shirket mennen icazesiz reklamda istifade edib. Bbunu qanuni yolla nece hell ede bilerem??? Tazminat ala bilerem???

Salam.

Əgər vəkil ilə müqavilədə bu şərt nəzərdə tutulubsa bununla bağlı məhkəməyə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırım ki, vəkil müstəqil fəaliyyət göstərir (Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanunun 15-ci maddəsi).

Sualınıza görə təşəkkür edirik.

2010-12-18

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
824 - Gulshen (18-12-2010) Salam, orden ve medali ne ferqi var? yeni hansi hallarda orden verilir hansi hallarda medal ?

Salam.

Orden (lat. ordo — sıra, qayda) xüsusi xidmətlərə görə verilən fəxri mükafatı və  fərqlənmə nişanıdır.

Medal (qədim yun. μέταλλον - damar, mədən) - adətən dəmirdən və dairəvi forması olan xüsusi xidmətlərə görə verilən fərqlənmə nişanıdır. 

Daha dəqiq məlumat Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Qanunla tanış olmaqla əldə əldə edə bilərsiniz. 

Hər bir orden və ya medalın hansı hallarda verilməsi (statutu, təsviri və s.) ayrı-ayrı qanunlarla müəyyən edilir (misal üçün, “İstiqlal” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında, “Diplomatik xidmətdə fərqlənməyə görə” medalının təsis edilməsi haqqında qanunlar və s.). 

Sualınıza görə təşəkkür edirik.

2010-12-18

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
823 - Gulshen (18-12-2010) salam, cinayet huququnda gosterilirki qesdin iki novu olur birbasa ve dolayi qesd. Bunlarin tovsife tesiri olur ve ya cezanin teyini zamani mehkeme nezere alir ?

Salam.

Bəli. Və bu Cinayət Məcəlləsinin 25-ci maddəsində göstərilib. 

Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

Qəsd təqsirin bir növüdür (24-cü maddə). 

Lakın Cinayət-Prosessual Məcəlləsinin 223-cu maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti olmalıdır. 

Deməli qəsd tiqsirin forması kimi cəza təyin edilməmişdən əvvəl müəyyən olunur.

Sualınıza görə təşəkkür edirik.

2010-12-18

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
822 - Ilqar (17-12-2010). Salam. Bilmək istəyirəm ki,maşın sürmək üçün etibarnamə aldıqda onu DYP-də qeydiyyatdan keçirmək məcburidirmi? Eşitdiyimə görə sürmə etibarnaməsi alanın yaşayış qeydiyyat yeri etibarnaməni verənin yaşayış qeydiyyatı ilə eynidirsə buna ehtiyac yoxdur. Bu doğrudur? Bir də DYP-də bunu qeydiyyatda keçirərkən dövlət rüsumu nə qədərdir? Sağ olun. Cavabınızı gözləyirəm!

Salam.

Notariat haqqında Qanunun 17-ci maddəsinə əsasən etibarnamələr dövlət notariusu tərəfindən təsdiq olunur.  Dövlət rüsumu haqqında Qanunun 10.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi üçün dövlət rüsumu 10 manatdır (yaxın qohumlar üçün 5 manat). Hər bir halda etibarnaməyə ehtiyac var (bir etibarnamədə bir-neçə şəxs göstərilə bilər).

Sualınıza görə təşəkkkür edirik.

2010-12-18

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
821 - Bextiyar (17-12-2010) salam babamin mene harada yerleshmesinden ve neden ibaret olmasindan asili olmayaraq vesiet etmishdir.dovlet notariat qaydada.indi 2007-de rehmete gedib.hacibala abutalibov 1997-ci ilde ona 4x3m olcude ticaret obyektinin tikintisine icaze vermishdir ve hemin serencam indi mendedir ve men indi hemin ticaret obyektinin tikintisi yarimciq qalib. men indi isteyirem onu basha catdiram. indi hal hazirda vesiyyetname ve 1997-ci ilde verilmish serencam mendedir.. men onun tikintisini nece davam etdire bilerem...bir de hara muraciet etmeliyem..cox xaish edirem hara erize yazmaq lazimdisa ve hansi senedlerin toplanmasi lazimdirsa mene komeklik gostererdiniz....

Salam.

Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakın 1248-ci maddəsinə uyğun olaraq mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Bununla bağlı məhkəməyə müraciət (rayon üzrə) etməlisiniz və vərəsəlik hüquqlarınızı tanıtdıra bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-12-18

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
820 - Leyla (17-12-2010). Men sizi gereyinden cox narahat etdim Amma isteyirem butun suallarima cavab alim Bir de yoldaşima uşagi gormek ixtiyari verilmeyib O mehkemeye muraciet etse ona hansi hallarda uşagi gormeye izin vererler ve evinde saxlaya bilermi ve ayda nece defe,

Salam.

Əgər tərəflər razılığa gəlməsə, bu məsələ məhkəmə tərəfindən həll olunmalıdır və müəyyən görüş qrafiki müəyyən edilə bilər. Əgər ata valideynlik hüququndan məhrum  edildikdə valideyn uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını itirirlər (Ailə Məcəlləsinin 66-cı maddəsi). Lakın bu onu aliment öhdəliklərindən azdad etmir.

Sualınıza görə təşəkkür edirik.

2010-12-18

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
819 - Leyla (17-12-2010). Men yoldaşimdan ayrildiqdan sonra uşagin yetkinlik yaşina kimi mendedir Men uşaği serhedden kenara cixara bileremmi Atasindan icaze mumkundurmu Atasinin icazesi olmasa Mehkeme yolu ile bu nece ola biler

Salam.

Bu məsələ valideynlərin razılığı ilə həll olunmalıdır, çünki valideynlərin bərabər hüquqları var.

Sualınıza görə təşəkkür edirik.

2010-12-18

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
818 - Leyla (17-12-2010). Viza anlayışı nedir ve niye tetbiq olunur Vizasi leğv olunmuş olkeye tekce pasportla getmek olurmu Meselen qonşu Rusiya ve Turkiyeye

Salam.

Vizası əcnəbilərə ölkənin ərazisinə ümumi qaydada gəlmək üçün verilir. Onun etibarlıq müddəti birdəfəlik giriş-çıxış üçün üç gündən üç ayadək, çoxdəfəlik giriş-çıxış üçün isə — bir ildən iki ilədək müəyyən olunur (müddətlər fərqli ola bilər). Azərbaycanda bu münasibətlər Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Qanun ilə tənzimlənir.
Əgər dövlətlərarası müqavilələr varsa viza tələb olunmadan ölkələrə giriş-çıxış mümkündür. Adətən 1 və ya 3 ay (viza müddətinin uzadılması ilə əlaqədar aidiyyəti qurumlara müraciət etmək lazımdır). Misal üçün Türkiyəyə bu müddət 1 aydır (vizasız).
Sualınıza görə təşəkkür edirik. 
2010-12-18
Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
817 - Leyla (17-12-2010). Salam. Men 1 ildir yoldaşimdan ayrılmışam 5 yaşında oğlum var Evli oldugum vaxt qeydiyyatda olmamişam Mulk yoldaşimin atasinin adinadir Daha dogrusu ölen nenesinin adina oldugundan meni qeydiyyata salmadilar Bilmek isteyirem oglum varis sayila bilermi Boyudukde ona atasi razi olmasa bele ona evden pay dushe bilermi. Evvelceden teshekkurler

Salam.

Əgər atalığı sübut olunubsa (doğum haqqında şəhadətnamə və s.) əlbəttə ki, vərəsə kimi valideynin mülkiyyətinə (mirasına) iddia edə bilər (Mülki Məcəllənin 1159-cu maddəsi).

Sualınıza görə təşəkkür edirik.

2010-12-18

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
816 - Ceyran (17-12-2010). Salam! Valıdeynlərin saxlanması üçün oğlumdan aliment tututlması haqqa məhkəməyə müraciət etmişəm. Cavabdeh məhəməyə gəlməyib. DİN-in BROMİ-nin MAPS şöbəsinin verdiyi arayışa gərə Bakıda qeydiyyatdadır. Lakin həmin ünvanda yaşamır və MİS-də qeydiyyatdan keçməyib. Proses necə getməlidir?

Salam.

Mülki Prosessual Məcəlləsinin 148-ci maddəsinə əsasən aliment alınmasıi haqqında tələblər üzrə cavabdehin olduğu yer məlum olmadıqda, məhkəmə polis orqanları vasitəsilə cavabdehin axtarışını elan etməyə borcludur. Bununla bağlı vəsatət də qaldıra bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-12-18

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
815 - Kamran (17-12-2010). Salam! Zehmet olmasa munasibet bildirmekle yardimchi olasiniz. Mecburi dovlet sosial sigorta haqlari dereceleri "Sosial sigorta haqqinda" AR Qanununun 14-cu maddesi ile mueyyenleshdirilir. Rayon shobesinden bu meblegin hazirda 25,50 AZN-e qeder yukseldiyi bildirilir. Bu yaxinlarda televiziya vasitesile Nazirliyin resmi numayendesi bu meblegin 15,00 AZN oldugunu bildirmishdir. Bilmek isteyirem, fiziki shexsler konkret olaraq, ne qeder sosial sigorta haqqi odemelidirler? Teshekkur edirem.

Salam.

Doğrudanda Sosial sığorta haqqında Qanunun 14-cü maddəsinə diqqət yetirmək lazımdır. Ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 50 faizi məbləğinin, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 20 faizi məbləğinin məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir.

Minimum aylıq əməkhaqqının artırılması haqqında  Sərəncama (№ 1078 saylı) əsasən minimum aylıq əməkhaqqının məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilsin

Deməli digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər 17 manat ödəməlidir (85 manatın 20%-i).

Sualınıza görə təşəkkür edirik.

2010-12-18

Bu bilgi sizə kömək etdi? Bəli Xeyr
<< Birinci < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Sonrakı > Axırıncı >>
Səhifə 10 dən(dan) 18:

  • Memarlıq və dizayn;
  • Landşaft dizaynı və layihələndirilməsi;
  • Texniki-mühəndis layihələndirmə;
  • 3D layihələr;
  • layihələrin təsdiqlənməsi.

Əlaqə:
Mob: +994-051-9406575

Təşkilatlar

QHT-lərAli məktəblər

Hüquqi məsləhətxana (qeydiyyatdan keçənlər üçün)

Axtaran tapar